Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abordaj
Abordaj (fr. abordage) — avarlı və yelkənli gəmilərlə döyüş üsulu. Adətən, zədələnmiş düşmən gəmisini ələ keçirmək üçün tətbiq edilirdi. Hücum edən gəmi qarmaqla o birinə bağlanır və döyüşün nəticəsi əlbəyaxa vuruşmadan asılı olurdu. Uzaqvuran topların və buxar gəmilərinin meydana çıxması ilə abordaj XIX əsrdən əhəmiyyətini itirmişdir.
Kamal Burkay
Kamal Burkay (türk. Kemal Burkay; 1937) — Türkiyə yazıçısı və siyasətçisi. == Həyatı == Kamal Burkay 1937-ci ildə Türkiyənin Tuncəli vilayətində, kürd mənşəli ailədə anadan olmuşdur. İbtidai təhsilini Tuncəlidə almış və 1960-cı ildə Ankara Universitetinin Hüquq fakültəsini bitirmişdir.Kamal Burkay 1965-ci ildə Türkiyə Fəhlə Partiyasına qoşulmuşdur. O, 1966-cı ildə dərc olunmuş məqaləyə görə həbs edilmişdir. 1971-ci ildəki dövlət çevrilişindən sonra siyasi fəaliyyətlə məşğul olan kürdlərin çoxu həbs olunmuşdur. Burkay bir il həbsdə qalmış və yeni həbs qərarı çıxdıqdan sonra 1972-ci ildə Almaniyaya qaçmışdır. O, 1980-ci ildə Türkiyədə dövlət çevrilişi ərəfəsində ölkəni yenidən tərk edərək İsveçdə məskunlaşmışdır. Jurnalist Oral Çalışlar 1993-cü ildə o zaman Kürdüstan Sosialist Partiyasının sədri olan Burkay və Abdullah Öcalandan 18 gün müsahibə almışdır. Müsahibə daha sonra "Cumhuriyet"də, daha sonra isə kitabça şəklində çap olunmuşdur.
Aratan
Aratan — qədim türkcə ər "kişi", "igid", "sərrast atıcı", və tən "bərabər", "sanki özü", "elə bil" sözlərindən; ümumi mənası: "igid kimi", "sanki igid", "igidə tay" və s. Qədim türkcə təng (sonunda qovuşuq "nq" fonemi ilə) öz inkişafında eyni mənalı iki söz yaratmışdır: tən və tək. Azərbaycan dilində bu sözlərin ikisi də vardır. Məsələn, Aytən qız adı "Ay kimi", "Sanki ay" mənasını verir; tək sözü isə, məsələn, "aslan tək döyüşdü", yəni "şair kimi döyüşdü" ifadəsində qalır. Bu söz dilimizdə təkin formasında da işlənir. == Tarixi == Aratan- İrəvan xanlığının Karpibasar mahalında kənd adı. XIX əsrin II yarısından etibarən adı çəkilmir. Musa Kalankatlının "Alban tarixi"ndə Albaniyanın Arsak bölgəsində Tancik (yəni "Kiçik Tan"), Bulu-Tan (1828-ci ildə İrandan gəlmə ermənilər yerləşdikdən sonra təhrif olunmuş Plıtans şəklindədir) yəni "Ulu (böyük) Tan" və 1727-ci il arxiv sənədinə görə orada Müsəlman-Tan kənd adları ilə sıra təşkil edir. 1949-1950-ci illərdə kəndin əhalisi Azərbaycana köçürülmüşdür.
Avaran
Avaran (Qusar) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Avarua
Avarua (ing. Avarua) — Rarotonqa adasının şimalında yerləşən şəhər, Kuk adaları dövlətinin paytaxtı. == Ümumi məlumat == Avaruanın əhalisi 10 min nəfərdir (2005-ci il), bu Kuk adası əhalisinin təqribən yarısı deməkdir. Avarua portundan dünyaya kopra, mirvari və meyvələr daşınır. Şəhərdə universitet və kitabxana, həmçinin aeroport vardır.
Avatar
Avatar aşağıdakı mənalarda işlənə bilər: Avatara — induizmdə müəyyən missiya ilə maddi dünyaya enmiş tanrının adı. == Filmlər == Avatar — 1916-cı il istehsalı olan italyan səssiz filmi. Avatar: Aanq haqqında əfsanə — Nickelodeon telekanalında nümayiş olunan cizgi serialı. Korra əfsanəsi — Nickelodeon telekanalında nümayiş olunan cizgi serialı. Avatar — 2009-cu il istehsalı olan ABŞ fantastika filmi.
