Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hindistan çətənəsi
Hindistan çətənəsi (lat. Cannabis indica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin çətənə cinsinə aid bitki növü.
Əkin çətənəsi
Əkin çətənəsi (lat. Cannabis sativa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin çətənə cinsinə aid bitki növü. Rusiyanın Avropa hissəsinin cənub-şərqindən Çinin şimal-qərbivə Pakistana qədər yayılmışdır. Cannabis americana Pharm. ex Wehmer Cannabis chinensis Delile Cannabis erratica Siev. Cannabis foetens Gilib. Cannabis generalis E.H.L.Krause Cannabis gigantea Crevost Cannabis indica Lam. Cannabis indica f. afghanica (Vavilov) Vavilov Cannabis indica var. kafiristanica Vavilov Cannabis intersita Soják Cannabis kafiristanica (Vavilov) Chrtek Cannabis lupulus Scop.
HEP ənənəsi
HEP ənənəsi — Türkiyədə bir-birinin davamı olan bir sıra solçu kürd tərəfdarı siyasi partiyalar. Bu ardıcıllıq Xalqın Əmək Partiyası, yəni HEP ilə başlamışdır. == İdeologiya == HEP ənənəsinin partiyalarının ideologiyaları demək olar ki, eynidir. Onların əsası liberalizm, proqressivizm, solçu populizm, sosial-demokratiya, regionalizm və feminizmdir. İdeologiya kürdlərin və bütün azlıqların bərabər olduğu vahid və sülhsevər Türkiyəni müdafiə edir. == Tənqidi == HEP ənənəsi və onun ideologiyası və məqsədləri bir çox sağçı kürd milliyyətçiləri tərəfindən tənqid edilir. Mehmet Mətinər 2018-ci ildə HEP ənənəsinə istinad edərək PKK və HDP-nin "kürdlərə kafir ideologiyasını yaymağa çalışdığını" bəyan etmişdir. HEP ənənəsi PKK-nin siyasi qanadı olmaqda ittiham edilmişdi və bir çox Türkiyə partiyaları HEP ənənəsi partiyalarının bağlanması cəhdlərini müdafiə etmişdilər.
Türklərdə dövlətçilik ənənəsi
Türklərdə dövlətçilik ənənəsi — Türklərdə dövlətçilik ənənəsi və ya türklərdə dövlət qurma ənənəsi müxtəlif tarixi mərhələlərdə türklərin müxtəlif coğrafiyalarda, müxtəlif zamanlarda və müxtəlif xüsusiyyətlərdə dövlət qurma ənənəsi kimi başa düşülür. Dünya tarixində 6000-ə qədər etnik birliyin olduğu və onların 200-ə yaxın olan dövlətlərin sərhədləri daxilində tarix səhnəsinə çıxmaları düşünülür. Bu birliklərdən çox azı dövlət qurmağa müvəffəq olmuşdur. Türk tarixinə ümümi olaraq yanaşdıqda türk birliklərinin etnik kökləri baxımından eyni olan dövlətlər ilə mövcudluqlarını davam etdirdikləri nəzərə çarpır. Bu davamlılıq bunu bir ənənə olaraq görməyə gətirib çıxarmış və ən ümumi anlamda türklərdəki azadlıq qavramına əsaslanmışdır. Türk dövlətlərinin tarixi quruluşu və dövlətə qarşı düşüncələri Oğuz xan əfsanəsi ilə ilk təəssüratlarını ortaya qoymuşdur. Bu əfsanələrdə aydın şəkildə Dünya hakimliyi və Dünya dövləti qurma utopiyası yer almışdır. II Göytürklərdən qalan Orxon Yazıları da bu kontekstdə çox önəmli yer alır. Bu yazılara görə dövlət tanrının türk kağanlarına bir hədiyyəsidir və ümumi davamlılığın olması dövlətlə bağlıdır. Həmin yazılarda azadlıq şüuru vurğulanmış, türk kağanlarına nəsihətlər verilmiş, dövlətin paytaxtının Ötükən olmasının vacibliyi vurğulanmış və Çinin intriqalarından uzaq dayanmaq lazım olduğuna işarə edilmişdir.
