Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çadan
Çadan — Rusiya Federasiyasında yerləşən şəhər. Tıva Respublikasınana daxildir.
Şaban
Şaban — Hicri təqviminin 8-ci ayı.
Şadgan
Şadgan — İranın Xuzistan ostanının şəhərlərindən və Şadgan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 48,642 nəfər və 8,600 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ərəblərdən ibarətdir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
Şağan
Şağan — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. Şağan Abşeronun şimal-şərqində Xəzər sahillərində, 0-5 metr hündürlükdə yerləşir. Abşeronun ən qədim kəndlərindən biridir. Coğrafi cəhətdən Şağan şimal və şimal-qərbdən Buzovna, şərqdən və cənub tərəfdən Mərdəkan, qərb istiqamətində isə Binə qəsəbəsi (Təmənnis torpaqları) ilə həmsərhəddir. Qəsəbənin sahəsi təqribən 1500 km²-dir. 1933-cü ildə Şağan kəndi Mərdəkan kənd sovetinin tərkibinə daxil edildi. 1945-ci ildə ayrılsad a, 1948-ci ildə yenidən birləşdirildi. 1990-cı ildə Şağan qəsəbə statusu aldı. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Şağan qəsəbəsi şəhər tipli Mərdəkan qəsəbəsindən ayrılaraq, şəhər tipli qəsəbə kimi rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, Şağan şəhər tipli qəsəbəsi mərkəz olmaqla Şağan qəsəbə ərazi vahidi yaradılmışdır. Abşeron yarımadasının ən qədim yaşayış məskənlərindən biri də Şağandır.
Şaban oğlu Şaban
Şaban oğlu Şaban — Kamal Sunalın canlandırdığı "Şaban" obrazı üzərində 1977-ci ildə yazılan və çəkilən türk filmi. Rejissoru Ertem Əyilməzdir. Film 1977-ci ilin dekabrında nümayiş olundu. Şaban komandiri Hüsaməddini tez-tez yaralayan və orduda hər cür yöndəmsizlik edən əskərdir. Əskərlikdən sonra əskər yoldaşı Ramazanla birlikdə əyləncə məkanında çalğıçılıq edir. Sonrasında Şabanla Ramazan işlədikləri əyləncə məkanında kanto çalan Nigara aşiq olurlar. Bundan xəbər tutan Nigarın məşuqu Kadırqalı Əşrəflə böyük problem yaşayırlar. Amma təsadüfən onun öhdəsindən gəlirlər. Mülki həyatda polis olan Hüsaməddinin və polis təşkilatının aylardır tuta bilmədikləri Kadırqalı Əşrəfi tutduqları üçün Hüsaməddinin qayınatası olan Nazır paşanın gizli polisi olurlar. Sonrasında Nazır paşa onlara bacısının itən almazını tapma işini tapşırır.
Şada
Şada — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Pirçayın (Şahbuz çayın qolu) sahilindədir. Oykonomin türkdilli şoto etnoniminin fonetik təhlilə uğramış variantı ilə bağlılığı ehtimal edilir. MƏnbələrə görə tayfa adını yaşadığı eyni adlı səhradan götürmüşlər. VII əsrdə Şərqi Türküstanın Çu vadisində dövlətlərini yaratmış şatolar oğuz, xəzər və monqol yürüşləri zamanı Azərbaycanda məskunlaşmışlar. Tayfa XİX əsrdə qırğızların tərkibində şada adı ilə qeydə alınmışlar. Əhalisi 182 nəfərdir.
Erekle (Şaran)
Erekle (başq. Ерекле), rus. Erekle) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Erekle kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 25 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 30 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (79 %) üstünlük təşkil edir.
Karakaşlı (Şaran)
Karakaşlı (başq. Ҡараҡашлы, rus. Каракашлы) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Durtüylü kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 29 km, kənd sovetliyindən (Durtüylü): 7 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 27 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (97 %) üstünlük təşkil edir.
Karakul (Şaran)
Karakul (başq. Ҡаракүл, rus. Каракулька) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Dimitriyevo Polyanka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 7 km, kənd sovetliyindən (Dimitriyevo Polyanka): 6 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 27 km. == Əhali == == Tarixi == 1896-cı ildə Karakulda 9 həyət, 43 sakit (21 kişi, 22 qadın) vardı. 1920-ci ildə isə qəsəbədə 19 həyət və 117 sakin (52 kişi, 65 qadın) yaşayırdı. 1926-cı ildə Şaran rayonu Belebeevski kantonu Başqırdıstan MSSR aid idi. 1982-ci ildə kənd olaraq 40 sakinə sahib idi.
