Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağabala xan Sərdari-Əfxəm
Ağabala xan Sərdari-Əfxəm — Qacarlar dövlətinin daxili işlər naziri, Gilan əyalətinin valisi. == Həyatı == Əsl adı Mirzə Məhəmmədəli xandır. Moini-nizam ləqəbini daşıyırdı. Ağabala xan vəliəhd Müzəffərəddin mirzənin yanında tədricən inkişaf edərək 1883-cü ildə sərhəng (polkovnik), 1885-ci ildə isə mirpənc (general-leytenant) rütbələrinə yiyələnir. Ağabala xan 1891-ci ildə vəkilüddövlə ləqəbinə layiq görülür. Sənaye naziri və Topxana (artilleriya) rəisi Cahangir xan vəfat etdikdən sonra Ağabala xan onun vəzifələrinə sahib olur. Ağabala xan Sərdari-Əfxəm 1907-ci ildən sonra Gilan əyalətinə vali təyin olunmuşdu. 1909-cu ildə "Səttar xan adına komitə"nın fəalları Rəştdə üsyan qaldırdılar. Vali Sərdari-Əfxəm öldürüldü. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011.
Sultanəli xan Vəziri-Əfxəm
Sultanəli xan Vəziri-Əfxəm (1882-1914)—İranın baş naziri. Sultanəli xan Məhəmməd xan Salarülmülkün oğlu və Mirzə İbrahim xan Zəhirəddvölə Qacarın qız nəvəsi idi.O, Azərbaycanın vergi agenti (mustovfisi) idi. Sonra Xalxalın hakimi oldu və Şatıranlı və Şahsevən tayfalarının fitnə və fəsadlarının aradan qaldırılması üçün effektiv tədbirlər gördü.Nasirəddin şah Qacarın ölümündən sonra,hesablamalar naziri oldu və bir il sonrada Yəzdə başçılıq etdi.Eynəddövlə və Müşirəddövlə kabinetlərində daxili işlər naziri idi.Mirzə Nəsrulla xan Müşirəddövlənin istefasından sonra,baş nazir oldu. O, tarixdən bəri "sədr əzəm" ləqəbinin yerinə, baş nazirə"riyasate vozəra"(nazirlərin rəisi) deyildi.Mirzə Sultanəli xan Vəziri-Əfxəm, nazirlərin rəisi olmaqdan başqa həmdə daxili işlər naziri vəzifəsini daşıyırdı. 1907-ci ildə, nümayəndələr yekdilliklə, onun işdən kənarlaşdırılmasına səs verdilər və beləliklə, Əfxəmin təxminən qırx günlük hökuməti tamamlandı. Vəziri-Əfxəm işdən kənarlaşdırılmadan sonra,Məhəmmədəli şah Qacar əmri ilə dərbar (saray) naziri oldu. Sultanəli xan Vəziri-Əfxəm 1914-ci ildə vəfat etdi. Vəziri-Əfxəm böyük əmlak sahiblərindən idi və Zəncan və Kirmanda çoxlu əmlakı vardi.Onun törəmələrinin bəzisi "Əfxəmi" və bəzisi isə "Əfxəm-İbrahimi" soyadını daşıyırlar.
Efrem Zimbalist
Efrem Zimbalist, Jr. (30 noyabr 1918[…], Nyu-York, Nyu-York ştatı – 2 may 2014[…], Solvanq, Kaliforniya) — aktyor.
Efrem Zimbalist, Jr.
Efrem Zimbalist, Jr. (30 noyabr 1918[…], Nyu-York, Nyu-York ştatı – 2 may 2014[…], Solvanq, Kaliforniya) — aktyor.
Fəşəm
Fəşəm (Farsca: فشم‎, Fasham) — İranın Tehran ostanında şəhər. == Ümumi məlumat == Tehran ostanının Şimiranat şəhristanının Rudbar-i Qəsran bəxşində olan və bu bəxşin idarə mərkəzi olan şəhərin 2006-cı il rəsmi əhalisi 6.895 nəfər və 2.019 evdir.
Əhrəm
Əhrəm — İranın Buşehr ostanının şəhərlərindən və Təngistan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,182 nəfər və 2,710 ailədən ibarət idi.
Əkrəm
Əkrəm — ad. Əkrəm Əylisli — nasir, dramaturq, tərcüməçi Əkrəm Cəfər — dilçi. Əkrəm Zeynallı — azərbaycanlı diplomat. Əkrəm ibn Əbu əl-Əkrəm — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Əkrəm Poladov — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2018) Əkrəm Əlican — Türk siyasətçi, maliyyəçi, partiya lideri. Əkrəm Abdullayev — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı.
