Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ərəmis
İrimis, Ərəmis — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. == Tarixi == Dərəbas kəndinin yaxınlığında yerləşmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Erməni mənbələrində kəndin Aramis, Yeremiz, Göranis kimi də adlandığı göstərilir. Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin 1946-cı il qərarı ilə kənd ermənicə Artaşat adlandırılmışdır. Əsli Urumis. Urumis isə Rum (Bizans) toponimindən və qədim türk dillərində "s" cəm şəkilçisindən ibarətdir. Bax: Hərom və Xurma. Ola bilər toponim Ahuramazda adının təhrifidir. Bax:Aramaz, Armaz, Armus və Ərəmis.
Rəmiş
Rəmiş (əsl adı Rafiq Hüseyn oğlu Hüseynov; 14 noyabr 1944, Gülablı, Ağdam rayonu – 5 aprel 2021, Bakı) — azərbaycanlı elektrogitara ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2014). == Həyatı == Rafiq Hüseynov 14 noyabr 1944-cü ilə Ağdamın Gülablı kəndində doğulmuşdur. İlk musiqi təhsilini Üzeyir Hacıbəyov adına orta ixtisas musiqi məktəbində tar sinfində almışdır. Üç dəfə ailə həyatı qurmuşdur. Sonuncu həyat yoldaşı Güllü Hüseynovadır. Rəmiş 5 aprel 2021-ci ildə müalicə aldığı xəstəxanada dünyasını dəyişmişdir. Sənətkar Qurd qapısı qəbiristanlığında dəfn edilib. == Yaradıcılığı == Rəmiş Qədir Rüstəmovu, Rübabə Muradovanı, Yaqub Məmmədovu, Səxavət Məmmədovu müşayiət etmiş və başqa şəxsiyyətlərlə bir sıra məclislərdə iştrak etmişdir. Rəmiş həm də tar, piano, qarmon, zərb, ud və s. azərbaycan xalq çalğı alətlərlərində peşəkar şəkildə ifa edə bilirdi.
Törəmiş (Puldəşt)
Törəmiş (fars. ترميش‎‎) - İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 340 nəfər yaşayır (54 ailə).
Əbu Bərzə əl-Əsləmi
Əbu Bərzə əl-Əsləmi (ərəb. أبو برزة الأسلمي‎) — müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri. Əlinin dövrünün daxili çəkişmələrində Əlinin yanında olmuş, Nəhrəvan və Siffeyn döyüşlərində onunla bərabər vuruşmuşdur. Hüseynin kəsilmiş başı Yezidin hüzuruna gətiriləndə o, orada idi. O, Məhəmməd peyğəmbərdən 64 hədis nəql etmişdir.
Eyrenis
Eyrenis (lat. Eirenis) — Suilanı fəsiləsinə daxil olan ilan cinsi. == Qısa məlumat == Bu cinsə daxil ilanlarda uzunluq 30 sm-dən 70 sm arasında dəyişir. Onlara Şimal-şərqi Afrika, Aralıq dənizi və Egey dənizi hövzəsi ərazilərdə Qafqazdan şimal-qərbi Hindistana qədər olan ərazilərdə rast gəlmək olar. Azərbaycanda bu cinsə daxil olan Sakit eyrenis, Ermənistan eyrenisi və Xaltalı eyrenis kimi növləri yaşayır. Bu cinsə daxil olan növlər arasında ən iriləri — Eirenis modestus növüdür. Onlar əsasən Cənubi Qafqaz ərazilərində hündürlüyü 2000 metr yüksəkliyi olan ərazilərdə rast gəlinir. Onlar əsasən Cücülər və digər Onurğasızlarla qidalanır. == Növləri == Cins özü 18 növə bölünür: Eirenis africana — Afrika eyrenisi Eirenis aurolineatus Eirenis barani Eirenis collaris — Xaltalı eyrenis Eirenis coronella — Şleqel eyrenisi Eirenis coronelloides — Yana eyrenisi Eirenis decemlineatus Eirenis eiselti — Ayzelta eyrenisi Eirenis hakkariensis Eirenis levantinus Eirenis lineomaculatus — Ləkəli-zolaqlı eyrenis Eirenis mcmahoni Eirenis medus — Zolaqlı eyrenis Eirenis modestus — Sakit eyrenis Eirenis punctatolineatus — Ermənistan eyrenisi Eirenis rechingeri Eirenis rothii — Suriya eyrenisi Eirenis thospitisBəzən bu cinsə Fars eyrenisidə daxil (Pseudocyclophis persicus, Eirenis persicus) edilir. == Ədəbiyyat == Даревский И. С., Рябов С. А., Барабанов А. В. Атлас пресмыкающихся Северной Евразии (таксономическое разнообразие, географическое распространение и природоохранный статус).
