Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abordaj
Abordaj (fr. abordage) — avarlı və yelkənli gəmilərlə döyüş üsulu. Adətən, zədələnmiş düşmən gəmisini ələ keçirmək üçün tətbiq edilirdi. Hücum edən gəmi qarmaqla o birinə bağlanır və döyüşün nəticəsi əlbəyaxa vuruşmadan asılı olurdu. Uzaqvuran topların və buxar gəmilərinin meydana çıxması ilə abordaj XIX əsrdən əhəmiyyətini itirmişdir.
Buday
Buday (ərəb. بوداي‎, ing. Bodai) — Cəbəl-Lübnanın ətəyində Litani çayının qərbində yerləşən Bəəlbək qubernatorluğunun tabeliyində olan Livan şəhəridir. Buday qədim Bəəlbək şəhərindən 15 km (9 mil) şimal-qərbdə və Livanın cənubundan 26 km (16 mil) məsafədə yerləşir və Beyrutun paytaxtından 90 kilometr (55.926 mil) uzaqdadır. Livan dağ silsiləsinin ətəklərində yerləşən Buday, Beqaa vadisi boyunca Bəəlbək şəhərinə və Livanı Suriyadan ayıran Livan silsiləsinə baxır.
Abertay Universiteti
Abertay Universiteti — Şotlandiyanın Dandi şəhərində Britaniya universiteti. == Tarixi == Universitet Dandi Texnologiya İnstitutu kimi 1888-ci ildə yaradılıb. 1992-ci ildə Şotlandiya Təhsil Nazirliyi tərəfindən təhsil mərkəzi kimi tanınıb və Mərkəzi qurum statusunu alan ilk universitetlərdən olub. 1994-cü ildə universitet statusu alıb. Universitet 1997-ci ildə dünyada "Kompüter oyunları" üzrə mütəxəssis dərəcəsi təklif edən ilk universitetdir və kompüter oyunları startapları üçün biznes dəstək proqramı ilə əlaqələndirilir. 2014-cü ildən universitet özünü Abertay Universiteti kimi tanıtdı. 1 sentyabr 2019-cu ildə universitetin adı rəsmi olaraq Abertay Universiteti olaraq dəyişdirildi. == Kampusları == Abertay Universiteti Dandi şəhərinin mərkəzində yerləşir. Kampus binalarına Dandi Biznes Məktəbinin tarixi binaları, Bernard King Kitabxanası, Təlim mərkəzləri, Böyük Britaniya Kompüter oyunları Mükəmməllik mərkəzinin ən müasir kompüter oyunları laboratoriyaları daxildir. Abertay Kiberkvartal ​​kampusu 2022-ci ilin iyun ayında açıldı və qlobal kibertəhlükəsizlik problemlərini həll etmək üçün tələbələri, alimləri və təşkilatları bir araya gətirməyə kömək edir.
Kamal Burkay
Kamal Burkay (türk. Kemal Burkay; 1937, Mazgirt[d], Tuncəli ili) — Türkiyə yazıçısı və siyasətçisi. == Həyatı == Kamal Burkay 1937-ci ildə Türkiyənin Tuncəli vilayətində, kürd mənşəli ailədə anadan olmuşdur. İbtidai təhsilini Tuncəlidə almış və 1960-cı ildə Ankara Universitetinin Hüquq fakültəsini bitirmişdir. Kamal Burkay 1965-ci ildə Türkiyə Fəhlə Partiyasına qoşulmuşdur. O, 1966-cı ildə dərc olunmuş məqaləyə görə həbs edilmişdir. 1971-ci ildəki dövlət çevrilişindən sonra siyasi fəaliyyətlə məşğul olan kürdlərin çoxu həbs olunmuşdur. Burkay bir il həbsdə qalmış və yeni həbs qərarı çıxdıqdan sonra 1972-ci ildə Almaniyaya qaçmışdır. O, 1980-ci ildə Türkiyədə dövlət çevrilişi ərəfəsində ölkəni yenidən tərk edərək İsveçdə məskunlaşmışdır. Jurnalist Oral Çalışlar 1993-cü ildə o zaman Kürdüstan Sosialist Partiyasının sədri olan Burkay və Abdullah Öcalandan 18 gün müsahibə almışdır.
