Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avaran
Avaran (Qusar) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Abaran
Abaran, əvvəlki adı: Baş Abaran — Ermənistan Respublikasında şəhər. Abaran rayonunun mərkəzi. == Tarixi == Abaran şəhərinin ilk adı Baş Abaran kəndi olub. Kənd İrəvan quberniyasının Eçmiədzin qəzasına aid olmuşdur. X əsrdən mənbələrdə adı çəkilir. Toponim Azərbaycan dilində "əsas" mənasında işlənən baş sözü ilə cəmlik bildirən -an şəkilçisi qəbul etmiş apar türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı olmuşdur.Qədim türk mənşəli Abaran tayfasının adnı əks etdirir. Erm.
Avaran (Eçmiədzin)
Avaran — Eçmiədzin qəzasında kənd adı. == Toponimik izah == Avaran- İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı. (133, 1). Qədim türk mənşəli Abar tayfasının adını əks etdirir. Bax: Abaran. == İstinadlar == == Ədəbiyyat == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan, Bakı, 1992.
Avaran (Qusar)
Avaran — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Coğrafiyası == Kənd Qusarçayın sol sahilində, Qusar maili düzənliyində yerləşir. == Toponimikası == Oykonim "avar" etnonimindən və "-an" (məkan və cəmlik bildirir) şəkilçidən düzəlib, "avarların yeri" mənasındadır. Mənbələrdə VI əsrin ortalarından etibarən Şimali Qafqazdan Albaniya ərazisinə gəlmiş türkdilli avar tayfasının adı ilə bağlı Avarqan dərəsi oronimi Qubadlı rayonu ərazisində qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1343 nəfər yaşayır. Əhali ləzgilərdən ibarətdir.
Avarn
Avarn (q.yun. Αβαρνεσ) — Anadoluda qədim Bizans şəhəri. Kayseri yaxınlığındakı Kültəpə (Kaniş) və Əlişarda (Ankuva) tapılan, Assuriya dövrünə aid mixi yazı ilə yazılmış kitabələrdə adı qeyd olunur. Ehtimal olunur ki, bu, eyniadlı parçanın toxunma mərkəzidir. Bəzi tarixçilərə görə şəhər indiki Çərmik ərazisində yerləşirdi.
Varan
Varan (lat. Varanus) — varanlar fəsiləsunə aid heyvan cinsi. Varanus Odatria Soterosaurus Philippinosaurus Papusaurus Euprepiosaurus Empagusia Polydaedalus Psammosaurus В. Р. Алифанов. Ящерицы в эпоху динозавров. Fry, Brian G., et al. (2006). Early evolution of the venom system in lizards and snakes.
Abaran (dəqiqləşdirmə)
Abaran, Baş Abaran — Ermənistan Respublikasında şəhər. Abaran rayonu — Qərbi Azərbaycanın Abaran mahalı ərazisində rayon. Abaran mahalı — İrəvan xanlığında mahal. Abaran nahiyəsi — İrəvan əyalətinda nahiyə. Abaran — İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı. Abaran — Alagöz (Ələyəz) və Pəmbək dağ silsilələri arasında yaylaq. Abaran — İrəvan quberniyasının İrəvan qəzasında çöl adı. Abaran (çay) — İrəvan xanlığının Abaran mahalında çay adı.
Abaran (kənd)
Abaran, əvvəlki adı: Baş Abaran — Ermənistan Respublikasında şəhər. Abaran rayonunun mərkəzi. == Tarixi == Abaran şəhərinin ilk adı Baş Abaran kəndi olub. Kənd İrəvan quberniyasının Eçmiədzin qəzasına aid olmuşdur. X əsrdən mənbələrdə adı çəkilir. Toponim Azərbaycan dilində "əsas" mənasında işlənən baş sözü ilə cəmlik bildirən -an şəkilçisi qəbul etmiş apar türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı olmuşdur.Qədim türk mənşəli Abaran tayfasının adnı əks etdirir. Erm.
Abaran (yaylaq)
Abaran yaylağı - Alagöz (Ələyəz) və Pəmbək dağ silsilələri arasında Kasax (əsli Qazax) çayının yuxarı axınında yaylaq adı Qədim türk mənşəli Abaran tayfasının adını əks etdirir.
Abaran (çay)
Abaran çayı — İrəvan xanlığının Abaran mahalında çay adı. Abaransu da adlanır. Alagöz dağından (bax) başlanan və Zəngiçaya qarışan hissəsi Kasax (Qazax) çayı (bax) adlanır.
