Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xosrov Ənuşirəvan
I Xosrov Ənuşirəvani (ölməz ruhlu)(ərəb qaynaqlarında "Qubaz"; 501, Ərdistan, Sasanilər dövləti – 579, Ktesifon, Sasanilər dövləti) — 531–579-cu illərdə İranda hökmranlıq etmiş böyük Sasani padşahı. Ənuşirvan qonşu Bizansla uğurlu müharibələr aparmış, 570-ci ildə isə onun ordusu Yəməni tutmuşdur. Ənuşirvan atası I Qubadın başlamış olduğu quruculuq işlərini davam etdirərək, sərhəd məntəqələrinin təhlükəsizliyini təmin etmək məqsədilə bir çox qala və istehkamlar tikdirir, dövlət idarəçiliyi sahəsində geniş islahatlar keçirir, torpaq və vergi sistemlərini təkmilləşdirir. Onun bu sahədə gördüyü işlərdən sonralar ərəblər öz dövlət quruculuğunda istifadə etmişlər. Onun hakimiyyəti dövrü Sasanilər dövlətinin ən qüdrətli dövrü olmuşdur. Tarixdə Nuşirəvan Adil kimi tanınmışdır. Orta əsr ərəb müəlliflərindən Əhməd ibn Vahid əl-Yaqubi (IX əsrin sonu), İbn əl-Fakih əl-Həmədani (X əsr), Yaqut ər-Rumi əl-Həməvi (XIII əsr) yazırlar ki, Naxçıvan şəhəri Sasani hökmdarlarından I Xosrov Ənuşirəvan tərəfindən eramızın VI əsrində inşa edilmişdir. Hətta Yaqut əl-Həməvi "Mucəm əl-Buldan" əsərində göstərir ki, Basfuracan dairəsinin baş şəhəri olan Nəşəva yəni Naxçıvan həmin şəhərdir ki, Ənuşirəvan bu şəhəri Bab əl-Əbvabla eyni vaxtda inşa etdirmişdir. Qeyd edək ki, müəllif həmin əsərin başqa yerində Bab əl-Əbvabı yəni Dərbənd şəhərini I Xosrov Ənuşirəvanın inşa etdirdiyini göstərmişdir. Bu müəlliflər də şəhərin yaranma tarixini VI əsrə aid edirlər.
Ənuşirəvan İbrahimi
Ənuşirəvan İbrahimi — 1978-ci ildən 1982-ci ilə qədər Azərbaycan Demokrat Firqəsinin rəhbəri, Azərbaycan Milli Hökumətinin baş prokuroru Firudin İbrahiminin qardaşı. Ənuşirəvan Qəni oğlu İbrahimi 12 may 1926-cı ildə Astara da anadan olub. İbtidai təhsilini Astarada almağa başlasa da atası Nəhavəndə sürgün edildiyi üçün orada davam etdirib. Azərbaycanda 21 Azər hərəkatı qalib gəldikdən sonra burada Azərbaycan Milli Hökuməti qurulur. Ənuşirəvan İbrahimi də Təbrizə gələrək burada təsis edilmiş Polis akademiyasında təhsil almağa başlayır. Düşmən qüvvələri qarşısında dayanmaq onlarla mübarizə aparmaq üçün qardaşı Firudin İbrahimi ilə birgə gənc könüllülərdən ibarət "Babək" qrupunu təşkil edirlər. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra şah rejimi tərəfindən hərəkatçılar eləcə də onların tərəfdarları olan minlərlə insan həbs edilir, güllələnir və ya pis havalı cənub rayonlarına sürgün edilirdilər. Məhz bu təqiblərdən qurtulmaq üçün 16 min nəfərə yaxın firqəçi Sovet Azərbaycanına mühacirət edir. Ənuşirəvan İbrahimi də Bakıya mühacirət edir. Təhsilini öz siyasi fəaliyyəti ilə uyğunlaşdırmaq niyyəti ilə tarix ixtisası üzrə Bakı Dövlət Universitetində ali təhsil alır və eyni ixtisas üzrə də elmi-tədqiqat fəaliyyətini davam etdirir, Moskvada "İran Xalq Partiyasının (Tudə) 1944-1946-cı illərdə irticaya qarşı mübarizəsi (İXP-nin parlamentdə və hökumətin tərkibində fəaliyyəti timsalında)" adlı dissertasiya işini müdafiə edərək alimlik dərəcəsi də qazanır.