Avarn
Avarn (q.yun. Αβαρνεσ) — Anadoluda qədim Bizans şəhəri. Kayseri yaxınlığındakı Kültəpə (Kaniş) və Əlişarda (Ankuva) tapılan, Assuriya dövrünə aid mixi yazı ilə yazılmış kitabələrdə adı qeyd olunur. Ehtimal olunur ki, bu, eyniadlı parçanın toxunma mərkəzidir. Bəzi tarixçilərə görə şəhər indiki Çərmik ərazisində yerləşirdi.
Valun
Valun – (rus. валун, ing. boulder, cobble) cilalanmış iri (girdə) süxur parçası (sal daş), eninə ölçüsü 10 sm və daha çox olur. Buzlaq, delüvial, prolüvial və allüvial mənşəli olur.
Xatun
Xatun və ya xatın — türkdilli xalqlarda hökmdarın qadın həyat yoldaşına və ya şahzadə qızlara verilmiş ad. Sonralar digər Şərq xalqları arasında da yayılmışdır. Xatunlar dövlətin idarə olunmasında, siyasi və iqtisadi həyatında mühüm rol oynamışdılar. İndiki dövrdə qadın adı kimi istifadə olunur. == Etimologiyası == İslam Ensiklopediyasına görə, "Xatun Göytürklərin və sonrakı türk hökmdarlarının arvadları və qadın qohumları tərəfindən daşınan soqd mənşəli bir tituldur". Bruno de Nikolanın "Women in Mongol Iran: The Khatuns, 1206-1335" kitabına görə, "xatun" termininin linqvistik mənşəyi məlum deyil, lakin ehtimal olunur ki, qədim türk və ya soqd mənşəlidir. Piter Bencamin Qoldenin müşahidəsinə görə, "xatun" titulu Göytürklər arasında xaqanın qadın həyat yoldaşının titulu kimi yaranmışdır və soqdca "xwāten", yəni "hökmdarın arvadı" sözündən götürülmüşdür.
Ordan-burdan (film, 1987)
== Məzmun ==
Aconitum alatum
Turpabənzər kəpənəkçiçəyi (lat. Aconitum napellus) — kəpənəkçiçək cinsinə aid bitki növü. == Sinonim == Aconitum alatum Wender. Aconitum amoenum Rchb. Aconitum ampliflorum Rchb. Aconitum anglicum Stapf Aconitum bavaricum Starm. Aconitum braunii Rchb. Aconitum caeruleum Dulac Aconitum canescens Schleich. ex Rchb. Aconitum clusii Rchb.
Avalan (Hurand)
Avalan (fars. آوالان‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 153 nəfər yaşayır (25 ailə).
Avalon yarımadası
Avalon yarımadası — Nyufaundlend adasının cənub-şərq hissəsində yerləşən iri yarımadalarından biri. Sahilləri nisbətən parçalıdır və körfəzlərə əhatələnib. Ərazi Şimali Amerika materikinin avropalı kolonistlər tərəfindən ilk məskunlaşma bölgələrindən biridir. Yarımada ərazisində 250 min nəfər insan məskunlaşmışdır. Yarımadada vilayətin paytaxtı olan Sent-Cons şəhəri yerləşir.
Avaran (Eçmiədzin)
Avaran — Eçmiədzin qəzasında kənd adı. == Toponimik izah == Avaran- İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı. (133, 1). Qədim türk mənşəli Abar tayfasının adını əks etdirir. Bax: Abaran. == İstinadlar == == Ədəbiyyat == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan, Bakı, 1992.
Avaran (Qusar)
Avaran — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Coğrafiyası == Kənd Qusarçayın sol sahilində, Qusar maili düzənliyində yerləşir. == Toponimikası == Oykonim "avar" etnonimindən və "-an" (məkan və cəmlik bildirir) şəkilçidən düzəlib, "avarların yeri" mənasındadır. Mənbələrdə VI əsrin ortalarından etibarən Şimali Qafqazdan Albaniya ərazisinə gəlmiş türkdilli avar tayfasının adı ilə bağlı Avarqan dərəsi oronimi Qubadlı rayonu ərazisində qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1343 nəfər yaşayır. Əhali ləzgilərdən ibarətdir.
