Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
XXI əsrdə Fransa
2000-ci ildə (fr. En L'An 2000) - Fransada XX əsrdə yaranmış mədəni fikir cərəyanı. XX əsr Fransasında yaşayan insanlar 100 il sonra yaşadıqları ölkədə hansı yenilik və dəyişikliklərin ola biləcəyi ilə maraqlanırdılar. İnsanları əsasən texniki sahədə baş verə biləcək yeniliklər maraqlandırırdı. Bu barədə olan fikirlər dönəmin müxtəlif rəssamları tərəfindən təsvir edilmişdir. Fransız rəssamı (fr. Jean-Marc Côté) tərəfindən 1899, 1900 və 1901-ci illərdə dərc edilən şəkillər XX əsr Fransız insanın 100 il sonrakı həyat barədə olan düşüncələrini daha açıq bir formada izah edir.
XX əsrdə Azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi
Azərbaycanlıların Ermənistandan deportasiyası — azərbaycanlıların Ermənistandan məcburi köçürülməsi və etnik təmizləmə. == Arxa plan == Tarixçilərin və tədqiqatçıların fikrinə görə azərbaycanlıların indiki Ermənistandan etnik təmizlənməsi və deportasiyalarının əsas səbəbi regionun və ölkənin milli tərkibinin dəyişdirilməsi idi. == Gedişat == Azərbaycanlıların Ermənistandan (Qərbi Azərbaycandan) deportasiyası və köçürülməsi hələ XVIII əsrdən başlanıb. Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə müsəlmanların deportasiyası üç mərhələdə aparılıb: Birinci mərhələ 1905–1920-ci illər; İkinci mərhələ 1948–1953-ci illər Üçüncü mərhələ 1988–1992-ci illər.Bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daxil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. Sonuncu deportasiyada 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tarixi mədəni abidələri, dini müəssisələri, məktəb, xəstəxana və digər binaları darmadağın edib. Təkcə 1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məxsus 2000-dən artıq qəbristanlıq dağıdıb. Ermənilər tarixən azərbaycanlılara, türklərə qənim kəsildikləri halda bu faktlar gizlədilib, dünya ictimaiyyəti isə bu məsələlərə diqqətsizlik göstərib. Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası əsasən 1948–1953-cü illərdə Stalinin göstərişi ilə həyata keçirilmişdir. Əgər krım tatarlarını çeçenləri və digər xalqları almanlarla əməkdaşlığa görə cəzalandırıb köçürmüşdülərsə, azərbaycanlıların köçürülməsinə yeganə səbəb onların azərbaycanlı olması idi.
Əfsuran
Əfsuran (fars. زنگبار‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı, Ojarud-e Şərqi kəndistanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 300 nəfər yaşayır (61 ailə).