Eda Ərdəm
Eda Ərdəm (türk. Eda Erdem; 22 iyun 1987, İstanbul) — türk qadın voleybolçu. Ampluası blokçudur. 190 sm boya malik voleybolçunun zərbə yüksəkliyi 308 sm, blok yüksəkliyi isə 302 sm-dir. Fənərbaxçanın əsas oyunçularından biri və kapitanı olan Eda 1987-ci il təvəllüdlüdür. Onun bu klubla 2017-ci ilə qədər müqaviləsi var. Həmin sözləşməni 2014-cü ilin yayında imzalamışdır. İstanbulda anadan voleybolçunun karyerası da bu şəhərdə keçir. == Karyerası == Həvəskar karyerasına 2000-ci ildə Beşiktaş ilə başlayan voleybolçunun peşəkar idmançı olması dörd il sonra 17 yaşında yenə bu kluba təsadüf edir. Beşiktaşda qeyri-peşəkar səviyyədə oynadığı dörd il onu İstanbul klubunda qalmağa vadar etdi.
Fəhəm Kəsəmənli
Fəqam Kəsəmənli, Fəhəm Kəsəmənli (Fəqam Paşa oğlu Kəsəmənli; 19 aprel 1932) — Fizika‑riyaziyyat elmləri doktoru, professor. Sankt‑Peterburq Dövlət Politexnik Universitetinin eksperimental fizika kafedrasının professoru., nobelşünas alim, "Rusiya Federasiyasının ali peşə təhsili fəxri işçisi", "Əməkdar professor". “Əmək veteranı” medalı, “SSRİ ixtiraçısı”, “Əməkdə əla nailiyyətlərə görə” ilə təltif olunmuşdur. Paşa bəy Kəsəmənlinin oğludur. Qıraq Kəsəmən kəndindəndir, Gəncə şəhərində anadan olub. == Həyatı == Fəqam Kəsəmənli 1932-ci ildə Gəncə şəhərində doğulmuşdu. Əslən Ağstafa rayonunun Qıraq Kəsəmən kəndindəndir. Fəqam bəy 1939-cu ildə məktəbdə oxumağa başlayır. 1942-ci ilin payızında o, ailəsi ilə birlikdə Qazax şəhərinə, 1944-cü ildə isə Bakıya köçür. 1949-cu ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) fizika-riyaziyyat fakültəsinin fizika şöbəsinə daxil olur.
Həsən Əftəs
Həsən Əftəs (ərəb. حسن افطس‎) Əli Əsğər Əli oğlunun yeganə oğlu. Həsənin atası Əli Əsğər oğlu anasının bətnində olarkən Ərəbistanın Yənbə şəhərində 30 yaşında dünyasını dəyişmişdir. Ona Əftəs deyilməsinin səbəbi onun burnunun üstündə bir az içəri getmə olmasındanidi. O, uca qamətli və iyididi buna görədə ona Rəmhi ali Əbutalib (ərəb. رمح آل أبي طالب‎) deyirdilər. Məhəmməd Nəfsi Zəkiyyənin Abbasilərə qarşı sürdüyü savaşlarda onun müavin və bayraqdarı idi. Nəfsi Zəkiyyə öldürüldükdən sonra və qoşunu dağıldıqdan sonra Həsən gizləndi. Onun gizləndiyindən sonra İmam Sadiq İraqa gəldi və Əbu Cəfər Mənsurun yanına gedib dedi: Ey Mənsur, istəyirsən ki, Məhəmməd Rəsulullaha bir yaxşılıq edəsən? dedi: Hə, ey Əbaəbdillah.
Mahmud Əkrəm
Rəcaizadə Mahmud Əkrəm (osman. رجاﺋﻰ زاده محمود اكرم) (1 mart 1847, Konstantinopol – 31 yanvar 1914, Konstantinopol) — Osmanlı şairi, nasiri və dramaturqu. == Həyatı == Türkiyə ədəbiyyatında "Tənzimat" dövrünün ən məşhur şair, nasir və dramaturqlarından olan Rəcaizadə Mahmud Əkrəm eyni zamanda "Sərvəti-funun"çuların sələflərindəndir. Böyük müasiri Namiq Kamalın yaradıcıhğına nə qədər mübarizlik, döyüşkənlik ruhu hakimdirsə, Mahmud Əkrəm bir o qədər həzin lirik şairdir. Övladlarının, xüsusilə sevimli oğlu Nicatın vaxtsız ölümü şairi sarsıtmış, onun yaradıcılığında kədər, bədbinlik motivləri daha da artmışdır.