Abaran (çöl)
Abaran çölü- İrəvan quberniyasının İrəvan qəzasında çöl adı Ələyəz dağının qərb hissəsində ovalıq adıdır.
Abaran (İspaniya)
Abaran ( isp. Abarán) — İspaniyada şəhər və bələdiyyə. Şəhər Mursiya muxtar icmasının bir hissəsi kimi Mursiya əyalətinin bir hissəsi. Bələdiyyə Veqa-Alta-del-Sequra komarkasının bir hissəsidir. 115,38 km2 ərazini tutur. 2019-cu ilin məlumatına görə, əhalisi 12,964 nəfərdir. Vilayətin inzibati mərkəzinə qədər olan məsafə 40 kilometr (25 mil) qədərdir. Sequra çayının sahilində yerləşir. Şəhər ərazisində tunc dövrünə aid arxeoloji tapıntılar aşkar edilmişdir. Şəhərin adı ilk dəfə 1281-ci ildə qeyd edilmişdir.
Gülablı (Abaran)
Gülablı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzində 14 km məsafədə, Ortulu dağın ətəyində yerləşir. Erməni mənbələrində kəndin adı Gülaplı, Gülab, Gülabdı formalarında da qeyd edilir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Güləbdi formasında, Qafqazın 5 verstlik xəritəsində Gülablı kimi qeydə alınmışdır. == Toponimi == Toponim gülablı nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15. VI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Dzoraqlux (Dərəbaş) qoyulmuşdur. == Əhalisi == XIX əsrin 70-ci illərində kəndə ermənilər məskunlaşmış və azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır.
Güllücə (Abaran)
Güllücə — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km məsafədə, Abaran çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim güllü sözünə sifətin çoxaltma dərəcəsinin əlamətini bildirən -cə şəkilçisinin qoşulması əsasında əmələ gəlib «güllü, çiçəkli ərazidə yerləşən kənd» mənasını ifadə edir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 15. VI. 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Vardenis (Güllü) qoyulmuşdur.
Hvaran (serial)
Hwarang: The Poet Warrior Youth – 2016–2017-ci illərdə Cənubi Koreyada yayımlanan bir televiziya serialı. Seriya 19 dekabr 2016–21 fevral 2017 tarixləri arasında hər bazar ertəsi və çərşənbə axşamı saat 22: 00-da KBS2-də yayımlanmışdır. == Süjet == Kraliça Ci So, kiçik oğlu (Sam maek jong) Sammakconu paytaxt (Seorabeol)Sorabol-un xaricində və düşmənlərdən və qatillərdən qoruyaraq, Kral Bophonq(Beopheunq) öldükdən sonra Silla Krallığını regent olaraq idarə etdi. Sammakcon böyüdükcə zadəganlar, vətəndaşlar, məmurlar və hamısı Sammakconun özünün hakimiyyətdən imtina etməsini səbizsizliklə gözləyirlər. Bununla birlikdə, Krallığın hakimiyyətini ələ keçirməyə çalışan güclü zadəganlar taxta göz qoymağa davam edirlər və Ci So taxtdan enməsinin nəticələrindən qorxur. Zadəganların gücünü qırmaq üçün, Ci So mövcud güc qruplarınından daha yaxşı yeni bir qrupu Hvaran-ı yaratmağı və onları Sammakconu və taxtı qorumaq üçün özlərinə bağlamağı planlaşdırır. Amma bu qrupda gələcək kralları Sammakcon və özünün də bilmədiyi bir sirrə sahib olan Kim (Seon-u) So-Nu-nun olduğunu bilmirlər. Silla Krallığı dövründə "Hvaran" ("Gözəl Cəngavərlər") adı altında seçilmiş bir gənc kişi döyüşçü qrupunu təsvir edir. "Hvaran" əla görünüşü ilə yanaşı at sürmək və qılınc istifadə yaxşı fiziki qabiliyyətləri ilə də tanınır.
Korbulaq (Abaran)
Korbulaq — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. == Tarixi == Kənd 1972-ci ilə kimi İrəvan Quberniyasının Aleksandropol qəzasının, sonra Abaran rayonunun tərkibində olmuşdur. 15 mart 1972-ci ildə Alagöz (Araqadz) rayonu yaradıldıqdan sonra Abaran rayonunun inzibati-ərazi bölgüsündən çıxarılıb yaradılan Alagöz (Araqadz) rayonunun tərkibinə daxil edilmişdir. Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim "çıxış yolu olmayan", "gözü olmayan (bulaqda), yarıda quruyan" mənasında işlənən kor sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlmişdir. "Kor" sözü "Kor çay" hidronimində "heç bir hövzəyə tökülməyib yarıda quruyan çay" mənasında işlənmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.
