Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müqəddəs Əmanətlər
Müqəddəs Əmanətlər və ya Əmanət-i Mübarəkə - Məhəmməd peyğəmbərə, dostlarına və bəzi peyğəmbərlərə aid olub, İslam dinində müqəddəs sayılan əşyalardır. Yavuz Sultan Səlimin 1517-ci ildə Misiri fəthindən sonra İstanbula gətirilmiş, bir hissəsi də İslam ölkələrindən yığılmışdır. Müqəddəs əmanətlər Topqapı sarayı içərisində olan Has Odanın Müqəddəs Əmanətlər Dairəsində mühafizə və nümayiş etdirilməkdədir.
Müqəddəs əmanətlər muzeyi
Müqəddəs əmanətlər muzeyi — İçərişəhərdə Bəylər məscidində yerləşən muzey. Məscid təmir edildikdən sonra fəaliyyətə başlayan muzeydə islam dininin müqəddəs əmanəti olan Quran-i Kərim nümunələri, müxtəlif dövrlərin qədim kitabları, eləcə də ibadətlə bağlı bəzi tətbiqi-sənət nümunələri nümayiş etdirilir. Bəylər məscidi təmir edildikdən sonra 2016-cı ildən etibarən burada Müqəddəs əmanətlər ekspozisiyası fəaliyyət göstərir. Ekspozisiyada İslam dininin müqəddəs əmanəti olan müxtəlif dövrlərə aid qədim “Qurani-Kərim” kitabları nümayiş etdirilir. Burada 73 Quran, 7 dini kitab, 19 dini atribut - ümumilikdə, 99 eksponat nümayiş olunur. Yanğından hifz olunan kitabların vərəqləri, Dərbənd məscidinə aid və axund tərəfindən divara hörülərək qorunan Quran diqqəti cəlb edən eksponatlardır. Azərbaycanın müxtəlif regionlarından toplanılan müqəddəs əmanətlər yanğına məruz qalan kitabxanalar və şəxsi mülklərdən aşkar edilib.