Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şah
Şah — Yaxın və Orta Şərqin bəzi ölkələrində və Dehli sultanlığında monarxın titulu. Şah titulu ilk dəfə Sasanilər dövlətində işlənməyə başlamışdır. Səfəvi dövlətində də hökmdar şah adlanırdı. İranda şahlıq devrilənədək şaha şahənşah deyilirdi. Padşah (farsca şahlar hökmdarı) titulu şahənşah və imperator titullarına uyğundur.
Abdullah şah
Abdullah şah (1614 – 21 aprel 1672) — Qolkonda hökmdarı, Qütbşahilər sülaləsinin son nümayəndəsi. == Həyatı == 1612-ci ildə, Heydərabadda doğulmuşdur. Atası Sultan Məhəmməd şah, anası isə Həyat Bəxş xanımdır. Atası və anası əmioğlu-əmiqızı idilər. == Hakimiyyəti == Hakimiyyətə gələndə hələ 14 yaşı vardı və qəyyumluğu anası Həyat Bəxş xanım edirdi. Hakimiyyətə gələndən cəmi 4 il sonra imperator Şah Cahanın oğlu Övrəngzib Əhmədnaqara hücum etdi və Qolkonda üçün təhlükə yarandı. Abdullah şah Moğollardan asılı olduğunu elan etməyə məcbur oldu. Avropalıların Hindistana ayaq açması, almaz yataqlarının kəşfi Qolkonda üçün yeni bir fürsət idi. Sənaye canlamağa, ticarət güclənməyə başlamışdı. Masulipatnam meşələrində ağac sənayesi üçün əlverişli vəziyyət vardı və Hollandiya Ost-Hind şirkəti bundan istifadə etməyə can atırdı.
Adil şah
Adil şah və ya Əliqulu xan (1719, Xorasan – 20 may 1749, Məşhəd) — Əfşarlar xanədanlığından olan 2-ci Azərbaycan, İran və Xorasan şahı (1747–1748). == İlk Həyatı == Əliqulu xan İbrahim xan oğlu 1719-cu ildə Xorasan əyalətinin Əbivərd ətrafında doğulmuşdu. Əmisi Nadir şaha xidmət etmişdi. Əliqulu xan əmisinin səfərlərində iştirak etmişdi.Mosul ətrafında yaşayanlar üsyan etdikdə cəza dəstəsinə başçılıq etmişdi. Üsyançıları darmadağın edib xeyli qənimət ələ keçirmişdi. Əliqulu xan yezidi-kürdlərin qiyamını yatırmışdı. Başçıları Yezidi döyüş meydanında öldürmüş, Əsa isə Nadirqulu xanın yanına gəlib itaətini bildirmişdi. Əliqulu xan Rzaqulu mirzədən sonra Xorasanın hakimi təyin edilmişdi. Əliqulu xan 1745-ci ilin may ayında Nadir şahın göstərişi ilə Xivəyə yürüş etmişdi. Əliqulu xan 1746-cı ilin noyabrın 10-da Sarı xan, Allahvеrdi xan və Şahqulu xanla birlikdə Xarəzmə, qiyamçı yomutların üstünə getmişdi.
Aram Şah
Aram Şah (XII əsr – may 1211) — 1210–1211-ci illərdə iqtidarda olmuş sultan, Müəzzilər dövlətinin ikinci hökmdarı.
Arslan şah
Arslanşah — ad.
Babur şah
Qazi Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد‎ ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) (14 fevral 1483 — 26 dekabr 1530) — Böyük Moğol İmperiyasının qurucusu və ilk hökmdarıdır. Baburun Çağatay türkcəsində yazdığı və həyatından xronoloji olaraq bəhs etdiyi Baburnamə əsəri Türk ədəbiyyatı tarixində önəmli yerə sahibdir. Xətti Babur deyilən yazı sistemini təkmilləşdirən Babur eyni zamanda Çağatay türkcəsində yazılmış ədəbiyyatın Əlişir Nəvaidən sonra ən böyük şairi hesab olunur. == Soyu və ailəsi == Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi.Baburun ata tərəfdən mənsub olduğu Teymurilər sülaləsinin əsasını qoyan Əmir Teymur əslən barlas boyundandı. Barlaslar Orta Asiyada yaşayan türkləşmiş monqol boyu idi. Monqolların gizli tarixi (rus. Монголын Нууц Товчоо) adlı əsərə görə barlaslar boruciginlərlə bir soydan gəlir.