Türk-Fars ənənəsi
Türk-İran ənənəsi (fars. فرهنگ ایرانی-ترکی‎ ) və ya Türk-Fars ənənəsi — IX–X əsrlərdə Xorasan və Mavəraünnəhrdə (indiki Əfqanıstan, İran, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan və Qazaxıstanın kiçik hissələri) yaranmış özünəməxsus mədəniyyət. Sonrakı əsrlərdə Türk-İran mədəniyyətinə mənsub xalqlar qonşu vilayətləri zəbt etməklə daha da davam etdirilmiş, nəticədə Cənubi Asiya, Orta Asiya və Tarım hövzəsi, həmçinin Qərbi Asiyanın böyük hissələrinin hakim və elit təbəqələrinin üstünlük təşkil edən mədəniyyətinə çevrilmişdir. Türk-İran ənənəsi islam mədəniyyətinin bir variantı idi. İslamın fəzilət, daimilik və mükəmməllik anlayışları ictimai məsələlər, eləcə də başçı elita olan müsəlmanların dini işləri haqqında diskussiyaya səbəb olmuşdur. Müsəlmanların İranı fəth etməsindən sonra Sasanilərin dili olan Pəhləvi fars dili xilafətin şərq torpaqlarında idarəetmə vasitəsi kimi VIII əsrə qədər geniş şəkildə istifadə edilməyə davam etmişdir. Siyasi baxımdan Abbasilər tezliklə buraya nəzarəti itirməyə başlamış və bu, iki böyük uzunmüddətli nəticəyə səbəb olmuşdur. Birincisi, Abbasi xəlifəsi Mötəsim xilafətdə türk muzdlularının və məmlük qullarının varlığını xeyli artırmışdır. Nəticədə onlar ərəbləri və farsları ordudan, dolayısıyla siyasi hegemonluqdan sıxışdırıb çıxararaq Türk–İran simbiozu erasını başlatmışdılar. İkincisi, Xorasandakı Tahirilər faktiki olaraq müstəqil idilər, lakin sonra Sistandan olan Səfərilər şərq torpaqlarını azad etmiş, çox keçməmiş onların yerinə müstəqil Samanilər gəlmişdir.
Türk-İran ənənəsi

Türk-monqol ənənəsi
Türk-monqol ənənəsi — XIV əsrdə Asiyada Qızıl Orda və Çağatay xanlığının hakim elitaları arasında yaranmış etnomədəni sintez. Bu xanlıqların hakim monqol elitaları nəhayət fəth etdikləri və hökm sürdükləri türk əhalisinə assimilyasiya olundular və beləliklə də türk-monqollar kimi tanındılar. Bu elitalar monqolların siyasi və hüquqi institutlarını saxlamaqla tədricən islamı (tenqrizm kimi əvvəlki dinlərdən), eləcə də türk dillərini qəbul etdilər. Türk-Monqollar Monqol xanlıqlarının süqutundan sonra bir çox islamçı varis dövlətlər qurdular, məsələn, Qızıl Ordadan sonra Qazax və Tatar xanlıqları (məs, Krım xanlığı, Həştərxan xanlığı, Kazan xanlığı) və Orta Asiyada Cığatay xanlığını davamçısı olan Teymurilər imperiyası. Türk-Monqol şahzadəsi və Teymurun böyük nəvəsi olan Babur (1483–1530) Hindistan yarımadasının demək olar ki, hamısını idarə edən Böyük Moğol İmperiyasını qurdu. Türklər və tatarlar da Məmlük sultanlığı dövründə siyasi və hərbi hakimiyyəti həyata keçirərək Misirin bir hissəsini idarə edirdilər. Bu türk-monqol elitaları o dövrdə Orta Asiya müsəlmanları arasında üstünlük təşkil edən türk-fars ənənəsinin himayədarı oldular. Sonrakı əsrlərdə türk-monqol mədəniyyəti qonşu bölgələrə daşınaraq Cənubi Asiyanın (Hindistan yarımadası), xüsusən Şimali Hindistanın (Moğol İmperiyası ), Orta Asiya, Tarım hövzəsi (Şimal-Qərbi Çin) və Qərbi Asiyanın (Orta Şərq) böyük hissəsinin hakim və elit təbəqələrinin üstünlük təşkil edən mədəniyyətinə çevrildi. Çingiz xanın dövründən əvvəl türk xalqları və monqollar bir-biri ilə söz mübadiləsi aparırdılar, türk dilləri monqol dilindən daha fəal idi.
