Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əxlaqsız oyunlar (film, 2013)
«Stoker» və ya «Əxlaqsız oyunlar» (ing. Stoker) — müəllif Uentuort Millerin ssenarisi əsasında cənubi koreyalı rejissor Pak Çxan Uk və prodüserlər Toni Skott, Ridli Skott və Maykl Kostiqan tərəfindən 2013-cü ildə dram janrında ekranlaşdırılan film. Baş rolda Mia Vasikovska, Nikol Kidman və Mettyu Qud oynamışdırlar. Filmin təqdimatı ilk dəfə 20 yanvar 2013-cü ildə «Sandens» kino festivalında baş tutmuşdu. Özünün 18-ci ad gününü qeyd edən İndia Stoker (Mia Vasikovska) sevimli atası Riçardın dəhşətli avtomobil qəzasında həlak olduğunu öyrənir və bundan sonra onun həyatı alt-üst olur. Bu hadisədən sonra İndia qeyri-sabit xarakterə malik anası Evelin (Nikol Kidman) ilə birgə yaşamağa məcbur olur. Dəfn zamanı Evelin və İndiya öz həyatını səyahətə sərf etmiş Riçardın cazibədar və xarizmatik qardaşı Çarli ilə tanış olurlar. Daha sonra Çarli ana və qıza dəstək və kömək etmək məqsədilə qeyri-müəyyən müddətə onlarla birlikdə yaşayacağını elan edir. Bu xəbərdən İndia pərt olmasına baxmayaraq, Evelin böyük sevinc hissi yaşayır. Az sonra bu haqqda evin sahibi xanım MakQarrik xəbər tutur və tez-tələsik Stokerlərə qonaq gəlir.
Elachia
Chaetanthera (lat. Chaetanthera) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Elariz Məmmədoğlu
Elariz Məmmədoğlu (tam adı: Elariz Məmməd oğlu Salmanov; 17 dekabr 1964, Bakı) — azərbaycanlı müğənni. == Həyatı == Elariz Məmmədoğlu 1964-cü il dekabrın 17-də Bakıda doğulub. Hüseyn Cavid adına 132 saylı orta məktəbdə təhsil alıb. 1982-ci ildə Mirzağa Əliyev adına Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub. 1983–1985-ci illərdə Leninqrad, Petrozavodsk, Murmansk şəhərlərində hərbi xidmət keçib. İlk dəfə səhnəyə 16 yaşında müğənni kimi çıxıb. Məktəbdə fəaliyyət göstərən xor dərnəyində vokalçı-solist olub. 1992-1994-cü illərdə musiqiçi kimi çalışıb. 1994-cü ildən mügənnilik sənətini davam etdirib. Müğənni kimi peşəkar fəaliyyətə 1997-ci ilin yanvarında başlayıb.
"Səhiyyə əlaçısı" döş nişanı (SSRİ)
"SSRİ Səhiyyə əlaçısı" döş inşanı (rus. Значок «Отличнику здравоохранения» ) — SSRİ Səhiyyə nazirliyi tərəfindən əhaliyə əla səviyyədə xidmət göstərən tibb işçilərinə təltif edilirdi.
SSRİ səhiyyə əlaçısı döş nişanı
"SSRİ Səhiyyə əlaçısı" döş inşanı (rus. Значок «Отличнику здравоохранения» ) — SSRİ Səhiyyə nazirliyi tərəfindən əhaliyə əla səviyyədə xidmət göstərən tibb işçilərinə təltif edilirdi.
"SSRİ sərhəd əlaçısı" döş nişanı
Sərhəd qoşunlarının əlaçısı – SSRİ-də 1969-da yaradılmış fəxri ad.
Əlsiz adamlar (film, 1932)
Film tədris müəssisələrinin politexnikləşdirilməsi kimi aktual məsələyə toxunur. Çünki məktəbi yenicə bitirib müstəqil həyata başlayan gənclərdə əmək vərdişləri olmur. Ona görə də belələrini "əlsiz adamlar" adlandırırlar. Film rejissor İqor Savçenkonun kinoda ilk müstəqil işidir. Ssenari müəllifi: İqor Savçenko Quruluşçu rejissor: İqor Savçenko Quruluşçu operator: Mixail Fridolin Quruluşçu rəssam: Viktor Aden Rejissor assistenti: Qəmər Salamzadə Hüseyn Seyidzadə — fəhlə Ağarza Quliyev — Şərif Aliyə Terequlova S. Koretskaya Zəhra Seyidzadə Ruqiyyə Seyidzadə Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 222.
Sərhəd qoşunlarının əlaçı tələbəsi
Sərhəd qoşunlarının əlaçısı – SSRİ-də 1969-da yaradılmış fəxri ad.