Cahan şah
Müzəffərəddin Cahan ibn Yusif və ya Cahanşah (1397, Mardin – 11 noyabr 1467, Muş) — dövlət xadimi, şair, hürufi fəlsəfəsinin tanınmış nümayəndəsi. Cahanşah Qaraqoyunlu dövlətinin banisi Qara Yusifin üçüncü oğlu idi. "Həqiqi" təxəllüsü ilə Azərbaycan ədəbiyyatında öz yeri olan şairdir. == Uşaqlıq və gənclik illəri == Müzəffərəddin Cahanşah Həqiqi 1397-ci ildə Xoy şəhərinin yaxınlığında yerləşən kiçik bir kənddə doğulmuşdur. Teymurilər və Cəlairilərlə gərgin mübarizədə Qara Yusif Azərbaycandan başqa indiki Ermənistan ərazisi, Şərqi Gürcüstan, Ərəb və fars İraqını və həmçinin digər kiçik malikanələrin ərazilərini öz sərhədləri daxilində birləşdirən nəhəng bir dövlət yaratmağa nail olur. Cahanşah hələ erkən yaşlarından atası Qara Yusifin hərbi yürüşlərində və dövlət idarəçiliyində iştirak edərək həm də yaxşı təhsil almışdır. O öz dövrünün ən savadlı və maarifpərvər hökmdarlarından sayılır. 1420-ci ildə Qara Yusifin ölümündən sonra dövlətin daxilində çəkişmələr başlanır və ölkə parçalanma təhlükəsi ilə üzləşir. Teymurun oğlanları Şahrux və Baysunqur bundan istifadə edərək bir neçə dəfə Azərbaycan üzərinə hücuma keçirlər. Qara Yusifin oğlanlarından İskəndər Azərbaycanda hakimiyyəti ələ keçirərək, Şirvana hücum edərkən Şirvanşah I Xəlilullahın köməyinə Şahrux gəlir.
Cahandar Şah
Cahandar Şah — Böyük Moğol İmperiyasının IX padşahı.
Cüneyd Şah
Cüneyd Şah (1992, Srinaqar[d] – 16 iyul 2020, Srinaqar[d]) — Hindistan aktyoru və modeli. Bolid aktyor Ranbir Kapoor ilə bənzərliyi səbəbindən ayrı bir fan bazasına sahib idi.
Deyzi Şah
Deyzi Şah (ing. Daisy Shah, hind (dev.) डेज़ी शाह) — Hindistanlı model, rəqqasə və aktrisa. 25 avqust 1984–cü ildə Hindistanın Maharaştra ştatında, Bombay (hazırda Mumbay) şəhərində, qucaratlı ailədə anadan olmuşdur.
Fətəli şah
Fətəli şah Hüseynqulu xan oğlu Qovanlı-Qacar (1771, Damğan, Simnan ostanı – 23 oktyabr 1834, İsfahan) — Qacar şahı. Əsl adı Baba Xan olub İranda hökm sürən Qacar ​​Xanədanının banisi Ağa Məhəmməd şahın qardaşı Hüseyn Kulik Xan-ı Cihansızın oğludur. Əmisi Məhəmməd Şah uşağı olmadığı üçün onu vəliəhd təyin etdi və Fars, Kirman, Yəzd əyalətlərinə vali olaraq göndərdi. Baba Xan əmisi öldürülüncə Farsdan Tehrana gəldi və Fətəli şah adıyla hökmdarlığını elan etdi. Taxta ən yaxın dəstək ordunun böyük bir hissəsi üzərində hakim olan Hacı İbrahim Xandan gəldi. Əvvəl 1801-ci ildə Xorasan xanlarını özünə bağlayaraq səltənətini sağlamlaşdıran Fətəli şah çox keçmədən İngiltərə, Fransa və Rusiyanın at oynatdıqları bir rəqabət meydanına çevrilən İranda bəzən bunlardan birinə, bəzən da digərinə dözmək surətiylə varlığını davam etdirdi. Bu rəqabətdən, Fransa və Rusiyanın əməllərinin reallaşmasını önləmək və özləri üçün böyük bir təhlükə olaraq gördükləri əfqanları İranın nəzarəti altında tuta bilmək üçün böyük səy göstərən İngiltərə qazanclı çıxdı. 1801-ci ildə Britaniya və İran arasında siyasi və ticarət müqaviləsi imzalandı. == Həyatı == Baba xan (əsl adı Fətəli xandır. Ulu babasının şərəfinə adlandırılıb) 1769-cu (hicri 1185-ci) ildə Astrabadın Siyahçalında dünyaya gəlib.
Kirman şah
Kirmanşah — Kirman Səlcuqlu hakimi və Qavurd bəyin böyük oğlu. Şahzadəlik dövründə atası ilə Sistanın fəthində iştirak etmişdi.Hakimiyyətdə cəmi 1 il qalmış vəfat edib yerinə Sultanşah təyin edilmişdi.
Miran şah
Cəlaləddin Sultan Miranşah mirzə (1366 – 21 aprel 1408, Təbriz) — Teymurlu sultanı == Həyatı == Cəlaləddin Miranşah bir az da dağıdıcı xasiyyətinə görə tarixin yadında qalıb. 1396-cı ildə Sultaniyyə şəhəri Əmir Teymurun oğlu Miranşah tərəfindən viran qoyulmuşdur. == Miranşah və Nəimi == Nəimi, Şəhabəddin Fəzlullah Təbrizi Astabadi (təqribən 1339-40-1402-ci illər) - mütəfəkkir, şair. Orta əsrlərdə Yaxın və Orta Şərqdə geniş yayılmış hürufilik təriqətinin əsasını qoymuşdur. Hürufiliyin fəlsəfi əsasını təşkil edən ardıcıl panteizmin başlıca müddəalarını "Cavidani-Səğir", "Məhəbbətnamə", "Ərşnamə" traktatlarında, qismən "Novmnamə" ("Yuxular haqqında") əsərlərində və "Divan"ında şərh etmişdir. Başlıca əsəri "Cavidani-Kəbir"dir ("Cavidannamə")-Hürufilər allahın Fəzlullahda təcəssüm etdiyinə, onun allahın timsalı kimi yerdəki ədalətsizliyi aradan qaldıracağına inanırdılar. Mənbələrdəki məlumatlara görə hürufiliyi təbliğ etdiyi və hakim dairələrə qarşı kəskin siyasi mübarizə apardığı üçün Teymurlular Nəimini Əlincə qalasına qədər təqib etmiş, Əmir Teymurun əmri ilə onun oğlu Miranşah tərəfindən tutulmuş və Əlincə qalasında edam edilmişdir. Əmir Teymurun oğlu Miranşah mirzə Fəzlullah Nəimini Əlincə qalası yaxınlığında öldürtdürəndən sonra hürufilərə qarşı ardıcıl təqiblər həyata keçirilib, ələ keçənlər amansızcasına qətl ediliblər. Sağ qalan Nürufilər təğyiri-libas olaraq müxtəlif Şərq ölkələrinə üz tutublar, əqidələrini yayıblar". Tarixi gedişatın təhlili onu göstərir ki, əgər xalq o zaman sözün əsir mənasında özü olsaydı, Fəzlullah Nəiminin arxasınca gedər, onun Miranşahın atının quyruğunda parça-parça edilməsinə imkan verməzdi.
