Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
“Ət-tibb ətibba fi Əsna əl-Təmaddun əl-İslami”
Ət-tibb əl-ətibba fi Əsna əl-Təmaddun əl-İslami — Müəllifi məlum olmayan (azərb. “İslam Mədəniyyətində Tibb və Təbiblər”‎) əsər Misirdə nəşr olunan “Əl-hilal” jurnalında 1910-cu ilin aprelində nəşr edilmişdir. Əlyazmalar İnstitutunda qorunan əlyazma məhz həmin məcmuədən Azərbaycan dilinə tərcümə edilərək köçürülmüşdur. Mətn ağ cizgili dəftərdə bənövşəyi mürəkkəblə yazılmışdır. Xətti nəstəliqdir. Həcmi: 16 vərəq, ölçüsü 17x17 sm-dir.
Ət-tibb əl-ətibba fi Əsna əl-Təmaddun əl-İslami
Ət-tibb əl-ətibba fi Əsna əl-Təmaddun əl-İslami — Müəllifi məlum olmayan (azərb. “İslam Mədəniyyətində Tibb və Təbiblər”‎) əsər Misirdə nəşr olunan “Əl-hilal” jurnalında 1910-cu ilin aprelində nəşr edilmişdir. Əlyazmalar İnstitutunda qorunan əlyazma məhz həmin məcmuədən Azərbaycan dilinə tərcümə edilərək köçürülmüşdur. Mətn ağ cizgili dəftərdə bənövşəyi mürəkkəblə yazılmışdır. Xətti nəstəliqdir. Həcmi: 16 vərəq, ölçüsü 17x17 sm-dir.
Əlifba
Əlifba (ərəb. أبجدي‎) — İnsan danışığındakı hər bir səsin qrafik xətlə qeydləri sistemi. Hərflərin müəyyən qayda ilə düzülüşü əlifba adlanır. Əlifba sözü ərəb dilindən alınmadır. Ərəb dili əlifbasının birinci iki hərfinin adları əsasında düzəlmişdir: əlif+ba. Yunanlarda əlifba anlamında alfavita işlənmişdir. Bu da yunan əlifbasının birinci iki hərfinin adının birləşməsidir: alfa+vita. Sonralar vita hərfinin adı dəyişərək beta olmuşdur və buradan da alfabeta (alfa+beta) termini meydana gəlmişdir. Hazırda dünyada 350-dən artıq müxtəlif əlifbadan istifadə olunur. Dünya əlifbalarının, eləcə də keçmişdə istifadə olunmuş və hazırda elmə məlum olan əlifbaların hamısının protosemit vahid yazı sistemindən nəşət tapması elmdə təsdiqini tapmışdır.
Əlibaba Abdullayev
Əlibaba Abdulla oğlu Abdullayev (23 mart 1915, Bakı – 9 avqust 1980, Bakı), bəzi mənbələrdə Əli Bala Abdullayev — Azərbaycan-sovet xalq rəqqası və xoreoqrafı. O, Azərbaycan Filarmoniyasının mahnı və rəqs ansamblının kollektivinin bədii rəhbəri olmuş, Azərbaycan SSR əməkdar artisti (1943) və Azərbaycan SSR xalq artisti (1959) fəxri adlarına layiq görülmüşdür. Əlibaba Abdullayev peşəkar fəaliyyətə 1936-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında başlamış, iki ildən sonra Moskvada keçirilən I Azərbaycan İncəsənət Dekadasında iştirak etmişdir. İkinci Dünya müharibəsi illərində o, rəqs qrupunun rəhbəri olmuş, İranda sovet qoşunları ilə əlaqədə olmuş, bəzi əsərlər hazırlamış, Mozdok rayonunda 416-cı atıcı diviziyanın hərbi qulluqçuları ilə görüşmüşdür. Müharibədən sonra Əlibaba Abdullayev Bakıda Musiqili Komediya Teatrında Azərbaycan musiqi klassiklərinin əsərlərini tamaşaya qoymuşdur. O, 1960-cı illərdə Dövlət Filarmoniyasının xoreoqrafı olmaqla Azərbaycan ədəbiyyatı klassiklərinin əsərləri əsasında bir sıra rəqs kompozisiyaları yaratmışdır. Bundan əlavə, Əlibaba Abdullayev Mirzə Ağaəli Əliyev adına Azərbaycan İncəsənət İnstitutunda və Bakı Xoreoqrafiya Məktəbində dərs demişdir. Əlibaba Abdullayev təkcə teatr səhnəsində deyil, həm də bir sıra Azərbaycan-sovet bədii filmlərində fərdi və kollektiv rəqslərə quruluş vermişdir. Əlibaba Abdullayev həm də mahnılar yazmışdır. Doğulduğu Bakı şəhərinin küçələrindən biri Əlibaba Abdullayevin adını daşıyır, yaşadığı evin divarına xatirə lövhəsi vurulmuşdur.
