Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kətəbə
Kətəbə — ornament sənətində əsas elementlərdən biridir. Kətəbələrin quruluşu uzunsov formalı "gölə" oxşayır. Bir qayda olaraq şeir və tarixi rəqəmlər kətəbənin daxilində yazılır. Ən çox Cənubi Azərbaycan xalçalarının hasiyəsində istifadə edilir. == İstinadlar == .
Əddis-Əbəbə
Əddis-Əbəbə (amh. አዲስ አበባ) — Efiopiyanın paytaxtı və ən böyük şəhəri. Ölkənin mərkəzi hissəsində yerləşir. Əhalisi 2023-ci ilin hesablamalarına görə 5,461,000 nəfərdir. Şəhərin dəniz səviyyəsindən minimal hündürlüyü 2326 metrdir. Əddis-Əbəbə dünyanın ən yüksəkdə yerləşən şəhərlərindən biridir. Şəhərin ən yüksək nöqtəsi şimal hissədə yerləşən və hündürlüyü 3000 metrə çatan Entoto dağıdır. Şəhərin əsası 1886-cı ildə imperator II Menelik tərəfindən həyat yoldaşı, imperatriçə Taytu Betulun xahişi ilə qoyulmuşdur. Əvvəlki adı oromo dilində "isti bulaqlar" mənasını verən Finfin olmuş, sonradan amhar dilində "yeni çiçək" mənasını verən indiki adını almışdır.
Əqəbə beyəti
Əqəbə beyəti Əqəbə - məkkədə , məscidul-­haramdan 3 km uzaqlıqda,mina hüdudları daxilində, ətrafı təpələlər əhatəli kiçik ve gizli bir vadidir. Həzrəti Peyğəmbər bu yerdə 620, 621 və 622-­ci illərdə ardıcıl olaraq Həcc mövsümündə Mədinəlilərlə görüşüb. Bu görüşmələrdən birincisi sadəcə olaraq müsahibə, ikincisi ve üçüncüsü isə beyət şəklində həyata keçmişdir. Birinci əqəbə beyəti ki, ona Beyətun-­nisa da deyilir, besətin 12­-ci ilində (621) bağlanib. Buna ilkdəfə 620­-ci ildə zəmin hazırlanıb. Övs və xəzrəcdən olan 6 nəfərlik bir dəstə Kəbənin yaxınlında peyğəmbərlə taniş olub ve İslamı qəbul etmişlər və növbəti il əqəbədə görüşmələri haqda hz.Peyğəmbərə söz verib ayrıldılar. Növböti il yəni 621-­ci ildə biri qadın olmaqla 12 nəfərlik bir heyətlə əqəbəyə Peyğəmbərlə görüşmək üçün gəldilər. Burada müşrüklərdən gizlin Peyğəmbərə beyət etdilər. Təzə Müsəlman olmuş mədinəlilər geri qaydarkən Peyğəmbər onlarla Musab ibn Ümeyri göndərdi ki, bu təzə müsəlman olanlara Quran ve Hökümləri öyrətsin, həmçinin qeyri müsəlmanları da İslama dəvət etsin. Musab ibn Ümeyr, Əsəd ibn Zürarənin evində qaldı.
Müqəddəs Georgi kafedralı (Əddis-Əbəbə)
Müqəddəs Georgi kafedralı — Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində yerləşən kafedral. Kafedral səkkizguşəli forma şəklindədir. Şəhərin Çörçil yolu yaxınlığında yerləşir. Kafedral memar Sebastyon Kastaynanın layihəsi və 1896-cı ildə Adova döyüşündə ələ keçirilmiş italyan əsirlərin qüvvəsi əsasında ucaldılmışdır. Kafedral bir çox Avropa memarlığı elementlərini özündə saxlayır. 1937-ci ildə İkinci İtaliya-Efiopiya müharibəsində kafedral yandırılmişdır. 1941-ci ildə müstəqilliyini yenidən qazanan Efiopiyanın imperatoru Hayle Selasiyye tərəfindən bərpa edilmişdir. 1917-ci ildə Efiopiya imperatriçası I Zevditu, 1941-ci ildə imperatoru Hayle Selasiyyenin tacqoyma mərasimləri bu kafedralda keçirilmişdir. Hazırda kafedralda muzey fəaliyyət göstərir.