Müzəffərəddin şah
Müzəffərəddin şah Nasirəddin şah oğlu Qovanlı-Qacar (23 mart 1853, Tehran – 3 yanvar 1907, Tehran) — İran şahı (1896-1907). Nəsrəddin şahın oğlu. Qaçarlar sülaləsindəndir. Uzun müddət Azərbaycan valisi olmuş və Təbrizdə yaşamışdır. Müzəffərəddin şahın dövründə İranın xarici ölkələrdən asılılığı daha da güclənmiş, aclıq və narazılıq artmış, inqilabi hərəkatın başlanmasına zəmin yaranmışdı. Xalq kütlələrinin təzyiqi ilə 1906-cı ildə İran tarixində ilk dəfə olaraq məclis çağırılması haqqında qərar verməyə məcbur olmuşdu. Yerinə oğlu Məhəmmədəli şah hakimiyyətə keçmişdi. == Həyatı == Müzəffərəddin şah Nasirəddin şah oğlu 25 mart 1853-cü ildə Təbriz şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi almışdı. 1861-ci ildə Cənubi Azərbaycan əyalətinin valisi olmuşdu.Atasının qətlindən sonra, 1896-cı ildə İran imperiyasının şahlıq taxtına əyləşmişdi.
Audiovizual əsər
Audiovizual əsər - müvafiq maddi daşıyıcıya yazılmış, bir-biri ilə əlaqəli olub hərəkət təsəvvürü doğuran və müvafiq texniki qurğuların köməyi ilə görmə (eşitmə) qavrayışı üçün nəzərdə tutulan təsvirlər silsiləsindən ibarət (səslə müşayiət olunan, yaxud olmayan) kinematoqrafiya əsərləri və kinematoqrafiya vasitələrinə bənzər vasitələrlə ifadə edilmiş digər əsərlər (telefilmlər, videofilmlər, diafilmlər, slaydfilmlər, animsiya filmləri və sair). == Ədəbiyyat == Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015. 145 s.
Baharistan (əsər)
Baharistan — Əbdürrəhman Caminin əsəri. "Baharistan" XIII əsrin məşhur didaktik şairi Sədi Şirazinin "Gülüstan"ına nəzirə olaraq 1487-ci ildə yazılmışdır. Bu zaman Caminin 73 yaşı var idi. Caminin əsərləri içərisində "Baharistan" xüsusi yer tutur. Cami əvvəlcə "Baharistan" tipli bir kitab yazmaq fikrində olmamış yalnız Sədinin "Gülüstan" kitabını oğluna oxuyaraq, "birdən" bu fikrə düşmüşdür. O, "Baharistan"ın müqəddiməsində yazır: "...İndiki ürəkaçan bir vaxtda, ürəyimin parçası oğlum Ziyaəddin Yusif ərəb dilini yenicə öyrənməyə, ədəb elmini təzəcə dərk etməyə başladığı bir çağda onu xatırlamaq istəyirəm ki, yeniyetmələr və zəhmətə alışmamış uşaqlar ürəklərinə yatmayan, ağılların çatmayan sözlər eşitdikdə qəlblərinə bir dəhşət, beyinlərinə bir vəhşət çökür. Onun başını qarışdırmaq, tədrisə alışdırmaq üçün mən bəzən məşhur şeyx böyük ustad Müsləhəddin Sədi Şirazinin ən qiymətli təbərrüklərindən - "Gülüstan"dan bir neçə sətir oxuyardım... Bu zaman birdən fikrimə gəldi ki... mən də bu səpgidə bir neçə sətir, bu üslubda bir neçə varaq yazım ki, hazırlar üçün bir dastan, qaiblər üçün bir ərməğan olsun" Cami fikirləşdiyi kimi də edir. Lakin nədənsə bu əsəri dövrünün hökmdarı Sultan Hüseynə ithaf edir.
