Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ədirnə
Ədirnə (türk. Edirne; əvvəllər Adrianopol; yun. Αδριανούπολις) — Şərqi Trakiyada, Türkiyənin şimal-qərbində, Yunanıstan və Bolqarıstan sərhədlərinə yaxın şəhər. Ədirnə ilinin mərkəzidir. Konstantinopol (İstanbul) Osmanlı imperiyasının yeni paytaxtı olduqdan əvvəl, 1365-ci ildən 1453-cü ilə qədər, imperiyanın paytaxtı olmuşdur. Bir yəhudi icması da bu şəhərdə var. Şəhərin ilk adı "Adrianopolis" olmuşdur. Roma imperatoru Adrianın şərəfinə bu cür adlandırılmışdır. Yambol Prizren Aleksandropolis Qırxpınar Yağlı Gürəşləri bu şəhərdə təşkil edilməkdədir. Ədirnənin köklü klubu Ədirnəspor bu şəhərdə öz ev oyunlarını keçirməkdədir.
Aparatla əyirmə
Aparatla əyrimə – müxtəlif uzunluqlu liflərdən və ya lif qalıqlarından böyük xətti sıxlığa malik qalın xovlu yun və qarışıq iplik hazırlamaq üçün aparılan proses. İplik almaq üçün darama aparatında daranmış lif layı aparatın eni boyunca zolaqlara ayrılır, sonra zolaqlar eşilərək sıxlaşdırılır və ilkin iplik əmələ gətirir. Halqalı əyirmə maşınlarında ilkin iplikdən iplik alınır. Yunəyirmə prosesində Aparatla əyirmə mahud əyirməsi də adlanır.
Ədirnə Sarayı
Ədirnə Sarayı ya da Saray-ı Cədid-i Amirə (Yeni Saray) — Ədirnədəki Osmanlı saraylarından biridir. İstanbuldakı Topqapı Sarayından sonra Osmanlının ən böyük sarayı idi. Günümüzə yalnızca çox kiçik bir hissəsi gəlib çatmışdır. Şəhər mərkəzindən uzaq, Tunca çayının qərbində, geniş meşə sahəsində yerləşən saray təqribən 3 milyon m² ərazini tutur. 5 əsas meydan və bu meydan içində yerləşən tikililərdən ibarətdir. İçində bir saray bağçası vardı. Keçmişdə sarayın yerləşdiyi Sarayiçi bölgəsi, günümüzdə Qırxpınar güləşlərinin keçirildiyi sahədir. İnşasına II Murad dönəmində başlanılmış, II Mehmed zamanında Memar Şəhabəddin tərəfindən tamamlanmışdır. Ən zamanı IV Mehmedin səltənət dönəmidir. Bu illərdə sarayın içinə yeni köşk, qəsr, çeşmə və hovuzlar tikilmişdir.
Ədirnə ili
Ədirnə ili — Türkiyədə il. Türkiyənin Mərmərə regionunun Trakya bölgəsində, Türkiyənin Avropa hissəsində Yunanıstan və Bolqarıstanla sərhəddə yerləşir. Şərqdə Kırklareli, Təkirdağ, cənubda Çanaqqala və Egey dənizi, qərbdə Evros (Yunanıstan), şimalda isə Haskovo (Bolqarıstan) ilə əhatələnmişdir. Ədirnənin ən qədim xalqı Traklardır. Onlar Meriç və Tunca çaylarının birləşdiyi bölgədə bir kənd saldılar. Kəndin adı Odris (Odrisia) idi. Makedoniyalı İsgəndərin dövründə kəndinin adı dəyişdirilərək Odrestia (Odrestas) olaraq dəyişdirilmişdir. II əsrdə Roma imperatoru Adrianın (117-138) Orestia qəsəbəsinin stratejik əhəmiyyətinə görə şəhər statusu verildi və təmir işləri aparıldı. Adrianın şərəfinə şəhərin adı dəyişdirilərək Adrianopolis adlandırıldı. Daha sonralar şəhərin adı Adrianopol olaraq formalaşmağa başladı.
