Dilimizdə mənaca yaxın olan qısır və ərəmik sözləri var. Ərəmik “ər”(kişi) sözü ilə bağlıdır: ərdən yarımayan (heç vaxt doğmayan) deməkdir. Mənbələrdə ərəm sözü var və “hələ doğmamış” deməkdir. Qısır isə qədim mənasına görə “qız qalan” (əri olmayan) deməkdir. Müasir mənada isə müxtəlif səbəblərə (xəstəlik, aclıq və s.) görə “doğmayan” deməkdir. V.Radlov yazır ki, ərəm sözü “hələlik doğmamış” deməkdir. Ərəmik isə “doğmayan” anlamını əks etdirir (rusca: “яловый”). Ər sözü ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)