Muğan (əsər)
Muğan — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun müəllifi olduğu poema. Əsər 1948-ci ildə yazılıb. Poemanın süjet xəttini Muğan düzündə böyük tikinti təşkil edir. Əsər lirik təhkiyəyə əsaslanan tərənnüm üzərində qurulmuş poemadır. Əsər romantika ilə dolu nəğmələr şəklində yazılıb. On doqquz nəğmədən ibarətdir. == Məzmunu == Səməd Vurğunun "Muğan" poeması Azərbaycanın təbiətinə həsr olunmuş ən gözəl poemalarından biridir. Muğan" poeması gecə-gündüz çalışan insanları tərənnüm edir. Ötən əsrin 20–30-cu illərində Muğanda başlanan təsərrüfat işləri, 40-cı illərdə Bozdağan ətəyinin yarılaraq Kür üzərində Mingəçevir su anbarının tikilməsi, buradan Muğana kanalın çəkilməsi, Muğanda pambıqçılığın inkişafı, kəndlərin abadlaşması əsərdə Vurğun ruhu ilə təsvir olunub. Hər nə qədər dövrün siyasi-ideoloji rənglərini daşısa da, şair ömrünün iki ilinə (1948–49) başa gələn poema Muğana həsr olunmuş poetik abidədir.Əsər böyük tikintiyə həsr olunsa da, lirik təhkiyəyə əsaslanan tərənnüm üzərində qurulmuş poemadır.
Nadanlıq (əsər)
Nadanlıq (əsər) — Nəriman Nərimanovun ədəbi irsi zəngindir. XX əsrin sonlarından onun dövri mətbuatda çoxlu felyetonları, ədəbi-tənqidi, elmi-publisist məqalələri, eyni zamanda, dram və nəsr əsərləri çap edilib. Teatrı geniş kütlələrlə sıx əlaqə saxlamaq üçün əsas vasitə hesab edən Nərimanov öz ürək sözlərini, fikirlərini geniş xalq kütlələrinə çatdırmaq niyyətilə "Nadanlıq", "Şamdan bəy", "Nadir şah" pyeslərini qələmə alıb. "Nadanlıq" komediyası Nəriman Nərimanovun dramaturgiya sahəsində ilk qələm təcrübəsidir. Yazıçı əsərin mövzusunu Tiflis quberniyasının Borçalı qəzasındakı Qızılhacılı kəndinin həyatından almışdır. == Məzmunu == "Nadanlıq" komediyasında yazıçı öz şəxsi mənafeyini ümumin xeyirinə qurban verən Məhəmmədağa və Ömər kimi maarifpərvər ziyalıları zülmət səltənətinə qarşı qoyur. İctimai həyat meydanına yenicə atılan Məhəmmədağanın və Ömərin köhnə feodal mühitinin mühafizəkar qayda-qanunlarına kəskin etirazı və yenilik uğrunda mübarizəsi komediyanın əsasını təşkil edir. Nərimanovun "Nadanlıq"da məqsədi "müsəlmanların" həyatına "bir zərrə qədər nəf" gətirmək idi. Əsərin əsas ideyası feodal həyatının köhnə adət və ənənələrinə, cəhalətə və nadanlığa qarşı mübarizədir. Yazıçı komediyada ictimai həyata və ailə-məişətə möhkəm daxil olan feodal əxlaq qaydalarının törətdiyi dəhşətli fəlakətlərin tipik lövhəsini yaratmışdır.
Pir (əsər)
Pir — Nəriman Nərimanovun nəsr yaradıcılığında öz orjinallığı və bədii dəyəri ilə xüsusi yer tutan povest. Əsər 1917-ci ildə Bakıda "Açıq söz" qəzetinin elektrik mətbəəsində kitabça şəklində dərc olunmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra "Pir" povesti rus, tatar, və Azərbaycan dillərində dəfələrlə kütləvi tirajlarla çap edilmişdir. Povestə Allah müqəddəs məbud kimi göstərilərək, bəzi dini ehkamlar tənqid edilir. == Məzmunu == Povestdə Şərq cəhaləti, avamlıq və din möhvumat sənətkarlıqla tənqid edilmişdir. Köhnə dünyaya qarşı kəskin etiraz və qəzəblə dolu olan bu əsərin hər səhifəsində yazıçı tərəfindən xalqın taleyi düşünülürdü. Məzlum Şərq xalqlarının qurtuluşunu inqilabi mübarizədə görən N. Nərimanov mövhumat, avamlıq və cəhaləti böyük ictimai fəlakət hesab edirdi.Yazıçı avam kütlələrə həyat hadisələrinə fəal münasibət oyatmaq üçün "Pir" povestində "müqəddəs" ziyarətgahları, ocaqları cəhalət və mövhumat yuvası kimi ifşa etmiş və bilavasitə şahidi olduğu həyat həqiqətlərini son dərəcə realist boyalarla, ümumiləşmiş şəkildə qələmə almışdır. Əsərdə ziyarətgahların müqəddəslik pərdəsi də məharətlə parçalanır, onların rəzalət, soyğunçuluq və riyakarlıq yuvası olması real təsvir edilir. Pir povestində bütün hadisələr bir ziyarətgah ətrafında, onunla bağlı cərəyan edir. Molla Cəfərqulu və Qafqazdakı arvadı Molla Tutu obrazlarında yazışı din vaizlərinin riyakarlığını, şəxsi mənafeyi, zövqü xatirinə hər cür alçaqlığa yol verdiyini açıq göstərir.
