is. [
fars. ]
1. Birinə qarşı ədavət, düşmənçilik bəsləyən və onunla mübarizə aparan, çəkişən şəxs. Onun düşməni var.
– Ey məh, mənimlə dustlərim düşmən eylədin; Düşmən həm eyləməz bu işi, kim sən eylədin. Füzuli.
[İzzət:] Düşmən hər nə qədər aciz olsa da; Məğrur olub, kiçik sanma dünyada. H.Cavid.
// Birinə pislik etmək, zərər vurmaq istəyən, birinin pisliyini istəyən adam; ədavətkar, əleyhdar. Düşmənin tikəsindən dostun silləsi yaxşıdır. (
Ata. sözü ).
Hacı Əbüləzim dürüst qulaq verəndən sonra dedi: – Kişi, məgər sən öz qızının düşmənisən? Ə.Haqverdiyev.
[Bəhram:] Ata öz oğluna olarmı düşmən? A.Şaiq.
□ Düşmən gözü ilə baxmaq – özünə düşmən hesab etmək.
Doğrusu, iki məhəllə atababadan bir-birinə düşmən gözü ilə baxırdı. N.Nərimanov.
Düşmən kəsilmək – düşmən olmaq.
Qorqud qanı axdı damarımızdan, Özümüz Qorquda düşmən kəsildik. B.Vahabzadə.
Ülkəri gözü tək istədiyindən; Düşmən kəsilmədi o, Əmirxana… S.Vurğun.
Bu qədər acgözlüklə topladığı bu sərvət; İndi düşmən kəsilmiş, edirdi ona nifrət. N.Rəfibəyli.
2. Müharibədə əks cəbhədə vuruşan adam, dövlət və s.; yağı. Düşməni darmadağın etmək. Düşməni məğlub etmək.
Düşmənə atəş! – Qoç Koroğlu qonar olsa yəhərə; Yağı düşmənləri salar qəhərə. “Koroğlu”.
Balaca uşaqların düşmən qabağına Quran götürüb çıxmaqları, gələcək üçün bir tarixdir. C.Məmmədquluzadə.
Düşmən bütün cəbhə boyu ricət edirdi. M.Hüseyn.
3. Zərər gətirən, zərərli olan şey haqqında. Xatircəmlik bizim ən böyük düşmənlərimizdəndir.
– Dilim özümə düşməndir. (Məsəl).
4. Yarışda, oyunda, mübahisədə iştirak edən qarşı tərəf. Düşmən şahını mat etmək (şahmatda).