Qromnitsı (slavyan ənənəsi)
Sreteniye və ya Qromnitsı — slavyanlar arasında xalq təqvimində 2 (15) fevral tarixində qeyd olunan bayram. Xristian təqvimində İsa Məsihin Yerusəlim məbədində saleh Simeon və Peyğəmbər Anna ilə görüşünü qeyd edir. Xalq təqvimində ad üzərində aparılan etimoloji oyuna görə gün mövsümi bir sərhəd hesab olunurdu. Şərqi və Qərbi slavyanlar arasında qışın ortası və ya yazın ilk günləri, Cənubi slavyanlar üçün qış və yaz arasında sərhədi müəyyən edir. Marmot günü Terendez Агапкина Т. А. Мифопоэтические основы славянского народного календаря. Весенне-летний цикл (PDF). Традиционная духовная культура славян. Современные исследования. М.: Индрик. 2002.
Sreteniye (slavyan ənənəsi)

Genesiz
Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi (kitab)
"Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi" - Filologiya elmləri doktoru, professor,cavidşunas alim Əjdər Tağıoğlu tərəfindən yazılmış elmi əsər == Məzmun == Əjdər İsmayılovun (Əjdər Tağıoğlunun) bu monoqrafiyasında dünya ədəbiyyatında demonizm ənənələrinin Hüseyn Cavidin bədii-estetik irsində davamı və inkişafı məsələləri araşdırılır, öyrənilir. Müəllif bu istiqamətdə H.Cavid estetikasının ideya-fəlsəfı, bədii-mifoloji qaynaqları üzərində dayanır, şairin bədii dünyagörüşünə xas olan milli və beynəlmiləl cəhətləri də tədqiqata cəlb edir. Əjdər Tağıoğlu nun rəsmi oponenti olmuş Moskvalı professor A.L.Şteynin kitaba yazdığı “Müəllif haqqında söz”də deyir: ”Bu monoqrafiya romantizm tarixinin ümumi konsepsiyası ilə əlaqədar olan biliyimizi genişləndirir və dərinləşdirir. Aydın olur ki,romantizm öz klassik forması ilə, Qərbi Avropada olduğu kumi, ancaq XIX əsrin I yarısı ilə məhdudlaşmır. Əksinə, bu klassik məktəb mütəfəkkir romantik şair Hüseyn Cavidin poetik şəxsində öz hüdudlarını genişləndirir və dünya mədəniyyətinin inkişafında yeni mərhələyə - XX əsrin inqilablar epoxasına qədəm qoyur.” Monoqrafiada Cavidlə paralel təhlilə çəkilən Esxil, Milton, Şekspir, Kalderon, Bayron, Şelli, Göte, Şiller, Puşkin, lermontov və bu sıradan olan dünya ədəbiyyatının başqa korifeylərinə həsr edilmiş səhifələrlə Azərbaycan, Rus və Qərbi Avropa romantizminin poetik və fəlsəfi məziyyətlərini milli-tarixi aspektdən açılan araşdırmalarda biz kitabın müəllifinin simasında geniş profilli filoloq-alimlə üz-üzə dayanmış oluruq. Monoqrafiyada zəngin elmi, tarixi, bədii və mifoloji materiallar əsasında vahid Azərbaycan ölkəsində Atarpatendə (Odlar ölkəsi) Azərbaycan türklərinin və onların bir xalq olaraq təşəkkülündə və formalaşmasında iştirak etmiş Ön asiyanın başqa qohum türk tayfalarının mənəvi və mədəni inkişafında Zərduşti dünyagörüşün müstəsna rol oynamasını elmi-nəzəri ümumiləşdirmələrlə verilir. Bu baxımdan "Azərbaycan", "Atar/Ata" sözünün açımı, "Demon","Satana","İblis" mifik adlarının yaranmasında tarixi əhəmiyyət kəsb edən Azərbaycan türklərinin ilk təfəkkür işığı "Div" ("Çan") kəlməsinin araşdırılması, habelə bu sözlərin etomoloji təhlili kitabın elmi-nəzəri sanbalını dəyərləndirən,onun monumentallığını ölçən cəhətlərdəndir.
