Müqəddəs əmanətlər muzeyi — İçərişəhərdə Bəylər məscidində yerləşən muzey. Məscid təmir edildikdən sonra fəaliyyətə başlayan muzeydə islam dininin müqəddəs əmanəti olan Quran-i Kərim nümunələri, müxtəlif dövrlərin qədim kitabları, eləcə də ibadətlə bağlı bəzi tətbiqi-sənət nümunələri nümayiş etdirilir. [1]
Müqəddəs əmanətlər muzeyi | |
---|---|
Əsası qoyulub | 2016 |
Açılış tarixi | 17 yanvar 2017 |
Təsisçi | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Yerləşir | Bakı |
40°21′58″ şm. e. 49°50′04″ ş. u.HGYO |
Bəylər məscidi təmir edildikdən sonra 2016-cı ildən etibarən burada Müqəddəs əmanətlər ekspozisiyası fəaliyyət göstərir. Ekspozisiyada İslam dininin müqəddəs əmanəti olan müxtəlif dövrlərə aid qədim “Qurani-Kərim” kitabları nümayiş etdirilir. Burada 73 Quran, 7 dini kitab, 19 dini atribut - ümumilikdə, 99 eksponat nümayiş olunur. Yanğından hifz olunan kitabların vərəqləri, Dərbənd məscidinə aid və axund tərəfindən divara hörülərək qorunan Quran diqqəti cəlb edən eksponatlardır. Azərbaycanın müxtəlif regionlarından toplanılan müqəddəs əmanətlər yanğına məruz qalan kitabxanalar və şəxsi mülklərdən aşkar edilib. [2]