Karazıbaş (Şaran)
Karazıbaş (başq. Ҡараҙыбаш, rus. Каразыбаш) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd İçke Tombaqoş kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 4 km, kənd sovetliyindən (İçke Tombaqoş): 3 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 40 km.
Kubələk (Şaran)
Kubələk (başq. Kubələk), rus. Кубаляк) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 9 km, kənd sovetliyindən (Miçurinsk): 9 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 51 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə marilər (86%) üstünlük təşkil edir.
Kırtutəl (Şaran)
Kırtutəl (başq. Ҡыртүтәл), rus. Куртутель) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Erekle kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 28 km, kənd sovetliyindən (Erekle): 3 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 35 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə marilər (93 %) üstünlük təşkil edir.
Ladan burxurkolu
Ladan burxurkolu (lat. Cistus ladanifer) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin buxurkolukimilər fəsiləsinin buxurkolu cinsinə aid bitki növü.
Ladan kolu
Rododendron (lat. Rhododendron) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi. == Maraqlı faktlar == Bu bitki Nepalda ölkənin milli bitkisi hesab olunur.
La-Şaban
La-Şaban (fr. La Chabanne) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Meye-de-Montan kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03050. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 186 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 102 nəfər arasında (15-64 yaş arasında) 70 nəfər iqtisadi cəhətdən fəal, 32 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,6%, 1999-cu ildə 55.8%). Fəal olan 70 nəfərdən 63 nəfəri (42 kişi və 21 qadın), 7 nəfər işsiz (2 kişi və 5 qadın) idi. 32 hərəkətsiz 7 nəfər arasında şagird və ya tələbə, 14 nəfər təqaüdçü, 11 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Mixaylovka (Şaran)
Mixaylovka (başq. Михайловка, rus. Михайловка) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 28 km, kənd sovetliyindən (Miçurinsk): 10 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 70 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar üstünlük təşkil edir.
Miçurinsk (Şaran)
Miçurinsk (başq. Мичуринск, rus. Мичуринск) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 18 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 60 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar(45 %) üstünlük təşkil edir.
Mişər (Şaran)
Mişər (başq. Мишәр), rus. Акбарисово) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Akbaris kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 6 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 38 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə Marilər (95%) üstünlük təşkil edir.
Narataçtı (Şaran)
Narataçtı (başq. Наратаҫты, rus. Наратасты) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Şaran kənd şurasının tərkibindədir. Məsafələr: ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası):25 km.
Nürəy (Şaran)
Nürəy (başq. Нөрәй, rus. Бахча) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Nürəy kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 30 km, ən yaxın dəmiryol stansiyasından (Kandrı stansiyası): 35 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (95%), başqırdlar (5%) üstünlük təşkil edir.
Olcay Şahan
Olcay Şahan (26 may 1987, Düsseldorf) — Türk futbolçusu. "Beşiktaş" klubunun hücumçusudur.
Padan ovalığı
Padan ovalığı ( Digər adları: Po ovalığı və ya Po düzənliyi (it. Pianura Padana və ya Val Padana) - İtaliyanının şimalında yerləşən geniş ovalığ olub onun əsas coğrafi strukturlarından biridir. Alp dağlarından başlayan çayların gətirdiyi allüvial çöküntülərin toplanması və çökdürülməsi nəticəsində yaranmışdır. Ovalıq qərbdən şərqə doğru 650 km məsafədə uzanmışdır. Ovalığın eni müxtəlif yerlərdə 70–200 km arasında dəyişir. Ovalığn ümumi sahəsi Po çayı hövzəsinə daxil olmayan Venedikt ovalığı ilə birlikdə 46000 km² təşkil edir. Ovalıq şimaldan Alp dağları, qərbədn Monferatto təpəlikləri, cənubdan Appenin dağları, şərqədn isə Adriaktik dənizi ilə əhatə olunmuşdur. Ovalğın ərazisindən keçən ən böyük çay olan Po çayı Adriaktik dənizinə töküldüyü yerdə böyük delta əmələ gətirmişdir. Ovalıq İtaliyanın ən məhsuldar ərazilərindən biri olmaqla əhalinin məskunlaşmasının böyük sıxlığı ilə seçilir. Ovalığın iqlimi bəzi yerlərdə mülayim kontinental, əksər yerlərdə isə rütubətli subtropikdir.