Ədirnə müqaviləsi
Ədirnə sülh müqaviləsi və ya Adrianapol sülh müqaviləsi — 14 sentyabr tarixində Osmanlı imperiyası və Rusiya imperiyası arasında Ədirnə şəhərində imzalanmış müqavilədir. Rusiya-Osmanlı müharibəsini (1828–1829) sona çatdırmışdır. Bu müqavilə ilə Yunanıstan müstəqilliyini qazanmışdır. Rusiya Osmanlı sultanı II Mahmudun Navarin dəniz döyüşündə Osmanlı donanmasının yandırılması ilə nəticələnən hadisələrə görə müharibə təzminatı istəməsindən sonra ona müharibə elan etdi. II Mahmud bu arada Yeniçəri Ocağını ləğv etmiş, yerinə Asakir-i Mansure-i Muhammediye adlı yeni hərbi təşkilat qurmuşdu. Təşkilatlanmasını hələ tamamlaya bilməmiş olan bu ordu rus qüvvələri qarşısında güc göstərə bilmədi. Valaxiya və Moldaviyanı işğal edən ruslar Dunaya qədər endilər. Balkanları aşan Rusiya qərbdə Ədirnə, şərqdə isə Ərzuruma qədər irəlilədi. 10 (22) avqust 1829-cu ildə Osmanlı sultanı II Mahmud Rusiya tərəfinin şərtləri əsasında təcili danışıqlara başlamaq haqqında qərar qəbul etdi. Rusiya tərəfi ilkin sülh şərtlərinə əlavə olaraq Qarsın, Axaltsixin və Axalkalakinin də Rusiyaya güzəştə gedilməsini tələb etdi.
Ədirnə vilayəti
Ədirnə vilayəti — Osmanlı İmperiyası tərkibində, 1867–1922–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Ədirnə şəhəri idi.
Ədirnə Muzeyi
Ədirnə Arxeologiya və Etnoqrafiya Muzeyi (türk. Edirne Müzesi) — Ədirnənin mərkəzində, Qədir Paşa Məktəb küçəsində, Səlimiyə məscidinin şərq qapısından 50 metr məsafədə, Osmanlı dövrünə aid məzar daşlarının sərgiləndiyi muzey. Ədirnədəki ilk muzey 1925-ci ildə Mustafa Kamal Atatürkün göstərişi ilə Səlimiyə məscidi Dar-ül Hadis mədrəsəsində Rıfat Osman, Arif Dağdevirən və Nəcmi İyə tərəfindən təsis edilib. Muzey arxeologiya muzeyi kimi tanınsa da, muzeydə qiymətli etnoqrafik əsərlər və qəbir daşları da qorunur. Osmanlı imperiyasının təxminən 94 il paytaxtı olmuş Ədirnə və saray xalq sənətinə də təsir edərək şəhərə etnoqrafik zənginlik qatmışdır. Bu səbəbdən də ikinci muzeyə ehtiyac duyuldu və Səlimiyə məscidinin həyətində yerləşən Dar-üs Sıbyan mədrəsəsi Trakya Baş Müfəttişi Kazım Dirikin rəhbərlik etdiyi "Ədirnə və Ətraf əraziləri Sevənlər qurumu" tərəfindən bərpa edildi. "Etnoqrafiya" adı altında təmir edilmiş yeni bölməsi 25 noyabr 1936-cı ildə açıldı. Ankara Etnoqrafiya Muzeyi və Topkapı Saray Muzeyindən bəzi qiymətli əsərlər gətirilərək muzeydə saxlanılır. Eksponatların sayının çoxalması, Səlimiyə məscidinin Dar-ül Kürra mədrəsəsinin də həmin qurum tərəfindən təmir edilməsi ehtiyacını doğurdu və “Diyarşünaslıq muzeyi” kimi təşkil edildi. Muzeylərdəki qiymətli eksponatların əksəriyyəti İkinci Dünya müharibəsi zamanı şəhərə ola biləcək mümkün hücumlara qarşı İstanbul və Anadolu muzeylərinə köçürülmüşdü.