Əlibaba Məmmədov
Əlibaba Balaəhməd oğlu Məmmədov (5 fevral 1930, Maştağa – 25 fevral 2022, Bakı) — Azərbaycan xanəndəsi, bəstəkar və pedaqoq, Azərbaycan SSR xalq artisti (1989). Musiqişunas alim, professor, görkəmli mədəniyyət xadimi, ictimai xadim, şöhrət və şərəf, istiqlal ordenli == Həyatı == Əlibaba Məmmədov 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olmuşdur. Musiqi təhsilini 1953–1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində almışdır.1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978–1988-ci illərdə "Azkonsert birliyi"nin solisti olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində maestro Niyazinin təşəbbüsü ilə "Hümayun" xalq çalğı alətləri ansamblını yaratmışdır və ömrünün sonuna kimi həmin ansambla rəhbərlik etmişdir. Əlibaba Məmmədov Azərbaycanın görkəmli xanəndələrindən bəhrələnmiş və muğam sənətində öz yolunu açan ustad xanəndə kimi tanınmışdır.Xanəndənin ifa etdiyi "Rast", "Bayatı-Şiraz", "Rahab", "Dəşti" və başqa muğam-dəsgahlarının səsyazıları AzTV Fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaratmışdır ki, onlar xanəndələrin repertuarlarına daxil edilmişdir.Füzuli, Vahid, Mikayıl Müşviq, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə kimi Azərbaycan şairlərinin sözlərinə yazılmış "Yaşa, məhəbbətim, yaşa, ürəyim", "Gəl bizə, yar", "Bir dənəsən" və başqa mahnılar AzTV Fondunda bir çox görkəmli xanəndələrin lent yazısında qorunub saxlanılır. Əlibaba Məmmədov 1963-cü ildən Bakı Musiqi Kollecində, 1988-ci ildən isə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində muğamdan dərs demiş, gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf etmişdir. Əlibaba Məmmədov həm də dəfələrlə muğam müsabiqələrində münsiflər heyətinin üzvü olmuşdur.Əlibaba Məmmədov 25 fevral 2022-ci ildə 92 yaşında vəfat etmişdir. Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 18 may 1963 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 17 may 1989 "Şöhrət" ordeni — 4 fevral 2000 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002 "Qızıl çinar" beynəlxalq mükafatı — 10 may 2009 "İstiqlal" ordeni — 3 fevral 2010 "Şərəf" ordeni — 4 fevral 2020 == Mahnıları == İnandır məni Yaşa hələ Sən gərək güləsən Səni gözlər Mənim Azərbaycanım Müxalif təsnifi Bakı Şur təsnifi (Yaşa Ürəyim) Mehriban həkim Vətən yaxşıdır (Xudayar təsnifi) == Filmoqrafiya == Şur (film, 1967) Toyda görüş (film, 1970) Havalansın Xanın səsi (film, 2001) Maestro Niyazi (film, 2007) Mənim atam Əliövsət Sadıqov (film, 2007) Muğamat var olan yerdə… (film, 2009) Mən Hüseyn Arifəm… (film, 2010) == İstinadlar == == Xarici keçidlər == Telman Qəniyev.