Sujetli əsər
Süjetli Əsərlərdə təsvir olunan əşyalar, onları əhatə edən mühit nə qədər əhəmiyyətli olsa da, burada başlıca rol insana məxsusdur. Kompozisiyada hər şey onun obrazının açılmasına xidmət edir. Görkəmli rus rəssamı İlya Repinin yaradıcılığında insan münasibətləri, əmək fəaliyyəti, gerçək və həyati xarakterlər realist sənətin ən yüksək zirvəsində təsvir edilmişdir. Repinin yaratdığı obrazlar qalereyası çox müxtəlif və genişdir.
Uşaqlıq (əsər)
Uşaqlıq (rus. Детство) – Lev Tolstoyun yazdığı ilk povest. İlk dəfə 1852-ci ildə Sovremennik jurnalının 9-cu sayısında nəşr olunmuşdur. Əsər bir çox oğlanın uşaqlıq dövründə yaşadığı utancaqlıq, ilk sevgi, ədalətsizlik kimi psixoloji təcrübələri əhatə edir. Əsər Tolstoyun 23 yaşı olarkən yayımlanmış və tez zamanda uğur qazanmışdır. Tolstoy bu əsərinin davamı kimi Yeniyetməlik və Gənclik əsərlərini qələmə almışdır.
Dəmir Daban (əsər)
Dəmir daban — 1908-ci ildə Cek London tərəfindən yazılmış distopik novelladır. Cek Londonun sosialist görüşlərinin ən aydın şəkildə nümayiş olunduğu bir romandır.
Hacı Daşdəmir (Əsər)
Əbdürrəhim bəy Haqverdiyevin ədəbi fəaliyyətə Hacı Daşdəmir (1884) əsəri ilə başlamışdır. Ədib bu kiçik pyesi Şuşa real məktəbində təhsil aldığı dönəmdə yazmışdır. == Əsərin yaranması haqqında. == 1884-cü ildə Haqvеrdiyеv Şuşada bir tеatr tamaşasında iştirak еdir. Tamaşa gənc Əbdürrəhimə çоx xоş gəlir və оnun ədəbi yaradıcılığa başlamasına təsir еdən ilk amillərdən biri оlur. Ədib özü dеyir: “Yadımdadır, Mirzə Fətəlinin “Xırs quldurbasan”ı оynanılırdı. Bu əsəri gördükdən sоnra Mirzə Fətəlinin məcmuəsini tapıb оxumağa başladım, hətta “Hacı Daşdəmir” adlı bir kоmеdiya da Mirzə Fətəlinin “Hacı Qara”sı məzmununda yazıb Yusif bəy Məliknəzərоvun mülahizəsinə vеrdim. Yusif bəy həqiqi pеdaqоq idi. О, mənim bu pyеsimi bir növ dil ilə mənə qaytardı ki, mən nə оndan incidim və nə də həvəsdən düşdüm”. == Mənbə. ==
Tatar çölü (əsər)
Tatar çölü — Dino Bussatinin 1940-cı ildə nəşr olunan romanı. 1949-cu ildə əsərin fransız dilinə tərcüməsindən sonra Bussatini dünyaca məşhur yazıçıya çevirmişdir. Roman həyatın mənasına və insanın taleyə boyun əyməsinə tamam başqa yönümdən nəzər salır. Əsər 2013-cü ildə Aslan Quliyev tərəfindən azərbaycan dilinə tərcümə olunmuşdur. == Məzmunu == Romanın qəhrəmanı gənc leytenant Droqo,ölkəsinin sərhədindəki qalalardan birinə göndərilir. Bastiani qalasında sıxıntılı günlər keçirən, əvvəlcə heç bir gün də qalmaq istəməyən leytenant Covanni Droqo burada ancaq dörd ay qala biləcəyinə qərar verir. Amma yaşadığı o dörd ayın hadisələri, hərbçi qüruru və Tatar çölünün vəhşi cazibəsi ayları illərə çevirir.
Çöl çiçəyi (əsər)
Səhra çiçəyi — Somaliyalı model Varis Diriein avtobioqrafiyası. == Haqqında == Varis Dirie onu dünyalarca məşhur edən bu romanı yazmaq üçün nə təxəyyülünə güc verib, nə də başqalarının həyat hekayələrini soraqlayıb. “Səhra çiçəyi” müəllifin öz başına gələnlərdir: kəlməbəkəlmə, addımbaaddım yaşadıqlarıdır. Kitab Varis(səhra çiçəyi)adlı qızın həyatından yaşamaq uğrunda apardığı mübarizəni bütün çılpaqlığı ilə əks etdirir,onun həyatının başladığı Afrika səhralarından,köçəri həyatından, ailəsindən,Somalidə qadınlara,qızlara olan münasibətdən,və böyüdükcə fərqinə vardığı bəzi şeylərin zamanla onun içindəki mübarizəyə çevrilməsindən bəhs edərkən onu da qeyd etmək isyəyirəmki onun bu mübarizəsi heç də cavabsız qalmır və bu mübarizə sadəcə özü üçün olan savaş meydanına deyil bütün qadınlara yönəlir onunla eyni həyatı yaşayan,eyni uydurma adət-ənənə adıyla sünnət edilən bütün qadınlara görə mübarizəyə il ərzində 30 milyondan çox qız uşağının qadınlıqdan məhrum edilməsinə yönəlir! == Məzmun == Kitabda məşhur Somali əsilli fotomodel V.Dirie Afrika səhralarından şöhrətin zirvəsinə uzanan həyat yolundan bəhs edir. Varis səhrada köçəri həyat yaşayan çoxuşaqlı bir ailədə dünyaya gəlir. Kiçik qız ilk zərbəni daha 3-4 yaşlarında zorlandığı zaman alır. Qabaqda isə onu daha böyük bir sınaq gözləyirdi - sünnət. 7 yaşlı qızın cinsi orqanların kəsilib tikilməsi və bunların baş verdiyi şərait insanı dəhşətə gətirir. Daha uzun illər qənc qız bu vəhşiliyin əziyyətini çəkir.