Əzimə Ağalarova
Əzimə Ağalarova - (Əzimə Xaspolad qızı Agalarova; d. 18 mart 1959, Azərbaycan, Zərdab) — İngilis, fransiz, alman, rus, türk dilləri daxil olmaqla 5 dildə bilən istedadlı yazıçı. Əzimə Ağalarova 1959-cu ildə mart ayının 18-də Azərbaycan Respublikasının Zərdab rayonunda anadan olub. 1976-cı ildə Ş.Qurbanov adına 2 nömrəli orta məktəbi bitirimiş, həmin ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) İngilis-Fransız dilləri fakültəsinə qəbul olmuş, 1981-ci ildə məzun olmuşdur. İlk işinə 1984-cü ildə Azərbaycan Respublikası Daxili işlər Nazirliyində başlamış, 1993-cü il dekabr ayında Almaniyanın Hamburq şəhərinə köçmüşdür. 6 dildə bilən yazıçı Almaniyada müxtəlif sahələr üzrə tərcüməçi işləmişdir. 1 oğlu, 3 nəvəsi var. Yazarliga 6 il əvvəl 2013-cü ildə başlayan Əzimə Ağalarova 6 kitab, 5 roman müəllifidir. Bir il ərzində iki kitabı nəşr olunmuş yazarın əsərlərinin əsas mövzusu gizli təskilatlar, dərin dövlət və eşqdir. Belletristik janrlarda yazır.
Ədirnə hadisələri (1703)
Ədirnə hadisələri (Türkcə: Edirne Vak‘ası) — 1703-cü ildə Şeyxülislam Feyzullah Əfəndinin ölümü, II Mustafanın taxtdan endirilməsi və III Əhmədin cülusu ilə nəticələnən ayaqlanma. İstanbuldan hərəkət edən inqilabi ordunun Ədirnədəki II Mustafanı taxtdan endirməsi ilə nəticələnən bu hadisə Osmanlı tarixində Ədirnə hadisələri adlanır. Ancaq hadisələrin baş qəhrəmanı hesab olunan Feyzullah Əfəndi səbəbi ilə bu hadisələr Feyzullah Əfəndi hadisələri də adlanır. Vyana mühasirəsindəki məğlubiyyətin ardından Osmanlıların düşdüyü siyasi, iqtisadi və sosial çalxantıların da təsiriylə meydana gələn bu hadisənin əsas səbəbi, dövrün padşahı II Mustafa üzərində olduqca güclü təsiri olan Şeyxülislam Seyid Feyzullah Əfəndinin dövlət işlərinə olan müdaxiləsi olmuşdur. Xüsusilə dövlət strukturundakı yüksək mövqelərə öz adamlarını gətirən Feyzullah Əfəndinin əleyhdarları getdikcə artmaqda idi. Bu müxalif qrupun başında isə illərdir sədarət növbəsini gözləyən ikinci vəzir Kürəkən Həsən Paşa ilə Zöhrablı Əhməd Paşa, Qaçaq Həsən Paşa və yeniçəri ağası Çalıq Əhməd ağa dayanırdı. Üsyann arxa planında isə həmişəki kimi üləma zümrəsi yer alırdı. Buna səbəb isə İstanbul qazılığı ilə Rumeli və Anadolu başqazılığı vəzifələrinin şeyxülislamın oğlanları tərəfindən zəbt olunması və bu səbəbdən vəzifə təyinatlarının gecikdirilməsi idi. Feyzullah Əfəndinin Darüssəadə ağalığı, silahdarlıq, Ədirnə saray ağası kimi önəmli vəzifələrə də öz adamlarını yerləşdirməsi saray daxilində də ona qarşı fikirləri alovlandırmışdı. O əsnada Sultan II Mustafanın Ədirnə və yaxınlığında ova çıxması və uzun müddətdir ki, dövlət idarəsinin Ədirnəyə köçürülməsi iqtisadi çalxantının da təsiriylə İstanbul əhalisi də narazı qrupa qatıldı.
