ƏRAZİ
ƏRƏB
OBASTAN VİKİ
Eda Ərdəm
Eda Ərdəm (türk. Eda Erdem; 22 iyun 1987, İstanbul) — türk qadın voleybolçu. Ampluası blokçudur. 190 sm boya malik voleybolçunun zərbə yüksəkliyi 308 sm, blok yüksəkliyi isə 302 sm-dir. Fənərbaxçanın əsas oyunçularından biri və kapitanı olan Eda 1987-ci il təvəllüdlüdür. Onun bu klubla 2017-ci ilə qədər müqaviləsi var. Həmin sözləşməni 2014-cü ilin yayında imzalamışdır. İstanbulda anadan voleybolçunun karyerası da bu şəhərdə keçir. == Karyerası == Həvəskar karyerasına 2000-ci ildə Beşiktaş ilə başlayan voleybolçunun peşəkar idmançı olması dörd il sonra 17 yaşında yenə bu kluba təsadüf edir. Beşiktaşda qeyri-peşəkar səviyyədə oynadığı dörd il onu İstanbul klubunda qalmağa vadar etdi.
İpək Ərdəm
İpek Ərdəm (türk. İpek Erdem; 1984, Bursa) — Türk aktrisa. Keçmiş futbolçu, texniki direktor Haluk Erdem və dizayner, operator Emine Akbaşın qızı olaraq dünyaya gəldi. Taygun və Algun Erdem qardaşları, onlar da keçmiş futbolçu və texniki direktorlar. Yeddi yaşında ilk getdiyi teatr tamaşasında aktrisa olmağa qərar verən İpek Ərdəm, 1995-ci ildə Bursa Bələdiyyə Konservatoriyasında Türk Sənət Musiqisi təhsili aldı. İlk aktrisalıq təhsili də 1996-cı ildə Bursa Dövlət Teatrı ilə əlaqəli Osmaniye Mədəniyyət Mərkəzindədir. Orada Hansel və Grathel, Vur Emri, Aşk Fıçıları adlı tamaşalarda rol aldı. Bundan başqa çox kiçik yaşdan etibarən idman və rəqsə marağı var idi. 1987–1998-ci illər arasında gimnastika, balet, üzgüçülük, voleybol və folklora getdi. 2002-ci ildə İstanbul Universiteti Dövlət Konservatoriyası, Teatr Sektorunu daxil olaraq İstanbula gəldi.
Ərdəm (Cizrə)
Ərdəm — Türkiyənin Şırnak vilayətinin Cizrə rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1928-ci il qeydlərində kürdcə "Dimililər" mənasını verən Dimbilyan kimi qeyd olunur. Əvvəllər Mardin vilayətinin Cizrə rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni qurulan Cizrə rayonuna birləşdirilmişdir.
Özgür Ərdəm İncəsu
Özgür Ərdəm İncəsu (1979, Ərdəhan) — iş adamı, iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırış deputatı. Özgür Ərdəm İncəsu 1979-cu ildə Ardahan ilinin Yalnızçam ilçəsində anadan olub. Bilkent Universiteti İqtisadi bölməsini bitirib. Birləşmiş Ştatların Kaliforniya Universitetində magistr dərəcəsi alıb. İş adamı olaraq çalışıb. Gənclərbirliyi İdman Klubunun İdarə Heyətinin, Gənc İş adamları Dərnəyinin İdarə Heyətinin üzvüdür. Siyasətə Cümhuriyyət Xalq Partiyasında (CHP) qoşulub. Çankaya Bələdiyyəsi Məclis sədrinin müavini vəzifəsində təmsil olunub. 2023-cü illərdə Ardahan ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. Avropa İttifaqına Uyğunlaşma Komissiyasının üzvüdür.
Akif Ərdəmgil
Akif Ərdəmgil (türk. Akif Erdemgil) (1876 – 22 mart 1962, İstanbul) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1892-ci ildə hərbi məktəbə daxil olmuş və oranı 1896-cı ildə bitirmişdir. İtaliya-Osmanlı müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1919-cu ildə Anadoluya köçərək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. 16 dekabr 1935-ci ildə öz istəyi ilə təqaüdə çıxdı. Türkiyə Böyük Millət Məclisinin V dövr (ara seçkiləri) və VI dövründə Sivasın millət vəkili olmuşdur. 1962-ci il martın 22-də İstanbulda vəfat etmişdir. == Medal və təltifləri == Məcidiyyə ordeni 5, 4 və 3-cü dərəcələri Osmanlı nişanı 4-cü dərəcə Qılınclı Məcidiyyə ordeni 3-cü dərəcə "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) == İstinadlar == == Mənbə == T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 76.
Qız qalası (Ərdəmli)
Qızqalası — Karikos sahil qalasına 200 metr məsafədə olan adada yerləşir. Böyük hissəsi yaxşı vəziyyətdə olan Qızqalasının şimal və cənub səmtləri səkkiz qülləylə qorunmuşdur. Qalanın xarici dairəsinin uzunluğu 192 metr dir. Qızqalası ilə sahildəki qala dənizdən bir yolla bağlanmış, dənizdən gələcək hücumlara qarşı tədbirləralınmışdır. Karamanoğlu İbrahim bəy tərəfindən 1448-ci ildə bərpa olunan qala bu gün bölgənin turizm simvolu halına gəlmişdir. Qızqalası Romalılar, Bizanslılar, Səlcuqlular, Fransızların (Kipr Krallığı), Qaramanlı və Osmanlıların hakimiyyətində olmuş əhəmiyyətli bir yaşayış məntəqəsidir. Aparılan ilk qazıntılarda buraya ilk yaşayışın e.ə. IV əsrə aid olduğunu göstərir. Məşhur tarixçi Herodot, bu şəhəri Georges adında Kiprli bir knyazın qurduğunu yazır. Miladdan sonra 72-ci ildə Roma hakimiyyətinə daxil edilən Qızqalası 450-ci ilə Roma imperiyasının ərazisi olmuşdur.
Qızqalası (Ərdəmli)

Ərdəmli
Ərdəmli (türk. Erdemli) — Mersin ilinin ilçəsi.

Значение слова в других словарях