Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Afurca şəlaləsi
Afurca şəlaləsi — Azərbaycan Respublikasının Quba rayonu ərazisində şəlalə. == Haqqında == Vəlvələ çayının Yan silsiləsini kəsib keçdiyi yerdə əmələ gətirdiyi kanyonvari dərənin yamacında eyniadlı çayın üzərindədir. Çayın yatağında Yura yaşlı əhəngdaşı suxurlarının səthə çıxması və sıldırım pillə əmələ gətirməsi ilə əlaqədardır. Azərbaycan Respublikasının geoloji təbiət abidəsi kimi qeydə alınmışdır və dövlət tərəfindən mühafizə olunur. Hündürlüyü 60 metrdir. Afurca şəlaləsi öz qeyri-adiliyi və bənzərsizliyi ilə turistlərin və səyahətçilərin diqqətini cəlb edən təbiət hadisəsidir. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. I cild, Bakı. 2009. səh.141.
Ajek şəlaləsi
Ajek (ubıx же (аже) — qar, к (куа) — oğul) — Rusiyanın Krasnodar diyarında şəlalə. Ajek şəlaləsi Ajek çayı üzərində, çayın Soçi çayına töküldüyü yerdə yerləşir. Şəlalə Xostinski rayonu daxildədir. Ajek şəlaləsi Soçi Milli Parkı ərazisi daxilində olub Orexovka kəndindən 6,5 km qərbdə yerləşir. == Etimologiyası == Şəlalənin və çayın adı ubıx dilindən tərcümədə «qar oğlu» (же (аже) — qar, к (əsas söz куа) — oğul) və ya «qarla doğulan» deməkdir. Belə bir adın yaranmasına səbəb Saxarnoy dağının cənub yamacıdır. Məhs bu ərazidə olan qar papağının olmasıdır. Qış aylarında yağan yağntılar nəticəsində bu ərazidə qar örtüyü formalaşır. Qonşu zirvələrdə isə qar örtüyü tez əriyir. Başqa bir ehtimala görə Ajek — «maral oğlu» deməkdir.
Akiu şəlaləsi
Akiu şəlaləsi (秋保大滝, Akiu Ōtaki) – Yaponiyanın Miyaqi prefekturasının Senday şəhərinin Tayhaku rayonunda yerləşən şəlalə. Yaponiya Ətraf Mühit Nazirliyi tərəfindən 1990-cı ildə nəşr olunmuş "Yaponiyanın Top-100 şəlaləsi" siyahısına daxildir. Mənzərəli Gözəllik Yeri statusuna malikdir.
Anhel şəlaləsi
Anxel şəlaləsi — Venesuelanın cənubundakı Bolivar ştatında yerləşən şəlalə. Yerli əhalinin dilində Kerepakupai meru və ya Churun meru adlanır. Cənubi Amerika materikində yerləşir. == Haqqında == Anxel dünyada ən hündür şəlalədir, ümumi hündürlüyü 979 metrdir. Digər bir çox sənədlərə əsasən isə 1054 metr sayılır. Suyun aşağı tökülməsi hündürlüyü, yəni hündürlükdən axım zamanı su arası kəsilmədən 807 metrlik yeri əhatə edir. Şəlalənin adı isə pilot Ceyms Anxelin şərəfinə qoyulmuşdur, 1935-ci ildə şəlalənin üzərindən uçuş zamanı buranı kəşf etmişdir. Şəlalə Venesuelanın tropik meşələrində yerləşir və həmin ərazinin milli parkı sayılan "Canaima" nın səlahiyyətindədir. Şəlalənin coğrafi koordinatı – 5°58′03″ şimal, 62°32′08″ qərb hissə. Şəlalə Çurun çayının Karao qolunun üzərində yerləşir.