I Xosrov Ənuşirəvan
I Xosrov Ənuşirəvani (ölməz ruhlu)(ərəb qaynaqlarında "Qubaz"; 501, Ərdistan, Sasanilər dövləti – 579, Ktesifon, Sasanilər dövləti) — 531–579-cu illərdə İranda hökmranlıq etmiş böyük Sasani padşahı. == Həyatı == Ənuşirvan qonşu Bizansla uğurlu müharibələr aparmış, 570-ci ildə isə onun ordusu Yəməni tutmuşdur. Ənuşirvan atası I Qubadın başlamış olduğu quruculuq işlərini davam etdirərək, sərhəd məntəqələrinin təhlükəsizliyini təmin etmək məqsədilə bir çox qala və istehkamlar tikdirir, dövlət idarəçiliyi sahəsində geniş islahatlar keçirir, torpaq və vergi sistemlərini təkmilləşdirir. Onun bu sahədə gördüyü işlərdən sonralar ərəblər öz dövlət quruculuğunda istifadə etmişlər. Onun hakimiyyəti dövrü Sasanilər dövlətinin ən qüdrətli dövrü olmuşdur. Tarixdə Nuşirəvan Adil kimi tanınmışdır. Orta əsr ərəb müəlliflərindən Əhməd ibn Vahid əl-Yaqubi (IX əsrin sonu), İbn əl-Fakih əl-Həmədani (X əsr), Yaqut ər-Rumi əl-Həməvi (XIII əsr) yazırlar ki, Naxçıvan şəhəri Sasani hökmdarlarından I Xosrov Ənuşirəvan tərəfindən eramızın VI əsrində inşa edilmişdir. Hətta Yaqut əl-Həməvi "Mucəm əl-Buldan" əsərində göstərir ki, Basfuracan dairəsinin baş şəhəri olan Nəşəva yəni Naxçıvan həmin şəhərdir ki, Ənuşirəvan bu şəhəri Bab əl-Əbvabla eyni vaxtda inşa etdirmişdir. Qeyd edək ki, müəllif həmin əsərin başqa yerində Bab əl-Əbvabı yəni Dərbənd şəhərini I Xosrov Ənuşirəvanın inşa etdirdiyini göstərmişdir. Bu müəlliflər də şəhərin yaranma tarixini VI əsrə aid edirlər.
Ənuşirəvan mirzə Qovanlı-Qacar
Ənuşirəvan mirzə Qovanlı-Qacar (d. 1833, Ərdəbil, Qacar imperiyası - ö. 1899, Təbriz, Qacar imperiyası) — Qacar şahzadəsi, diviziya generalı. Ziya əd-Dövlə və Əmir Tuman titullarına sahib olan Ənuşirəvan Mirzə həm siyasətçi olmuş, həm də qubernator vəzifələrində çalışmışdır. Ənuşirəvan Mirzə Qacar imperiyasının vəliəhdi olmuş Abbas Mirzənin nəvəsi, Bəhmən Mirzənin oğlu olmuşdur. Digər qardaşlarından fərqli olaraq, Azərbaycanda və ya Rusiya imperiyasında yox, Qacar torpaqlarında fəaliyyət göstərmişdir. Ənuşirəvan Mirzə 19 avqust 1833-cü il tarixində Ərdəbil bölgəsində dünyaya gəlmişdir. O, 23 oktyabr 1899-cu ildə Təbriz şəhərində apopleksiya və iflic xəstəlikləri nəticəsində vəfat etmişdir. Ənuşirəvan Abbas Mirzənin nəvəsi və şahzadə Bəhmən Mirzənin birinci oğludur. Bəhmən Mirzə Qacar Məhəmməd şah Qacar dövründə Azərbaycan vilayətinin valisi olmuşdur.