Ədirnə müharibəsi (1913)
Ədirnə mühasirəsi — (Bolgarca: Битка при Одрин, Serbcə: Bitka za Jedrene, İngilizce: Siege of Adrianople) Birinci Balkan Müharibəsi zamanı 1912-ci il oktyabrın ortalarından 26 mart 1913-cü ilə qədər Bolqarıstanın 2-ci Ordusu tərəfindən həyata keçirilmişdir. Şəhərin içində müdafiəni təşkil edən 52 min 597 əsgərdən başqa, 106 min nəfər mülki əhali idi (yarısı türk, qalanları yunan, erməni, bolqar, yəhudi və Qərbi avropalılar). 24 sentyabr 1912-ci il tarixində Osmanlı Sofiya səfirliyinin İstanbula göndərdiyi xəbərdarlıq teleqramı yaxınlaşan təhlükəni bildirirdi: "Bolqarların ilk məqsədi Osmanlının gücsüz Kırklareli qoşunudur. Ədirnə isə dominant hücum hazırlanır. Ədirnəyə kömək edilməli, vətəni xidmət müddəti dolan əsgərlər tərxis olunmamalıdır". Ədirnə müdafiə mövqeyi komandanlığına gətirilən Mehmed Şükrü Paşa, Ədirnənin mühasirəsi başlamazdan bir həftə əvvəl şəhərə getdi. Ədirnə müdafiəsi vəzifəsi verilən Şükrü Paşaya şəhərin mühasirə edilməsi halında 50 gün müdafiə edilməsi əmri verilmişdi. Bu müddətdə ya Bolqar ordularının gerilətməlidirlər, ya da İstanbuldan dəstək göndəriləcəyi nəzərdə tutulmuşdu. Ancaq Mehmed Şükrü Paşa İstanbuldan dəstək almamasına baxmayaraq, Bolqar və Serbiya ordularının hücumlarına 5 ay 5 gün müddətdə müqavimət göstərərək tarixə keçən bir müdafiə təşkil etdi. Yenə də mühasirə etməyin uğurla nəticələnməsi böyük bir hərbi uğur kimi qəbul edilir, çünki şəhərin müdafiəsi alman mühasirə etmə mütəxəssisləri tərəfindən inkişaf etdirilmiş və məğlubedilməz qəbul edilmişdi.
Ədirnə müqaviləsi (1829)
Ədirnə sülh müqaviləsi və ya Adrianapol sülh müqaviləsi — 14 sentyabr tarixində Osmanlı imperiyası və Rusiya imperiyası arasında Ədirnə şəhərində imzalanmış müqavilədir. Rusiya-Osmanlı müharibəsini (1828–1829) sona çatdırmışdır. Bu müqavilə ilə Yunanıstan müstəqilliyini qazanmışdır. Rusiya Osmanlı sultanı II Mahmudun Navarin dəniz döyüşündə Osmanlı donanmasının yandırılması ilə nəticələnən hadisələrə görə müharibə təzminatı istəməsindən sonra ona müharibə elan etdi. II Mahmud bu arada Yeniçəri Ocağını ləğv etmiş, yerinə Asakir-i Mansure-i Muhammediye adlı yeni hərbi təşkilat qurmuşdu. Təşkilatlanmasını hələ tamamlaya bilməmiş olan bu ordu rus qüvvələri qarşısında güc göstərə bilmədi. Valaxiya və Moldaviyanı işğal edən ruslar Dunaya qədər endilər. Balkanları aşan Rusiya qərbdə Ədirnə, şərqdə isə Ərzuruma qədər irəlilədi. 10 (22) avqust 1829-cu ildə Osmanlı sultanı II Mahmud Rusiya tərəfinin şərtləri əsasında təcili danışıqlara başlamaq haqqında qərar qəbul etdi. Rusiya tərəfi ilkin sülh şərtlərinə əlavə olaraq Qarsın, Axaltsixin və Axalkalakinin də Rusiyaya güzəştə gedilməsini tələb etdi.