Anqel şəlaləsi
Anxel şəlaləsi — Venesuelanın cənubundakı Bolivar ştatında yerləşən şəlalə. Yerli əhalinin dilində Kerepakupai meru və ya Churun meru adlanır. Cənubi Amerika materikində yerləşir. == Haqqında == Anxel dünyada ən hündür şəlalədir, ümumi hündürlüyü 979 metrdir. Digər bir çox sənədlərə əsasən isə 1054 metr sayılır. Suyun aşağı tökülməsi hündürlüyü, yəni hündürlükdən axım zamanı su arası kəsilmədən 807 metrlik yeri əhatə edir. Şəlalənin adı isə pilot Ceyms Anxelin şərəfinə qoyulmuşdur, 1935-ci ildə şəlalənin üzərindən uçuş zamanı buranı kəşf etmişdir. Şəlalə Venesuelanın tropik meşələrində yerləşir və həmin ərazinin milli parkı sayılan "Canaima" nın səlahiyyətindədir. Şəlalənin coğrafi koordinatı – 5°58′03″ şimal, 62°32′08″ qərb hissə. Şəlalə Çurun çayının Karao qolunun üzərində yerləşir.
Anxel şəlaləsi
Anxel şəlaləsi — Venesuelanın cənubundakı Bolivar ştatında yerləşən şəlalə. Yerli əhalinin dilində Kerepakupai meru və ya Churun meru adlanır. Cənubi Amerika materikində yerləşir. == Haqqında == Anxel dünyada ən hündür şəlalədir, ümumi hündürlüyü 979 metrdir. Digər bir çox sənədlərə əsasən isə 1054 metr sayılır. Suyun aşağı tökülməsi hündürlüyü, yəni hündürlükdən axım zamanı su arası kəsilmədən 807 metrlik yeri əhatə edir. Şəlalənin adı isə pilot Ceyms Anxelin şərəfinə qoyulmuşdur, 1935-ci ildə şəlalənin üzərindən uçuş zamanı buranı kəşf etmişdir. Şəlalə Venesuelanın tropik meşələrində yerləşir və həmin ərazinin milli parkı sayılan "Canaima" nın səlahiyyətindədir. Şəlalənin coğrafi koordinatı – 5°58′03″ şimal, 62°32′08″ qərb hissə. Şəlalə Çurun çayının Karao qolunun üzərində yerləşir.
Ası şəlaləsi
Ası şəlaləsi (başq. Абҙан шарлауығы, Асы шарлауығы) — Başqırdıstan ərazisindən axan İnzer çayı üzərində yerləşən şəlalə. İnzibati cəhətdən Arxangel rayonu əraszisində yerləşir. 1965-ci ildə təbiət abidəsi elan edilmişdir. Şəlalənin hündürlüyü 6 metrdire. Turistik və elmi əhəmiyyət daşıyır Üzən daş qayası karbonatlı suxurlardan təşkil olunmuşdir. Üzəri mamırla örtülüdür. Bəti çatlarında ağaclar bitmişdir. İnzer çayı onun cənub hissəsindən axır. Yaxınlıqda Abzan və Ası kəndləri yerləşir.
Atış şəlaləsi
Atış şəlaləsi (başq. Атыш — döyüşən, atan) — Cənubi Uralda, Başqırdıstanın Beloretski rayonunda yerləşən şəlalə. == Ümumi məlumat == Atış şəlaləsinin hündürlüyü 4,5 metr, eni isə 6 metrdir. Əsrlər boyu qayanın arasından axan şəlalə, diametri 20 m, dərinliyi 7–10 m olan iki su qazanını xatırladır. Atış şəlaləsi zamanı yaranan göl Lemeza çayına axır. Şəlalənin yaşı çox böyükdür. Atış şəlaləsinin üzərindən axdığı dağ 570 milyon il yaşı olan əhəng daşıdır. Şəlalədəki ekoloji vəziyyətə baxmayaraq, Atış şəlaləsi hazırda Başqırdıstanın təbii gözəlliklərini bilənlər üçün ən məşhur yerlərdən biridir. Lemesanın çayının kənarından olan yol, şəlaləyə açılır, bu da avtomobilin şəlaləyə gəlməsinə imkan verir. == Qalereya == == Xarici keçidlər == Vikianbarda Atış şəlaləsi ilə əlaqəli mediafayllar var.