Ərəbe Şamo
Ərəb Şamoyeviç Şamilov (rus. Араб Шамоевич Шамилов, kürd. Ә'рәб Шамилов), ədəbi təxəllüsü ilə Ərəbe Şamo (kürd. Erebê Şemo; 1897[…], Susuz ilçəsi, Qars vilayəti, Rusiya imperiyası – 1978[…], İrəvan) — kürd əsilli SSRİ yazıçısı. Ərəb Şamoyeviç Şamilov 1897-ci ildə Rusiya imperiyasında, Qars vilayətinin Susuz kəndində anadan olmuşdur (indiki Türkiyə). O, Rusiyada vətəndaş müharibəsində iştirak etmişdir. Şamilov 1920-1921-ci illərdə Quba şəhərində "ÇK" məxfi əməliyyatlar şöbəsinə rəhbərlik etmişdir. O, 1920-ci illərdə "Zarya Vostoka", "Riya Təzə" və "Sovet Kürdüstanı" qəzetlərində jurnalist işləmişdir. Şamilov 1920-ci illərin sonlarında İshaq Maroqulovla birlikdə kürd dili üçün latın qrafikalı əlifbanı işləyib hazırlamışdır. O, 1937-ci ilin yanvarında Stalin repressiyaları zamanı həbs edilmişdir.
Mərtəbə
Mərtəbə (от fr. étage) — iki qonşu horizontal örtük arasındakı hissə. Bu hissədə bir qayda olaraq yaşayış və ya texniki hissə yerləşir. Виды этажей, этажность домов. Определение этажности.
Mətbəə
Mətbəə — müxtəlif sahələr üzrə çap materialı istehsal edən xüsusi müəssisə. Azərbaycanda ilk çap dəzgahı hələ XIX əsrin əvvəllərində Təbrizdə quraşdırılmışdır. Daha sonra 1830-cu ildə isə Şuşada mətbəə fəaliyyətə başlamışdı. XIX əsrin II yarısında Azərbaycanın iqtisadi və ictimai inkişafı milli mətbuatımızın yaranmasına gətirib çıxardır. Çətinliklə olsa da görkəmli maarifçi Həsən bəy Zərdabi hökumətə müraciət edərək "ƏKİNÇİ" qəzetinin nəşrinə icazə ala bildi. Qəzetin nəşri üçün Zərdabi İstanbuldan xüsusi ərəb qrafikalı mətbəə şriftləri gətizdirdi və nəhayət xeyli əziyyətdən sonra 1875-ci il iyulun 22-də Bakıda qəzetin ilk nömrəsi işıq üzü gördü. Beləliklə milli mətbuatımızın əsası qoyuldu. Azərbaycan mətbuatı üçün Əkinçinin ayağı yüngül oldu . Bir çox yazıçı və şairlər öz əsərlərini qəzet və jurnallarda dərc edirdilər. Yazdıqlarını kitab şəklində görmək istəyən bu ədiblər vəsait tapan kimi mətbəə açmağa çalışırdılar .
Qəsəbə
Qəsəbə — inkişafına görə kənddən yüksək, şəhərdən isə aşağı səviyyəli yaşayış məntəqəsi statusudur. Azərbaycanda rayon və şəhər tabeliyində olan çox sayda qəsəbə vardır. Qəsəbələr böyüyüb inkişaf etdikcə şəhər tipli qəsəbə halına gələ bilər və daha sonra şəhər statusunu qazana bilər. Qəsəbələrin kəndlərdən ən əsas fərqi əhalisi və onun məşğuliyyətidir. Azərbaycanda çox qəsəbələrdə xəstəxana, kitabxana, uşaq bağçası və s. vardır.
