Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şabandağ
Şabandağ (Abşeron) — Abşeron yarımadasının qərb hissəsində, Hökməli qəsəbəsinin cənubu. Hündürlüyü 368 m. Şabandağ (Füzuli) — Füzuli rayonunun qərbində yerləşən dağ. Hündürlüyü 590 m.
Şahnavaz
Aşağı Şahnavaz (Çaroymaq)
Cahandar Bayoğlu
Cahandar Cahangir oğlu İsmayılov (25 iyul 1964, Qaraçanta, Amasiya rayonu) — Azərbaycan siyasətçisi; Turan Partiyasının sədri. == Həyatı == Cahandar Bayoğlu 25 iyul 1964-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində doğulub. 1981-ci ildə orta məktəbi bitirib. 1982–1989-cu illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetində ali təhsil alıb. == İctimai-siyasi fəaliyyəti == 1987-ci ildən Elçibəylə tanışlığı ilə Milli azadlıq hərəkatının başlanmasında fəal iştirak edib. 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin üzvü olaraq AXC-nin təsis konfransının səlahiyətli nümayəndəsi, AXC-nin Yasamal və Nəsimi rayon təşkilatlarının idarə heyətinin üzvü olub. 1991-ci ildə AXC Təhlükəsizlik Şurası rəhbərinin müavini olmuşdur. 1992–1993-cü illərdə AXC İcrayyiyə Komitəsinin üzvü olub. Elçibəy hakimiyyətində 1993–1997-ci illərdə Birləşmiş Azərbaycan İdeyasının təşkilatlanması ilə bağlı çalışmaların içində yer alıb. 1998-ci ildə Bütöv Azərbaycan Birliyi Təşkilatında Elçibəyin yanında Mərkəz rəhbəri olaraq çalışıb.
Cahandar ağa
Cahandar ağa — 1969-cu ildə yazıçı İsmayıl Şıxlının Dəli Kür romanının qəhrəmanı. Qazax mahılında söz sahibi, geniş torpaq sahələrinə və mülkə sahib bəy. == Personajın təsviri == Cahandar ağa Qazax mahalında söz sahibi, geniş torpaq sahələrinə və mülkə sahib bəydir. Hündürboy və pəhləvan cüssəlidir və az qarayanızdır. Həyat yoldaşı Zərnigar xanımdan Şamxal və Əşrəf adlı iki oğlu və Salatın adlı bir qızı vardır. Kəndin varlı adamlarından olan, yeddi dəfə evlənmiş Allahyarın, Mələk adlı kəbinli bir arvadını qaçırıb özünə arvad etmişdir. Nişan almaqda mahirdir və sərrast atəş açır. Təxminən 45-50 yaşlarındadır. == Ədəbiyyat == Dəli Kür (roman). Bakı: Gənclik, 1968, 448 səh.
Cahandar Şah
Cahandar Şah — Böyük Moğol İmperiyasının IX padşahı.
Gahandar (Piranşəhr)
Gahandar (fars. گنه دار‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 194 nəfər yaşayır (32 ailə).
Şabandağ (Abşeron)
Şabandağ — Abşeron yarımadasının qərb hissəsində, Hökməli qəsəbəsindən cənubunda yerləşən dağ. Hündürlüyü 368 m.
Şahnaz Azad
Şahnaz Rüşdiyyə və ya Şahnaz Azad — jurnalist. O,Həsən Rüşdiyyənin qızı və Əbülqasim Marağayinin həyat yoldaşı idi.
Şahnaz Buşaki
Şahnaz Buşaki (22 oktyabr 1985-ci ildə anadan olub) GS Pétroliers və Əlcəzair komandalarında oynayan əlcəzairli basketbolçudur. == Klub karyerası == Bushaki 2002-ci ildən bəri MC Alger-də səkkiz mövsüm oynadı və ilk mövsümünü orada qırmızı köynəklə keçirdi.Peşəkar karyerasına 2010-cu ildə Əlcəzair Qadın Basketbol Kubokunun GS Petroliers komandası ilə başlamışdır. Buşaki final matçında rəqibləri OC Algeri 73-55 hesabı ilə məğlub edən GS Petroliers komandası ilə 2015 Əlcəzair Qadınlar Basketbol Kubokunu qazanmışdır.O, GS Pétroliers komandası ilə Ərəb Klub Basketbol Çempionatı çərçivəsində bir neçə basketbol yarışında iştirak etmişdir, yəni: Misirdə 2014 Ərəb Qadınlar Klub Basketbol Çempionatı. 2016 Ərəb Qadınlar Klub Basketbol Çempionatı 3x3 Şarjada. == Beynəlxalq karyera == Buşaki 2010-cu ildən Əlcəzair milli basketbol komandasının üzvü idi. 2017-ci ildə o, 2017-ci ildə FIBA Afrika Qadın Klublar Çempionlar Kubokuna vəsiqə qazanan Əlcəzair qadın milli basketbol komandasının üzvü idi. === FIBA === O, yüksək səviyyədə dörd FIBA Afrika zonası tədbirində iştirak edib: 2013 Mozambikdə Qadınlar üçün FİBA Afrika Çempionatı. 2015 Qadın Afrobasket Kamerunda. 2016 Mozambikdə Qadınlar üçün FIBA Afrika Çempionlar Kuboku. 2017 Anqolada Qadınlar üçün FIBA Afrika Çempionlar Kuboku.