Məhəmməd Şah
Məhəmməd Şah (17 avqust 1702 və ya 7 avqust 1702, Fatehpur-Sikri – 26 aprel 1748 və ya 16 aprel 1747, Qırmızı Qala və ya Dehli) — Böyük Moğol İmperiyasının XIII padşahı.
Məhəmmədqulu şah
Məhəmmədqulu şah - İbrahimqulu şahın oğlu, Qütbşah və Qolkonda hökmdarı, şair. == Həyatı == 1565-ci ildə dünyaya gəlmişdi. İbrahimqulu şahın üçüncü oğlu idi. Anası Əhmədnaqar sultanı I Hüseyn Nizam şahın qızı idi. 15 yaşında taxta gətirilmişdi. İmam Əli ibn Əbu Talibin şərəfinə adını verdiyi Heydərabad şəhərini İsfahandan ilhamlanaraq salmışdı. Lakin başqa mənbələr həyat yoldaşının şərəfinə olduğunu deyir. == Hakimiyyəti == Hakimiyyətə gələndə hələ Vicayanaqar imperiyasının qalıqları ilə mübarizə aparmalı idi. Atasının siyasətini davam etdirən Məhəmmədqulu 1586-cı ildə Andranı işğal etdi. Penukondanı özü mühasirəyə almışdı.
Məhəmmədəli şah
Məhəmmədəli şah Qovanlı-Qacar (21 iyun 1872, Təbriz, Qacar dövləti – 5 aprel 1925, San-Remo, İtaliya krallığı) (fars. محمدعلی شاه قاجار‎) — İran şahı, Müzəffərəddin şahın oğlu == Həyatı == Məhəmmədəli mirzə Müzəffərəddin şah oğlu 1872-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Saray təhsili almışdı. Etizadülmüzəffər ləqəbi almışdı. Anası Ümmül Xaqan dövrünün məşhur əxlaqsız qadınlarından biri idi. Məhəmmədəli mirzə Təbrizin valisi idi. Anasının əxlaqsızlığı onun özünə də az təsir etməmişdi. O, hələ Təbrizdə vəliəhd olduğu vaxt cinayətlər və əxlaqsızlıqlar etmişdi. Onun bütün bu cinayətlərinə son qoymaq üçün təbrizlilər üsyana da əl atmışdılar. 1906-cı ilin sonlarında atası Müzəffərəddin şahın xəstəliyi gücləndi.
Nadir Şah
Nadir şah Əfşar (fars. نادر شاه‎; Nâdir şâh) 22 oktyabr 1688 və ya 6 avqust 1698, Dərgəz, Səfəvilər – 19 iyun 1747, Qoçan, Əfşarlar imperiyası) — İran və Hindistanın şahı (1736–1747) və əfşarlar sülaləsinin banisi. Tarixdə, həmçinin Nadirqulu bəy və Təhmasibqulu xan adları ilə də tanınır. Hərbi nailiyyətlərinə görə bəzi tarixçilər ona "Şərqin qılıncı", "Şərqin Napoleonu" və "İkinci Makedoniyalı İsgəndər" kimi ləqəblər veriblər. Napoleon Bonapartın özü isə Nadir şaha heyran qalırdı, o, Fətəli Şah Qacara yazdığı məktubda Nadiri tərifləyir və özünü "İkinci Nadir" hesab edirdi. == II Təhmasib dövründə fəaliyyəti == Nadir şah 1689-cu ilin noyabrında (bəzi mənbələrdə bu tarix 1688-ci il kimi verilmişdir) Xorasan vilayətinin Dərgəz mahalının Dəstgird kəndində köçəri maldarlıqla məşğul olan bir ailədə dünyaya gəlmişdir. Müəlliflər bu məşhur sərkərdənin hələ uşaq yaşlarından diribaş, hazırcavab, fərasətli və bacarıqlı olmasını qeyd edirlər. XVII əsrin sonu — XVIII əsrin əvvəllərində Səfəvilər dövləti qorxunc bir iqtisadi və siyasi böhran keçirirdi. Ölkənin mərkəzi və şərq hissəsi əfqan işğalı altına düşmüşdü. Azərbaycan, Şirvan və bunlarla həmsərhəd ərazilər Osmanlı imperiyası tərəfindən işğal olunmuşdu.
