Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mixail Şoloxov
Mixail Şoloxov (rus. Михаил Александрович Шолохов; 11 (24) may 1905, Krujilin[d], Don Voysko vilayəti[d], Rusiya imperiyası – 21 fevral 1984[…]) — rus sovet yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1965). Sovet rəhbərliyinin Nobel mükafatı qazanmasını məmnunluqla qarşıladığı ilk və son rus yazıçısı Mixail Aleksandroviç Şoloxov Rusiyanın cənubunda, Rostov vilayətindəki Veşenskaya stanitsasının Krijilino adlı kazak xutorunda, kiçik sahibkar ailəsində doğulmuşdu. Yazıçının bütün mühüm əsərlərinin mövzusu da Don kazaklarının həyatından götürülmüşdür. Təhsilini Voronej gimnaziyasında almış, lakin cəmisi 4 sinif bitirə bilmişdi. Rusiyada vətəndaş müharibəsi başlayanda Qırmızı Ordu sıralarına daxil olmuşdu. Əvvəlcə arxa işlərində çalışmış, sonra isə pulemyotçu kimi Don üzərindəki qanlı döyüşlərdə iştirak etmişdi. Kazak həmyerlilərindən fərqli olaraq, ilk gündən sovet rejiminin ardıcıl və əqidəli tərəfdarı kimi tanınmışdı. Sovet rejimi də öz növbəsində Şoloxovun ədəbi-siyasi ierarxiyanın yüksək zirvələrinə qalxması üçün çox şey etmişdi. 1932-ci ildə Kommunist partiyası sıralarına daxil olan Mixail Şoloxov müxtəlif çağırışlarda SSRİ Ali Sovetinin deputatı seçilmiş, heç bir ali təhsil almadığı halda 34 yaşında SSRİ Elmlər Akademiyasının həqiqi üzvü olmuş (1939), 1940-cı ildə ədəbiyyat və incəsənət sahəsində I dərəcəli Stalin mükafatına, 1950-cı ildə Lenin mükafatına layiq görülmüşdü.
Şikaxox qoruğu
Şikahoğ Dövlət Təbiət Qoruğu (erm. Շիկահողի արգելոց) — Ermənistanın cənubunda, Sünik vilayəti ərazisində, Bəsitçay çayının şimal axarlarında, Meğri silsiləsinin 700-2400 metr hündürlüyə malik əraziləri əhatə edir. Qoruq 1958-ci ildə təşkil olunmuşdur. Qoruğun ümumi sahəsi 10 000 ha-dır. Qoruğun əsas qoruma obyekti bitki və heyvanlar aləmidir. Xüdudi ilə 1000–2200 metr hündürlükləri əhatə edən palıd-vələs meşələridir. Üstəlik burada Şərq çinarına rast gəlinir. Burada 2 200–2 400 m yüksəkliklərdə seyək palıd meşələri vardır. 2 400–2 600 metr yüksəkliklərdə fındıq, tozağacı, quşarmudu və ardıcdan ibarət qarışıq meşələr daha sonra yüksək ərazilərdə isə subalp çəmənliklər yayılmışdır. Aşağı seyrək meşə sahələrində Araz palıdı, tikanlı qaratikan, dağdağan, nar, ağcaqayın kimi bitkilər yayılmışdır.
Şoloxov prospekti
Şoloxov prospekti — Rostov-na-Donu şəhərində, Rroletarnı və Pervomayski rayonlsrı arasında yerləşir. Rostov-na-Donu şəhərində uzunluğuna görə ikinci küçədir Enegetiklər meydanından başlayaraq Aksay prospektinə qədər davam edir. Buradan federal əhəmiyyətli М-4 Don avtomagistralına çıxır. Prodpektin uzunluğu 7,8 km təşkil edir. Bir başa avtomagistrala çıxışı onun yükünü artırır. Küçədən avtomobil və troleybus nəüliyyatı hərəkət edir. 3 iyul 1984-cu ildə SSRİ Nazirlər Sovetinin göstərişinə görə Oktyabrskaya küçəsinin adı böyük sovet yazıçısı Mixail Aleksandroviç Şoloxovun şərəfinə Şoloxov prospekti adlandırılmışdır. Rostov hava limanı. Köhnə avtovağzal - hazırda şəhər daxili məqsədlər üçün istifadə edilir. Sahəsinə görə şəhərin ən böyük parkı - Nikolay Ostrovski adına park, həmdə burada Aviatorlar parkı vardır.
Siloso (fort)
Siloso fortu (çin. - 西乐索炮台) — Sinqapurun Sentosa adasında olan müdafiə istehkamı. Bu istehkam ərazidə vaxtilə mövcud olmuş on iki sahil müdafiə qurğularından yeganəsidir. Digərləri tədricə dağılaraq məhf olmuşlar. Adanın qərb hissəsində Siloso fortu yerləşir. Bu istehkamdan daha çox İkinci dünya müharibəsi zamanı Sinqapura qərbdən edilən müdaxiləyə cavab vermək məqsədilə istifadə edilib. Fort 1880-ci ildə Britaniya ordusu tərəfindən qurulub və Keppel boğazına çıxışı qorumaq məqsədi daşıyıb. Sonralar istekam yenidən qurulmuş və 1939-cu ildə 150 millimetirlik Mark2 və on iki funtluq sürrətli sillalarla təmin olunmuş. Müasir dövrdə Siloso fortu İkinci dünya müharibəsindən qalmış yeganə istehkam qurğusudur. Fortda olan bütün bunkerlər, anbarlar, tunellər hal-hazırda turustlər üçün açıqdır.