Mirək (Abaran)
Mirək — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd.
Mülki (Abaran)
Mülki — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonununda kənd. Abaran çayının sahilində yerləşir.Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Kəndin digər adı Mülkünkənd, Mülkümkənd olmuşdur. Toponim ərəb dilində «dövlətə aid», «qeyri-hərbi, qeyri-əsgəri» mənasında işlənən mülki sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. Ermənilər buraya 1829-cu ildə İrandan köçürülüb yerləşdirilmişdir.
Məlikkənd (Abaran)
Məlikkənd — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Rayon mərkəzindən 14 km məsafədə, Abaran çayının qolu üstündə, Dəvədaş və Dəvəboynu dağlarının ətəyində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Toponim «hökmdar, padşah» mənasında işlənən məlik sözünə kənd sözünün qoşulması ilə əmələ gəlib «Hökmdara, məlikə məxsus kənd» mənasını bildirir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 15. VII. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Məlikgyuğ (gyuğ erməni dilində kənd deməkdir) qoyulmuşdur.
Qarabulaq (Abaran)
Qarabulaq — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonunda kənd. 1590-cı ildən mə'lumdur Rayon mərkəzindən 23 km məsafədə, Abaran çayının sol tərəfində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Yuxarı Qapılı olmuşdur.Ermənistan SSR AS RH-nin 15.VII.1946-cı il fərmanı ilə adı yişdirilib Yerincatap qoyulmuşdur. 1728-ci ildə İrəvan əyalətinin Abaran nahiyəsində kənd adı. "Kəndin başqa adı Yuxarı Qapılı Andondur". 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Yerincə-Tap adlandırılmışdır. 1728-ci ilə aid mənbədə Karuli adlanır.XIX əsrdə Cənubi Qafqazda mövcud olmuş 33 Qarabulaq toponimindənbiridir. Qarabulaq "yeraltə su", "yerdən qaynayıb çıxan və ona görə qara rəngə çalan su", "qara su", "içməyə yararsız su", "qışda donmayan bulaq" mə'nalarındadır.Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Гарабулаг // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти.
Qarakilsə (Abaran)
Qarakilsə — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Rayon mərkəzindən 19 km məsafədə, Alagöz dağının ətəyində, Abaran çayının sağ qolu üzərində yerləşir «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində Qarakilsə formasında qeyd edilmişdir. Toponim kənddəki qara daşdan tikilmiş alban kilsəsinin adı əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 19.IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Hartavan qoyulmuşdur.
Qaranlıq (Abaran)
Qaranlıq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Rayon mərkəzindən 2 km məsafədə, Abaran çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində «dağ, təpə, zirvə» mənasında işlənən qara sözünə -lıq şəkilçisinin artırılması ilə əmələ gəlib «dağlıq yerdə olan kənd» mənasını ifadə edir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 10.IX.1948-ci il fərmanı ilə adı dəyişdirilib Lusagyuğ qoyulmuşdur.
Qotur (Abaran)
Qotur — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonu ərazisində kənd. Abaran çayının sağ qolu üzərində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Qoytur olmuşdur. Kəndin adı 1931-ci ildən sonrakı mənbələrdə çəkilmir. İndi xaraba kənddir. Toponim Azərbaycan dilində «bitkisiz, otsuz yer» mənasında işlənən qotur sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1830-40-cı illərdə İran və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Qəzənfər (Abaran)
Qəzənfər — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonunda kənd. Rayon mərkəzindən 10 km cənubda, Alagöz dağının ətəyində, Abaran çayının sağ qolu üzərində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 10.IX.1948-ci il fərmanı ilə adı dəyişdirilib Araqats qoyulmuşdur. Ermənilər kəndə 1828-29 - cu illərdə Türkiyənin Alaşkert, Muş, Sasun vilayətlərindən köçürülmüşdür.
Saçlı (Abaran)
Saçlı, Noraşen — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Rayon mərkəzindən 26 km məsafədə, Abaran çayının sol qolu üstündə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Sacılı olmuşdur. Z. Qorqodyanın əsərində kəndin qədim adının Sacılı olduğuna əsaslanıb qeyd edə bilərik ki, toponim Sacilər türk adı əsasında formalaşmışdır. Tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 15.