Baatara şəlaləsi
Baatara — Livanda şəlalə. Ölkənin Dağlıq Livan (Mountain Trail) bölgəsində, Cbeil rayonu ərazisindədir. Ümumi hündürlüyü 225 metrdir. Baatara Livan dağlıq silsiləsində yerləşən Tannorin şəhəri yaxınlığındadır. == Ümumi məlumat == Şəlalənin yerləşdiyi ərazi "Üç körpü çuxuru" (Three Bridge Chasm) adlanır. Məhs şəlalə bir birinin üzərində yerləşən üç körpü formalı çuxura tökülür. Bu çuxur yura dövrünün əhəngdaşlarında təşkil olunmuş və geomorfoloji baxımdan karst qıfıdır. Baatara şəlaləsinin yaşı 160 milyon ildir. Ətraf ərazidə ot örtüyü olduğundan uzaqdan şəlaləni görmək mümkün deyil. Ancaq çox yaxınlaşdıqdan sonra şəlalə görsənir.Mağaranın formalaşmasında yağış və qar sularının fəaliyyəti böyükdür (eroziya).
Buz şəlaləsi
Buz şəlaləsi – buzlaq yatağının çox meyilli olduğu yerdə buzlağın parçalanıb yarıqlar və pillələr əmələ gətirdiyi hissədir. .
Coren şəlaləsi
Coren şəlaləsi (浄蓮の滝, Jōren no taki) – Yaponiyanın Şizuoka prefekturasının İzu şəhərində yerləşən şəlalə. İzu yarımadasının mərkəzində, Kano çayı üzərində yerləşir. Şizuoka Prefektura Təbiət Abidəsidir. Yaponiya Ətraf Mühit Nazirliyi tərəfindən 1990-cı ildə nəşr olunmuş "Yaponiyanın Top-100 şəlaləsi" siyahısına daxildir. Yapon folkloruna görə Coren şəlaləsində başdan çıxarıcı əfsanəvi qadın olan Coroqumo yaşayır.
Detyan şəlaləsi
Detyan şəlaləsi (çin. 板約瀑布, 德天瀑布; vyet. Détiān pùbù, Bǎnyuē pùbù), Vyetnamda Banzek kimi tanınır , — dünyada böyüklüyünə görə dördüncü şəlalə, iki ölkə sərhəddində yerləşmiş. Çin və Vyetnam ərazisində olan kiçik şəlalələr yağışlı mövsümdə birləşərək böyük bir sistem əmələ gətirir. == Yerləşməsi == Şəlalə boyu uzanan yol sonda iki dövlət sərhəddində yerləşən qayalığa gətirib çıxarır. Məhs bu yer çin və vyetnam arasında olan sərhəd hesab olunur. Tzin sülaləsinin torpaqları ilə fransa müstəmləkəsinin əraziləri arasında müəyyənləşdirilmiş sərhəd məhz burdan keçirdi. 1979-cu ildə, Çin-Vyetnam müharibəsi zamanı şəlalə bölgəsi çin ordusunun yerləşmə ərazisi idi. Şəlalənin Vyetnamala sərhəd mövqeyə malik olması uzun müddət mübahisə mövzusu olmuşdur. Uzun sürən danışıqlardan sonra, 1999-cu ildə sərhəd bölgüsü nizamlandı.
Düdən şəlaləsi
Düdən Şəlalələri — Türkiyənin Antalya vilayətində yerləşən şəlalələr qrupudur.Başlanğıcını Düdən çayından (cənubi Anadoluda böyük çaylarından biri) götürən şəlalə, Antalyadan 12 km şimal-şərqdə yerləşir.