Papnovka (Şaran)
Papnovka (başq. Папановка, rus. Папановка) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 28 km, kənd sovetliyindən (Miçurinsk): 10 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 73 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə marilər (49%), ruslar (36%) üstünlük təşkil edir.
Pisarev (Şaran)
Pisarev (başq. Владимировка), rus. Владимировка) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Pisarev kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 25 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 55 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (47%) üstünlük təşkil edir.
Pokrovka (Şaran)
Pokrovka (başq. Покровка, rus. Покровка) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 35 km, kənd sovetliyindən (Miçurinsk): 17 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 77 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (75%) üstünlük təşkil edir.
Saadan
Saadan — Şabran rayonunun Sədan kəndi (hazırda bu kənd Siyəzən rayonuna daxildir) ərazisindəki palçıq vulkanıdır. Saatdan, Sədən variantlarında da qeydə alınmışdır. Əsli Sodandır. Palçıq vulkanı adını eyniadlı yaşayış məntəqəsindən almışdır.
Sadaa
Saman
Saman — Taxıl bitkiləri (buğda, arpa) döyüldükdən sonra qalan küləş. Saman (İran) — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Saman bəxşində şəhər və bu bəxşin mərkəzi.
Sayan
Şərqi Sayan Sayan dağları Sayan dağı — Ağsu rayonu ərazisində dağ. Hündürlüyü 1146 m.
Sazan
Sazan adası (alb. Sazani, it. Saseno, yun. Σάσων) — Adriatik dənizində yerləşən kiçik ada. Ada Albaniyaya məxsusdur. Sazanın sahəsi 5 km² təşkil edir. Adada yaşayış yoxdur. Sazan körfəzin Adriatik dənizinə açılan hissəsində yerləşir. İnzibati cəhətdən isə Albabiyanın Vlyera rayonu ərazisinə daxildir. Sahəsi baxımından Albaniyanın ən iri adasıdır.
Sedan
Sedan — minik maşının baqaj hissəsi salonundan ayrılmış, adətən iki və ya üç tamölçülü oturacaqlar sırası olan və avtomobillərdə ən geniş istifadə olunan ban növü. Sedanlarda arxa şüşə demək olar ki bütün hallarda arxa çərçivədə sıx yerləşir, qalxıb/düşmür, baxmayaraq, ki arxa oturacağın arxasında lyuk ola bilər, hətta o, uzun əşyaları daşımaq üçün özü də yığıla bilər. Keçmiş SSRİ və inkişaf edən ölkələr kimi ərazidə avtomobilizasiya yeni başladığından dördqapılı sedanlar hələ çox populyar olacaqlar. Hətta SSRİ-də 80-ci illərdə hetçbeklərin kütləvi istehsalına keçmək eksperimenti alınmadı və 90-cı illərdə sedanlar yenə öz yerlərini möhkəmləndirdilər. İnkişaf edən ölkələrdə Peugeot 206 və Volkswagen Polo kimi avtomobillərini sedan banında istehsal edirlər.
Sudan
Sudan (ərəb. السودان; ing. Sudan) və ya rəsmi adı ilə Sudan Respublikası (ərəb. جمهوریة السودان; ing. Republic of the Sudan) — Şimali Afrikada dövlət. Sudan şimaldan Misir, şimal-qərbdən Liviya, qərbdən Çad, cənub-qərbdən Mərkəzi Afrika Respublikası, cənubdan Cənubi Sudan, cənub-şərqdən Efiopiya, şərqdən Eritreya ilə həmsərhəddir. Şimal-şərqdən isə Qırmızı dənizlə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Xartum, ümumi sahəsi 1,886,068 kvadrat kilometr, əhalisinin sayı 41 milyon nəfərdən çoxdur. Sudan 2011-ci ildə Cənubi Sudan ondan ayrılmasına qədər Afrika qitəsinin və ərəb dünyasının ən böyük ölkəsi olmuşdur. Sudan 1956-cı il yanvarın 1-də müstəqilliyini elan edib.
