ƏLAQƏLƏNDİRMƏK
ƏLAQƏLİ
OBASTAN VİKİ
Əlaqəli hüquqlar
Əlaqəli hüquqlar – Müəlliflik hüququ ilə qorunan əsərlərin kütləyə çatdırılmasında iştirak edən vasitəçilərin müəlliflik hüququ ilə təmasda olan hüquqları. Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Əlaqəli ifadə
Əlaqəli ifadə – iki, yaxud bir neçə əlaqəni tutuşdurmaq üçün əlaqə (münasibət) operatorlarının (məsələn, “kiçikdir”, yaxud “böyükdür”) istifadə olunduğu ifadə. Əlaqəli ifadənin nəticəsi Bul kəmiyyəti (doğru/yalan) olur. Bax: BOOLEAN, RELATIONAL OPERATOR. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Əlaqəli model
Əlaqəli model (ing. Relational model) — verilənlərin əlaqələr əsasında təşkil olunduğu model; çağdaş verilənlər bazalarının idarəolunması sistemlərinin əksəriyyətində bu model gerçəkləşdirilib. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Əlaqəli siyahı
Əlaqəli siyahı (en. linked list) – proqramlaşdırmada: verilənlər strukturunun göstəricilərlə (POINTER) bir-birinə bağlanmış bəndlərinin və ya elementlərinin siyahısı. Sadə bağlantılı siyahının hər bir bəndində bir göstərici var ki, həmin göstərici siyahının növbəti bəndinə göndərir (müraciət etdirir); ikiqat bağlantılı siyahının (DOUBLE-LINKED LIST) hər bir bəndində iki göstərici var ki, onlardan bir növbəti, o biri isə əvvəlki bəndə göndərir; dairəvi siyahıda birinci və axırıncı bəndlər əlaqəlidir. Massivlər kimi, bağlantılı siyahılardan da tez-tez siyahıların, steklərin və verilənlər növbələrinin yaradılmasında istifadə olunur. Bağlantılı siyahılar daha əlverişlidir, çünki onlarda bəndlər dinamik paylanır və bütün bəndlərin eyni tipdən olması tələb olunmur; massivlər isə, öz növbəsində, verilmiş bəndə birbaşa erişməyə imkan verir. Dövrün tapılması İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Əlaqəli damarlar
Əlaqəli damarlar — eyni venoz sistemin 2 fərqli nöqtəsi ilə əlaqə quran venalar. Səthi venoz sistemi dərin venoz sistemlə birləşdirən digər venalara perforator venalar deyilir. Onlar böyük dəri altı venasını kiçik dəri altı vena ilə əlaqələndirə bilərlər (məsələn, Giakomini venası). Giakomini venası — böyük dərialtı vena (BDV) və kiçik dərialtı vena (KDV) arasında birləşdirici damardır. Giakomini venası ya gövdənin proyeksiyası kimi, ya da kiçik dərialtı venanın qolu kimi budun arxası boyunca uzanır. Giakomini venasının çatışmazlığı təcrid olunmuş şəkildə özünü göstərə bilər, lakin daha çox böyük dərialtı vena çatışmazlığı ilə birlikdə müşahidə olunur. Bunun ya endovenöz lazer ablasiyası, ya da ultrasəslə idarə olunan skleroterapiya ilə effektiv şəkildə müalicə olunduğu bildirilir.
Bankın əlaqəli şəxsləri
Paratiroid hormonu ilə əlaqəli zülal
Paratiroid hormonu ilə əlaqəli zülal — bir hormondur və mezenximal kök hüceyrələr tərəfindən ifraz olunan paratiroid hormonları ailəsinin üzvüdür. Bəzən xərçəng hüceyrələri tərəfindən ifraz olunur (məsələn, döş xərçəngi, ağciyər xərçənginin müəyyən növləri, o cümlədən skuamöz hüceyrəli ağciyər karsinoması). Bununla belə, sümük, diş, damar toxumaları və digər toxumalarda da normal funksiyalara malikdir. PTHrP endokrin, avtokrin, parakrin və intrakrin hormon kimi hərəkət edir. Endoxondral böyümə plitəsinin sabit genişliyini saxlamaqla endoxondral sümük inkişafını tənzimləyir. O, həmçinin süd vəzilərinin formalaşması zamanı epiteliya-mezenximal qarşılıqlı əlaqəni tənzimləyir. PTHrP onurğalılarda və məməlilərdə kalsium homeostazının tənzimlənməsində mühüm rol oynayır. 2005-ci ildə avstraliyalı patoloq və tədqiqatçı Tomas Con Martin aşkar etdi ki, osteoblastlar tərəfindən istehsal olunan PTHrP sümük əmələ gəlməsinin fizioloji tənzimləyicisidir. O, həmçinin osteoklas formalaşmasını gücləndirərək sümük rezorbsiyasının fizioloji tənzimlənməsində rol oynaya bilər. Paratiroid hormonu ilə əlaqəli zülal yerli sümük rezorbsiyasını stimullaşdırmaq üçün siqnal molekulu kimi çıxış etdiyi diş çıxarma zamanı sümükdaxili mərhələsində vacibdir.

Значение слова в других словарях