Nasirəddin şah
Nəsirəddin şah Qacar (tam adı: Nasirəddin şah Məhəmməd şah oğlu Qovanlı-Qacar; 16 iyul 1831, Təbriz – 1 may 1896[…], Tehran) — İran şahı. 17 iyul 1831-ci ildə Təbriz yaxınlığındakı Kuhnemirdə anadan olmuşdur. Atası Qacar ​​Xanədanının üçüncü hökmdarı Məhəmməd Mirzə Şah, anası yenə Qacar ​​xanədanına mənsub Məlik Cihan (Mehd-i Ülya) Xatundur. Beş yaşında vəliəhd təyin edilən Nəsirəddin şah 1847-ci ildə əmisinin yerinə Azərbaycan canişini oldu. Atasının vəfatından sonra Mirzə Tağı xanın dəstəyi ilə Təbrizdə hökmdar elan edildi. 1848-ci ilin oktyabr ayında Təbrizdən paytaxt Tehrana gedən Nəsirəddin şahın ilk icraatı Mirzə Tağı xanı Atabəyləri-i əzəm ünvanıyla sədarət mövqeyinə gətirmək oldu. Taki Xanın üsyan və qarışıqlıqlar içində çalxalanan ölkədə mərkəzi nüfuzu hakim qılmağı bacararaq Şahın gücünü artırdı, Digər tərəfdən Nasirəddin Şah Xivə və Buxara xanlığına reallaşdırdığı səfərlərdə qazandığı uğurlardan sonra Nəsrəddin şah özünü Nadir Şah, Napoleon və Böyük Pyotr kimi böyük hökmdarlarla eyni səviyyədə görməyə başladı. Ancaq Heratın ələ keçirilməsinə istiqamətli əsgəri hərəkatın, müstəmləkəsi Hindistan ilə İran və Rusiya arasında tampon bir ölkə yaratmaq istəyən İngiltərə tərəfindən maneə törədilməsi Nəsirəddin Şahı güc vəziyyətdə buraxdı. Şəhər İngilislərin əlindədir. Şah, İngiltərə ilə 4 mart 1857-ci ildə imzalanan Paris sülh müqaviləsinə əsasən Əfqanıstanı tanıdı və Herat üzərindəki haqqlarından imtina etdi.
Rza şah
Rza şah Pəhləvi (fars. رضا پهلوی‎; 15 mart 1878, Alaşt, Mazandaran ostanı – 26 iyul 1944, Yohannesburq, Transvaal[d]) — İran şahı (1925–1941), Pəhləvilər sülaləsinin banisi. Əhməd şah Qacarı devirib Pəhləvi xanədanını qurmuşdur. Onun qurduğu Pəhləvi rejimi sekulyarist, milliyyətçi, militarist və anti-kommunist rejimdir. == Doğumu == Rza Xan 1878-ci il martın 15-də Mazandaran əyalətinin Savadkuh şəhərindəki Alaşt kəndində anadan olmuşdur. Atası Abbas Əli (1815–1878) Savadkuhda polkovnik idi. Anası Nüşafarin Zəhra Qafqazlı immiqrant idi. Rza Xanın babası Murad Əli Xan bir əsgər idi və 1848-ci ildə Herat mühasirəsində həyatını itirdi. Murad Əli Xanın 7 oğlu var idi. İlk oğlu Çıraq Əli Tehranda yaşamış və orduda xidmət etmişdir.
Sübhanqulu şah
Sübhanqulu şah — Qütbşah, Qolkonda hökmdarı. == Həyatı == 1543-cü ildə Heydərabadda doğulmuşdu. Atası Cəmşidqulu bəy Baranlı, anası Bilqız Zaman xanımdır. Hakimiyyətə gələndə hələ 7 yaşı vardı. Anası Racmata (Şah anası) Bilqız Zaman Əhmədnaqarda yaşayan Eynəlmülk Səif xanı qəyyumluğa çağırmışdı. Lakin Səif xanın hakimiyyəti öz əlində toplaması bəzi əmirləri narahat etdi və onlar Cəmşidqulunun qardaşı İbrahimqulunu taxta çağırdılar. İbrahimqulu bəy 7 ay sonra - 1550-ci ilin iyulunda taxta çıxdı. == Mənbə == Teluqu dilindəki Vikipediyada məqaləsindən tərcüməyə baxın.
Süleyman Şah
Süleyman Şah və ya Süleyman Şah Qaya Alpoğlu (təq. 1167, bilinmir – təq. 1227, Hələb) — Qaya Alpın oğlu, Ərtoğrul Qazinin atası, Osman Qazinin babasıdır. Oğuzların Qayı boyundandır. Doğum yeri və tarixi haqqında dəqiq məlumatlar yoxdur. XII əsrin sonlarında doğulduğu və Qayı boyunun rəisi olduğu bilinir. Monqol hökmdarı Çingiz Xanın Orta Asiyadakı istilası zamanı, XIII əsrdə Türküstandan qərbə doğru köç etməyə qərar vermişdir. Türküstandan 50 min nəfərlə Şimali Qafqaz üzərindən Şərqi Anadoluya gələrək, 1214-cü ildə Ərzincan və Ahlat bölgəsində yerləşdi. Eyni boya mənsub bəzi tayfalar da Diyarbəkir, Mardin və Urfaya yerləşdilər. == Ölümü və məzarı == Süleyman Şah Qayı boyundan bir neçə bəy ilə Cabere gedərkən Fərat çayında boğulub.
Toğrul şah
Toğrul şah — Səlcuq şahzadəsi, Məhəmmədşahın oğlu. == Hakimiyyəti == Hakimiyyəti qısa çəkmiş lakin onun dövründə ticarət və iqtisadiyyata böyük önəm verilmişdir. Ölümü ilə hərc-mərclik başlamış, oğulları taxtda bir-birini əvəz etmişdir.
