Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Feriki əvvəl
Feriki əvvəl (Osmanlı dili: فریق اول), Osmanlı imperiyasının son dövrü ilə Türkiyə Respublikasının ilk illərində istifadə edilən müşir və feriki sani rütbələri arasındakı hərbi rütbədir və müasir rütbələr arasında general hərbi rütbəsinə bərabərdir. Bununla birlikdə Kaymakam rütbəsi də, 26 noyabr 1934-cü il tarixli 2590 saylı Ləqəb və Adların Ləğvi Haqqında Qanunun üçüncü maddəsinə uyğun olaraq ləğv edilmişdir.
Kembridən əvvəl
Kembridən əvvəl və ya Prekembri (ing. Precambrian) — Yer tarixinin hal-hazırda dəvam edən Fanerozoy eonundan əvvəlki, erkən dövrünü əhatə edən zaman dilimi üçün istifadə edilən terimdir. Bu dövr Fanerozoy eonunun ilk dövrü olan Kembridən əvvəl gəldiyi üçün belə adlandırılmışdır. Prekembri çağı Yer kürəsinin geoloji tarixinin 88%-ni təşkil edir. Prekembri geoloji zamanın qeyri-rəsmi bir vahididir və 3 eonun: Katarxey, Arxey və Proterozoyun ümumiləşdirilmiş adıdır. Dövr 4.6 milyard il əvvəl Yerin yaranmasından, 541 milyon il əvvəl Kembrinin başlanmasına qədər olan zaman dilimini əhatə edir. == Xüsusiyyətləri == Yer tarixinin təxminən səkkizdə yeddisini təşkil etməsinə baxmayaraq, Prekembri haqqında nisbətən az şey məlumdur və məlum olanlar əsasən 1960-cı illərdən bəri aşkar edilmişdir. Prekembriyə aid fosil tapıntıları sonrakı Fanerozoy erası ilə müqayisədə daha kasıbdır və bu qalıqlar məhdud biostratiqrafik istifadəyə malikdir. Bunun səbəbi, bir çox Prekembri süxurları ağır metamorfozlaşmış, mənşələrini gizlətmiş, digər qismi eroziya nəticəsində məhv olmuş və ya Fanerozoy təbəqələrinin altında dərin basdırılmışdır.Yerin 4,543 milyon il əvvəl Günəş orbitindəki materialllardan yarandığı və yaranmasından qısa müddət sonra çox böyük (Mars ölçülü) bir planet tərəfindən vurularaq Ayı meydana gətirən materiallara parçalandığı düşünülür (bax:Böyük toqquşma fərziyyəsi). Qərbi Avstraliyadakı zirkon kristallarının 4,404 ± 8 milyon il yaşı olduğundan, yerin sabit bir qabığının 4,433 milyon il əvvəl yarandığı qəbul edilmişdir."Prekembri" termini Stratiqrafiya üzrə Beynəlxalq Komissiya tərəfindən bu dövrə Katarxey, Arxey və Proterozoy eonları daxil olduğu üçün yerin geoloji tarixində yeganə "supereon" olaraq tanınıb.
Mülazimi əvvəl
Mülazimi əvvəl (osm. ملازم اول) — Osmanlı imperiyasının son dövrlərində və Türkiyə Respublikasının ilk illərində istifadə edilmiş və müasir rütbələr arasında baş leytenant rütbəsinə bərabər olmuş hərbi rütbə.
Əl-Əvvəl
Əl-Əvvəl (ər. الأوّل) — Allahın adlarından biri.
Padşahlıqdan əvvəl Misir
Padşahlıq öncəsi Misir, (Padşahlıq öncəsi Misir - Antik Misir) mədəniyyətində fironlardan əvvəlki dövrə verilən ad. Bu dövrdə insanların kəndlərdə yaşadığı, ovçuluq üçün kiçik daşlardan ox ucu düzəltdikləri düşünülür. İnsan sayı təxminən 10 mindən azdır. Bu dövrdə kənd qrupları yerli hakimlər tərəfindən idarə olunurdu. Aşağı Misir (delta bölgəsi) və Yuxarı Misir ayrı-ayrı hakimlər tərəfindən idarə olunurdu.
Kolumbdan əvvəl dünya səyahəti
Kolumbdan əvvəl dünya səyahəti - 1492-ci ildə Xristofor Kolumbun Amerikanı kəşf etməsindən əvvəl, Avropada yaşayan xalqların Amerikaya getməsi barədə müxtəlif faktlar və iddialar vardır. İddialara əsasən Amerikada yaşayan yerli xalqlar müxtəlif vaxtlarda Afrika, Asiya, Avropa və Avstraliya və Okeaniyada yaşayan yerli xalqlarla əlaqə yaratmışdılar. Arxeloji qazıntılar və elmi araşdırmalar zamanı bu iddiaların yalnız biri təsdiqlənmişdir. Eramızın 1000-inci ilinə aid Vikinqlərə məxsus Nyufaundlend adasında Lase au Medos yaşayış mərkəzi aşkarlanmışdır. Digər iddialar isə elmi baxımdan təsdiqlənməmişdir.