Avatar (rəsm)
Avatar — vizual gap (CHAT), yaxud virtual reallıq proqramlarında istifadəçini təmsil edən kiçik rəsm. Ölçüləri müxtəlif olur, ancaq 100x100, 50x50, 120x120 piksel ölçülü avatarlar daha geniş yayılıb. Hind mifologiyasına görə, avatarlar tanrıların yerüzünə endikləri zaman büründükləri şəkillərdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: "Bakı" nəşriyyatı, 2017, 996 s.
Bulbophyllum alatum
Bulbophyllum alatum (lat. Bulbophyllum alatum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Kalimantan üçün endemik növdür.
Bulbophyllum ovatum
Bulbophyllum ovatum (lat. Bulbophyllum ovatum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Celastrus alatus
Euonymus alatus (lat. Euonymus alatus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü.
Daucus alatus
Yabanı yerkökü (lat. Daucus carota) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin yerkökü cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yabanı yerkökü kökümeyvəlilər içərisində ən çox yayılmış tərəvəzdir. Ondan təzə halda aşpazlıqda, qurudulmaq, şirə hazırlamaq, tərəvəz konservləri və karotin istehsalı üçün istifadə olunur. Yerkökünün üzəri nazik qabıq təbəqəsi ilə örtülüdür. Qabığın altında qidalı maddələrlə zəngin ətli hissə yerləşir. Kök mərkəzində özək vardır. Özəyin zərif və ya kobud olması yerkökünün keyfiyyətliliyini göstərir. Tərkibində az miqdarda şəkər olan özəyin dadı yerkökünün ətli hissəsinə nisbətən pis olur. Yerkökünün tərkibində orta hesabla 4–12% şəkər, 0,53–2,23% zülal, 0,1–0,7% yağ, 0,54–3,50% sellüloza, 0,4–2,9% pektin maddəsi, 2,3–5,6% azotsuz ekstraktlı maddə, o cümlədən dekstrin və nişasta, 0,6–1,7% kül olur.
Euonymus alatus
Euonymus alatus (lat. Euonymus alatus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü.
Euseius alatus
Euseius alatus (lat. Euseius alatus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Kvantun yarımadası
Kvantun yarımadası (çin. 關東) — Çinin şimal-qərbində yerləşən yarımada. Lyaodun yarımadasının cənub-qərb qutaracağını təşkil edir. == Tarixi == Sin imperiyası dönəmində Lyaonin vilayəti ərazisinə daxil idi. Çin-yapon müharibəsi sonrası yarımada Simonosek müqaviləsinə əsasən Yaponiyaya verilir. Ancaq Fransa, Rusiya və Almaniyanın təzyiqi ilə ərazi yenidən Çinə qaytarılır. 1897-ci ilin dekabr ayında rus hərbi-dəniz qüvvələri Lyayşunkou limanına daxil olur. Bura rəsmi olaraq Port-Artur adlandırılır. 1898-ci ilin martında Rusiya rəsmi olaraq 25 illiyinə. Admiral Yevgeni Alekseev bölgənin komandanı elan edilir.
Polygonatum ovatum
Hamar toyçiçəyi, Hamar güyənə (lat. Polygonatum glaberrimum) - toyçiçəyi cinsinə aid bitki növü. == Sinonim == Polygonatum mischtschenkoanum Greuter Polygonatum odoratum subsp. glaberrimum (K.Koch) Elenevsky & Zernov Polygonatum ovatum Miscz. ex Tamanian Polygonatum pruinosum Boiss. == Botaniki təsviri == Hündürlüyü 30-60 sm olan çoxillik bitkidir. Gövdəsi düzdür, sərt tillidir, şırımlıdır. == Yarpaq == Yarpaqıları enli-oval, bəzən neştərvari-oval olub, uzunluğu 9-12 sm, eni 3-6 sm-dir, çılpaqdır, alt tərəfdən tünd-göy, təpə hissədə tədricən sivriləşən və yaxud kütdür, qaidə hissəsində uzunluğu 10 mm-ə qədər olan qısa saplağa sərt daralmışdır. == Çiçək == Çiçəkləri yarpaq qoltuğunda 1-2 ədəd olmaqla sallaq çiçək saplağında yerləşmişdir. Çiçəkyanlığı iridir, slindrikdir, hamardır.
Proprioseiopsis ovatus
Proprioseiopsis ovatus (lat. Proprioseiopsis ovatus) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. == İstinadlar == Proprioseiopsis ovatus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.