Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avanson (Yuxarı Alplar)
Avanson (fr. Avançon, oks. Avançon) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. La-Bati-Nyov kantonuna daxildir. INSEE kodu — 05011. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 352 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 248 yaşda olan (15-64 yaş arasında) 172 nəfər iqtisadi cəhətdən fəal, 76 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69.4%, 1999-cu ildə 71.4%). Fəal olan 172 nəfərdən 145 nəfər (80 kişi və 65 qadın), 27 nəfər işsiz (12 kişi və 15 qadın) idi.
Alanson
Alanson (fr. Alençon) — Fransanın şimal-qərbində yerləşən Normandiya regionunun Orn departamentin inzibati mərkəzi. Kan şəhərinin 119 km cənubunda, Le-Man şəhərinin 54 km cənubda, N12 və A28 magistral yollarinın 4 km, Sart çayının Briant çayla birləşməsində yerləşir. == Tarixi == Alanson şəhərinin ilk qeydləri VII-ci əsrə aid bir sənəddə tapılmışdır. 1415-ci ildə eyni adlı hersoqun mərkəzi olmuşdur. Fransada dini müharibələr zamanı əsasən protestantlar tərəfindən idarə olunmuşdur. XVIII əsrdə şəhərdə tekstil sənayəsi inkişaf etmişdir. == Demoqrafiyası == Əhali sayının dinamikası, nəf. == Qardaşlaşmış şəhərlər == Beyzinqstok, Böyük Britaniya Kvakenbrük, Almaniya Kutiala, Mali == Qalereya == == Həmçinin bax == Fransa rayonlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == Milli Statistika İnstitutu Результаты муниципальных выборов 2014 года Alanson // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
Asansör
Asansör (türkcə Asansör, hərfi tərcümədə “lift”, eynimənalı “ascenseur” fransız sözündən götürülmüşdür) və ya Tarihi Asansör- İzmir şəhərində (Türkiyə), Konak rayonunun Karataş məhəlləsində yerləşən tarixi tikili, içərisində ictimai lift yerləşən qala, İzmirin məşhur görməli yerlərindən biri. Dəniz sahilində yerləşən Karataş məhəlləsindən (Mithatpaşa küçəsi) təpədə yerləşən Halilrifat Paşa küçəsinə (keçmiş Yəhudi məhəlləsinin aşağısı və yuxarısı) qalxmaq üçün 1907-ci ildə tikilmişdir. == Tarixi == Asansörün kərpic lift qalası yəhudi mənşəli bankir və xeyriyyəçi Nesim Levi Bayraklıoğlu tərəfindən 1907-ci ildə tikdirilmişdir. Asansörün tikilməsində əsas məqsəd Mithatpaşa küçəsindən Halilrifat Paşa küçəsinə keçidi asanlaşdırmaq olmuşdur. Asansörün tikintisindən əvvəl 40 metrlik hündürlük fərqi olan bu küçələri 155 pillədən ibarət pilləkan (türklər onu Karataş Merdivenleri, yəhudilər Devidasların Merdiveni adlandırırdılar) birləşdirirdi. Deyilənə görə, pilləkənin yuxarı başında Devidas ailəsinin evi, aşağı başında isə onların dostu Nesim Levinin evi yerləşirdi. Bir gün ata Devidas pilləkəndən yıxılıb ayağını sındırdıqdan sonra Nesim Levi Asansörü tikdirmək qərarına gəlir. XX əsrin 30-cu illərində Asansör qalasında kinoteatr, teatr səhnəsi və fotostudiya yerləşirdi. 1942-ci ildə tikili Şerif Remzi Reyentə satıldı. Onun ölümündən sonra Asansör vərəsəlik qaydasında onun qohumu Ayla Ökmene keçdi.
