1. is. Yağlı ətdən bişirilən sulu qovurma; bozqovurma.
[Şəhrəbanı xanım:] Nahara Müsyö Jordana qaymaq gərək, yağ gərək, axşama plov gərək, bozartma gərək ki, gedib öz ölkəsində deməsin ki, Qarabağ elatının arvadları mərifətsiz olurlar.
Gecəni qiyamət keçirirdilər. Erkək ətin bozartması, soğan, sirkə…
□ Çoban bozartması – ala-çiy bişirilmiş sulu qovurma.
2. “Bozartmaq”dan f.is.