Mişel Əfləq
Mişel Əfləq (ərəb. ميشيل عفلق‎; 1910[…], 19 yanvar 1912 və ya 1909, Dəməşq – 23 iyun 1989[…], V arondisman (Paris)) — Ərəb əsilli Suriya siyasətçisi. Bəəs sosialist ərəb partiyasının qurucusu. Səddam Hüseynin əməkdaşı olub. Suriyanın Dəməşq şəhərində orta səviyyəli bir ailədə anadan olan Əfləq Sorbonnada oxudu və burada gələcək siyasi yoldaşı Səlahəddin əl-Bitarla görüşdü. 1932-ci ildə Suriyaya qayıtdı və kommunist siyasətində siyasi karyerasına başladı. Əfləq kommunist fəalı oldu, ancaq Suriya-Livan Kommunist Partiyası Fransanın müstəmləkə siyasətini dəstəklədiyi zaman kommunist hərəkatı ilə əlaqələrini kəsdi. Sonralar 1940-cı ildə Əfləq və əl-Bitar Ərəb İhya Hərəkatını qurdular (daha sonra Zəki əl-Ərsuzi qrupundan adını eyni adla alaraq özünü Ərəb Bəəs Hərəkatı adlandırdı). Hərəkat uğurla nəticələndi və 1947-ci ildə Ərəb Bəəs Partiyası yaratmaq üçün Ərəb Arası'nın ərəb Bəəs Təşkilatı ilə birləşdi. Əfləq partiyanın icra komitəsinə üzv seçilmiş və "'Amid" (partiyanın lideri deməkdir) seçilmişdir.
Nənsi Əcrəm
Nensi Nabil Ajram (ərəb. نانسي نبيل عجرم‎; 16 may 1983-cü il, Əşrəfiyə[1]) — Livan müğənnisi. İndiyə qədər 2-si uşaqlar üçün olmaqla, ümumilikdə 12 studiya albomu çıxaran sənətçi karyerası boyunca çox sayda mötəbər ərəb festivallarına qatılıb, həmçinin çox sayda mükafata layiq görülüb. Onlardan biri də Ən Yaxşı Yaxın Şərq Sənətçisi olaraq, 2008-ci ildə qazandığı World Music Awards [2]mükafatıdır. Bununla da o, o zamana qədər həmin mükafatı almış ən gənc ərəb sənətçisi olmuşdur. Ardınca, 2012 və 2014-cü illərdə də World Music Awards mükafatına layiq görülmüşdür[3]. Nensi Ajram Coca-Cola şirkətinin Yaxın Şərqdə olan ilk və yeganə qadın sözçüsü olmuşdur. O, həm də UNICEF-in Yaxın Şərq üzrə ilk qadın xoşməramlı səfiridir[4]. Bundan əlavə, sənətçi Tiffany&Co markasının da Yaxın Şərqdə ilk ərəb təmsilçisi olmuşdur[5]. Nensi həmçinin sosial şəbəkələrdə ən çox izləyiciyə malik ərəb sənətçisidir.
Əkrəm Əlican
Əli Əkrəm Əlican (1916, Adapazarı – 18 iyun 2000, İstanbul) — Türk siyasətçi, maliyyəçi, partiya lideri. Əli Əkrəm Əlican 1916-cı ildə Ada bazarında Qafqazdan üçüncü nəsil çərkəz mühacir Yusif Əfəndi və Əminə xanımın ailəsində anadan olub. Onun Fuad və İsmayıl Haqqı adlı iki böyük qardaşı var idi. 1930-cu ildə Ada bazarında orta məktəbi bitirdikdən sonra İstanbul Nişantaşı Şişli Tərəkki Liseyinə internat tələbəsi olaraq daxil olub. 1934-cü ildə Əkrəm Əlican orta məktəbi bitirib və Mekteb-i Mülkiye adlı ali təhsil müəssisəsinə daxil olaraq burada maliyyə üzrə təhsil alıb. Bu Universitetin İstanbulda olmasına baxmayaraq, 1936-cı ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsi adı ilə Ankaraya köçüb. O, 1937-ci ildə ali təhsilini başa vurub və Maliyyə Nazirliyi tərəfindən təqaüdlə London İqtisadiyyat Məktəbinə göndərilib. İkinci Dünya Müharibəsinin başlaması səbəbindən o, bir il yarım vaxtdan sonra vətəninə qayıtmalı olub. O, 1946-cı il mayın 29-da öz şəhərinin 18 yaşlı gənc qızı Naciye Gülərlə nişanlanıb və cütlük 9 may 1947-ci ildə evlənib. Bu evlilikdən onların Əminə Nilüfər (1948-ci il təvəllüdlü), Canan (1951-ci il təvəllüdlü) və oğlu Yusif (1958-ci il təvəllüdlü) adlı üç övladları doğulub.