Əlibaba İbrahimov
İbrahimov Əlibaba Eynulla oğlu (1972, Zərkənd, Vardenis rayonu – Aterk, DQMV) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əlibaba İbrahimov 1972-ci ildə Göyçənin Zərkənd kəndində dünyaya gəlib. 1988-ci il hadisələri zamanı ailəsi ilə birlikdə Kəlbəcər rayonunda məskunlaşıb. 1989-cu ildə Kəlbəcər rayonundakı 1№-li orta məktəbi bitirib. Moskva yaxınlığında hərbi xidmət keçib, hərbi xidmətini yarımçıq qoyaraq Azərbaycana qayıdıb və Qarabağ müharibəsində iştirak edib. 1992-ci ilin yanvarında Gəncə Milis batlyonunda 3 ay təlim keçəndən sonra bölmə komandiri təyin olunub. Onun bölməsinə Ağdərə rayonunun Aterk kəndinə kömək etmək tapşırılıb. Hərbi əmrə tabe olan Əlibaba İbrahimov Aterkə gedən bütün heyətlə mühasirəyə düşüb, vuruşaraq özü də, döyüşçü dostları da həlak olublar. Əlibaba İbrahimov Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn ediliblər. Sıravi Əlibaba İbrahimov 19 noyabr 1992-ci il tarixdə respublikamızın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə “Azərbaycan Respublikasının Fəxri fərmanı” ilə (ölümündən sonra) təltif edilmişdir.
Əlibaba Şirinov
Əlibala Əbdül oğlu Şirinov (1903, Dünyamalılar, Cavad qəzası – 3 noyabr 1973, Bakı) — Sosialist Əməyi Qəhrəmanı (1951), Azərbaycan pambıq ustası (1957). Azərbaycan Ali Sovetinin (2–5, 7-ci və 8-ci çağırış) deputatı. == Həyatı == Əlibala Əbdül oğlu Şirinov 1903-cü ildə anadan olmuşdur. 1925–1927-illərdə ordu sırasında olmuş, ordudan tərxis edildikdən sonar iki il Xalac (Dünyamalılar) kənd sovetinin sədri işləmişdir. 1929-cu ildə Dünyamalılar kəndinin kənd təsərrüfatı arteli təşkil edildikdə Ə.Şirinov kolxoza birinci daxil olmuş, onun təşkilat-təsərrüfat cəhətdən möhkəmləndirilməsində fəal iştirak etmişdir. Əlibala Şirinov əvvəlcə katib vəzifəsində işləmişdir. Beyləqan rayonunun Dünyamallar kəndində 1927–1928-ci illərdə kənd sovetinin mühasibi, 1928–1935-ci illərdə kənd sovetinin sədri, 1935–1936-cı illərdə Gödəklər kəndində qurulan kolxozun sədri, 1936-cı ildən 1971-ci ilədək öz doğma kəndi Dünyamalılarda sonralar Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun adı ilə adlanan kolxozun sədri olmuşdur. 1936-cı ilin may ayında kolxozçular Ə.Şirinovu özlərinə sədr seçmişlər. Əlibala Şirinov o vaxtdan düz 35 il kolxozun idarə heyətinin sədri olmuşdur. Ona hamı hörmət və ehtiram bəsləyirdi.
Əlifba qülləsi
Əlifba qülləsiing. Alphabetic Tower— Əlifba Qülləsi (gürcü: ანბანის კოშკი, lat. Anbanis K'oshki), Gürcüstanın Batumi şəhərində 130 metrlik bir quruluşdur. Qala gürcü əlifbasının və xalqının unikallığını simvollaşdırır. Bu quruluş, DNT dizaynını tanış ikiqat sarmalda birləşdirir. Qüllədə hər biri 4 metr olan və alüminiumdan hazırlanmış gürcü əlifbasının 33 hərfindən ibarət iki spiral lent üstünlük təşkil edir. Binanın mərkəzində nəhəng gümüş topun yerləşdiyi binanın tacında, binanın ən üst hissəsinə aparan açıq bir lift mili var. == İnkişafı == Əlifba Qülləsi İspan şirkəti CMD Domingo y Lázaro Ingenieros (Alberto Domingo Cabo və Carlos Lazaro) tərəfindən inşa edilmişdir. Tikintiyə 10 oktyabr 2010 -cu ildə başlanmış və binanın xarici hissəsi 2011 -ci ilin dekabrında tamamlanmışdır. Binanın inşasına 65 milyon dollar xərclənmişdir .