İnsan dünyadan əvvəl (Təbatəbai)
"İnsan" traktatı — Əllamə Təbatəbainin kitabı. == İnsan dünyadan əvvəl == İnsan dünyadan əvvəl — Əllamə Təbatəbainin insanın dünyadan əvvəlki həyatı, dünya aləminə gələnə qədər hansı yaradılış mərhələlərindən keçməsi barədə olan kitabı. === Məzmun === Qarşınızda olan bu kitab 4 hissəli “İnsan” kitabının birinci cildidir. Bu kitab Əllamə Təbatəbainin (r.ə) “İnsan” risaləsi əsasında qələmə alınmışdır. Kitabda insanın dünyadan əvvəlki həyatı, dünya aləminə gələnə qədər hansı yaradılış mərhələlərindən keçməsi bəyan olunmuşdur. İslam düşüncəsinə görə bu əzəmətli varlığın mövcudiyyəti dünyadan əvvəl başlamış və dünyadan sonra da davam edəcəkdir. Dünya bu əzəmətli varlığın həyatının bilinən tərəfidir. Dünyadan əvvəlki həyatı isə insan üçün qaranlıqdır. Kitabda insan həyatının qaranlıq və müəmmalı olan bu tərəfi barədə geniş məlumat verilmişdir. Dünyada yaşayan adəm övladı üçün keçmişini bilməsi bu günü və gələcəyi üçün mühümdür.
Keynsdən əvvəl 100 böyük iqtisadçı
"Keynsdən əvvəl Böyük İqtisadçılar: Keçmişdəki 100 İqtisadçının həyatı və işi ilə tanışlıq" (ing. Great Economists Before Keynes: A Introduction to the Lives and Works of 100 Economists of the Past) — ingilis iqtisadi elm tarixçisi M. Blauq (1986), 2005-ci ildə rus dilində yenidən çap olunmuş əsəri. == Məzmunu == İngilis iqtisadi düşüncə tarixçisi Mark Blauq, Con Meynard Keynsdən əvvəl iqtisadiyyata töhfə verən ən məşhur 100 iqtisadçıdan 100-nün bioqrafiyasını təsvir edir. Keyns. Bu iqtisadçıların fikirlərini və dövrünün ən vacib müzakirələrini göstərir. Ön sözdə M. Blauq seçdiyi subyektivliyi qeyd edir, lakin iqtisadçılar arasında səsvermə olsaydı, siyahısından 90 və ya 95 nəfər böyüklərdən olardı. Kitabdakı hər bir məqalə bir neçə blokdan ibarətdir: əvvəlcə alimin əsas fikirləri təhlil edilir, əsas əsərləri nəzərdən keçirilir və sonu iqtisadçının tərcümeyi-halına həsr olunur. Kitab 1985-ci ildə nəşr olunan "Keynsdən sonra böyük iqtisadçılar" kitabının davamıdır və İqtisadi Doktrina Tarixi və ölkənin və dünyanın bir sıra universitetlərinin İqtisadi Düşüncə Tarixi kurslarının tədris planlarına daxil edilmişdir. Mark Blauq tam yüz belə cazibədar hekayə topladığı məşhur konsepsiyaların müəlliflərindən və onların həyat yollarından rahat və əyləncəli bir şəkildə bəhs edir. Rus dilində tərcümədə kitab "Keynsdən əvvəl 100 Böyük İqtisadçı" (Sankt-Peterburq: İqtisadi Məktəbi, 2005) başlığı ilə nəşr olunmuşdur və aşağıdakı iqtisadçılar siyahısına malikdir.
Ölməzdən əvvəl baxılmalı 50 film
"Ölməzdən əvvəl baxılmalı 50 film" (ing. 50 Films To See Before You Die) — 22 iyul 2006-cı ildə Britaniyanın Channel 4 televiziya studiyası tərəfindən göstərilən teleşou. Proqram Film 4 televiziya kanalının ümumi efir buraxılışına hazırlanmışdır. Proqramda 50 film təqdim edilmişdi. Filmlər televiziya tənqidçilərinin, ekspert və sadəcə izləyicilərin sorğusu nəticəsində seçilmişdir. Hər film öz janr və stilində ən mükəmməli kimi yığılırdı. Təzəlikcə prokata buraxılmış filmlər, yeni çəkilənlərdən daha çox idi. 2000-ci illərdə buraxılmış filmlərə doqquz nominasiya, 90-cı illərdəkinə on iki, 80-ci illərə doqquz, 70-ci illərə yenə doqquz və yalnız on bir seçilmiş film 70-ci ildən tez ekranlara çıxmışdır.