İpək Ərdəm
İpek Ərdəm (türk. İpek Erdem; 1984, Bursa) — Türk aktrisa. Keçmiş futbolçu, texniki direktor Haluk Erdem və dizayner, operator Emine Akbaşın qızı olaraq dünyaya gəldi. Taygun və Algun Erdem qardaşları, onlar da keçmiş futbolçu və texniki direktorlar. Yeddi yaşında ilk getdiyi teatr tamaşasında aktrisa olmağa qərar verən İpek Ərdəm, 1995-ci ildə Bursa Bələdiyyə Konservatoriyasında Türk Sənət Musiqisi təhsili aldı. İlk aktrisalıq təhsili də 1996-cı ildə Bursa Dövlət Teatrı ilə əlaqəli Osmaniye Mədəniyyət Mərkəzindədir. Orada Hansel və Grathel, Vur Emri, Aşk Fıçıları adlı tamaşalarda rol aldı. Bundan başqa çox kiçik yaşdan etibarən idman və rəqsə marağı var idi. 1987–1998-ci illər arasında gimnastika, balet, üzgüçülük, voleybol və folklora getdi. 2002-ci ildə İstanbul Universiteti Dövlət Konservatoriyası, Teatr Sektorunu daxil olaraq İstanbula gəldi.
Əkrəm Cəmilpaşa
Əkrəm Cəmilpaşa (kürd. اکرم جهمیل پاشا, Ekrem Cemîl Paşa; türk. Ekrem Cemilpaşa) və ya Əkrəm Cəmilpaşazadə (türk. Ekrem Cemilpaşazade; 22 fevral 1891, Diyarbəkir – 31 dekabr 1974, Dəməşq) — kürd siyasətçisi və zabiti. Əkrəm Cəmilpaşa 22 fevral 1891-ci ildə Osmanlı imperiyasının tərkibində olan Diyarbəkirdə mühüm kürd ailələrindən olan Cəmilpaşazadə ailəsinin nümayəndəsi Qasım bəy və çərkəzəsilli Xeyriyyə xanımın ailəsində anadan olmuşdur. Əkrəm Cəmilpaşa Diyarbəkirdə yerləşən hərbi məktəbdə təhsil almış və təhsilini İstanbulda davam etdirmişdir. Cəmilpaşa 1913-cü ildən atası tərəfindən göndərildiyi İsveçrədə riyaziyyat təhsili almağa nail olmuşdur. Avropadan İstanbula qayıdarkən kürd tələbələr üçün "Hevî" assoasiyasını təsis etmişdir. Birinci Dünya müharibəsi başlayan zaman Əkrəm Cəmilpaşa Osmanlı imperiyasını müdafiə etməyə çağırılmışdır. Çanaqqala cəbhəsində artilleriya sahəsində xidmət etdikdən sonra Qafqaz cəbhəsinə göndərilmiş və orada yaralanmışdır.
Əsləm Türk
Əsləm ibn Ömər Deilmi (türk), Süleyman , Səlim və ya Əsləm Türki Hüseyn ibn Əlinin davamçısı və katibi idi. O bir Azərbaycan Türkü olaraq Qəzvinli idi. Əsləm həmişə Hüseyn ibn Əlinin yanında olub və Kərbəla hadisəsində şəhid olub.
Ömər Əkrəm
Ömər Əkrəm- Əslən Əfqanıstanlı olan Amerikalı Qremmi mükafatına layiq görülmüş pionuçu və bəstəkardır. Əkrəm Nyu-Yorkda anadan olub. Birləşmiş Millətlər Təşkilatı diplomatının oğlu kimi dünyanın müxtəlif ölkələrinə səyahət edərək böyüyüb.