Təbəs
Təbəs-İranın Cənubi Xorasan ostanının şəhərlərindən və Təbəs şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 30,681 nəfər və 7,962 ailədən ibarət idi.
Tələbə
Tələbə — ali və orta ixtisas məktəblərində təhsil alan şəxs. Qədim Romada və orta əsrlərdə öyrənməyə maraq göstərən hər bir kəs tələbə adlanırdı. Tələbələr tədris müəsəsisəsində tədris prosesində mühazirələri dinləyir, seminarlarda iştirak edərək öz bilik səviyyələrini nümayiş etdirirlər. Bakalavriat və magistrant səviyyəsində tədris mövcud olan müəssisələrində tələbə adı bakalaviatura tələbəsi, magistratura tələbəsi kimi də işlənir. Bununla yanaşı bakalaviriant və magistrant adı da işlənir.
Vətəgə
Vətəgə — Azərbaycan Respublikasının İmişli rayon Sarıxanlı kənd inzibati ərazi vahidində qəsəbə.
Çətənə
Çətənə (lat. Cannabis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinə aid bitki cinsi. Bu bitkinin lifi də kətanın lifi kimi, əsasən toxuculuqda istifadə edilmişdir. Bu oxşar bitkilər arasında da bir yaxınlıq vardır. Bu bitkinin lifindən təsərrüfatda, toxumundan isə ərzaq kimi istifadə edilmişdir. Bu bitki də Azərbaycanda qədimdən becərilmişdir. Orta əsrlərdə isə onun yayılma arealı daha da genişlənmişdir. Çətənə XIX əsrdə Quba qəzasının bir sıra kəndlərində və Yelizavetpol quberniyasında becərilmişdir. Çətənə bitkisi XX əsrin əvvəllərində Zaqatala dairəsində, Şəki və Lənkəran qəzalarında geniş yayılmışdı. Çətənə toxumu şum edilmiş sahəyə martın axırlarında səpilir.
Əbədə
Əbədə — türk və tatar mifologiyasında ağac cini. Meşələrdə yaşayır. İnsanlara zərər verməz. Yaşlı bir qadın görümündədir. Meşələrdə yerlərdəki qurumuş ağac yarpaqlarından gələn çıtırtılar onun ayaq səsləridir. (Eb/Əb) kökündən törəmişdir. Ebe sözcüyü yaşlı qadın mənasındadır. Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Əmtəə
Əmtəə — İqtisadi nəzəriyyədə müştərilərin istəklərini qarşılayan və faydalılıq təmin edən məhsul və xidmətlərdir. Əsasən əmtəələr və xidmətlər fərqləndirilir. İqtisadi nəzəriyyədə bütün əmtəələr maddi hesab edilsə də, həqiqətdə informasiya (və ya Məlumat) kimi əmtəələr qeyri-maddi əmtəələrdir. Misal üçün, digər əmtəələr arasında Alma maddi obyekt olsa da, xəbər qeyri-maddi sinif əmtəələrə aiddir və yalnız Kompüter, Mətbəə kimi alətlər vasitəsilə qavranıla bilir. Əmtəələr öz faydalılığını artıra və azalda bilər və ya marjinal faydalı əmtəə kimi təsvir edilə bilər. Atmosfer kimi bəzi şeylər faydalıdır amma iqtisadi dəyəri yoxdur. Bunlar "pulsuz əmtəələr"ə daxildirlər. İqtisadi nəzəriyyədə pis yaxşının əksidir. Belə ki, hər hansı bir obyektin yaxşı və ya pis olması onun fərdi istehlakçısından asılıdır və buna görə də bütün əmtəələrin hər zaman yaxşı olmadığını anlamaq önəmlidir. Əmtəələr fərqli xarakteristikalarına görə maddilik və ya nisbi elastiklik kimi müxtəlif kateqoriyalara bölünürlər.