Sədan
Sədan — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 17 fevral 1993-cü il tarixli, 514 saylı Qərarı ilə Siyəzən rayonunun Sədan kəndi mərkəz olmaqla Sədan kənd Soveti yaradılmışdır. Bu ad mənbələrdə XII əsrdən məlumdur. XVIII əsrdə toponim Siadon şəklində qeydə alınmışdır. Oykonim tat dilindəki siya (qara) və bir çox qədim dillərdə "su, çay, nəhr" mənasında işlənən dan sözlərindən düzəlib, "qara su, qara bulaq" deməkdir. Bu coğrafi ad hələ qədim zamanlardan ərazidə aşkar olunmuş neft yataqları ilə bağlı yaranmışdır. Kənddə Qara-Dindar qalası, Sədan qalası var. Kənd dağətəyi ərazidə yerləşir. 2009-cu ildə kənd əhalisinin sayı 580 nəfər olub. Əhalisi tatlar idi.
El Sadar
Fransuaza Saqan
Fransuaza Saqan' və ya əsl adıyla Fransuaza Kore (21 iyun 1935[…] – 24 sentyabr 2004[…]) — Fransız yazıçısı və ssenaristi. Yazıçı, Franzua Moriak tərəfindən verilən "cazibədar kiçik canavar" adıyla da tanınır. Saqan, burjua obrazları olan güclü romantik əsərləri ilə tanınır. == Həyatı == Saqan, Fransanın Kajar vilayətində dünyaya gəlmiş və burada olan Lot əyalətində böyümüşdür. Uşaqlıqdan heyvanlara qarşı xüsusi heyranlığı olmuşdur. Bu müddətdə "Kiki" ləqəbi ilə tanınan Saqan varlı bir ailənin ən kiçik qızı idi. Atası bir şirkətin müdiri, anası isə torpaq sahələri olan bir ailənin qızı idi. Müharibə vaxtı Dofine bölgəsinə köçən ailə bunun ardınca Verkora gedir. Saqan 1953-cü ildə Sorbonnaya qəbul imtahanlarından keçə bilmədi. Daha sonra, bu universitetə qəbul olsa da, universiteti yarımçıq atmışdır.
Karl Saqan
Karl Edvard Saqan (ing. Carl Edward Sagan; 9 noyabr 1934[…], Bruklin, Nyu-York ştatı – 20 dekabr 1996[…], Sietl, Vaşinqton) — amerikalı аstronоm, astrofizik və görkəmli elm təbliğatçısı. Saqan astrobiologiya sahəsində ilk mütəxəssislərdəndir. Onun Yerdənkənar Şüurun Axtarışı (SETI) layihəsinin irəliləməsində böyük xidmətləri olmuşdur. Saqan özünün elmi-populyar kitabı və televiziya mini-serialı olan "Cоsmos"dan sonra məşhurlaşdı. O, həmçinin "Kontakt" romanının və 1997-ci ildə çəkilmiş eyniadlı filmin müəllifidir. == Təhsili və elmi karyerası == Karl Saqan Bruklində yəhudi ailəsində doğulmuşdur. Atası Sem Saqan dərzi, anası Raşi Molli Qruber evdar qadın idi. Saqan 1955-ci ildə Çikaqo Universitetinin məzunu olur. O, 1956-cı ildə fizika sahəsində magistr, 1960-cı ildə isə astronomiya və astrofizika üzrə doktorluq dərəcəsi alır.
Baden-Baden
Baden-Baden (alm. Baden-Baden‎) — Almaniyanın Baden-Vürtemberq torpağının Karlsruhe inzibati dairəsində şəhər. Sahəsi 140.18 km2, əhalisi 54581 nəfərdir (2005). == Ümumi məlumat == Şvarsvald dağlarının ətəklərində, 700 m hündürlükdə balneoloji və iqlim kurortudur. Əsas təbii müalicə amili natrium xloridli, radonlu termal (68 °C-yədək) bulaqlar dır; oynaq, həzm sistemi orqanları, ürək-damar, periferik əsəb sistemi xəstəlik ləri müalicə olunur. İqlimi yumşaq (ortaillik temp-r 9,7 °C), mülayim rütubətlidir (ortaillik nisbi rütubət 79%). Sanatoriyalar, müalicə otelləri, mineral su hovuzları, içməli su qalereyaları var. Üzüm müalicəsi (avqust–oktyabr) tətbiq edilir. Hələ 3 əsrdə burada Sivitas-Aureliya-Akvenzis kurortunun əsasını qoymuş romalılar Baden-Badenin bulaqlarından müalicə məqsədləri ilə istifadə etmişlər. Baden-Badendə beynəlxalq şahmat turnirləri (1870, 1925, 1981) keçirilir.