Gülablı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd.[2][3][4]
kənd | |
Gülablı | |
---|---|
40°34′49″ şm. e. 44°29′07″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Abaran mahalı |
Rayon | Abaran rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 2.025 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 0304 |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzində 14 km məsafədə, Ortulu dağın ətəyində yerləşir. Erməni mənbələrində kəndin adı Gülaplı, Gülab, Gülabdı formalarında da qeyd edilir[5]. "İrəvan əyalətinin icmal dəftəri"ndə Güləbdi formasında[6], Qafqazın 5 verstlik xəritəsində Gülablı kimi[7] qeydə alınmışdır.[8]
Toponim gülablı nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15. VI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Dzoraqlux (Dərəbaş) qoyulmuşdur.
XIX əsrin 70-ci illərində kəndə ermənilər məskunlaşmış və azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. 1886-cı ildə kəndin əhalisi erməni idi. XVIII əsrin əvvəllərinə aid ermənicə mənbədə Gülabudur[9]. Azərbaycanda Gülablı dağı və Gülablı kəndi (Ağdam rayonu) adları ilə mənşəcə eyni olsa da mə'nası mə'lum deyil.