Miconia gibba
Miconia gibba (lat. Miconia gibba) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Azərbaycanda əlifba islahatları
Azərbaycan dilində Əlifba islahatları — Çoxəsrlik yazı ənənələri olan Azərbaycan dilində zəngin ədəbiyyat yaradılmışdır. XX əsrin 20-ci illərinin sonuna kimi Azərbaycan dilinin yazısı ərəb qrafikasına əsaslanmış, yalnız 1929-cu ildə latın qrafikalı əlifbaya keçilmişdir. Ərəb əlifbasının islah olunması sahəsində ilk təşəbbüs 19-cu əsrin 60-cı illərində M.F.Axundzadə tərəfindən irəli sürülmüş və sonradan bu ideya bir çox Azərbaycan ziyalıları tərəfindən dəstəklənmişdir. Lakin əlifba islahatı sahəsində ilk praktiki addımlar 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyi elan olunduqdan sonra atılmışdır. 1918-cu ilin dekabrında milli hökumət yeni Azərbaycan əlifbasının layihəsini hazırlamaq məqsədilə xüsusi komissiya yaratmışdı. Komissiyaya üç müxtəlif layihə təqdim olunsa da, Abdulla bəy Əfəndiyevin hazırladığı və Azərbaycan yazısının latın qrafikasına keçirilməsini nəzərdə tutan layihə bəyənilmişdir. Latın qrafikalı Azərbaycan əlifbasının layihəsi 1919-cu il avqustun 20-dən sentyabrın 1-nə kimi Bakıda keçirilmiş Azərbaycan müəllimlərinin qurultayında təsdiq olunduqdan sonra parlamentin müzakirəsinə verilmişdir. Lakin Aprel işğalı (1920) milli hökumətə bu layihəni reallaşdırmağa imkan vermədi. Azərbaycanda əlifba islahatını ölkədə hakimiyyəti zor gücünə ələ keçirmiş bolşeviklər reallaşdırdı. Azərbaycan MİK 4-cü sessiyasının 1928-ci il 11 oktyabr tarixli qərarı ilə respublika latın əlifbasına keçdi.
Beynəlxalq fonetik əlifba
Beynəlxalq fonetik əlifba (BFƏ) (ing. International Phonetic Alphabet, fr. Alphabet phonétique international) — latın əlifbası əsasında transkripsiyaların yazılması üçün işarə sistemi. Beynəlxalq Fonetika Assosiasiyası tərəfindən hazırlanıb və dəstəklənir. Bu əlifbadan əsasən xarici dil müəllimləri, tələbələr, dilçilər, loqopedlər, müğənnilər, aktyorlar, leksikoqraflar və tərcüməçilər faydalanırlar. BFƏ yalnız şifahi nitqdə fərqli olan nitq keyfiyyətlərini göstərmək üçün nəzərdə tutulmuşdur: fonemlər, intonasiya, sözlərin və hecaların ayrılması. Əlavə nitq xüsusiyyətlərini (diş qıcırtması, yırtma, damaq yarığının yaratdığı səslər) çatdırmaq üçün əlavə bir simvol dəsti — BFƏ uzantıları istifadə olunur. Transkripsiya əlifbası Beynəlxalq Fonetik Birliyi tərəfindən redaktə olunur və dəyişdirilir. 2005-ci ildən etibarən BFƏ 107 hərf simvolu, 52 diakritik simvol və 4 prosodi simvolunu əhatə edir. == Tarixi == 1886-cı ildə Fransız dilçi Pol Passinin rəhbərlik etdiyi bir qrup Fransız və İngilis dili müəllimləri 1897-ci ildən etibarən (fr.
Kəpənək qanadlarındakı əlifba
Kəpənək qanadlarındakı əlifba Norveçdə anadan olmuş fotoqraf Kjell B.Sandved tərəfindən hazırlanmış foto işdir. Sandved Vaşinqtonda Smithsonian İnstitutunun tərkibində olan Milli Təbiət Tarixi muzeyində işləyib və təsadüfən o, latın əlifbasının hərflərini və ərəb rəqəmlərini kəpənək qanadlarındakı nümunələrdə tapmaq fikrinə gəlib. Foto ekskursiyaları onu Braziliya, Konqo, Papua-Yeni Qvineya və Filippinə aparıb çıxardı. 1975-ci ildə o, əlifbasını tamamladı və "Smithsonian" jurnalında dərc etdirdi.