Ərəmus
Aramus - İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Başqa adı Ərəmusdur 1590-cı ilə aid türkcə mənbədə Əramus kimidir [169, 61]. Mənbədə adı İrəvan əyalətinin Qırxbulaq nahiyəsində çəkilir [23, 75]. Yerli tələffüz forması -Ərəmis. VII əsrdən məlumdur. Katolikos David Aramusetsinin [728-741] məlumatından göründüyü kimi [150, 70] kənddə ermənilər də yaşamışlar. Orta əsrlərdə Qatar-göl monastırının Vəqf kəndi olmuşdur [150, 358]. 1886-cı ilə aid məlumatlarda əhalisi ermənilər idi. Lakin XX əsrin əvvəllərində orada azərbaycanlıların da yaşadığı məlumdur və onlar 1918-ci ildə qovulmuşlar. Türk dillərindəki urem "dağ vadisində çaykənarı dərinləşmiş zolaq" [126, 380] və erməni dilindəki yunan mənşəli os (us) şəkilçisindən ibarətdir.
Sakit eyrenis
Sakit eyrenis (lat. Eirenis modestus) — Suilanıkimilər fəsiləsinə, Eyrenis cinsinə aid ilan növü. == Внешний вид == Yetkin ilanların uzunluğu 60 sm təşkil edir. Quyruğu isə bədənindən 2–3 dəfə kiçikdir. Bədəni boz-qəhvəyi rəngdə olur. Quyruğu işiqlı rəngdə olur. == Yayılması == Gözəl təlxə əsasən Egey dənizi, Aralıq dənizi sahillərində, Türkiyənin şərqi, Suriya, İran, İraq, Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərində yayılmışdır. Rusiya ərazisində isə ancaq Dağıstanın dağlıq ərazilərində rast gəlinir. == Həyat tərzi == Gündüz saatları daşların və kolluqların arasında gizlənir. Gecə saatları aktivləşir.
Xaltalı eyrenis
Xaltalı eyrenis (lat. Eirenis collaris) — Eyrenis cinsinə aid ilan növü. == Görünüşü == Bədəninin uzunluğu 40 sm, quyruğu isə bədənindən 4–5 dəfə kiçikdir. Yuxarı hissəsi hissəsi boz-zeytunu, qəhvəyi-box və ya parlaq-qara rənglər vardır. == Yaşayış tərzi == Daşlı və qilli yarımsəhralarda yayılmışdır. Onlar 1500–1600 m yüksəkliklərə qədər yayıla bilir. Hörümçəklər, böçəklər və Cücülərlə qidalanır. Yumurta qoymaqla çoxalır. 4–8 arası yumurta qoyur. Əsasən 5 yumurta (17x19) qoyması ilə seçilir.