Aratan
Aratan — qədim türkcə ər "kişi", "igid", "sərrast atıcı", və tən "bərabər", "sanki özü", "elə bil" sözlərindən; ümumi mənası: "igid kimi", "sanki igid", "igidə tay" və s. Qədim türkcə təng (sonunda qovuşuq "nq" fonemi ilə) öz inkişafında eyni mənalı iki söz yaratmışdır: tən və tək. Azərbaycan dilində bu sözlərin ikisi də vardır. Məsələn, Aytən qız adı "Ay kimi", "Sanki ay" mənasını verir; tək sözü isə, məsələn, "aslan tək döyüşdü", yəni "şair kimi döyüşdü" ifadəsində qalır. Bu söz dilimizdə təkin formasında da işlənir. == Tarixi == Aratan- İrəvan xanlığının Karpibasar mahalında kənd adı. XIX əsrin II yarısından etibarən adı çəkilmir. Musa Kalankatlının "Alban tarixi"ndə Albaniyanın Arsak bölgəsində Tancik (yəni "Kiçik Tan"), Bulu-Tan (1828-ci ildə İrandan gəlmə ermənilər yerləşdikdən sonra təhrif olunmuş Plıtans şəklindədir) yəni "Ulu (böyük) Tan" və 1727-ci il arxiv sənədinə görə orada Müsəlman-Tan kənd adları ilə sıra təşkil edir. 1949-1950-ci illərdə kəndin əhalisi Azərbaycana köçürülmüşdür.
Avaran
Avaran (Qusar) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Avarua
Avarua (ing. Avarua) — Rarotonqa adasının şimalında yerləşən şəhər, Kuk adaları dövlətinin paytaxtı. == Ümumi məlumat == Avaruanın əhalisi 10 min nəfərdir (2005-ci il), bu Kuk adası əhalisinin təqribən yarısı deməkdir. Avarua portundan dünyaya kopra, mirvari və meyvələr daşınır. Şəhərdə universitet və kitabxana, həmçinin aeroport vardır.
Avatar
Avatar aşağıdakı mənalarda işlənə bilər: Avatara — induizmdə müəyyən missiya ilə maddi dünyaya enmiş tanrının adı. == Filmlər == Avatar — 1916-cı il istehsalı olan italyan səssiz filmi. Avatar: Aanq haqqında əfsanə — Nickelodeon telekanalında nümayiş olunan cizgi serialı. Korra əfsanəsi — Nickelodeon telekanalında nümayiş olunan cizgi serialı. Avatar — 2009-cu il istehsalı olan ABŞ fantastika filmi.
Avarn
Avarn (q.yun. Αβαρνεσ) — Anadoluda qədim Bizans şəhəri. Kayseri yaxınlığındakı Kültəpə (Kaniş) və Əlişarda (Ankuva) tapılan, Assuriya dövrünə aid mixi yazı ilə yazılmış kitabələrdə adı qeyd olunur. Ehtimal olunur ki, bu, eyniadlı parçanın toxunma mərkəzidir. Bəzi tarixçilərə görə şəhər indiki Çərmik ərazisində yerləşirdi.
Valun
Valun (rus. валун, ing. boulder, cobble) — cilalanmış iri (girdə) süxur parçası (sal daş), eninə ölçüsü 10 sm və daha çox olur. Buzlaq, delüvial, prolüvial və allüvial mənşəli olur.
Xatun
Xatun və ya xatın — türkdilli xalqlarda hökmdarın qadın həyat yoldaşına və ya şahzadə qızlara verilmiş ad. Sonralar digər Şərq xalqları arasında da yayılmışdır. Xatunlar dövlətin idarə olunmasında, siyasi və iqtisadi həyatında mühüm rol oynamışdılar. İndiki dövrdə qadın adı kimi istifadə olunur. İslam Ensiklopediyasına görə, "Xatun Göytürklərin və sonrakı türk hökmdarlarının arvadları və qadın qohumları tərəfindən daşınan soqd mənşəli bir tituldur". Bruno de Nikolanın "Women in Mongol Iran: The Khatuns, 1206-1335" kitabına görə, "xatun" termininin linqvistik mənşəyi məlum deyil, lakin ehtimal olunur ki, qədim türk və ya soqd mənşəlidir. Piter Bencamin Qoldenin müşahidəsinə görə, "xatun" titulu Göytürklər arasında xaqanın qadın həyat yoldaşının titulu kimi yaranmışdır və soqdca "xwāten", yəni "hökmdarın arvadı" sözündən götürülmüşdür.
Ordan-burdan (film, 1987)
Ssenari müəllifləri: Zəminə Hacıyeva, Fuad Hacıyev
Euonymus alatus
Euonymus alatus (lat. Euonymus alatus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü.