Dünya romantizm ənənəsı və Hüseyn Cavid (kitab)
"Dünya romantizm ənənələri və Hüseyn Cavid" - Filologiya elmləri doktoru, professor,cavidşunas alim Əjdər Tağıoğlu tərəfindən yazılmış elmi əsər. == Məzmun == Əjdər İsmayılov monoqrafiyasında, romantik dünya poeziyasının tarixi inkişaf qanunauyğunluqlarını aydınlaşdırmaqda, Şərqdə onun özünəməxsus cəhətlərini ümumiləşdirmək baxımından Hüseyn Cavid yaradıcılığının geniş imkan yaratdığını, bu dahi Azərbaycan şairinin poeziysı öz gərgin mənəvi axtarışlarına, ülvi amalına görə Şekspir, Bayron, Şiller, Höte və başqa dünya şöhrətli romantik şairlərin poeziyasına yaxınlığını göstərir. Dünya romantik şairlərinin əksəriyyəti öz yaradıcılığına Şərqdən, onun zəngin mifologiyasından, bədii- poetik irsindən daha çox qidalanmış, Şərq ruhunun güclü təsirini duymuşlar. Sözgəlişi Bayronun Şərq dünyasına sönməz marağının onun romantik şair kimi yetişməsində, yaradıcılığının geniş dünya şöhrəti qazanmasında çox böyük, səmərəli əhəmiyyəti olmuşdur. (Bayronun poeziyyasında Şərq nəfəsi sonralar Puşkinə təsir göstərmiş, onun şerlərində öz əksini tapmışdır.) Hötenin “Şərq ruhunu dərindən duyması” (Hegel) sayəsində yaratdığı ” Qərb - Şərq divanı”onun romantik- poetik axtarışlarının üfüqlərini genişləndirmiş, poeziyasını zənginləşdirmiş, şöhrətini artırmışdır. Bayronun, Hötenin və başqa romantiklərin timsalında Qərblə-Şərq ruhunu sintezinə, qovuşmasına çalışmaq meyili göstərir ki, bu da poeziyasının bəşəri meyillərindən sayılmalıdır. Belə meyil bəşəri mədəniyyətinin mahiyyətlə vəhdətini, bütövlükdə insanlığın mənafeyinə xidmət etdiyini təstiqləyir. Hüseyn Cavid romantizmi öz bədii-estetik mənşəyinə görə Azərbaycan mədə-niyyətinin dərin tarixi qatlarına bağlı olmuş, Şərq bədii düşüncəsindən, fəlsəfəsindən, o cümlədən, panteist görüşlərdən qidalanmış, Avropa, rus ədəbiyyatlarının ənənələrindən milli zəmində bəhrəlanmışdir.Onun istifadə etdiyi mənbələr nə qədər geniş, rəngarəng olsa belə, onları özünün milli poetik düşüncə tərzinə, poeziyasının ahənginə, min bir çalarlı musiqisinə uyğunlaşdırmış, öz orjinal yaradıcılıq fərdiliyinə, şair “mən”inə sadiq qalmış şəxsiyyətinin bütövlüyünü təstiqləmişdir. Hüseyn Cavid istər ətraf mühitə, istər yaratdığı bədii gerçəkliyə, oxuduğu, öyrəndiyi sənətkarların dünyasının demonik-yaradıcı gücü ucalığından baxmağı bacarırdı. Filosov – şairin istedadının bu demonik-yaradıcı gücü romantizminin bənzərsiz zənginliyində təcəssüm tapmışdır.