Şahnaz Haşımova
Şahnaz Həsən qızı Haşımova (d. 2 iyun 1957, Kirovabad) — Azərbaycan müğənnisi və xanəndəsi, Azərbaycan Respublikasının xalq artisti (2000). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2016). Gəncə Dövlət Filarmoniyasının direktoru (22.10.1997-01.12.2016). Göy-Göl Dövlət mahnı və rəqs ansamblının solisti (1975-hal hazıradək). Gəncə Musiqi Kollecinin xanəndə müəllimi. Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının siyasi şurasının üzvü, Azərbaycan Ağsaqqallar Şurasının üzvü, Azərbaycan Ziyalılar Cəmiyyətinin üzvü, Mədəniyyət işçiləri həmkarlar ittifaqının üzvü. == Həyatı == Şahnaz Həsən qızı Haşımova 2 iyun 1957 ci ildə Gəncə şəhərində anadan olub. M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin rus bölməsini bitirib. Q.Hüseynli adına Gəncə Musiqi Texnikumunun muğam şöbəsini bitirib(1975-1979).
Şahnaz Munni
Şahnaz Munni (Benqalca শাহনাজ মুন্নী, 1969-cu ildə anadan olub) — Banqladeşli jurnalist, yazıçı və şair.
Şahnaz Rüşdiyyə
Şahnaz Rüşdiyyə və ya Şahnaz Azad — jurnalist. O,Həsən Rüşdiyyənin qızı və Əbülqasim Marağayinin həyat yoldaşı idi.
Şahnaz Şahbazova
Şahnaz Nadir qızı Şahbazova — texnika elmləri doktoru, dosent. Azərbaycan Texniki Universitetinin professoru. Azərbaycan Respublikası Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü, Lütfi Zadənin elmi irsinə həsr olunan Soft Computinq üzrə ümumdünya konfranslarının baş katibi, Verilənlər bazasının idarəetmə sistemini realizə edən "Dekanat" avtomatlaşdırılmış iş yeri proqramlar paketini yaradıcısı. == Elmi fəaliyyəti == 1979-1983-cü illərdə "Verilənlər bazası nəzəriyyəsi"nin tədqiqi ilə məşğul olmuşdur. Verilənlər bazasının idarəetmə sistemini realizə edən "Dekanat" avtomatlaşdırılmış iş yeri proqramlar paketini yaratmışdır. 1983-1989-cu illərdə Azərbaycan Texniki Universitetinin "İnformasiya texnologiyaları və proqramlaşdırma" kafedrasının aspirantı olmuşdur. Ekspert sistemləri, süni intellekt sistemləri nəzəriyyəsi ilə məşğul olub, öz şəxsi ekspert sistemini yaradıb. 1989-cu ildə aspiranturanı müvəffəqiyyətlə bitirərək aspirantı olduğu kafedranın müəllimi vəzifəsində saxlanılıb. Burada "Ali məktəbin kadrlar şöbəsi" avtomatlaşdırılmış iş yeri sistemini işləyərək onu çalışdığı universitetə realizə etmək üçün tətbiq sahəsi kimi təqdim edib. 1995-ci ildə "Hesablama kompleksləri, sistemləri və şəbəkələrinin səmərəli istifadəsini təmin edən mikroprosessor proqram vasitələrinin işlənməsi" istiqamətində aparılan elmi-tədqiqat işinə məsul olub.
Aşağı Şahnavaz (Çaroymaq)
Aşağı Şahnavaz (fars. شهنوازعليا‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 149 nəfər yaşayır (31 ailə).
Orta Şahnavaz (Çaroymaq)
Orta Şahnavaz (fars. شهنوازوسطي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 118 nəfər yaşayır (24 ailə).
Yuxarı Şahnavaz (Çaroymaq)
Yuxarı Şahnavaz (fars. شهنوازسفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 129 nəfər yaşayır (30 ailə).
Yurdda sülh, cahanda sülh
Yurdda sülh, cahanda sülh! (türk. Yurtta sulh, cihanda sulh) — şüarı Türkiyə Respublikasının qurucusu və ilk prezidenti, dövlət xadimi, marşal Mustafa Kamal Atatürk tərəfindən səsləndirilmişdir. Atatürk 20 aprel 1931-ci ildə Anadolu turları zamanı ilk dəfə ictimaiyyət qarşısında Yurdda sülh, cahanda sülh! şüarını tələffüz edib. Bu şüar sonradan Türkiyə Cümhuriyyətinin xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. == Tarixi == Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürk 20 aprel 1931-ci ildə Anadolu səfəri zamanı ilk dəfə ictimaiyyət qarşısında Yurdda sülh, cahanda sülh! şüarını səsləndirmişdir. Əslində şüarın cümləsi genişdir. Atatürk nitqində "Hesab edirəm ki, Cümhuriyyət Xalq Partiyasının qəti ümumi siyasətini ifadə etmək üçün aşağıdakı qısa cümlə kifayətdir: Yurdda sülh, cahanda sülh üçün çalışırıq".“Yurdda sülh, cahanda sülh” şüarı bundan sonra Türkiyədə dövlət idarəçiliyinin və istənilən dövlət fəaliyyətinin mərkəzi prinsipi kimi qəbul edildi.
Samandar Kukanov
Samandar Kukanov (1945, Özbəkistan) — Özbəkistan SSR Ali Sovetinin deputatı (1989–1992). == Həyatı == Samandar Kukanov 1945-ci ildə Özbəkistanın Cizak vilayətinin Feriş rayonunda anadan olmuşdur. 1989-cu ildə Özbəkistan SSR Ali Sovetinə deputat seçilmişdir. == Həbsi == O, 1992-ci ildə iqtisadi cinayətlərdə – müxalifətdə olan "Ərk" Partiyasını maliyyələşdirməkdə ittiham olunaraq, Özbəkistan dövlət təhlükəsizlik qurumları tərəfindən tutulmuşdur. 24 noyabr 2016-cı ildə həbs müddəti başa çadığı üçün azadlığa çıxmışdır.