Ölümdən 24 saat əvvəl (veriliş, 2007)
== Məzmunu == Veriliş 2009-2010-cu il üçün Azərbaycan teleməkanında olduqca böyük uğur qazanıb. Verilişin aparıcısı və müəllifi tanınmış jurnalist İradə İsaqdır. Verilişin 2010-cu ilin noyabr ayına qədər 40 buraxılışı olub. Portret verilişlər silsiləsində ən reytinqli verilişlərdən hesab olunur. Nəzakət Məmmədova ilə bağlı veriliş isə oktyabrın 7-si 2010-cu ildə ölkə telekanalları içərisində günün birinci reytinqli proqramı olmuşdur. Verilişin uzun müddət müəllifi, aparıcısı, prodüsseri, müxbiri, rejissoru İradə İsaq olub. Verilişin bir il tək əməkdaşı olub, tək hazırlayıb. Yalnız 2010-cu ilin oktyabr ayından rejissoru Yeganə Əbdülməmmədova, prodüseri İlqar İsayev olub. Verilişdə həyatları əks olunan məşhurlar bunlardır: == 2009-cu il == Səxavət Məmmədov Turan Cavid (ümumi Cavidlər ailəsinin həyatı və ölümü) Elçin Cəlilov Reyhan Müslümova Kazbek (skripkaçı) Rübabə Muradova Gülşən Qurbanova Rəşid Behbudov Eldəniz Zeynalov == 2010-cu il == 10.Nizami Rəmzi 11.İslam Rzayev 12.İlham-Fərizə 13.Rafiq Babayev 14.Kamal Xudaverdiyev 15.Məmmədbağır Bağırzadə 16.Hikmət Mirməmmədli 17.Tükəzban İsmayılova 18.Anatoli Banişevski 19.Xəlil Rza 20.Ağasəlim Çıldağ 21.Hüseynağa Hadıyev 22.Lütviyyə Səfərova 23.Məmməd Araz 24.Ofeliya Məmmədzadə 25.Hamlet Qurbanov 26.Nəcibə Məlikova 27.Ziya Bünyadov 28.Ceyhun Mirzəyev 29.Telman Adıgözəlov 30.Vəfa Fətullayeva 31.Ofeliya Aslan 32.Fatma Mehrəliyeva 33.Çingiz Mustafayev 34.Əbülfəz Elçibəy 35.Nəzakət Məmmədova 36.Hüseynağa Atakişiyev 37.Mailə Muradxanlı 38.Ramiz Əliyev 39.Mübariz İbrahimov 40.Rəsul Rza və Nigar Rəfibəyli 41. Mir Mövsüm Ağa 42.
Apreldən əvvəl may... Azərbaycan Xalq Cümhuriyyəti
Apreldən əvvəl may... Azərbaycan Xalq Cümhuriyyəti tammetrajlı sənədli televiziya filmi 2001-ci ildə ANS televiziyasında istehsal edilmişdir. Film Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində, Birinci Dünya müharibəsi dövründə Şimali Azərbaycanda yaranmış müstəqil dövlət və Müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətindən bəhs edir. == Məzmun == Film Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində, Birinci Dünya müharibəsi dövründə Şimali Azərbaycanda yaranmış müstəqil dövlət və Müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətindən bəhs edir.
Əhel
Əhel-İranın Fars ostanının Lamerd şəhristanının İşkənan bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,797 nəfər və 606 ailədən ibarət idi.
Milyon il bizim eradan əvvəl (film, 1966)
Milyon il b. e. ə. (ing. One Million Years B.C.) (tam adı: Milyon il bizim eradan əvvəl) — rejisor Don Çeffinin çəkdiyi kommersiya filmi. Film çox qədim zamanlarda, mağara adamlarının həyatı haqqındadır. Film müxtəlif qəbilələrdən olan Tumak və Loana adlı iki gəncin məhəbbətindən bəhs edir. Müxtəlif qorxulu və həyacanlandırıcı hadisələrlə davam edən film qədim insanların həyat tərzini göstərməyə çalışır. == Mənbələr == Л. Ильина, "На экранах мира", Издательство "Искусство", М., 1972. == Xarici keçidlər == "Миллион лет до нашей эры" — Internet Movie Database saytında.
Apreldən əvvəl may... Azərbaycan Xalq Cümhuriyyəti (film, 2001)
Apreldən əvvəl may... Azərbaycan Xalq Cümhuriyyəti tammetrajlı sənədli televiziya filmi 2001-ci ildə ANS televiziyasında istehsal edilmişdir. Film Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində, Birinci Dünya müharibəsi dövründə Şimali Azərbaycanda yaranmış müstəqil dövlət və Müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətindən bəhs edir. == Məzmun == Film Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində, Birinci Dünya müharibəsi dövründə Şimali Azərbaycanda yaranmış müstəqil dövlət və Müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətindən bəhs edir.
Ənvər Əhməd
Ənvər Əhməd (tam adı: Əhmədov Ənvər Misir oğlu; 8 avqust 1943, Salmanbəyli, Ağcabədi rayonu – 17 fevral 2022, Ağcabədi rayonu) — şair, tərcüməçi, ədəbiyyatşünas, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1982), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının doktoru (1992), "Qızıl qələm" mükafatı laureatı, beynəlxalq dərəcəli fəlsəfə və filologiya doktoru, professor (2000), Beynəlxalq Kadrlar Akademiyasının həqiqi üzvü (2001). == Həyatı və təhsili == Ənvər Əhməd 1941-ci il avqustun 8-də Azərbaycan Respublikasının Ağcabədi rayonunun Salmanbəyli kəndində doğulmuşdur. Ağcabədinin 5 saylı şəhər orta məktəbində orta təhsil alandan sonra Bakı Statistika Texnikumunu bitirmişdir (1961).Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1963–1968)."M. Ə. Sabirin poetikası" mövzusunda dissertasiya müdafiə etmişdir (1982). Hazırda AMEA Ədəbiyyat İnstitutunda doktorluq dissertasiyasını tamamlamışdır. == Əmək fəaliyyəti == "Dağ və mən" adlı ilk şeiri 1962-ci ildə "Ağcabədi pambıqçısı" qəzetində dərc olunmuşdur. Ağcabədi rayonunun Salmanbəyli kəndində mühasib köməkçisi işləmişdir (1961–1962). Sonra Ağcabədi rayon "Sürət" (indiki "Aran") qəzetində ədəbi işçi, müxbir, məktublar şöbəsinin müdiri (1968–1976), Xankəndi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi, sonra dosenti (1976–1994) işləmişdir. Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının direktoru (1994–2000), Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının direktoru (2000–2002) olmuşdur. Sonuncu iş yeriAzərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Problemlər İnstitutunun şöbə müdiri vəzifəsi olmuşdur. Azərbaycan Yazıçılar Birliyinin Qarabağ filialının sədri seçilmişdir (1991).
