Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yaşayış binası (Şəhəryanı küçəsi, 144)
Şəhəryanı küçəsi, 144 ünvanında yerləşən yaşayış binası – Gəncə şəhərində yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi. == Memarlıq xüsusiyyətləri == Evin qalın divərləri daxildən əhəmiyyətli dərəcədə yarılaraq, divar daxili şkaf yerləri yaradılıb. İnteryerin əsas diqqət çəkən iştirakçısı güclü profilləndirilmiş çərçivəyə malik olan və daşıyıcı divarda yerləşdirilmiş buxarıdır. Ləmə üsərində yerləşdirilmiş küncləri kronşteynli dayaz nişlər divar səthini tamamlayır.Daşıyıcı divar içində yerləşdirilmiş pilləkən yayda istirahət üçün nəzərdə tutulmuş dam verandasına aparır. Günəşin yüksək vaxtı evin şüa tutan divarlarında pəncərə yerləri yoxdur ki, bu da gün ərzində otaqlarda sərin havanı saxlamağa imkan verir.Dama aparan pilləkənin şüavari həll edilmiş giriş yeri üzərində incə profillənmiş tağ yerləşir. Yaxşı kölgələnmiş səliqəli verandanın ritmik düzülmüş, özünəməxsus kronşteynli səkkizguşəli taxta sütunları və incə yonma işli taxta çəpərləri tikilinin fasadının xarakterik xüsusiyyətlərini formalaşdırır. == İstinadlar == == Ədəbiyyat == Джеванширова, Н.А. Жилые дома Кировабада XVII-XIX веков. Баку: Памятники архитектуры Азербайджана. 1950.
Şəhərbağı
Şəhərbağı — Azərbaycan Respublikasının Lənkəran rayonunun Kərgəlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Kərgəlan kənd inzibati-ərazi vahidi tərkibindəki Şəhərbağı kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Şəkəryazı (Salmas)
Şəkəryazı (fars. ‎شكريازي‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,245 nəfər yaşayır (438 ailə).
Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşü
Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşü və ya 1722-23 Rusiya-Səfəvi müharibəsi — Xəzər dənizinin qərb sahili bölgələrini işğal etmək və Cənubi Qafqazda möhkəmlənmək məqsədilə Rusiya imperiyasının 1722-1723-cü illərdə apardığı müharibə. 1722-1723-cü illər kampaniyasında hətta Təbrizə və Azərbaycanın digər bölgələrinə də yürüş nəzərdə tutulurdu. == Səbəbləri == Rus çarı I Pyotr (1689–1725) Xəzəryanı bölgələri ələ keçirməyi qərara aldı. O, Xəzər dənizini Rusiyanın daxili dənizinə çevirməyi və Şərq ölkələri ilə Xəzər–Volqa yolu ilə ticarət etməyi, Şərqlə Qərb ticarətində Rusiyanın vasitəçiliyinə nail olmağı planlaşdırmışdı. Öz yaxın adamı A.P.Volinskiyə kəşfiyyat aparmağı tapşıran I Pyotrun əsas məqsədi Xəzərin qərb hissəsini işğal etmək, Cənubi Qafqazda möhkəmlənmək idi. A.P.Volinski karvan yollarını, yol boyu otlaqların olmasını (bu, suvari qoşun üçün lazım idi), yerli qoşunun, müdafiə qurğularının vəziyyətini öyrənməli, buradakı xristianlarla əlaqə yaratmalı idi. Ona həmçinin, burada rus ticarətinin inkişaf etdirilməsi perspektivinin öyrənilməsi də tapşırılmışdı. 1721-ci ilin avqustunda Şirvan üsyanı zamanı Şamaxını ələ keçirən Hacı Davud və Surxay xanın adamlarının rus tacirlərini öldürmələri Rusiyanın Xəzəryanı bölgələri tutmaq planını qətiləşdirdi. I Pyotr onları həm Rusiyanın, həm də Səfəvilərin ümumi düşməni elan etdi. Bu zaman Hacı Davud kömək üçün Osmanlı sultanı II Əhmədə (1703-1730) müraciət etdi, sonra isə İstanbula gedib özünün Şirvan hakimi təsdiq olunması üçün razılıq aldı.
Şəhəryeri
İranda Ərdəbil vilayətinin Meşkinşəhr şəhərində arjg Kəndində yerləşən 8 min il öncəyə çıxan tarixi məntəqə. 400 hektarlıq sahədə yerləşən Şəhəryeri əsasən üç hissədən ibarətdir: Qoşa Təpə, Hərbi Qala və Ağızsız İnsanlar heykəli.Şəhəryeri olaraq bilinən qədim bölgə, Ərdəbildən 65 km və Meşkinşəhrdən 31 km şərqdə Qarasu çayı kənarında yerləşir. == Arxeoloji Araşdırmaları == Şəhəryerində ilk arxeoloji işlər 1947-ci ildə ingiltərəli arxeoloq Charles Allen Burney tərəfindən başlayıb. Burney bu bölgəni Ərcəq qalası adlandırmışdır.