Avans
Avans (fr. avance — əvvəlcədən) və ya əvvəlcədən ödənilmiş xərclər — iki əks öhdəliyin olması halında tərəflərdən biri qarşı öhdəliyin icrasına başlamazdan əvvəl öhdəliyini yerinə yetirmək üçün digərinə köçürən müəyyən pul və ya digər əmlak dəyəri. Avans ilə ilkin ödəniş qarışdırılmamalıdır. Bu terminlər ümumi xüsusiyyətlərə malik olmasına və üst-üstə düşən nəticələrə səbəb olmasına baxmayaraq, tamamilə fərqli hüquqi hərəkətləri təyin edir. Fərq ondadır ki, müqavilə yerinə yetirilmədiyi təqdirdə pozuntuya cavabdeh tərəf depoziti itirir (əmanət alan şəxs məsuliyyət daşıyırsa, onu ikiqat məbləğdə qaytarır). Bu qayda əvvəlcədən ödənişlərə şamil edilmir. Bundan əlavə, depozitdən fərqli olaraq, avans yalnız öhdəliyin icrası kimi köçürülür, lakin müqavilənin təminatı forması kimi deyil. == Haqqında == Kredit şərtləri ilə çatdırılma üçün əvvəlcədən ödəmə tələb olunur, ümumiyyətlə müqavilə dəyərinin 10-40% -i və son hesablaşmaya daxil edilir; 100% Avans nadir hallarda tətbiq olunur. Öhdəliklərin yerinə yetirilməməsi halında, əvvəlcədən ödəniş geri qaytarılır. Böyük müqavilələr olduqda, Avansın qaytarılması bank zəmanəti ilə təmin edilir.
Alanson (rayon)
Alanson (fr. Alençon) — Fransanın Normandiya regionun rayonlarından (fr. Arrondissement). Departamenti — Orn. Suprefektura - Alanson. 2015-ci ildə əhalisinin sayı – 87127 nəfər təşkil edirdi. Əhalinin sıxlığı 56 nəfər / km² təşkil edir. Rayonun sahəsi — 1548,5 km² .
Avansər (Vərziqan)
Avansər (fars. اوانسر‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (6 ailə).
Mişel Adanson
Mişel Adanson (fr. Michel Adanson; 7 aprel 1727[…], Eks-an-Provans[d] – 3 avqust 1806[…], Paris) — Fransa təbiətçisi və səyyahı. Adansonun şərəfinə Əməköməcikimilər fəsiləsinə aid Adansoniya (Adansonia) cinsi adlandırılmışdır. Həmin cinsə Afrika və Avstraliyanda olan bir çox bitkilər, o cümlədən də, məşhur Adansonun Afrika səyahətində təsnif etdiyi baobab (Adansonia digitata) ağacı daxildir.
Varlaam Avanesov
Varlaam Aleksandroviç Avanesov (rus. Варлаам Александрович Аванесов; Suren Karpoviç Martirosyan, rus. Сурен Карпович Мартиросян; 24 mart (5 aprel) 1884 və ya 9 sentyabr 1884, Kağızman, Qafqaz diyarı – 16 mart 1930, Moskva) — erməni əsilli sovet dövlət və partiya xadimi. 903-cü ildə Rusiya SDFD-nin üzvü, menşevik, 1914-cü ildən bolşevik. Varlaam Aleksandroviç Avanesov 24 mart 1884-cu ildə Rusiya imperiyasına bağlı Qarsda anadan olmuşdur. O, 1890-cı illərin axırlarında inqilabi hərəkata qoşulmuş, 1905–1907-ci illər inqilabında iştirak etmişdir. Avanesov 1917-ci ildə Petroqrad HİK-nin üzvü olmuş, 2-ci Ümumrusiya Sovetlər qurultayında URMİK üzvü seçilmişdir. URMİK Rəyasət Heyətinin üzvü və katibi (1917–1919), xalq fəhlə kəndli müfəttişliyi komissarının müavini (1920–1924), xalq xarici ticarət komissarının müavini (1914–1925), Ümumrusiya Fövqəladə Komissiyası kolleksiyasının, SSRİ MİK-nin, AXTŞ Rəyasət Heyətinin üzvü olmuşdur. Partiyanın 7–15-ci qurultaylarına nümayəndə seçilmişdir. Avanesov 16 mart 1930-cu ildə Moskva şəhərində vəfat etmişdir.