Cədvəl
Cədvəl: Statistik və ya faktoqrafik informasiyaları müəyyən qaydada və asılılıqla əks etdirən qrafiki forma; Operativ axtarış aparmaq üçün mümkün olan verilənlərin yığımı; hər bir verilənlər elementi yalnız bir metka (nişan) ilə, yaxud sabit yerləşdirmə ilə identifikasiya edilir; Qrafalar (xanalar) üzrə müəyyən qaydada yazılmış hər hansı məlumat və ya rəqəmlər siyahısı. Məsələn, dərs cədvəli, məlumat siyahısı; Sətirlərə və sütunlara bölünmüş nizamlanmış toplu halında ifadə edilmiş məlumatlar. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Qəhvə
Qəhvə (ərəb. قهوة‎‎‎ – "ehtiraslandıran içki") — qovrulmuş və üyüdülmüş qəhvə dənəciklərindən hazırlanmış isti içki. Dünyanın bir çox ölkələrində kofe adı ilə məşhurdur. Bu içki tərkibində olan kofein sayəsində stimullaşdırıcı təsirə malikdir. == Tarixi == İlk dəfə qəhvə Həbəşistanın cənub qərbində yerləşən Qaffa bölgəsində aşkar olunmuşdur. Sonralar qəhvə Mərkəzi Ərəbistana gətirilir. Yəmənin cənub qərb hissəsində becərilir. Bu günə kimi də Yəmən dünayada ən böyük qəhvə istehsalçısıdır. Hazırda dünayda 50-dən çox ölkədə qəhvə bitkisi növləri becərilir. Qəhvənin hazırlanmasının Həbəşistan üsulu ən qədim üsul sayılır.
Əhlət
Əhlət (türk. Ahlat) — Van gölünün şimal-qərb sahilində, əhalisi 35 000 nəfər olan, Bitlis ilinin tərkibində bir ilçə. Şimalında Muş ilinə bağlı Bulanıq və Malazgirt ilçələri, qərbində Muş ili, cənubunda Van gölü, şimal-qərbində Tatvan və Bitlis, şərqində isə yenə Van gölü və Adilcəvaz ilçəsiylə həmsərhəddir. Şəhərin ən qədim sakinləri urartlar buranı Halads adlandırarkən, türklər və iranlılar "Əxlat", kürdlər "Xelat", ermənilər "Şaleat", suriyanlar "Kelat", ərəblər isə "Hilat" adlandırmışlar. İslam aləmində "Qübbət-ül islam" kimi də tanınır.
Əhməd
Əhməd — Kişi adı. Əhməd Yəsəvi — Əhməd Hüseynzadə — Əhməd bəy Ağaoğlu — ictimai xadim, jurnalist, pedaqoq Əhməd şah Qacar — Yəzid ibn Əhməd — Şirvanşahlar dövlətinin onuncu hökmdarıƏhməd ƏhmədovƏhməd Əhmədov (mühəndis) — texnika elmləri namizədi, dosent. Əhməd Əhmədov (Ruminski) — Azərbaycan teatr və kino aktyoru, şair və dramaturq. Əhməd Əhmədov (İman oğlu) — Sumqayıt hadisələrinin təşkilatçısı kimi güllələnən azərbaycanlı. Əhməd Əhmədov (aktyor) — aktyor. Əhməd Əhmədov (general) — Naxçıvanın Daxili İşlər naziri, polis general-leytenantı. Əhməd Əhmədov (geoloq) — azərbaycanlı neftçi-geoloq. Əhməd Əhmədov (dövlət xadimi) — Tarix, Dil və Ədəbiyyat İnstitutunun direktoru. Repressiya qurbanı.DigərƏhməd (Əbyəlil) — Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Kirdasov kənd sovetliyinə daxil olan kənd.
Əhrəm
Əhrəm — İranın Buşehr ostanının şəhərlərindən və Təngistan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,182 nəfər və 2,710 ailədən ibarət idi.
Əhvaz
Əhvaz (fars. اهواز‎) — İranda şəhər, Xuzistan ostanının inzibati mərkəzi. İranın cənub bölgələrinə Əl-Əhvaz deyirlər ki, ərəblərin yaşadığı yerdir. İranın neft və qaz istehsalatı bu bölgədən asılıdır və ölkənin gəlirinin çox faizi buradan əldə olunur.
Ənvər
Ənvər — kişi adı. Ənvər Fərəcov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Ənvər Sadat — Misir hərbi və dövlət xadimi, Misirin 3-cü prezidenti (1970-1981) Ənvər Vəliyev — Aktyor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Ənvər Arazov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Ənvər paşa — 4 avqust 1922 Tacikistan) Osmanlı İmperiyası tarixində əhəmiyyətli Ənvər Əlibəyli — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1939), tərcüməçi, ictimai xadim. Ənvər Əbluc — Azərbaycan kino rejissoru, ssenari müəllifi, aktyor. Ənvər Həsənov — Azərbaycan aktyoru, ikinci rejissor, koordinator, rejissor assistenti, Azərbaycanın əməkdar artisti (2000). Ənvər İsmayılov Əsgər Ələkbər oğlu İsmayılov — Azərbaycan memarı və dövlət xadimi, Azərbaycan SSR əməkdar mühəndisi (1962). Əsgər Sərvər oğlu İsmayılov — krımtatar əsilli Ukrayna xalq və caz musiqiçisi, gitaraçı, Ukraynanın xalq artisti Ənvər Çingizoğlu — yazıçı, publisist, geneoloqKəndlər Ənvər Məmmədxanlı (Ucar) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.