Türkiyə əlifba inqilabı
Türkiyə əlifba inqilabı — Türkiyədə 1 noyabr 1928-ci il tarixində 1353 saylı "Yeni Türk hərflərinin qəbul və tətbiqi haqqında Qanun"un qəbul edilməsi və yeni əlifbanın yerləşdirilməsi prosesinə ümumi olaraq verilən addır. Bu qanunun qəbul edilməsi ilə həmin günə qədər istifadə olunan ərəb hərflərinə əsaslanan Osmanlı əlifbası formalaşmadı və latın hərflərinə əsaslanan Türk əlifbası qüvvəyə mindi. Türk əlifbasının məzmunu Latın qrafikasını yazı sistemlərində istifadə edən digər ölkələrin əlifbaları ilə eyni deyil, ancaq türk dilindəki səslərin (Ç, Ş, Ğ, I, İ, Ö, Ü) qarşılanması üçün onlardan alınan hərflərdən ibarətdir. Bundan başqa, hərflərin türk əlifbasındakı oxunuşu Qərb dillərindəki hərflərin oxunuşundan fərqlidir. Məsələn, C hərfi Türk əlifbasında /d͡ʒ/, İngilis əlifbasında /ˈsiː/ tələffüz olunur. == Tarixi == 10-cu əsrdən etibarən türklər ərəb əlifbasını (əvvəllər İslam mədəniyyətinin vazgeçilmez bir elementi) İslam dini ilə birlikdə onu səs səs sisteminə uyğunlaşdıraraq qəbul etdilər. Növbəti 900 il ərzində həm Qərb (Osmanlı), həm də Şərq türk ləhcələri ərəb əlifbasının bir türk variantında yazıldı. Türkiyədə əlifba islahatı təklifləri 19. əsr ortalarından etibarən duyulmağa başladı. Təkliflər ikiyə bölündü: Osmanlı yazısının düzəldilməsini istəyənlər, Latın hərflərinin mənimsənilməsini istəyənlər.
Hiba Fahsi
Hiba Fahsi (d. 5 fevral 2001) — Mərakeşli üzgüçü. Hiba Fahsi Mərakeşi 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Hiba Fahsi birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 30.75 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 48-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Dərman bitkilərin əlifba göstəricisi
== A ==
Əlibaba və 40 quldur (balet)
"Əlibaba və 40 quldur" — Oqtay Zülfüqarovun 1990-cı ildə yazdığı balet. Libretto müəllifindir.
Əlibaba və qırx quldur (balet)
"Əlibaba və 40 quldur" — Oqtay Zülfüqarovun 1990-cı ildə yazdığı balet. Libretto müəllifindir.
Əlibaba və qırx quldur (dəqiqləşdirmə)
Əlibaba və qırx quldur - "Min bir gecə" nağıl toplusu içində ən tanınmış nağıllardan biri. Əlibaba və qırx quldur - 1905-ci ildə çəkilmiş səssiz Fransa filmi. Əlibaba və qırx quldur - 1944-cü ildə çəkilmiş ABŞ filmi. Əlibaba və qırx quldur - 1944-cü ildə çəkilmiş Türkiyə filmi. Əlibaba və qırx quldurun sərgüzəştləri - 1979-cu ildə çəkilmiş sovet-hind filmi. Əlibaba və qırx quldur - 1990-cı ildə sovet, çexoslovak və qərbi-alman kinematoqrafçılarının birgə çəkdiyi film-balet. Bəstəkarı Roland Baumqartnerdir. Əlibaba və qırx quldur - Arif Məlikovun 1973-cü ildə yazdığı eyniadlı baleti. Əlibaba və qırx quldur - Oqtay Zülfüqarovun 1990-cı ildə yazdığı eyniadlı baleti.