Ədirnə sülh müqaviləsi (1829)
Ədirnə sülh müqaviləsi və ya Adrianapol sülh müqaviləsi — 14 sentyabr tarixində Osmanlı imperiyası və Rusiya imperiyası arasında Ədirnə şəhərində imzalanmış müqavilədir. Rusiya-Osmanlı müharibəsini (1828–1829) sona çatdırmışdır. Bu müqavilə ilə Yunanıstan müstəqilliyini qazanmışdır. Rusiya Osmanlı sultanı II Mahmudun Navarin dəniz döyüşündə Osmanlı donanmasının yandırılması ilə nəticələnən hadisələrə görə müharibə təzminatı istəməsindən sonra ona müharibə elan etdi. II Mahmud bu arada Yeniçəri Ocağını ləğv etmiş, yerinə Asakir-i Mansure-i Muhammediye adlı yeni hərbi təşkilat qurmuşdu. Təşkilatlanmasını hələ tamamlaya bilməmiş olan bu ordu rus qüvvələri qarşısında güc göstərə bilmədi. Valaxiya və Moldaviyanı işğal edən ruslar Dunaya qədər endilər. Balkanları aşan Rusiya qərbdə Ədirnə, şərqdə isə Ərzuruma qədər irəlilədi. 10 (22) avqust 1829-cu ildə Osmanlı sultanı II Mahmud Rusiya tərəfinin şərtləri əsasında təcili danışıqlara başlamaq haqqında qərar qəbul etdi. Rusiya tərəfi ilkin sülh şərtlərinə əlavə olaraq Qarsın, Axaltsixin və Axalkalakinin də Rusiyaya güzəştə gedilməsini tələb etdi.
Sokollu Mehmed Paşa külliyəsi (Ədirnə)
Sokollu Mehmed Paşa Külliyəsi — Ədirnədə XVI əsrə aid külliyə. Osmanlı sultanları I Süleyman, II Səlim və III Murad dönəmlərində sədrəzəm olmuş Sokollu Mehmed Paşa tərəfindən inşa etdirilən külliyə məscid, mədrəsə, xanəgah, karvansara, imarət, qoşa hamam, körpü, məktəb və çeşmədən ibarətdir. Memar Sənan tərəfindən inşa olunan külliyə Sokollu Mehmed Paşanın gənc yaşda vəfat etdiyi oğlu Qurd Qasım Paşanın şərəfinə 1576-1577 tarixlərində inşa edilmişdir. Abdurrahman Hibrî Efendi, Menâsik-i Mesâlik (haz. Sevim İlgürel, TED, sy. 6 [1975] içinde), s. 114; Evliya Çelebi, Seyahatnâme, III, 479; Gökbilgin, Edirne ve Paşa Livâsı, s. 512; Metin Sözen v.dğr., Türk Mimarisinin Gelişimi ve Mimar Sinan, İstanbul 1975, s. 200, 202, 232; Jale Nejdet Erzen, Mimar Sinan Dönemi Cami Cepheleri, Ankara 1981, s. 18, 64, 102-103; Mustafa Cezar, Tipik Yapılariyle Osmanlı Şehirciliğinde Çarşı ve Klasik Dönem İmar Sistemi, İstanbul 1985, s.
Endirmək
Endirmək (ing. Rcd) - informasiya texnologiyaları sahəsində hər hansı internetdə mövcud olan bir sistemdən məlumatın və ya faylın internet yükləməsi vasitəsilə kompyuterə köçürülməsidir.
Çekdirmə
Çekdirmə və ya Çekdirme — türkmənlərin milli yeməklərindən biri. Bu Yemək qazanda bişirilir. Hazırlanması üçün düyü, quzu əti, dövmə pomidor və soğan, yağ, su, duz və istiot istifadə olunur. Xırda-xırda doğranmış soğanları qovurduqdan sonra xırda doğranmış ətləri qızardırlar, sonra dövmə pomidor əlavə edirlər. Sonra suyu əlavə edib əti qaynamağa buraxırlar. Sonra su ilə örtülməli olan düyü tökürlər. İstiliyi azaldırlar və düyü bişənə qədər yeməki tərk edirlər.
Edirne
Ədirnə (türk. Edirne; əvvəllər Adrianopol; yun. Αδριανούπολις) — Şərqi Trakiyada, Türkiyənin şimal-qərbində, Yunanıstan və Bolqarıstan sərhədlərinə yaxın şəhər. Ədirnə ilinin mərkəzidir. Konstantinopol (İstanbul) Osmanlı imperiyasının yeni paytaxtı olduqdan əvvəl, 1365-ci ildən 1453-cü ilə qədər, imperiyanın paytaxtı olmuşdur. Bir yəhudi icması da bu şəhərdə var. Şəhərin ilk adı "Adrianopolis" olmuşdur. Roma imperatoru Adrianın şərəfinə bu cür adlandırılmışdır. == Qardaş şəhərlər == Yambol Prizren Aleksandropolis == Ədirnədə idman == Qırxpınar Yağlı Gürəşləri bu şəhərdə təşkil edilməkdədir. Ədirnənin köklü klubu Ədirnəspor bu şəhərdə öz ev oyunlarını keçirməkdədir.