Ərdəl
Ərdəl-— İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhərlərindən və Ərdəl şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,162 nəfər və 1,767 ailədən ibarət idi.
Əxtəl
Əbu Malik Qiyas ibn Qaus ət-Təğlibi (640[…], Hiyrə, Nəcəf mühafəzəsi – 710, Cəzirə) – ərəb şairi. Xristian Təğlib qəbiləsinə mənsub olmuşdur. Kəskin həcvlərinə görə müsəlman şair Kәəb ibn Cüeylin ona "sən boşboğaz və səfehin birisən" deməsindən sonra "əxtəl" (səfeh) ləqəbi ilə tanınmışdır. Əxtəl dövrün tanınmış adamlarına, o cümlədən xəlifə Müaviyəyə, Yezidə, Həccac və Ziyada mədhiyyələr qələmə almışdır. Himayəsində olduğu Yezidin istəyi ilə əhli-beyti və ənsarı tənqid edən şeirlər yazmışdır. Mədinə əhlini həcv etdiyinə görə müsəlmanlar tərəfindən lənətlənən Əxtəl xəlifə Əbdülməlik dövründə Dəməşqdə Əməvilər sarayının rəsmi şairi olmuş və xeyli rəğbət qazanmışdı. Əxtəlin Əməvilər dövrünün məşhur şairlərindən olan Cərir ibn Ətiyyə ilə qarşılıqlı atmacaları geniş yayılmışdı (bu mübahisələrdə Fərəzdəq Ə.-in tərəfini tutmuşdur). Əxtəl fəxriyyələr yazmış, lakin bu janra forma və dil baxımından yenilik gətirə bilməmişdir. Xəmriyyələri (şərabı tərənnüm edən şeirlər) məşhurdur. Əxtəlin şeirləri yaşadığı dövrün hadisələrini, siyasi çəkişmələri əks etdirdiyi üçün tarixi dəyərə malikdir.
Abış Əhməd
Abış Əhməd (fars. آبش احمد‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanında yerləşən şəhər. Təbrizdən 273 kilometr şimal-şərqdə yerləşir və Hurand şəhərilə 54 kilometr məsafəsi var. Şəhərin qədim adı Əhmədli / Əhmədlu olmuşdur. Kənd qalası və Şahzadə Qasım imamzadəsi şəhərin tarixi abidələrindəndir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 2329 nəfər yaşayır (526 ailə).
Həvə
. Həvə — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ilmələri döyüb yerində bərkitmək üçün (bəzi heyvanların buynuzundan, yaxud da metaldan və s.-dən hazırlanan) ucu kəsik, dişli alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti toxmaq (xalça) da adlandırırlar. Toxuculuğun ilk dövründə birinci arğacı vurmaq üçün möhkəm oduncaqdan (qoz, palıd və digər ağaclardan) hazırlanan dişli həvələrdən istifadə edirdilər. Bu cür primitiv həvələrin (toxmaq (xalça)ların) sapı (tutacağı) istifadə zamanı narahat idi, dişlər arasındakı məsafə ərişin sıxlığına hər zaman uyğun gəlmirdi. Zaman keçdikcə digər alətlər kimi bu alətlərində forma və texniki xüsusiyyətləri təkmilləşmiş, həvənin (toxmağın) dişlərinə metal ucluqlar əlavə edilmişdir. Yarı ağac, yarı metal materialdan hazırlanan həvələr texnoloji tələblərə tam cavab vermədiyi üçün belə alətlər sonda tam metaldan hazırlanmış, müasir həvələrin (toxmaqların) ilk nümunələri meydana gəlmişdir. Metal həvələr (toxmaqlar) XV – XVI əsrlərdən başlayaraq xalça emalatxanalarında istifadə olunmuş və XIX əsrdə isə metal həvələr (toxmaqlar) tam təkmilləşmişdir.
Əhən
Əhən — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhən kənd İƏD üzrə nümayəndəlik 4 kənddən Əhən, Qoydan, Ximran və Duvaryan kəndlərindən ibarətdir. Ümumi ərazisi 3661.86 ha təşkil edir. 134.70 ha dövlət mülkiyyətində saxlanılan torpaqlar, 273.77 ha xüsusi mülkiyyətə verilmiş torpaqlar, 3253.39 ha isə bələdiyyə mükiyyətinə verilmiş torpaqlardır. Nümayəndəlikdə olan əhalinin ümumi sayı 690 nəfərdir ki, cins tərkibi etibari ilə 328 nəfər kişilər, 362 nəfər qadınlardan ibarətdir. Nümayəndəliyin mərkəzi Əhən kəndi, rayon mərkəzindən 39 km şərqdə, Girdiman çayının sol sahilindən 3 km aralı, Niyaldağ silsiləsinin (Böyük Qafqaz) şimal ətəyində, Lahıc çökəkliyində, dəniz səviyyəsindən 1500-1700 metr yüksəklikdə, Böyük Qafqaz dağlarının Qovdağ silsiləsinin qərb yamaclarında yerləşir. Kənddə məktəb, klub, kitabxana, tibb məntəqəsi fəaliyyət göstərir. Kənd Lahıc turizm zonasında, Girdiman çayının sol sahilində yerləşir. Kəndin əhalisi 519 nəfərdir. Kəndin əhalisi əsasən heyvandarlıq, əkinçilik, taxılçılıq və meyvəçiliklə məşğul olur.