Ruben Avanesov
Ruben İvanoviç Avanesov (erm. Ռուբեն Ավանեսով, rus. Рубе́н Ива́нович Аване́сов; 1 (14) fevral 1902, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 1 may 1982, Moskva, RSFSR, SSRİ) — SSRİ dilçisi, Moskva fonologiya məktəbinin yaradıcılarından biri, Moskva Dövlət Universitetinin professoru (1937), SSRİ Elmlər Akademiyasının müxbir üzvü (1958). O, Çexoslovakiya Elmlər Akademiyası Dilçilik Cəmiyyətinin fəxri üzvü (1965), Varşava Universitetinin fəxri doktoru (1973), Mayns Elmlər və Ədəbiyyat Akademiyasının (1978) və Sakson Elmlər Akademiyasının (1978) xarici üzvü olmuşdur. Avanesov 1922-ci ildə Moskva Universitetinin tarix-filologiya fakültəsinə daxil olmuşdur. Universiteti bitirdikdən sonra (1927) orta məktəbdə, fəhlə fakültəsində işləmişdir. 1932-ci ildə Moskva Şəhər Pedaqoji İnstitutunda rus dili kafedrasının müdiri vəzifəsinə işə başlamışdır. 1937-ci ildən Moskva Dövlət Universitetinin filologiya fakültəsinin professorudur. Avanesov fonologiya, morfologiya, sintaksis və leksikologiya problemlərini öyrənmişdir. O, o vaxtkı gənc Moskva dilçilərinin çevrəsində formalaşmış fonoloji məktəbin ən fəal təbliğatçılarından biri idi.
Spunk Ransom
Robert Duqlas Tomas Pattinson (13 may 1986, London) — İngiltərəli aktyor. Həm yüksək büdcəli, həm də müstəqil filmlərdəki rolları ilə tanınır. Pattinson ən çox qazanan aktyorlar siyahısındadır. Time jurnalı onu 21-ci əsrin ən nüfuzlu şəxslərindən biri seçib. Pettinson aktyorluq karyerasına qısa vaxt əvvəl Ali Edelin rejissorluq etdiyi, Sem Vest və Benno Furmannın baş rolda yer aldığı, bir alman dastanı olan Nibelunq ilə bağlı "Nibelunqların üzüyü" filmi ilə başladı. Riz Uiterspunun "Qürur Dünyası" filminin iki alternativ film qapanışının birində, Uiterspunun oğlu rolunda yer alsa da bu film qapanışı işlədilmədi. Robert Pettinson, bundan əvvəl, Barnes Teatr Qrupunun bir üzvü idi və Tornton Uilderin rejissorluq etdiyi Bizim şəhərimiz pyesində Corc Gibs xarakteri ilə başrol oynamışdı. Robert, həm də, Kol Porterin rejissorluq etdiyi Hərşey Gedir" musiqili dramında Lord Evelin Okley və Tess of the D'Urbevilles tragediyasında Alek xarakterini canlandırdı. Gənc aktyor, qısa vaxt əvvəl isə, OSO Sənət Mərkəzində Makbet tragediyasında Malkomu canlandırdı. Herri Potter və Atəş Qədəhi filminin oyunçu heyətinə, Üç cadugər turnirində Hoqvartsı təmsil edəcək olan Sedrik Diqqori roluyla qatıldı.
Vandom (rayon)
Vandom (fr. Vendôme) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Luara və Şer. Suprefektura — Vandom. Rayonun əhalisi 2006-cı ildə 69 690 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 41 nəf / km² . Rayon ərazisi — 1719 km².
Vandom meydanı
Vandom meydanı (fr. Place Vendôme), əvvəlki “Böyük Lüdovik meydanı” (fr. Place Louis le Grand) — Parisin “beş kral meydanından” biri. Vandom meydanı Parisin I arrondessmentində Paris operasının yaxınlığında yerləşir. Meydana Paris metrosunun 3,7,8 xəttləri ilə yetişmək mümkündür. Vandom meydanı 1699 cu ildə XIV Lüdovikin şərəfinə memar Jyulya Arduen Mansara tərəfindən layihələşdirilərək salınmışdır. Meydan öz adını Sezar de Vandom sarayından götürmüşdür. Belə ki, 1720 ci ildə inşaası tamamlanan, klassisizm memarlıq üslubunda olan Sezar de Vandom sarayı meydanı əhatə edir. Meydanın mərkəzində 44 m hündürlüyündə Romadakı Trayan sütununun bənzəri olan Vandom sütunu ucalmaqdadır. Sütunun ucunda Napoleonun heykəli qoyulmuşdur.
Vandom sütunu
Vandom sütunu (fr. la colonne Vendôme) — Parisdə Vandom meydanında sütun. Sütun eyniadlı meydanda ucaldılmışdır. Meydanın özü 12 sentyabr 1685 ci il dekretinə əsasən, 13 avqust 1699 cu ildə XIV Lüdoviqin zamanında memar fr. Jules Hardouin-Mansart tərəfindən salınmışdır. O zaman meydanın mərkəzində XIV Lüdoviqin atlı heykəli yerləşmişdir. Böyük Fransa inqilabından sonra meydan 7 avqust 1792 ci ildə dağıdılır. 1799 cu ildən meydan Vandom adını almış olur. 1 oktyabr 1803 cü il Napoleonun dekretinə əsasən meydanda yeni bir sütun tikilir. Vandom sütunu Romadakı Trayan sütununun bənzəri olub, 1805-ci il Rusiya - Avstriya - Fransa müharibəsi zamanı Fransa ordusunun Austerlits döyüşündəki qələbəsi şərəfinə ələ keçirilmiş 133 qənimət topunun əridilməsindən tökülmüşdür.