Çadır seçdirmə
Çadır seçdirmə (ing. marquee select) — qrafik istifadəçi interfeysində (GUI): birdən çox obyektin bir dəfəyə seçdirilməsi üsulu. Termin öz adını qırıq-qırıq cizgilərdən (qarışqalardan) ibarət məhdudlaşdırıcı çərçivəni bildirən canlandırılmış effektdən götürüb; bu effektdən teatr çadırlarında istifadə olunurdu. Obyektləri çadır seçdirməsi üsulu ilə seçdirmək üçün öncə siçanın göstəricisini obyektlər qrupunun sol yuxarı küncünə aparmaq, sonra siçanın sol düyməsini basıb saxlamaqla göstəricini qrupun sağ aşağı küncünə doğru diaqonal boyunca hərəkət etdirmək, və nəhayət, "çadır" bütün obyektləri əhatə etdikdən sonra siçanın düyməsini buraxmaq lazımdır. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Falsifikasiya edilmə
Falsifikasiya ilə qarışdırılmamalıdır. Falsifikasiya edilmə (ifadənin əsaslı şəkildə falsifikasiya edilməsi, Popper meyarı) — elmi olması iddia edən empirik və ya digər nəzəriyyənin elmilik meyarı. 1935-ci ildə Karl Popper tərəfindən tərtib edilmişdir . Nəzəriyyə Popperin meyarına cavab verir (bu meyarın sınağı ilə bağlı saxtalaşdırıla bilər və müvafiq olaraq elmidir), əgər onun eksperimental və ya digər təkzibi ehtimalı varsa. Bu meyara görə, ifadələr və ya ifadələr sistemi yalnız təcrübə ilə toqquşma qabiliyyətinə malik olduqda, daha dəqiq desək, sistematik şəkildə yoxlanıla bilsə, yəni sınaqlara məruz qalarsa, empirik dünya haqqında təkzib edilən məlumat ehtiva edir. Başqa sözlə, Popperin meyarına görə: elmi nəzəriyyə əsaslı şəkildə təkzibedilməz ola bilməz . Beləliklə, bu doktrinaya görə, “demarkasiya” deyilən problem, yəni elmi biliyin qeyri-elmi biliklərdən ayrılması problemi həll olunur . Falsifikasiya edilmə prinsipi verifikasiya prinsipinin əksidir: fərziyyəni yoxlayarkən tədqiqatçı onu təsdiqləyən nümunələr axtarır, falsifikasiya prinsipi isə əskinə onu təkzib edən nümunələri.
Ölmüş elan edilmə
Ölmüş elan edilmə — hər hansı bir şəxsin ölümü ilə bağlı birbaşa sübutun olmadığı (ona aid cəsədin, qalıqların, sümüklərin və s. tapılmadığı və ya qalmadığı) hallarda onun hüquqi baxımdan ölmüş elan edilməsidir. Beynəlxalq terminologiya olaraq əsasən "ölüm prezumpsiyası" kimi işlədilsə də bu cür ifadə Azərbaycan Respublikasının qanunvericiliyində istifadə olunmur. Anlayışın mahiyyətinə uyğun müddəalar Azərbaycan Respublikası Mülki Məcəlləsində əks olunmuşdur: 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 41.4.
Səni tərənnüm edirəm, Vətən! (film, 1975)
Filmdə Lütfiyar İmanov "Vətən", "Bakı neftçiləri", Yalçın Rzazadə "Bakı, sabahın xeyir!", L.Şəripova "Gözəllik gülüstanı", Elmira Rəhimova "Xeyirxah adamlar", C.Əliyev "Azərbaycan gözəli" və "Dənizə baxıram" mahnılarını ifa edir, tamaşaçıların gözləri önündən Azərbaycanın gözəl mənzərələri gəlib keçir.