Əlifba sırasına görə paytaxtların siyahısı
== Həmçinin bax ==
Azərbaycan Xalq Cümhuriyyəti Əlifba İslahatı Komissiyası
Əlifba İslahatı Komissiyası — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin ölkə əhalisinin maarifləndirilməsini sürətləndirmək məqsədilə həyata keçirdiyi tədbir. == Komissiyanın yaradılması == 1919-cu il martın 21-də Cümhuriyyət Hökumətinin qərarı ilə Xalq Maarifi Nazirliyinə ərəb əlifbasının islahatı üzrə xüsusi Hökumət komissiyası yaratmaq və komissiyanın hazırladığı təklifləri baxılmaq üçün Nazirlər Şurasına təqdim etmək tapşırılmışdı. Bu qərara əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin üzvü Xudadat bəy Məlik-Aslanovun sədrliyi ilə Xalq Maarifi Nazirliyi yanında ərəb əlifbasının islahatı üzrə xüsusi komissiya yaradılmışdı. Əlifba islahatı, hər şeydən öncə, maarifçilik, xalq təhsilinin milliləşdirilməsi sahəsində Hökumətin qarşısında duran vəzifələrin həyata keçirilməsinə birbaşa xidmət etməli idi. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin diqqət və qayğısı ilə fəaliyyət göstərən komissiya tezliklə bir neçə əlifba layihəsi hazırlayaraq Hökumətə təqdim etmişdi.Həmin layihələr arasında müəllim Abdulla bəy Əfəndizadənin hazırladığı variant bəyənilmiş və yeni əlifba üçün əsas kimi qəbul olunmuşdu. A. Əfəndizadə əlifba islahatı, xüsusilə latın əlifbasına keçidin zəruriliyi ilə bağlı 1919-cu ildə Bakıda "Son türk əlifbası" adlı dərslik də nəşr etdirmişdi. Dərslikdə o, ilk dəfə olaraq, ərəb və latın əlifbalarını müqayisəli şəkildə vermiş, birincinin ana dilimizə uyğunsuzluğunu, ikincininisə daha münasib olduğunu zəngin dil faktları ilə əsaslandırmışdı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin əlifba islahatı sahəsində həyata keçirdiyi ilk əməli addımlar Aprel işğalı nəticəsində yarımçıq qaldı. == Aprel işğalından sonra == Azərbaycan Xalq Cümhuriyyəti dövründə artıq reallaşmaq ərəfəsində olan əlifba islahatı ideyasına 1921-ci ildə Sovet Azərbaycanında yenidən qayıdıldı. Bu məsələnin geniş müzakirəsindən sonra Nəriman Nərimanovun imzaladığı xüsusi dekretlə Azərbaycanda əlifba islahatı üzrə Yeni Türk Əlifba Komitəsi yaradıldı.
Əlibaba və qırx quldur (balet, O. Zülfüqarov)
"Əlibaba və 40 quldur" — Oqtay Zülfüqarovun 1990-cı ildə yazdığı balet. Libretto müəllifindir.
Yeni əlifba yollarında əski xatirə və duyğularım (əsər)
Yeni əlifba yollarında əski xatirə və duyğularım — Azərbaycan şərqşünaslığının görkəmli simalarından olan Xalid Səid Xocayevin 1928-ci ildə adlı qələmə aldığı memuar tipli xatirələrdir. == Haqqında == “Yeni əlifba yollarında əski xatirə və duyğularım” adlı əsəri memuar tipli xatirələrdir. Xalid Səid Xocayevin 1928-ci ildə qələmə aldığı bu əsər 1929-ci ildə ilk dəfə latın əlifbası ilə işıq üzü görmüşdü. 11 fevral 2023-cü ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı və Özbəkistanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə yenidən işıq üzü görüb. Yeni nəşrin elmi redaktoru akademik İsa Həbibbəyli, redaktor, “Ön söz” müəllifi və çapa hazırlayanı filologiya elmləri doktoru Almaz Ülvi Binnətovadır. Nəşrin ərsəyə gəlməsində mətni 1929-cu il nəşrindən kompüterdə yenidən işləyən Nüşabə Adgözəlzadə, rəyçiləri filologiya elmləri doktorları Yaşar Qasımbəyli və Həmidulla Baltobayev, məsul katibi Şəbnəm Mirzəzadə və Şahnaz Nəsiblidir.Kitab “Elm və təhsil” nəşriyyatında çap olunub. === Məzmun === Əsərin əsas mətni Xalid Səid Xocayevin “Yazıçı tərəfindən bir neçə söz” adlı məqaləsi ilə açılır. Azərbaycan dilində verilmiş başqa bir yazı Bakı Darülfünunun Şərq fakültəsi müdərrislərindən Əziz Qubaydullinin “Xalid Səid haqqında” təqdimatıdır. “Yeni əlifba yollarında əski xatirə və duyğularım” əsəri 3 hissədən ibarətdir. Son hissə “Türküstanda istifadə edilən müxtəlif əlifbalar və onlara tarixi nəzər” adlı yarımbaşlığın təqdimi ilə bitir.
Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir (kitab)