Əkrəm Abdullayev
Əkrəm Kamal oğlu Abdullayev (23 iyun 1975, Salyan, Azərbaycan SSR) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı. Əkrəm Abdullayev 1975-ci il iyunun 23-də Salyan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir. 1996–2005-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində təlimatçı, baş təlimatçı, sektor müdiri və şöbə rəisi vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, 2 övladı var. 2005-ci il noyabrın 6-da 59 saylı Salyan birinci seçki dairəsindən deputat seçilmişdir. Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Qətər, Azərbaycan-Özbəkistan, Azərbaycan-Tacikistan, Azərbaycan-Tailand, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur.
Əkrəm Akurqal
Əkrəm Akurqal (türk. Ekrem Akurgal; 30 Mart 1911 - 1 Noyabr 2002) — Türk arxeoloqu. 1911-ci ildə Fələstində Hayfa yaxınlarındakı Tulkarem kəndində dünyaya gəlib (Tulkarem eyni zamanda sonradan arxeologiya dünyasında böyük əhəmiyyət qazanmış olan antik Kayserya şəhərinin qalıntılarının tapıldığı yerdir). Osmanlının Herseqovina vilayətinə müftilər və idarəçilər yetişdirmiş köklü bir ailə olan Rizvanbəyoviç ailəsindən gələn atası paytaxtda doğulmuş görünməsini istədiyi üçün doğum yerinə İstanbul yazdırmışdır. Akurgal 2 yaşı olanda ailəsi İstanbula qayıtmış, bir müddət Adabazarının Ağyazı mahalındakı fermalarında qalmışdırlar. 6 yaşından etibarən bibisinin köhnə Herseqovina müftisi olan və Darülfünunda Ərəb ədəbiyyatı müdərrisliyi ilə məşğul olan əri Cabizadə Əli Fehmi Əfəndinin evində qalmağa başlamış və ilk təhsilini burada almışdır. 1931-ci ildə İstanbul Oğlanlar üçün liseyi bitirdi. Dövlət imtahanını qazanaraq Almaniyada arxeologiya təhsili aldı.1934-cü ildə Soyadı Qanunu çıxan zaman, atasının istəyi üzərinə, bir Şumer kralının adı olan və Şumer dilində a-'baba, su' kur- 'ölkə' və gal-'böyük' kəlimələrinin yan yana gəlməsindən əmələ gələn Akurgal soyadını aldı. A-KUR-GAL Türk dilinə tərcümə edildikdə: "Böyük su ölkəsi" mənasını verir. 1957-ci ildə Ankara Üniversiteti Dil və Tarix-Coğrafiya Fakültəsində ordinaryus professor oldu.
Əkrəm Cəfər
Əkrəm Cəfər (tam adı: Cəfərov Əkrəm Səftər oğlu; 5 may 1905, Lahıc, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 18 avqust 1991, Bakı) — dilçi, ədəbiyyatşünas, şərqşünas-filoloq, pedaqoq. Əkrəm Səftər oğlu Cəfərov 1905-ci ilin may ayında İsmayıllı rayonunun Lahıc kəndində anadan olmuşdur. İlk təhsilini mollaxanada alan Ə. Cəfər sonra yeni üsullu məktəbdə oxuyur. 1920-ci ilni oktyabrında Bakıya gələrək "Darlmüəllimin"ə daxil olur. 1925-ci ildə həmin məktəbi qurtaran Ə. Cəfər iki ilə yaxın Lənkəran şəhərində, sonra isə Qazax pedaqoji texnikumunda dərs deyir. O, hələ "Bakı Darülmüəllimi"ndə oxuduğu illərdə bir ədəbiyyat həvəskarı kimi "Maarif və mədəniyyət", "Şərq qadını" jurnallarında şeirlərlə çıxış etmişdir. 1929-cu ildə Ə. Cəfər ali təhsil almaq üçün Moskvaya göndərilmişdi. O, Moskvada ikinci Dövlət Universitetinin rus dili və ədəbiyyatı şöbəsinə girmiş, 1932-ci ildə oranı bitirmişdir. Əla oxuduğuna görə həmin institutda müəllim saxlanmış və aspiranturaya qəbul edilmişdir. Ə. Cəfər təhsil almaqla yanaşı 1929–1931-ci illərdə Moskva Proletar Yazıçılar cəmiyyəti Azərbaycan bölməsinin katibi olmuşdur.
Əkrəm Hövrani
Əkrəm əl-Hövrani (ərəb. أكرم الحوراني‎; 1912, Həma – 24 fevral 1996, Amman) — suriyalı siyasətçi, 1955-ci ildə Suriya Xalq Məclisinin sədri, 1958-1959-cu illərdə Birləşmiş Ərəb Respublikasının vitse-prezidenti və 1958-ci ildə ədliyyə naziri.