Eravan şəlaləsi
Eravan (tay. น้ำตกเอราวัณ, oxu. "namtok eravan") — Tailandda şəlalə. Ölkənin Kançanaburi bölgəsində, Eravan Milli Parkı (tay. อุทยานแห่งชาติเอราวัณ) ərazisində yerləşir. Kaskad tipli şəlalə 7 piildən ibarətdir. Kaskadların ümumi hündürlüyü 831 metrdir. Şəlalə Monqlay və Omtala çayları hövzəsində yerləşir. == Ümumi məlumat == Eravan şəlaləsi Kançanaburi şəhərinin (tay. กาญจนบุรี), 65 km-də yerləşir.
Eyşabad şəlaləsi
İşoba şəlaləsi və ya Eyşabad şəlaləsi- Şərqi Azərbaycan ostanının Mərənd şəhristanının Mərkəzi bəxşinin Şimali Mişab dehastanının İşoba kəndində yerləşən şəlalədir.
Fudo şəlaləsi
Fudo şəlaləsi (不動の滝, Fudō no taki) – Yaponiyanın İvate prefekturasının Haçimantay şəhərində yerləşən şəlalə. Api çayının qolu üzərində yerləşir. Yaponiya Ətraf Mühit Nazirliyi tərəfindən 1990-cı ildə nəşr olunmuş "Yaponiyanın Top-100 şəlaləsi" siyahısına daxildir.
Furtouq şəlaləsi
Furtouq şəlaləsi (inquş Фурто́угера хурхал, Dmitri Mendeleyev adına Furtouq şəlaləsi) — Rusiyada, İnquşetiya Respublikası ərazisində yerləşən şəlalə. Furtuoq şəlaləsi Lyajqin şəlaləsindən sonra İnquşetiyanın ən hündür ikinci şəlaləsidir. Hündürlüyü 12 metr olan bu şəlalə dəniz səviyyəsindən 1380 metr hündürlükdə yerləşir. Maksimum eni isə 5 metrdir. Şəlalə sərhəd keçid məntəqəsinin və Hərbi Gürcüstan yolunun yaxınlığındadır. İl boyu bol suludur. Furtouq şəlaləsinin yerləşdiyi bölgədə Erzi Dövlət Təbiət Qoruğu var. Furtouq şəlaləsi Ceyrax dərəsinin başlanğıcında (Ceyrax rayonu), Şahid dağların ətəklərində yerləşir. Furtouq kəndi şəlalədən 1 km aralı yerləşir. Cənub-şərqdə Ceyrax rayon mərkəzi yerləşir.
Gülaxır şəlaləsi
Gülaxır şəlaləsi — Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının Xarvana bəxşinin Ərzil dehastanının Gülaxır kəndində yerləşən şəlalədir. == Adının mənası == Gülaxır sözü Azərbaycan dilində "şanlı" mənasını verir.
Günəşli şəlaləsi
Günəşli şəlaləsi — Lerik rayonun Günəşli kəndində yerləşən şəlalə. == Yerləşdiyi ərazi == Sıx meşənin dərinliyində yerləşir. 8 may 2007-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Lerik rayonunun Noda kənd inzibati ərazi dairəsi tərkibindəki kənd Günəşli kəndi adlandırılmışdır. == Şəlalə haqqında == Günəşli şəlaləsi dəniz səviyyəsindən 1000 m hündürlüyündə yerləşir. Günəşli şəlaləsinin hündürlüyü 7 m, eni 5 metrdir.
Gürlevik şəlaləsi
Gürlevik şəlaləsi Türkiyədə Ərzincanın 23 km cənub-şərqində yerləşir.1950-1953-cü illərdə Dövlət Su İşləri (DSİ) tərəfindən, 3,040 KW gücünə sahib şəlalənin aşağı hissəsində, su elektrik stansiyası tikilib. Növbəti illərdə, 1965-ci ildə əlavə olaraq Gürlevik su elektrik stansiyasının su tutumu 3.866 1 / san yüksəldildi.