İbrahimqulu şah
İbrahimqulu şah Vali — Qolkonda hökmdarı, ilk dəfə Sultan titulundan istifadə etmişdir. == Həyatı == Sultanqulu şahın üçüncü oğlu idi. 1518-ci ildə doğulmuş, qardaşı Cəmşidquludan qorxduğu üçün 1543-cü ildə Vicayanaqara qaçmışdır. O, burada Teluqu dilini də mükəmməl öyrənmişdi. Onun dövründə şiələrdən əlavə hindular da dövlət vəzifələrinə gətirilirdi. == Talikota döyüşü == Vicayanaqar imperiyasının böyüməsindən qorxuya düşən Əhmədnaqar, Bicapur, Berar və Bidar sultanları ittifaqa tələsdilər. Əhmədnaqar sultanı I Hüseyn Nizamşah İbrahimqulu ilə dost idi. Beləliklə Qütbşahlar da bu ittifaqa qoşuldular. 29 dekabr 1564-cü ildə ilk toqquşmalar baş verdi. Bu toqquşmalarda Nizamşah və Qütbşah məğlub olsalar da, Adilşahların da döyüşə qoşulmasından sonra 23 yanvar 1565-ci ildə Rakşasi və Tanqadi kəndləri yaxınlığında döyüş baş verdi.
Bəşər Əsəd
Bəşər Əsəd (ərəb. بَشَّار الأسد‎, Bəşşar əl-Əsəd) və ya tam adı ilə Bəşər Hafiz Əsəd (ərəb. بشار حافظ الأسد‎‎‎; Bəşşar Hafiz əl-Əsəd; 11 sentyabr 1965[…], Dəməşq) — 17 iyul 2000-ci ildən Suriya Prezidenti. O eyni zamanda Suriya Silahlı Qüvvələrinin ali baş komandanı, Marşal və Ərəb Sosialist Baas Partiyasının da lideridir. 1971-2000-ci illərdə Suriya Prezidenti olmuş Hafiz Əsədin oğludur. İxtisasca cərrah-oftalmoloqdur. Adının azərbaycancası rəsmi sənədlərdə Bəşşar əl-Əsəd kimi qeyd olunur. == Həyatı == Bəşər Əsəd 1965-ci il sentyabr ayının 11-də Suriyanın paytaxtı Dəməşq şəhərində anadan olub. Ölkənin nüfuzlu Kəlbiyyə qəbiləsindəndir. Atası 29 il ərzində Suriyanı idarə edən sabiq prezident və Baas partiyasının keçmiş sədri Hafiz Əsəddir.
Şah gölü
El-Gölü və ya digər adıyla Şah Gölü — Təbriz şəhərində tarixi milli park və parkın adını daşıdığı böyük süni göl. Bu parkın əsas diqqət çəkən xüsusiyyəti mərkəzində yerləşən sahəsi 210 metr olan süni göldür. Gölün üzərində qayıqlı gəzintilər aparılır. Ətrafında mehmanxana, kafelər və aktiv turizm mərkəzləri inşa edilmişdir. Parkın sahəsi təxminən 137 ha-dır. == Etimalogiyası == Eyni adlı məhəllənin adı 1917-ci ildə İranın ilk siyahıyaalınmasında Şah Gölü məhəlləsi olaraq qeyd olunmuşdur və burada 576 sakin yaşayırdı. Lakin 1979-cu ildə baş verən İran İslam İnqilabından sonra park və məhəllənin adı "El Gölü" yəni xalqın gölü adıyla əvəz olundu. Rəsmi sənədlərdə də El Gölü adlnan park İranın Milli abidələrinin siyahıyaalınmasında bu şəkildə qeyd olunmuşur. Tarixçi Bəhruz Xamaçi "Şah Gölü" adındakı şah sözünün başçı mənasında yox, əzəmətli və böyük mənasında işlədilyini irəli sürmüşdür. Digər bir tarixçi Viblerə görə Şah Gölü sözünün mənası hovuzların şahı deməkdir.
Həsən Şaş
Həsən Şaş (1 avqust 1976, Karataş (Adana), Adana ili) — türk futbol məşqçisi və cinah yarımmüdafiəçisi kimi çıxış etmiş keçmiş oyunçu. Həsən Gökhan Şaş 1998-ci ildə "Ankaragücü"ndən "Qalatasaray"a keçib. Karyerasında 5 Türkiyə çempionluğu, 3 ölkə kuboku, 1 UEFA kuboku və 1 UEFA Superkuboku var. 2002-ci ilin dünya çempionatında Türkiyə milli komandasının heyətində bürünc medal qazanıb. Orta xətdə oynayan H. Şaş "Qalatasaray"ın heyətində 350 rəsmi matçda 53 qol, Türkiyə yığmasında isə 57 matçda 9 qol vurub. H. Şaşın "Qalatasaray"la müqaviləsi bu il başa çatıb və klub rəhbərliyi onunla müqaviləni uzatmayıb. 32 yaşlı futbolçu Türkiyədəki bəzi klublardan, həmçinin Qatar və Səudiyyə Ərəbistanından transfer təklifləri almasına baxmayaraq, "Qalatasaray"dan başqa heç bir komandada oynamaq istəmədiyi üçün ailəsi ilə də məsləhətləşərək karyerasına nöqtə qoymağa qərar verib.