Əmələ
Əmələ (fars. عمله قشقایی Əməle-yi Qaşqayi‎; bəzi mənbələrdə Cəfərbəyli) — Qaşqayları təşkil edən ən böyük beş tayfadan biri. Yrd. Doç. Dr. Muhittin Çelik. "Kaşkay Türkleri" (türk). 2016-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-30.
Ənənə
Adət-ənənə, adət və ya ənənə — bir cəmiyyət və ya qrup içərisində müəyyən keçmişə sahib olan, simvolik və ya xüsusi bir əhəmiyyət kəsb edən nəsildən nəsilə ötürülərək mədəni vərdişlər, məlumat, davranış və inanc toplusudur. Adət və ənənələr bəşəriyyətin təkamül prosesini özündə əks etdirir, bütün dövrlərdə cəmiyyətin sosial-mənəvi və mədəni tərəqqisinin göstəricilərindən biri kimi çıxış edir, Bir çox elmi ədəbiyyatlardan məlumdur ki, adət və ənənələrin təkamülü insan cəmiyyətinin üst poleolit dövründən başlamış, həyat tərzi, sosial qurumlar dəyişdikcə onlar da inkişaf etmiş, modernləşərək zənginləşmişdir. Keçmişdə yaranaraq bir nəsildən digər nəslə ötürülərək indiki dövrümüzə qədər gəlib çıxmışdır. Hər bir xalqın keçmişi, tarixi, psixologiyası, milli-mənəvi dəyərləri adətlərdə əksini tapır, onlar bizim üçün keçmişlə bağlı böyük bir informasiya mənbəyidir, burada insanların baxışlarını, zövqünü, həyat tərzini, əxlaqını, düşüncə tərzini, yaradıcılıq qabiliyyətini və.s görmək olar. Ənənə - özünəməxsus xalq yaddaşıdır. Bizim bütün həyatımız müəyyən qaydalar, nümunələr əsasında qurulur. Ənənə anlayışına ictimai elmlərin fərqli alt intizamlarının yanaşmaları ilə ənənəvi cəmiyyətlərin yüklədikləri mənalar arasında həm bənzərliklər həm də fərqliliklər mövcuddur. İctimai elmlər ənənəyə cəmiyyətlərin yaşadıqları coğrafiya, iqlim və s. kimi xarici şərtlərə uyğunlaşma təmin etmək məqsədiylə törədilmiş, bəşəri qaynaqlı "inşa"lar, "icad"lar olaraq baxarkən ənənəvi cəmiyyətlər öz ənənələrinin qaynağını mif, əfsanə, atalar, qəhrəmanlar və tanrı kimi müqəddəsdə görürlər. İctimai elmlərdə daha fenomenolojik bir yanaşma ilə ənənələri tam funksional xüsusiyyətləri istiqamətiylə görüb mənşələrini bu funksiyaya bağlayan şərhlərin yanında ənənələri müəyyən bir məna bütünlüyünü əks etdirən fenomenlər olaraq qiymətləndirən yazarlar da vardır.
Ərtəpə
Ərtəpə (əvvəlki adı: Novoqorelovka) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Gədəbəy rayonunun Novoqorelovka kəndi Ərtəpə kəndi və müvafiq olaraq Novoqorelovka kənd Soveti Ərtəpə kənd Soveti adlandırılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 507 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Ərəbcə
Ərəb dili (ərəb. اللغة العربية‎, ərəb. عربي‎) — Sami dillərinin Cənub qrupunun Şimal bölməsinə daxildir. Qohum dillərdən qədim tarixi, geniş yayılması, fonetik-qramatik və leksik xüsusiyyətlərini bu günədək qoruyub saxlaması ilə fərqlənir. BMT-nin 6 rəsmi və işlək dilindən biridir. Zəngin samit sisteminə malikdir (velar, farinqal, larinqal samitlər). Sadə sait sistemi mövcuddur. Söz sırası bir qayda olaraq belədir: XMT (xəbər-mübtəda-tamamlıq). Müasir ərəb ədəbi dili əhalisi birlikdə iki yüz milyona çatan ərəb ölkələrində dövlət dili kimi qəbul edilmişdir. Ədəbi dil ilə yanaşı, əhalinin danışdığı məhəlli (ölkələr üzrə) dialekt və şivələr də mövcuddur.