Əhər
Əhər (azərb. اهر‎) — İranın Şərqi Azərbaycan ostanındakı Əhər şəhristanının inzibati mərkəzi. 2016-cı il hesablamalarına görə Şərqi Azərbaycan ostanının ən çox əhali məskunlaşan IV şəhəridir. Əhalisinin sayı 100,641 nəfər və ya 20,844 ailə olmuşdur. Əhər 18 və 19-cu əsrlərdə Qaradağ xanlığının paytaxtı olmuşdur. == Təbii fəlakətlər == 2012-ci il, 11 avqust tarixdə, şənbə günü, günorta saatlarında Təbriz və Əhər şəhərləri yaxınlığında 6.4 və 6.3 gücündə təkanlar baş vermiş və bundan sonra 55-dən artıq afterşok qeydə alınmışdır. Zəlzələdə xeyli sayda insan həlak olmuşdur. == İqtisadiyyatı == 1960-cı illərin əvvələrinə qədər Əhər Qaradağ vilayətinin iqtisadi mərkəzi olmuşdur. Qaradağ vilayətində yaşayan köçəri tayfalar hər il Əhər bazarında öz məhsullarını dəyişdirmiş və ya satmışdırlar. Qaradağ vilayətindən çıxarılan kömür Əhərə gətirilir və buradan da Təbrizə göndərilir.
Azərbaycanda qəhvə
Azərbaycanda qəhvə getdikcə populyarlaşan içki növlərindən biridir. Ölkədə qəhvə mədəniyyəti son 10 ildə formalaşıb. Azərbaycanda Starbucks, Gloria Jean's, Traveler's Coffee, Second Cup, Double Coffee, Coffeemania kimi qəhvəxana şəbəkələri fəaliyyət göstərir. == Tarix == Azərbaycan mətbəxinə qəhvə ərəblərlə uzunmüddəli əlaqələr nəticəsində daxil olmuşdur. Kakao, qəhvə və s. kimi Şərq süfrəsinə məxsus içkilər keçmişdə kəndli ailələrinin məişətinə sirayət etməmişdir. İstisna kimi, şəhərin kübar ailələrində ziyafət süfrəsində qəhvə içilirdi. == Mədəniyyət == 2019-cu ilin yanvarında Azərbaycanda 3 günlük Bakı Qəhvə və Çay Festivalı baş tutmuşdur. 2022-ci ildə isə Bakının Ağ Şəhər massivində Azərbaycanın ilk qəhvə festivalı keçirilmişdir. "Coffest" adlı tədbir zamanı 30-dan çox kofeşopun, yerli və xarici qəhvə şirkətinin, 3 incəsənət mərkəzinin məhsulları sərgilənmişdir.
Aşıq Əhməd
Aşıq Əhməd (XIX əsr, Güvəndik) — XIX əsr Azərbaycan aşığı. == Həyatı == Aşıq Əhməd Tovuz rayonunun Güvəndik kəndində anadan olan aşığın doğum və ölüm tarixi dəqiq məlum deyil. Şeirlərində çar rejimini tənqid etdiyi üçün ömrü boyu təqiblərə məruz qalmış, bu səbəbdən dövrün digər qaçaqları kimi ömrünün çoxunu dağlarda keçirmiş və şeirlərinin çoxu günümüzə gəlib çatmamışdır. Əlimizdə olan şeirləri o dövrün aşıqlarının yaddaşlarında qorunub saxlanılanlardır. Şeirlərində əsasən bəxtindən, sevdasından, istəklərinə, arzularına qovuşa bilmədiyindən şikayət edir.
Benazir Əhməd
Benazir Əhməd (1 oktyabr 1963) — Təcili cavab batalyonunun (RAB) və 2014-cü ildən bəri Banqladeş Milli Polisinin rəhbəri. == Həyat və fəaliyyəti == Dakaka Universitetinin tibb fakültəsində İngilis mütəxəssislərinin, magistr, bakalavr, sonra tibb elmləri namizədi olan xüsusi bir proqrama əsasən təhsil aldı. Dakada Polis Akademiyasını bitirdikdən sonra Kişoreganj şəhərinin rayon şöbəsində Banqladeş Daxili İşlər Nazirliyinin əməkdaşı oldu. Bir neçə il sonra müvəqqəti olaraq polis xidmətindən ayrıldı və sosiologiya dosenti olaraq əlavə institusional mənsubiyyət aldı. Tezliklə Daka Polis Akademiyasında Baş Təlimatçı və Tanqaylda yerləşən təlim hərbiyyə mərkəzinin komendantı vəzifələrini aldı. Qısa müddət Banqladeş Polis Qərargahında Maliyyə Sistemi və İdarə Əməliyyatları Sistemi Başçısı olaraq çalışdı. 2013-cü ildə Dakka Polis Komissarı vəzifəsinə yüksəlmişdir. Xaricdə, o, BMT-nin Kosovadakı silahsız beynəlxalq hərbi müşahidəçilərinin bir hissəsi idi və bir müddətdir UNMIBH sülhməramlıları ilə Bosniya və Herseqovinada asayişi izləmişdir. Digər ölkələrdə çoxsaylı təcrübə keçib, o cümlədən: Asiya-Sakit Okean Təhlükəsizlik Tədqiqatları Mərkəzində (Havay, ABŞ) İnteqrasiya Terrorizm dərəcəsi ilə. Avstraliya Federal Polis Universitetində (Kanberra, Avstraliya) cinayət kəşfiyyatı dərəcəsi ilə.