Nuşirəvan Kərimov
Kərimov Nuşirəvan Molla Kərim bəy oğlu (1898–1966) — Molla Nəsrəddin jurnalının Zəngilan və Qubadlı bölgələri üzrə təmsilçisi, şair, pedaqoq. Nuşirəvan Kərimov 1898-ci ildə Zəngəzur mahalının Qarakilsə bölgəsinin (indiki Sisian) Sofulu kəndində məşhur bəy ailəsində anadan olmuşdur. Doğulduğu kənd onların ailəsinin yaylaq yeri, dağın o üzündəki Xocamsaxlı kəndi (Qubadlının kəndi) isə qışlaq idi. Nuşirəvanın babası Molla Səfi Zəngəzurda tanınmış adam olub. O, yalnız mollalıqla deyil, müəllimliklə də məşğul olubmuş. Dövrün özünəməxsusluğundan gələn ifadədir ki, savadlı insanları həm də "Molla" adlandırırmışlar. Nuşirəvan Kərimov da o dövrdə babası kimi "Molla" adlandırılıb. Nuşirəvan Kərimov 1931-ci ildə Şuşa Pedaqoji Texnikumunu bitirdikdən sonra Qubadlıya qayıdaraq Xocamsaxlıda ibtidai məktəbin açılmasına nail olub. O vaxta qədər bu kənddə məktəb olmayıb. Pedaqoji fəaliyyəti müxtəlif təltiflərə layiq görülüb.
Nuşirəvan Məhərrəmli
Nuşirəvan Umud oğlu Məhərrəmov (d. 11 sentyabr 1960, Muradxanlı, İmişli, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri. Məhərrəmov Nuşirəvan Umud oğlu 1960-cı ildə İmişli rayonu Muradxanlı kəndində anadan olmuşdur. 1982-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1985-ci ildə təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinin tarix fakültəsinin əyani şöbəsinə köçürülmüşdür. 1988-ci ildə Moskva Dövlət Universitetinin tarix fakültəsinin aspiranturasının əyani şöbəsinə daxil olub. 1992-ci ildə "Azərbaycan milli məsələyə dair partiyalararası mübarizə (1917-1918-ci illər)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almışdır. 1992-ci ildən Bakı Dövlət Universitetinin tarix fakültəsində "Qədim dünya və orta əsrlər tarixi" kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışmışdır. 1996-cı ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-Siyasi məsələlər şöbəsində böyük referent, sektor müdiri vəzifələrində çalışmışdır. 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmiş və sədr seçilmişdir.
Nuşirəvan Məhərrəmov
Nuşirəvan Umud oğlu Məhərrəmov (d. 11 sentyabr 1960, Muradxanlı, İmişli, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri. Məhərrəmov Nuşirəvan Umud oğlu 1960-cı ildə İmişli rayonu Muradxanlı kəndində anadan olmuşdur. 1982-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1985-ci ildə təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinin tarix fakültəsinin əyani şöbəsinə köçürülmüşdür. 1988-ci ildə Moskva Dövlət Universitetinin tarix fakültəsinin aspiranturasının əyani şöbəsinə daxil olub. 1992-ci ildə "Azərbaycan milli məsələyə dair partiyalararası mübarizə (1917-1918-ci illər)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almışdır. 1992-ci ildən Bakı Dövlət Universitetinin tarix fakültəsində "Qədim dünya və orta əsrlər tarixi" kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışmışdır. 1996-cı ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-Siyasi məsələlər şöbəsində böyük referent, sektor müdiri vəzifələrində çalışmışdır. 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmiş və sədr seçilmişdir.
Nuşirəvan Süleymanov
Ənuşirvan xan
Ənuşirvan xan — 1344-cü ildən 1357-ci ilə qədər Elxani taxtında oturmuş şəxs. O, dövləti əslində idarə edən və Çobani ailəsinə mənsub şəxs olan Məlik Əşrəfin kukla hökmdarı idi. Dövlətin bütün məsələləri Ənuşirvanın adından Məlik Əşrəf tərəfindən yerinə yetirilirdi. O, Elxani sülaləsindən öz adına sikkə zərb edən sonuncu şəxs olması ilə diqqət çəkir. Kiçik Həsənin ölümündən sonra Çobani ailəsi daxilində qohumlar arasında mübarizə başladı. Həsənin qardaşı Məlik Əşrəf ilə əmiləri Yağı Basdı və Sorqan arasında mübarizədən təngə gələn nominal hökmdar Süleyman xan Cəlairilərdən Böyük Həsənə yardım üçün müraciət etdi. Çobanilər ilk başlarda Kiçik Həsəndən qalan mülk 3 yerə bölüb idarə etməyə çalışsalar da, bu uzun müddət davam etmədi. Məlik Əşrəf Sorqanı məğlub etdi və o, Süleyman xan ilə Satıbəyə qatıldı. Lakin Böyük Həsən onlara verdiyi dəstəyi müdrik davranaraq geri çəkməsindən sonra hamısı Diyarbəkirə çəkildilər. 1345-ci ildə yenə də Məlik Əşrəfə məğlub olduqdan sonra Sorqan Bağdada Böyük Həsənin yanına qaçdı.