Əzələ
Əzələ — insan və heyvanların bədənində hərəkəti təmin edən strukturlar. İnsan skeletinin ətrafı elastik əzələlərlə əhatələnib. Skelet və əzələlər bədənin formasını müəyyənləşdirir. Hərəkəti təmin edən əzələlər skeletə bağlıdır. Əzələlər lifli quruluşdadır. Əzələ lifləri birləşib əzələ dəstələrini yaradır. Üzəri pərdəylə örtülmüş əzələ dəstələri də sümüklərə və oynaqlara bağlıdır. Əzələlər, lifli quruluşu sayəsində sıxılıb boşalaraq sümükləri hərəkətə gətirir. İnsanın təkcə üzündə 40-dan artıq əzələ var. Bu əzələlər sayəsində insan sifətində müxtəlif mimikalar yaranır.
Qələbə
Qələbə (lat. victoria) — əvvəlcə müharibəyə şamil edilir və şəxsi döyüşdə, ümumilikdə hərbi əməliyyatlardan sonra və ya əlavə olaraq istənilən yarışda əldə edilən uğur. İnsan duyğularına gəldikdə, qələbə güclü bir sevinc hissi ilə müşayiət olunur və insan davranışı, hərəkətləri və duruşları ilə bunu göstərir. Mifologiyada qələbə çox vaxt ilahiləşdirilir, məsələn: yunan dilində bu ilahə Nika, Romada Viktoriya adlandırılır. Qalib qəhrəmanın bir əjdaha ilə döyüşə girdiyi variantlar da var. Antik dövrdə dəfnə çələngi qələbənin simvolu idir. Qələbə simvolu ✌ — "qələbə əli" və ya sülhü bildirən ümumi jestdir.
Gəbə
Gəbə (gəvə, qaba, qebe, kebe, kepe) — Azərbaycanda (Muğan, Qarabağ bölgəsində, Gəncə şəhəri və Qazax rayonunda), həmçinin Türkiyənin bir sıra bölgələrində uzunsov böyük xovlu xalçalara verilən ad. "Gəbə" sözünə əsasən Azərbaycan şifahi xalq ədəbiyyatında, istər keçmiş, istərsə də bugünkü yazılı ədəbiyyatda rast gəlinir. Gəbə sözü qaba sözünün dəyişikliyə uğramış formasıdır. Qaba – yəni kobud, olduqca qalın mənalarını ifadə edir. Xovsuz xalçalarla müqayisədə xovlu xalçalar olduqca kobud və qalın olduğundan onu qaba və ya gəbə adlandırmışlar. Bəzi Orta Asiya xalçaçıları gəbə sözünü səhvən Kəbə (Ka'ba) sözü ilə əlaqələndirirlər. Olduqca kobud və qalın olan böyük xalı və yaxud da xalçanı cığatay türkləri və əfqanlar hələ də "qalın" ("qalin") adlandırırlar.