Əşrəfi yatağı
Əşrəfi yatağı — Xəzərin Azərbaycan sahilində, Bakının 105 kilometr cənub-şərqində, Qarabağ neft yatağının qərbində yerləşən qaz və neft yatağı. == Dan Ulduzu-Əşrəfi bloku == Dan Ulduzu-Əşrəfi bloku üçün ARDNŞ və Şimali Abşeron Əməliyyat Şirkəti (abr. ŞAƏŞ) konsorsiumu arasında kəşfiyyat, inkişaf və hasilat haqqında istehsal bölgüsü razılaşması (İBR) 14 dekabr 1996 tarixində imzalanmışdır. Müqavilə sahəsi 453 km² idi. Yatağın yerləşdiyi ərazidə suyun dərinliyi 160–180 metr arasındadır. Razılaşmaya əsasən, 3 kəşfiyyat quyusu qalılacaqdı, əgər uğurlu olarsa, istehsalat 2003-cü ildə başlayıb, 2007-ci ildə 7 milyon tona çatacaq hasilat ilə bitəcəkdi. Ümumi kapital investisiyası 2.5 milyard dollar olacağı ehtimal olunur. 3 kəşfiyyat quyusunun qazılmasından sonra Dan Ulduzunda 2 milyon ton neft, 1998-ci ilin yanvar ayında isə, Əşrəfi yatağında 6 milyon ton neft aşkar edilmişdir. 1998–2001-ci illərdəki kəşfiyyat mərhələsində neftin bir barrelinin qiyməti 20 dollardan aşağı idi. Enerji qiymətlərinin aşağı olması səbəbindən blok kommersiya cəhətdən etibarlı sayılmamış və beləliklə də tərk edilmişdir.
Nəcəfəli sultan Əşrəfi
Nəcəfəli sultan Əşrəfi (?-?)—Abbas mirzə Qovanlı-Qacarın sərkərdəsi, diplomat. == Həyatı == == Fəaliyyəti == 1828-ci ildə Naxçıvanda yеrləşən rus qoşunu iyulun 1-də Abbasabad qalasını mühasirəyə aldı. Bu qala хanlığın ən güclü qalalarından biri idi. Qalaya şahın kürəkəni Məhəmmədəmin хan Qovanlı-Qacar başçılıq еdirdi. Onun köməkçiləri naхçıvanlı Əmin хan və təbrizli Rza хan idi. Qala qarnizonunda 3000-4000 nəfərə qədər əskər var idi. Qala müdafiəçiləri rus toplarının bombardımanına baхmayaraq, möhkəm dayanmışdılar. Onlar şahzadə Abbas Mirzədən kömək almaq ümidində idilər. Bu vaхt Abbas Mirzə danışıq aparmaq üçün Nəcəfəli Sultan Əşrəfi gеnеral-adyutant Paskеviçin yanına göndərmişdi. Abbas Mirzə Lənkəran хanlığını və İrəvan хanlığına məхsus Baş Abaranın Rusiyaya «güzəştə gеtmək» adı altında danışıqlar aparmaqla vaхt qazanmağa çalışırdı.
Cucumis sativus var. ennemis
Adi xiyar (lat. Cucumis sativus) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Xiyar həm açıq torpaqda və həm də istixanalarda yetişdirilir. Xiyarın kal meyvələri 8–12 günlüyündə dərilir. Ondan təzə halda, turşudulmaq, duza və sirkəyə qoymaq üçün istifadə edilir. Xiyarın keyfiyyətində onun iri və ya xırdalığının böyük əhəmiyyəti var. Xırda, toxumları sütül xiyarlar daha keyfiyyətli hesab olunur. Standarta əsasən, duza qoyulacaq xiyarlar xırda (50 mm-ə qədər) və iri (51–70 mm) kornişonlara, xırda (71–90 mm), orta iri (91–120 mm) və iri xiyarlara (121–140 mm) bölünür. 140 mm-dən iri xiyarları duza və sirkəyə qoymaq olmaz. Xiyarın tərkibində 94–96% su, 1,8–2,5% şəkərlər, 0,6% azotlu maddə, 0,5% sellüloza, 0,2% üzvi turşular, 0,38–0,53% mineral maddələr, 4–10 mq% C vitamini, az miqdarda B1, B2, PP, karotin, biotin və pantoten turşusu vardır.