Ənuşirvan bin Ləşkəri
Ənuşirvan bin Ləşkəri — II Əli Ləşkərinin oğlu və varisidir. 1049-cu ildə Gəncədə şəddadilərin yeddinci əmiri olub. Ənuşirvan üç qardaşı ilə birlikdə II Əli Ləşkərinin ilk arvadından idi. Ləşkəri Aranı 15 il idarə etmişdi, hansı ki, Osmanlı tarixçisi Münəccimbaşı tərəfindən əndişəli hakimiyyət dövrü olaraq təsvir edilirdi. Ləşkəri 1049-cu ildə öləndə Ənuşirvan taxta çıxdı. Ancaq onun yaşı az idi və buna görə də həqiqi hakimiyyət naib kimi xidmət edən hacib Əbu Mənsurda idi. Hal-hazırda itirilmiş olan yerli salnaməni cəmləyən Münəccimbaşı məlumat verir ki, Əbu Mənsur dərhal bir neçə sərhəd qalalarını kaxetiyalılara, gürcülərə və bizanslara verdi. Buna səbəb onların Arana tamah salmalarının qarşısını almaq idi. Bu qərar Şəmkirdə dabbağların başçısı əl-Həysəm ibn Maymun əl-Bəisin başçılığı altında bir üsyanın başlanmasına səbəb oldu. Vladimir Minorskiyə görə bu hərəkat şəhərin adlı-sanlı şəxslərinin aparıcı bürokratik təbəqəyə qarşı qiyamı idi.
Nuşirəvan və bayquşların söhbəti
Adil Nuşirəvan ilə vəzirin hekayəti və ya bilinən qısa adı ilə Nuşirəvan və bayquşların söhbəti — 1174-1175-ci illərdə Nizami Gəncəvi tərəfindən qələmə alınan "Sirlər Xəzinəsi" poemasının ikinci hekayəsidir. Hekayənin poetik tərcüməsi Azərbaycan şairi Süleyman Rüstəm tərəfindən olunmuşdur. "Nuşirəvanla vəziri və bayquşların söhbəti" hekayəsi romantik planda verilsə də həyatın eybəcərliklərini çox doğru əks etdirir. Nuşirəvan islamdan öncə yaşamış Sasani hökmdarı olsa da təsvir olunan həyat Nizami dövrünün həyatıdır. Nuşirəvanın ov zamanı qarşılaşdığı mənzərə XII əsrin mənzərəsidir.Şair ədalətsizliyin, qətl-qarətin həddini aşdığını göstərmək üçün maraqlı priyom işlətmişdir. Nuşirəvan bir gün ordusu ilə ova çıxır. Bir az keçdikdən sonra vəziri ilə ordudan ayrılaraq ikisi birgə ov etməyə gedirlər. Şah vəziri ilə tək qalmağı istiyir, çünki ölkənin vəziyyətini daha rahat maraqlana bilsin. Gəzərkən uzaqdan bir xaraba kənd görürlər və həmin kəndə doğru yollanırlar. Bütün evlər dağılıb, həyatdan əsər-əlamət yox idi.
Əngirəvan
Əngirəvan — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Hamamlı kənd inzibati-ərazi dairəsinə daxildir. Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 13 km cənub-şərqdə, Maşaver çayının sağ sahilində yerləşir. Borçalı bölgəsində "Əngirəvan-Səməkürə" yaşayış məntəqəsi adına XVI əsrə aid məxəzlərdə rast gəlinmişdir. Kənddə 1870-ci ildə 7 ailədə 48 nəfər, 1926-cı ildə 21 ailədə 133 nəfər azərbaycanlı yaşayırdı. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 162 nəfər (86 nəfəri kişilər, 76 nəfəri qadınlar) əhalinin 98 %-i etnik azərbaycanlılardan ibarətdir. 1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 167 nəfər əhali yaşayır.