Kəbə
Kəbə (ərəb. الْكَعْبَة‎ 'Kub'), bəzən Kəbə əl-Müşərrəf (ərəb. الْكَعْبَة الْمُشَرَّف‎ 'Kəbə-i şərif') olaraq da adlandırılır, İslamın ən mühüm məscidi, Səudiyyə Ərəbistanın Məkkə şəhərində bir binadır. İslamda ən müqəddəs yerdir. Müsəlmanlar tərəfindən Beytullah ( Allahın evi ') adlandırılır və namazda müsəlmanların qibləsidir. Məlumdur ki, İslamdan əvvəlki Ərəbistan yarımadasında çoxsaylı kubik məbud evləri (Kəbə) tikilmiş, haram aylarda ərəblər tərəfindən müqəddəs sayılan yerlər və məbud evləri ziyarət edilmiş və burada müxtəlif ibadətlər yerinə yetirilmişdir. Samariyalı İbranilərin Əl-Əsatir (nağılları) və ya Musanın sirləri kitabında İsmail və onun böyük oğlu Nebayotun Kəbə və Məkkəni tikdiyinə dair bir ifadə var. Müsəlmanların, erkən İslamda Kəbəyə istiqamətlərini dəyişməzdən əvvəl namaz zamanı Qüds istiqamətinə baxdıqlarına inanılır. Kəbənin tarix boyu dəfələrlə yenidən tikildiyinə inanılır. Bunlardan ən məşhuru İbrahim və oğlu İsmayılın,Həcər və İsmayılı tərk etdikdən bir neçə il sonra Məkkə vadisinə qayıtdıqları zaman etdikləridir.
Səbə
Səbə (ərəb. السبع‎) — Əlcəzairin mərkəzi hissəsində, Adrar vilayətində kiçik şəhər və kommuna. Tsabit dairəsinə daxildir. Şəhər vilayətin mərkəzi hissəsinin şimalında, Böyük Səhranın şimal-qərbindəki vahələrindən birinin ərazisində, Əlcəzairin paytaxtından təxminən 987 kilometr cənub-cənub-qərbdə məsafədə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 252 metrdir.Səbə kommunasının sahəsi 6183 km2-dir. Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı 16 mm-dir). Orta illik temperatur 24,3-dür °C. Ən soyuq ayın (dekabrın) orta temperaturu 11,3°C, ən isti ayın (iyul) isə 36,9°C-dir.
Təkə
Təkə (personaj) — Novruz bayramının və yazın gəlməyini mahnı oxumaq və təkə dolandırmaq ilə xəbər verən ənənəvi etnoqrafik müjdəçi. Təkə (oyun) — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.
Tələ
Tələ (film, 1990)
Tərə
Tərə (lat. Chenopodium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi.
Cəbə
Cəbə — (ərəb. جبع (القدس)‎) Fələstində yaşayış məntəqəsidir.
Elteber
Elteber — Türk (xəzər, qırğız və başqa xalqların) xaqanlıqlarında ali əyanların titulu. . == Tarixi == Qədim tüklərdə elteberlər, xəzərlərdə, qırğızlarda, azlarda, uyğurlarda və qarluqlarda vali vəzifəsini yerinə yetirən hökmdarlardan asılı vassallar idilər. Türk xaqanlıqlarındakı titul, ünvanları nəzərdən keçirən G. Dörfer belə qənaətə gəlmişdi: "Elteberlər hakim sülaləyə mənsub deyildilər, amma haçansa hökmdar olmuş köklü nəsildən çıxmışdılar. Onlara muxtariyyət verilmişdi:. . Elteber termininə VII əsr yazılı abidələrində rast gəlinir. orxon abidələrində qarluq və uyğur hakimlərinə aid olduğu bilinir.. == Ədəbiyyat == Угдыжеков С. А. Социальная структура раннесредневековых кыргызов. Абакан, 2003. Шервашидзе И. Н. Фрагмент древнетюркской лексики.
Entebbe
Esege
Stoebe
Stoebe (lat. Stoebe) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Teben
Teben (q.yun. Θῆβαι, Διὸς πόλις ἡ μεγάλη) — Yuxarı Misirin paytaxtının adı, Aralıq dənizinin Misir sahillərindən 700 km cənubda, Nil çayının şərq sahilində yerləşən qədim şəhər. Şəhərin ilk adı ilkin adı No-Ammon olmuşdur. Teben eyni zamanda Yuxarı Misirin IV nomu Uasetin mərkəzi sayılırdı. XI sülalə dövründə bütün Misirin paytaxtına çevrilmişdir.
Staebe
Güləvər (lat. Centaurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.