Hacıman şəlaləsi
Hacıman şəlaləsi — Azərbaycan Respublikasının Ağsu rayonu, Hacman kəndi inzibati vahidliyində yerləşir. Şəlalə həmçinin Pirqulu Dövlət Təbiət Qoruğunun bir hissəsini təşkil edir.
Hottay şəlaləsi
Hottay şəlaləsi (法体の滝, Hottai no taki) – Yaponiyanın Akita prefekturasının Yurihonco şəhərində yerləşən şəlalə. Çokay dağının yamaclarında yerləşən Koyoşi çay sisteminin qolu olan Akasava çayı üzərində yerləşir. Yaponiya Ətraf Mühit Nazirliyi tərəfindən 1990-cı ildə nəşr olunmuş "Yaponiyanın Top-100 şəlaləsi" siyahısına daxildir. 17 dekabr 1960-cı ildən etibarən şəlalə və onun töküldüyü gölməçə Akita Prefektura Gözəllik Mənzərəsi Yeri və Təbiət Abidəsi kimi qorunur.
Jagala şəlaləsi
Yaqala (est. Jägala juga) — Estoniyanın eyni adlı Yaqala çayı üzərində yerləşən şəlalə. Şəlalə Haryumaa vilayətinin Yoelahtme rayonu ərazisinə aiddir. Fin körfəzindən 4 km cənubda, Tallin şəhərindən isə 25 km şərqdə yerləşir. == Ümumi məlumat == Şəlalənin hündürlüyü 8 metr, eni isə təxminən 50 m-dir. Estoniyanın ən böyük şəlalələrindən biridir. Suyun töküldüyü yerdə çıxıntı meydana gəlmiş və suyun arxa hissəsində boşluq formalaşmışdır. Məhs boşluqla şəlalə boyu hərəkət etmək mümkündür. Ancaq yol təhlükəlidir. Daşlar üzəri həmişə sürüşkən olur.
Jog şəlaləsi
Jog (Gersoppa) — Hindistanda şəlalə. Şəlalə Hindistan yarımadasının qərbində ki Qərbi Qat dağlarında yerləşir. Jog Şaravati çayının mənsəbin yaxınlığındadır (40 km). Şəlalə Karnataka ştatının görməli yerlərindən biri hesab edilir. == Ümumi məlumat == O dörd hissədən ibarətdir. Şəlalənin ümumi eni 472 metrdir. Hündürlüyünə görə ölkədə ikinci (Nohkalikai şəlaləsindən sonra), dünyada isə 120-ci yerdədir. Digər şəlalələrdə fərqli olarq su kəskin olaraq yerə tökülür. Jog Şaravatı çayında yerləşir və hər dörd hissənin öz adı var. Adlar axınların xarakterinə görə verilib.
Katexçay şəlaləsi
Katex Şəlaləsi — Balakən rayonu ərazisindəki Katexçay şəlaləsi isə Azərbaycanda ən məşhur şəlalə sayılır. Qeyd edək ki, bu şəlalə Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. Şəlalənin hündürlüyü 20 metrə yaxındır. Bu, Azərbaycanın ən bolsulu şəlaləsidir. Şəlaləyə getmək üçün Katex kəndindən keçən sərt eniş-yoxuşlarla hərəkət etmək lazımdır. Katexçaya çatmaq üçün 500 metrlik çətin dolanbaclı və uçurumlu yolu piyada qət etmək gərəkdir. Şəlalənin yerləşdiyi ərazini görənlər əsrarəngiz mənzərədən zövq ala bilirlər. Bura turistlərin ən çox üz tutduğu məkanlardan biridir. Mütəxəssislər bildirirlər ki, Katexçay şəlaləsinin təzyiqindən əldə edilə biləcək elektrik enerjisi bəlkə də bütöv bir rayonun işıqla təminatına bəs olar.