Əkrəm Naibov
Əkrəm Nəcəf oğlu Naibov (Əkrəm Əylisli; 6 dekabr 1937, Yuxarı Əylis, Ordubad rayonu) — nasir, dramaturq, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin sabiq üzvü, Azərbaycan Respublikasının sabiq xalq yazıçısı, Azərbaycan SSR Lenin komsomolu mükafatı (1968), Azərbaycanın əməkdar incəsənət xadimi (1984), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991), Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı. Əkrəm Əylisli 6 dekabr 1937-ci ildə Ordubad rayonunun Yuxarı Əylis kəndində anadan olmuşdur. Burada orta məktəbi qurtardıqdan sonra ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir. M.Qorki adına Ədəbiyyat İnstitutunun nəsr şöbəsini bitirdikdən sonra Azərnəşrin tərcümə redaksiyasında redaktor (1965–1968), "Gənclik" nəşriyyatında baş redaktor (1968–1970), "Mozalan" satirik jurnalında baş redaktor (1970–1971) olmuşdur. 1974–1978-ci illərdə Azərbaycan Nazirlər Soveti Dövlət Kinematoqrafiya Komitəsinin baş redaktoru işləmiş, sonra "Azərbaycan" jurnalının baş redaktoru kimi çalışmışdır (1978–1983). Azərbaycan Sovet Yazıçıları İttifaqının katibi (1987–1991), "Yazıçı" nəşriyyatının direktoru olmuşdur (1992-ci ildən). Gənc yazıçıların Moskvada keçirilən Ümumittifaq müşavirəsində (1962), Belorusiya, Moldova və Özbəkistanda sovet ədəbiyyatı günlərində və digər tədbirlərdə iştirak etmişdir (1968–1980). "Ulduz" jurnalı redaksiya heyətinin üzvü (1967–1978), SSRİ Yazıçılar İttifaqı bədii şurasının üzvü (1968–1976) olmuşdur. SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin və Azərbaycan Yazıçılar İttifaqı rəyasət heyətinin, eyni zamanda "Azərbaycan" və "Drujba narodov" jurnalları redaksiya heyətlərinin üzvü seçilmişdir (1978–1990). Sovet yazıçılarının nümayəndə heyətinin tərkibində Macarıstan, Polşa və Şimali Yəməndə səfərdə, Əziz Nesinin şəxsi dəvətilə Türkiyədə olmuşdur.
Əkrəm Poladov
Poladov Əkrəm Nicat oğlu — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2018), Prezident mükafatçısı. Əkrəm Poladov 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Musiqi Akademiyası və İtaliyanın Ozimo şəhərindəki Opera Akademiyasını bitirmişdir. İtaliyada keçirilən beynəlxalq vokal müsabiqəsinin diplomantıdır. 1988-ci ildə Azərbaycan Dövlət akademik Opera va Balet Teatrında xor artisti kimi fəaliyyətə başlayan Əkrəm Poladov 1991-ci ildə solist vəzifəsinə keçirilmişdir. Hazırda teatrın yüksək dərəcəli solistidir. Milli və klassik opera tamaşalarında çox maraqlı və yaddaqalan obrazlar yaradaraq cıxış edir. Bir çox partiyalar Əkrəm Poladovun opera səhnəsində ifa etdiyi obrazlardır. Əkrəm Poladov həm də Azərbaycan Dövlət Xor kapellasında solistidir. Qərb və rus bəstəkarlarının operalarından ariyaları və romansları ifa edir.
Əkrəm Xudiyev
Əkrəm Aslanov
Əkrəm Əhməd oğlu Aslanov (10 sentyabr 1954, Zaqatala rayonu – 4 avqust 2024, Gəncə) — fizika-riyaziyyat elmləri namizədi == Həyatı == 10 sentyabr 1954-cü ildə Zaqatala rayonunda anadan olmuşdur. 1971–76-cı illərdə ADU-nun Fizika fakültəsində təhsil almışdır. 1976–78 – Şamaxı Astrofizika Rəsədxanası – kiçik elmi işçi kimi çalışmışdır. 1977–90-cı illərdə M. Lomonosov adına Moskva Dövlət Universiteti yanında P. Şternberq adına Dövlət Astrofizika İnstitutunda boyük elmi işçiyə qədər yüksəlmişdir. 1983-cü ildə "İfrat böyük kütləli qoşa ulduzların təkamülünün son mərhələlərinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1990-cı ildən Gəncə Dövlət Universitetində çalışıb. 1990–1995-ci illərdə GDU-nun UTF və Riyazi analiz kafedralarında müəllim, 1995–2015-ci illərdə GDU-nun İnformatika kafedrasında dosent vəzifələrini tutub. 2010–2015--ci illərdə İnformatika kafedrasının müdiri olub. Yüzdən çox elmi və metodiki əsərlərin müəllifidir. 4 avqust 2024-cü ildə vəfat edib.