Euseius alatus
Euseius alatus (lat. Euseius alatus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Kvantun yarımadası
Kvantun yarımadası (çin. 關東) — Çinin şimal-qərbində yerləşən yarımada. Lyaodun yarımadasının cənub-qərb qutaracağını təşkil edir. == Tarixi == Sin imperiyası dönəmində Lyaonin vilayəti ərazisinə daxil idi. Çin-yapon müharibəsi sonrası yarımada Simonosek müqaviləsinə əsasən Yaponiyaya verilir. Ancaq Fransa, Rusiya və Almaniyanın təzyiqi ilə ərazi yenidən Çinə qaytarılır. 1897-ci ilin dekabr ayında rus hərbi-dəniz qüvvələri Lyayşunkou limanına daxil olur. Bura rəsmi olaraq Port-Artur adlandırılır. 1898-ci ilin martında Rusiya rəsmi olaraq 25 illiyinə. Admiral Yevgeni Alekseev bölgənin komandanı elan edilir.
Polygonatum ovatum
Hamar toyçiçəyi, Hamar güyənə (lat. Polygonatum glaberrimum) - toyçiçəyi cinsinə aid bitki növü. Polygonatum mischtschenkoanum Greuter Polygonatum odoratum subsp. glaberrimum (K.Koch) Elenevsky & Zernov Polygonatum ovatum Miscz. ex Tamanian Polygonatum pruinosum Boiss. Hündürlüyü 30-60 sm olan çoxillik bitkidir. Gövdəsi düzdür, sərt tillidir, şırımlıdır. Yarpaqıları enli-oval, bəzən neştərvari-oval olub, uzunluğu 9-12 sm, eni 3-6 sm-dir, çılpaqdır, alt tərəfdən tünd-göy, təpə hissədə tədricən sivriləşən və yaxud kütdür, qaidə hissəsində uzunluğu 10 mm-ə qədər olan qısa saplağa sərt daralmışdır. Çiçəkləri yarpaq qoltuğunda 1-2 ədəd olmaqla sallaq çiçək saplağında yerləşmişdir. Çiçəkyanlığı iridir, slindrikdir, hamardır.
Proprioseiopsis ovatus
Proprioseiopsis ovatus (lat. Proprioseiopsis ovatus) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. Proprioseiopsis ovatus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Senecio ovatus
Senecio ovatus (lat. Senecio ovatus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Atagün Yalçınkaya
Atagün Yalçınkaya (14 dekabr 1986, Altındağ ilçəsi, Ankara ili) — türk boksçu və bədən tərbiyəsi müəllimi. == Həvəskar karyerası == Yalçınkaya çox gənc yaşlarında boksa başlamış və Türkiyədə kollec və kadet kateqoriyalarında altı titul qazanmışdır. O, 2003-cü ildə Macarıstanda keçirilən Balaton turnirində birinci , Pakistanın Green Hill kubokunda üçüncü yer və İtaliyada tələbə boks üzrə Avropa çempionatında birinci yeri tumuşdur. 2004-cü ildə Alfonso Pinto və dünya çempionu Sergey Kazakovu məğlub edərək Türkiyəyə gümüş medal qazandırmışdır. O, Türkiyə tarixinin ən gənc medalçısıdır. Jolly Katongole (Uqanda) 22–7 hesabı ilə məğlub olub. Ceyhun Abiyevi (Azərbaycan) 23–20 hesabı ilə məğlub edib. Alfonso Pintonu (İtaliya) 33–24 hesabı ilə məğlub edib. Sergey Kazakovu (Rusiya) 26–20 hesabı ilə məğlub edib. Yan Bartelemí Varelaya (Kuba) 16–21 hesabı ilə məğlub olub.
Bifolium ovatum
Neottia ovata (lat. Neottia ovata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin neottia cinsinə aid bitki növü.
Centaurium alatum
Behen güləvəri (lat. Centaurea behen) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Centaurium behen (L.) K.Koch Piptoceras behen (L.) Cass. Rhaponticum behen (L.) Ratier Serratula behen (L.) Lam.
Cinnamomum alatum
Cinnamomum sieboldii (lat. Cinnamomum sieboldii) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin darçın ağacı cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Cinnamomum alatum Lukman.
Diphryllum ovatum
Neottia ovata (lat. Neottia ovata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin neottia cinsinə aid bitki növü.
Microlophus alatus
Behen güləvəri (lat. Centaurea behen) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. Centaurium behen (L.) K.Koch Piptoceras behen (L.) Cass. Rhaponticum behen (L.) Ratier Serratula behen (L.) Lam.
Pycnanthemum alatum
Hyptis alata (lat. Hyptis alata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin hyptis cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Pycnanthemum alatum Raf. == Yarımnövləri == Hyptis alata subsp. alata Hyptis alata subsp.