Avans kapitalı
Avans kapitalı — istehsalın təşkilinə, avadanlığın alınmasına, sahibkarlıq fəaliyyətinə başlamasına mənfəət əldə etmək məqsədi ilə sərf olunan pul (və ya hər hansı digər əmlak). Müvəkkil kapitalın əmək vasitələrində — müxtəlif alətlərdə, avadanlıqlarda, tikililərdə təcəssüm olunmuş hissəsinə əsas kapital deyilir. Digər hissəsi — xammal və materialların dəyəri, əmək haqqı — dövriyyə kapitalına aiddir. Avans kapitalı (ing. advanced capital) — gəlir əldə etməzdən əvvəl bir layihəyə əvvəllər yatırılmış pul və ya əmlak dəyərləridir. Vəsaitlər, adətən, yeni bir müəssisənin yaradılması da daxil olmaqla, onun sonrakı həyata keçirilməsi üçün konkret tapşırıq üçün nəzərdə tutulmuşdur. İstehsal vasitələrinin əldə edilməsi, biznesin təşkili, gələcəkdə mənfəət gətirəcəyini vəd edən biznes layihələrinin həyata keçirilməsi üçün nəzərdə tutulan avans kapital. Başqa sözlə, avans kapitalı kapitala qoyulmuş avansdır. Belə kapital adətən konkret layihə üçün onun sonrakı həyata keçirilməsi (yeni müəssisənin, firmanın yaradılması, yeni biznesin təşkili) məqsədi ilə verilir.
Tedros Adanom Qebreisus
Tedros Adanom Qebreisus (ingilicsə:Tedros Adhanom; 3 mart 1965[…], Əsməra, Efiopiya imperiyası) — Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru, Efiopiyanın sabiq səhiyyə naziri və xarici işlər naziri Tedros Adano Qebreisus 3 mart 1965-ci ildə Efiopiyanın Əsməra şəhərində anadan olub. Əsməra Universitetində, sonra isə Böyük Britaniyanın Nottinqem Universitetində mağistr təhsili alıb. Elmi adını da infeksion xəstəliklər və immunologiya sahəsində müdafiə etdiyi elmi işlə bağlı olub. 2009-cu ildə o, QİÇS, malyariya və vərəmə qarşı Qlobal Mübarizə Fondunun sədri seçilib. Ümumdünya Səhiyyə Təşkilatına sədrlik edən ilk Afrika təçəmsilçisi olub. ÜST rəhbəri seçilməzdən öncə 7 il Efiopiyanın səhiyyə naziri, daha sonra isə 2012-2016-cı illərdə Efiopiyanın xarici işlər naziri işləyib. Səhiyyə naziri olarkən ölkəsinin səhiyyə sisteminin inkişafı üçün mühüm işlər görüb. İlk növbədə milyonlarla insan səhiyyə sisteminin xidmətilərindən istifadə edə bilib. O, səhiyyə ocaqlarının yaradılmasına ciddi investisiyanın yatırılmasına nail ola bilib. 2018-ci ildə ÜST-ün baş direktoru kimi Azərbaycana ilk rəsmi səfərə gəlib.
Valualı Janna (Alanson hersoqinası)
Valualı Janna (fr. Jeanne de Valois; 13 sentyabr 1409, Blua – 19 may 1432, Anje) — Orlean hersoqu I Karlın qızı, Alanson hersoqinası. 1424-cü ildə Bluada Alanson hersoqu II Conla evləndi. Ancaq cütlüyün bu nigahdan övladı olmadı. == Mənbə == Jean-Marc Cazilhac: Jeanne d'Evreux, Blanche de Navarre : Deux reines de France, deux douairières durant la Guerre de Cent ans, Editions L'Harmattan, 2010, 178 p., p. 20 d'Avray, David (2015). Papacy, Monarchy and Marriage 860–1600. Cambridge University Press Woodacre, Elena (2013). The Queens Regnant of Navarre: Succession, Politics, and Partnerships, 1274-1512.