Ərdəm (Cizrə)
Ərdəm — Türkiyənin Şırnak vilayətinin Cizrə rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1928-ci il qeydlərində kürdcə "Dimililər" mənasını verən Dimbilyan kimi qeyd olunur. Əvvəllər Mardin vilayətinin Cizrə rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni qurulan Cizrə rayonuna birləşdirilmişdir.
Exxen
Exxen – Acun Ilıcalının qurduğu və 1 yanvar 2021 tarixindən etibarən yayımlanmağa başlayan bir rəqəmsal məzmun platformasıdır. == Tarixçə == Acun Medya-nın qurucusu və sahibi Acun Ilıcalı tərəfindən qurulan və 2021-ci ildə yayım həyatına başlayan Exxen, 24 sentyabr 2020-ci il tarixində Acun Ilıcalının İnstaqram hesabından "Tezliklə yeni rəqəmsal platformamız Exxen-də bir araya gələcək." elanı ilə təqdim edildi. Platforma üçün 1500 nəfərlik bir komanda yaradıldı. Acun Ilıcalı tərəfindən platformanın pulsuz bir seçimi olmayacağını və reklamlı və reklamsız iki ödənişli paket olacağı bildirildi. Platformanın illik büdcəsinin 900 milyon TL olacağını açıqladı. Platformada seriallar, realiti şoular, müsabiqələr, sənədli filmlər və uşaq proqramları kimi fərqli yaş qruplarına xitab edən əsərlərin yer alacağı açıqlandı. Bundan əlavə, ticarət səbəblərindən televiziyada yayımlana bilməyən 20 və ya 40 dəqiqəlik qısa məzmunun platformada yayımlanacağı bildirildi. Əli Taranın təklifi ilə platformanın adı Exxen olaraq təyin olundu. Exxen-də reklam ilə yayımlanan məzmuna giriş aylıq 9.90 TL, reklamsız məzmun isə aylıq 19.90 TL-dir.
Efes
Efes (yun. Eφεσος, lat. Ephesus) — Anadolunun qərb sahillərində İzmir ilinin Səlcuq ilçəsinin 3 km uzaqlığında yerləşən tarixi yunan şəhəri. Efes Qədim Yunanıstan dövründə İoniyanın 12 şəhərindən biri olmuşdur. Şəhərin neolit dövründə salındığı ehtimal olunur.
Eda Erdem
Eda Ərdəm (türk. Eda Erdem; 22 iyun 1987, İstanbul) — türk qadın voleybolçu. Ampluası blokçudur. 190 sm boya malik voleybolçunun zərbə yüksəkliyi 308 sm, blok yüksəkliyi isə 302 sm-dir. Fənərbaxçanın əsas oyunçularından biri və kapitanı olan Eda 1987-ci il təvəllüdlüdür. Onun bu klubla 2017-ci ilə qədər müqaviləsi var. Həmin sözləşməni 2014-cü ilin yayında imzalamışdır. İstanbulda anadan voleybolçunun karyerası da bu şəhərdə keçir. == Karyerası == Həvəskar karyerasına 2000-ci ildə Beşiktaş ilə başlayan voleybolçunun peşəkar idmançı olması dörd il sonra 17 yaşında yenə bu kluba təsadüf edir. Beşiktaşda qeyri-peşəkar səviyyədə oynadığı dörd il onu İstanbul klubunda qalmağa vadar etdi.
Erdem Çetinkaya
Mikloş Fexer
Mikloş Fexer (mac. Miklós Fehér; 20 iyul 1979, Tatabanya – 25 yanvar 2004, Qimaraynş[d]) — hücumçu mövqeyində çıxış etmiş Macarıstan futbolçusu. 9 illik karyerasının əksər hissəsini Portuqaliyada keçirən Fexer Premyer Liqanın tərkibində 80 oyunda iştirak edib və 27 qol vurub. 2004-cü il yanvar ayının 25-də iştirak etdiyi futbol oyununda ürək tutmasından dünyasını dəyişib. Fexer Macarıstanı beynəlxalq səviyyədə təmsil edərək 1998-ci ildə 19 yaşında debüt edib. Futbol karyerasına Győri ETO futbol klubunda başlayıb. Macarıstan milli futbol komandasının tərkibində 1998-ci ilin oktyabr ayında Azərbaycana qarşı ilk oyununu çıxıb. O, milli oyunda 25 oyunda 7 qol vurub.
