Sultanəli xan Vəziri-Əfxəm

Sultanəli xan Vəziri-Əfxəm (1882-1914)—İranın baş naziri.

Sultanəli xan Vəziri-Əfxəm
fars. سلطان علي خان وزير افخم
bayraq
Baş nazir
1 fevral 1907 – 30 aprel 1907
ƏvvəlkiMirzə Nəsrullah xan Müşirəddövlə
SonrakıMirzə Ələsgər xan Əminəssultan
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Tehran, İran
Vəfat tarixi (51 yaşında)
Vəfat yeri Tehran, İran
Fəaliyyəti siyasətçi
Uşaqları Oğlanları: Məhəmmədhəsən xan, Qızları: Münəvvərəddövlə xanım, Bədirəddövlə xanım

Sultanəli xan Məhəmməd xan Salarülmülkün oğlu və Mirzə İbrahim xan Zəhirəddvölə Qacarın qız nəvəsi idi.O, Azərbaycanın vergi agenti (mustovfisi) idi. Sonra Xalxalın hakimi oldu və ŞatıranlıŞahsevən tayfalarının fitnə və fəsadlarının aradan qaldırılması üçün effektiv tədbirlər gördü.Nasirəddin şah Qacarın ölümündən sonra,hesablamalar naziri oldu və bir il sonrada Yəzdə başçılıq etdi.EynəddövləMüşirəddövlə kabinetlərində daxili işlər naziri idi.Mirzə Nəsrulla xan Müşirəddövlənin istefasından sonra,baş nazir oldu.[1] O, tarixdən bəri "sədr əzəm" ləqəbinin yerinə, baş nazirə"riyasate vozəra"(nazirlərin rəisi) deyildi.Mirzə Sultanəli xan Vəziri-Əfxəm, nazirlərin rəisi olmaqdan başqa həm də daxili işlər naziri vəzifəsini daşıyırdı.[2]

1907-ci ildə, nümayəndələr yekdilliklə, onun işdən kənarlaşdırılmasına səs verdilər və beləliklə, Əfxəmin təxminən qırx günlük hökuməti tamamlandı[3][4]. Vəziri-Əfxəm işdən kənarlaşdırılmadan sonra,Məhəmmədəli şah Qacar əmri ilə dərbar (saray) naziri oldu.

Sultanəli xan Vəziri-Əfxəm 1914-ci ildə vəfat etdi.

Vəziri-Əfxəm böyük əmlak sahiblərindən idi və ZəncanKirmanda çoxlu əmlakı vardi.Onun törəmələrinin bəzisi "Əfxəmi" və bəzisi isə "Əfxəm-İbrahimi" soyadını daşıyırlar.[5]

  1. بامداد، مهدی؛ شرح حال رجال ایران، تهران، گلشن، چاپ سوم، 1362، ج2 ، ص 102
  2. کسروی، احمد؛تاریخ مشروطه ایران، تهران، آگاه، چاپ چهارم، 1378، ص 243 - 244
  3. هدایت، مهدی قلی؛ خاطرات و خطرات، زوار، تهران، چاپ دوم، 1344، ص 155.
  4. کسروی، احمد؛تاریخ مشروطه ایران، تهران، آگاه، چاپ چهارم، 1378، ص 267
  5. نوائی، عبدالحسین؛ دولتهای ایران از آغاز مشروطیت تا اولتیماتوم، تهران، بابک، چاپ اول، 1355، ص 12.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]