Şikaxox qoruğu

Şikahoğ Dövlət Təbiət Qoruğu (erm. Շիկահողի արգելոց) — Ermənistanın cənubunda, Sünik vilayəti ərazisində, Bəsitçay çayının şimal axarlarında, Meğri silsiləsinin 700-2400 metr hündürlüyə malik əraziləri əhatə edir. Qoruq 1958-ci ildə təşkil olunmuşdur. Qoruğun ümumi sahəsi 10 000 ha-dır.

Şikahoğ Dövlət Təbiət Qoruğu
erm. Շիկահողի արգելոց
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 10 km2 ha
Mütləq hündürlüyü 700-2400 m
Yaradılma tarixi 1958 (qoruq statusu)
Yerləşməsi
39°02′ şm. e. 46°25′ ş. u.
Ölkə  Ermənistan
www.shikahogh.am
Şikahoğ Dövlət Təbiət Qoruğu xəritədə
Şikahoğ Dövlət Təbiət Qoruğu
Şikahoğ Dövlət Təbiət Qoruğu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qoruğun əsas qoruma obyekti bitki və heyvanlar aləmidir. Xüdudi ilə 1000–2200 metr hündürlükləri əhatə edən palıd-vələs meşələridir. Üstəlik burada Şərq çinarına rast gəlinir. Burada 2 200–2 400 m yüksəkliklərdə seyək palıd meşələri vardır.

2 400–2 600 metr yüksəkliklərdə fındıq, tozağacı, quşarmuduardıcdan ibarət qarışıq meşələr daha sonra yüksək ərazilərdə isə subalp çəmənliklər yayılmışdır.

Aşağı seyrək meşə sahələrində Araz palıdı, tikanlı qaratikan, dağdağan, nar, ağcaqayın[1] kimi bitkilər yayılmışdır.

Burada daşsarmaşığı, xurma, platanus, yunan qozu, güyəmə və nadir hallarda şabalıdzelkovanı görmək olar. Tez-tez vaxtsızçiçək, lalə, süsən kimi bitkilərə rast gəlinir.

Qoruq ərazisində rast gəlinən relikt bitkilər Ophioglossum vulgatum, Pteridium tauricum, Galanthus transcaucasicus, Galanthus artjuschenkoae, Tulipa confusa, Zəngəzur armudu (Pyrus zangezura), Symphyandra zangezura, Hypericum eleonorae və s.-dir.

Bölgədə yerləşən 80 növ bitki Ermənistanın qırmızı kitabına daxil edilmişdir. Qoruqda rast gəlinən heyvanlara kiçik nalburun, Xəzər hinduquşu, toğlugötürən, qara kərkəs, ağbaş kərkəs, sarı koramal, gürzə, suilanı, porsuq, boz dovşan, dələ, meşə pişiyi, erməni muflonuqarapaça daxildir.[1][2]

  • "«Şikaxox» qoruğunun rəsmi saytı". 2013-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-07.
  1. 1 2 "Qərbi Azərbaycan təbiəti (İndiki Ermənistan)". 2008-03-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-22.
  2. рук. программы Вардеванян Ашот. Национальная программа действий по борьбе с опустыниванием в Армении. — Ереван, 2002. — ISBN 99930-935-6-4.