Sent-Efemi
Sent-Efemi (fr. Sainte-Euphémie) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Reryo kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01353. Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 24 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 1482 nəfər təşkil edirdi. 2010-cu ildə 1003 əmək qabiliyyətli insan arasında (15-64 yaş arasında) 753 nəfər iqtisadi cəhətdən fəal, 250 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75,1%, 1999-cu ildə 70.8%). Aktiv 753 sakindən 720 nəfər (374 kişi və 346 qadın), 33 nəfəri işsizdir (14 kişi və 19 qadın).
Sunay Erdem
Sunay Erdem (d. 1971, Bolqarıstan) — Dünya tərəfindən məşhur Türk Landşaft memarı və öz özünü yetişdirmiş memar. Sunay Erdem qardaşı Günay Erdem ilə 1998-ci ildə Erdem Memarlar firmasını qurdular. İki qardaş 90-cı illərdən günümüzə 40 dan çox ölkədə layihə inkişaf etdirib, 50-ə yaxın mükafat almışdır. Günümüzün memarlıq sahəsində nadir sərbəst əl istifadə tasarımcılardan biri olan Sunay Ərdəmin 1992-ci ildən bu yana 700'e yaxın çəkdiyi sərbəst əl perspektivləri var. Amerika Memarlıq İnstitutu (AIA) Philadelphia Bölümü tərəfindən təşkil edilən 2013 Sketch Showdown Yarışmasında akvarel eskizi birinci oldu. 2014-ci ildə İtaliyada açılan və Napolyonun məşhur La Spezia Limanı silah-sursat istehsalı şəhər çevrilməsi yarışmasında layihəsi birinci olmuşdur. Oxşar il İngiltərədə açılan və Wimbledon turnirinin edildiyi qəsəbənin şəhər çevrilməsi yarışmasında isə layihəsi finala qalmışdır. Sunay Erdem, TMMOB Memarlar Odası tərəfindən iki ildə bir verilən və 2010 ili Milli Memarlıq Sərgisi və Mükafatları, Fikir təqdimatı sahəsi Müvəffəqiyyət Mükafatı sahibidir. Ayrıca TMMOB Landşaft Memarlar Odası tərəfindən hər il verilən və 2009, 2010, 2013 Yılllar Milli Landşaft Mimarlığı Mükafatları sahibidir.
Mülayim Erdem
Mülayim Erdem (d. 10 yanvar 1987, Zeytinburnu) — türkiyəli futbolçu, yarımmüdafiədə oynayır. Arif Erdemin qardaşı oğlu olaraq Qalatasaray infrastrukturunda futbol oynamağa başladı, burada peşəkar oldu və A komandası ilə məşqlərə başladı. Qalatasaray infrastrukturunda Arda Turan, Uğur Uçar, Ferhat Öztorun, Aydın Yılmaz və Mehmet Güven kimi futbolçularla eyni yaşda olan komandalarda çıxış edib. 20 mart 2004-cü ildə "Qalatasaray"da ilk rəsmi matçına çıxıb, Super Liqanın "Çaykur Rizəspor" la oynadığı matçın 46-cı dəqiqəsində Florin Bratunu əvəzləyib, daha sonra oyuna daxil olub. Bundan başqa, o, müntəzəm olaraq gənclərdən ibarət milli komandaların müxtəlif rütbələrində çıxış etsə də, Qalatasarayda şans tapmadı və nəticədə Qalatasaray infrastrukturunda keçmiş məşqçisi Abdullah Avcının komandası İstanbul Böyükşəhər Belediyespora 2006–07 mövsümündə icarəyə verildi. Daha sonra Orduspor və Qaziantep Böyükşəhər Belediyespora bir mövsümlük icarəyə verilib. 1 yanvar 2009-cu ildə "Qaziantep BB" ilə müqaviləsini pozaraq "Qalatasaray"a qayıdıb. Mövsümün sonunda "Qalatasaray"la müqaviləsinə qarşılıqlı xitam verildi və nəticədə sərbəst buraxıldı. Bundan sonra "Yalovaspor" razılaşıb və o, 2009–2010-cu il mövsümündən "Yalovaspor"da çıxış edir.