Bilal Əhməd
Bilal Əhməd (tam adı: Bilal Mahmud oğlu Əhməd; 1884, Pirşağı, Bakı qəzası – 1944, Kirovabad) — Türk İşçi Teatrı və Azərbaycan Dövlət Dram Teatrının ilk baş rejissoru və direktoru, Əməkdar artist, dramaturq, yazıçı, tərcüməçi, teatr və kino xadimi, aktyor. == Həyatı == Bilal Əhməd 1884-cü ildə Bakının Pirşağı kəndində dünyaya gəlib. Atası Kərbəlayı Mahmud öz dövrünün məşhur həkimi olub. Anası Çeşmi xanım isə adlı-sanlı "Məmməd Səfi" nəslindən idi. İlk təhsilini mollaxanada alan Bilal Əhməd ərəb-fars dillərini mükəmməl öyrənir. Daha sonra o, Bakı gimnaziyasına qəbul olur və 1907-ci ildə gimnaziyanı fərqlənmə ilə bitirir. Gimnaziyada oxuduğu illərdə rus və alman dillərini öyrənir. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bilal Əhməd Azərbaycan hökuməti tərəfindən Leninqrad (Sankt-Peterburq) İncəsənət İnstitutuna oxumağa göndərilir. Repressiya qurbanı olan Bilal Əhməd 1937-ci ildə həbs olunur. Heç bir günahı olmadığı üçün doqquz aydan sonra onu həbsxanadan buraxırlar.
Bürhanəddin Əhməd
Qazi Bürhanəddin (1345, Kayseri – 1398, Sivas) — mənşəcə Azərbaycan türklərindən olan XIV əsrin məşhur şairi, dövlət xadimi və alim. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Qazi Bürhanəddin Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Görkəmli dövlət xadimi, məşhur sərkərdə və şair Qazi Bürhanəddin 1344-cü il-də Qeysəriyə şəhərində dünyaya göz açmışdır. O, mənşəyinə görə, qədim türk-oğuz boylarından sayılan Salur tayfasına mənsub idi. Belə bir ehtimal da var ki, onun qədim babaları Xarəzmdən gəlmişdilər. Şairin adı Əhməd, künyəsi Əbülabbas, təxəllüsü isə Qazi Bürhanəddin idi. O, irsən keçən qazilik hüququna malik, yüksək savad dərəcəsi və əsl-nəcabəti ilə məşhur olan bir ailədən idi. Qeysəri şəhərinin qazıları Cəlaləddin Həbib, Hüsaməddin Hüseyn, Siracəddin Süleyman bu nəsildəndirlər. Onun babası Siracəddin Süleyman Anadoluda yaradılmış Ərətna bəyliyinin banisi Ələddin Ərətnanın sarayında yaşamış və bəyliyin siyasi həyatında mühüm rol oynamışdır. Şairin atası Şəmsəddin Məhəmməd də öz dövrünün məşhur qazilərindən sayılır.
Cheel
Edvin Çil (ing. Edwin Cheel; 14 yanvar 1872 – 19 sentyabr 1951, Sidney) — İngiltərə əsilli Avstraliya botaniki və mikoloqu. == Elmi fəaliyyəti == Edvin Çil göbələk və toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Edwin Cheel. 1923. Two additional species of leptospermums. 5 pp. Edwin Cheel. 1924. Notes on boronia in the pinnatae section, with a description of a new species.
Edsel
Edsel ― ABŞ-də yerləşən keçmiş bir avtomobil markası idi. Marka 1957-ci ildə Ford Motor Company tərəfindən yaradılmış və 1960-cı ildə bağlanmışdır. Henri Fordun oğlu Edsel Fordun adını daşımışdır. Ford Edsel markası ilə həm General Motors, həm də Chryslerə qarşı bazar payını əhəmiyyətli dərəcədə artıracağına və Amerika avtomobil bazarında GM ilə arasındakı boşluğu aradan qaldıracağına ümid edirdi. Ford, Edselin gələcəyin avtomobili olduğuna istehlakçıları inandırmaq üçün reklam kampaniyasına böyük bir investisiya qoydu. İctimaiyyətə açıqlandıqdan sonra, çirkin, bahalı və ekstravaqant hesab edildi və müasir Amerika avtomobil alıcıları arasında heç vaxt populyarlıq qazanmadı. Edsel adı, ticarətdə uğursuzluğu göstərmək üçün nəzərdə tutulmuş məşhur bir simvol halına gəlmişdir.
Eyfel
Eyfel qülləsi (fr. La Tour Eiffel) — Parisin metaldan hazırlanmış ən məşhur qülləsidir. Qüllə həm də bütün dünyada Fransanın simvoluna çevrilmişdir. "Eyfel" adı qülləyə onu inşa edən memarın - Qüstav Eyfelin (fr. Gustave Eiffel) adından miras qalmışdır. Memar özü isə qülləni "300 metrlik qüllə" adlandırmışdır. Dünyada turistləri özünə cəlb edən məkanlar arasında ön sıralardan birini tutan Eyfel qülləsinə ildə 6 milyon turist baş çəkir. Bütün tarixi boyu isə qülləni görməyə gələnlərin sayı 236 milyonu keçmişdir. Eyfel qülləsi Mars adlanan stadionun yanındakı İen sütunları ilə üzbəüz olan Sena çayının yaxınlığında yerləşir. == Tarixi == Eyfel qülləsi 1887-1889-cu illər arasında Qüstav Eyfelin firması tərəfindən inşa etdirilmişdir və fransız dövrünün 100 illik münasibəti ilə əlaqədar hazırlanmış mərasimlərə görə tikilmişdir.
Ezhel
Ömər Sərcan İpəkçioğlu (türk. Ömer Sercan İpekçioğlu, təxəllüsü: Ezhel; 1 iyul 1991, Çanqaya) — Türkiyə repçisi və söz yazıçısı. == Həyatı == Ömər Sərcan İpəkçioğlu 1 iyul 1990-cı il tarixində Türkiyənin paytaxtı Ankara şəhərində anadan olmuşdur. Onun ailəsi musiqi ilə maraqlanırdı – anası Anadolu xalq rəqqası, dayısı isə musiqiçi, səsçi və səhnə işıqçısı idi. O, "TED" məktəbinə təqaüd alır. Bu dövrdə "Ezhel" "Eminem", "50 Cent" və Tupak Şakur kimi ABŞ repçilərinə qulaq asmağa başlayır. == Karyera == 18 yaşında olarkən o, "Afra Tafra" adlı reqqi janrındakı mahnılar ifa edən bir musiqi qrupunun üzvü olmuşdur. "Hip-Hop Life" saytının təşkil etdiyi müsabiqədə o, "Freestyle kralı" seçilmiş və 2.000 türk lirəsi qazanmışdır. Qrupdan ayrıldıqdan sonra Ankara şəhərində bir neçə dostu ilə "Kökler Filizleniyor" adlı öz reqqi musiqi qrupunu təsis etmişdir. O, karyerasına 2017-ci ilə qədər "Ais Ezhel" təxəllüsü ilə davam etmişdir.Ezhel bağlama, ney və gitara da ifa edə bilir.
Hegel
Georq Vilhelm Fridrix Hegel (alm. Georg Wilhelm Friedrich Hegel‎; 27 avqust 1770[…], Ştutqart, Vürtemberq qraflığı[d], Müqəddəs Roma imperiyası – 14 noyabr 1831[…], Berlin, Prussiya, Almaniya ittifaqı) — alman filosofu, obyektiv idealist, klassik alman fəlsəfəsinin nümayəndəsi. Gəncliyində radikal təfəkkür tərzi ilə fərqlənmişdir. Klassik alman fəlsəfəsi Hegelin simasında öz zirvəsinə çatır. Hegel intellektual intuisiyanı fəlsəfi biliyin ən yüksək forması olduğu haqqında Şellinqin təlimini qəbul etməmişdir. O, əksinə sübut etməyə çalışmışdır ki, vahiddən çoxluğun yaranması rasional idrakın predmeti ola bilər. Bu idrakın instrumenti məntiqi təfəkkür, əsas forması isə anlayışdır. Lakin Hegel göstərirdi ki, bu xüsusi növ məntiqi idrakdır. Onun əsasında formal məntiq deyil, dialektik məntiq durur. Hərəkətverici qüvvəsini isə ziddiyyət təşkil edir.
Nevel
Nevel — Rusiya Federasiyasında yerləşən şəhər, Pskov vilayətinə daxildir.
Pavel
Pavel — Dünyada daha çox işlədilən kişi adı. Bu adı olan tanınmış insanlar I Pavel — Ümumrusiya imperatoru, III Pyotr və II Yekaterinanın oğlu. I İoann Pavel — Roma papası II İohann Pavel — Roma papası II Pavel — Roma papası. IV Pavel — Roma papası VI Pavel — Roma papası Həvari Pavel — xristianlıq tarixində ən böyük missioneri. Pavel Nedved — futbolçu Pavel Blyaxin — Ssenari müəllifi. Pavel Vinnik — aktyor Pavel Kadoçnikov — aktyor Pavel Aleksandrov — Pavel Amnuel — Pavel Florenski — Pavel Osipov — Pavel Finn — Ssenari müəllifi Pavel Yesikovski — Aktyor. Pavel Sisianov — gürcü əsilli rus generalı, Pavel Qraçov — Rusiyanın müdafiə naziri (1992-1996), ordu generalı, Sovet İttifaqı Qəhrəmanı.
Andrey Pavel
Andrey Pavel (rum. Andrei Pavel; 27 yanvar 1974-cü ildə anadan olub, Konstansa, Rumıniya) — Rumıniya tennisçisi və məşqiçisi. ATP - turnirinin doqquz qat qalibi (üç dəfə tək kateqoriyada); Böyük Dəbilqə turnirinin yarımfinalçısı (cütlü kateqoriya-Roland Garros -2006). Tək kateqoriyada yeniyetmələr arasında Böyük Dəbilqə turnirinin qalibi (Roland Garros-1992); tək kateqoriyada yeniyetmələrin Böyük Dəbilqə turnirinin yarımfinalçısı (Uimbldon-1992); cüt kateqoriyada yeniyetmələrin Böyük Dəbilqə turnirinin yarımfinalçısı (Roland Garros-1992). == Ümumi məlumat == Rumıniyanın Konstansa şəhərində anadan olan Andrey 16 yaşında Almaniyaya köçür. Ölkədən getməsinə baxmayaraq Andrey Pavel Devis Kubokunda həmişə Rumıniyanın adından çıxış etmişdir. Evlidir. Həyat yoldaşı Simonadır. Üç övladı var. Andrey 8 yaşından tennislə məşğul olmuş ən yaxşı zərbəsi - bekhenddir.