Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aviator (film, 2004)
Aviator (ing. The Aviator) — Martin Skorsezenin ABŞ aviatoru və kinoprodüseri Hovard Hyuz haqqında 2004-cü ildə çəkdiyi bioqrafik dram filmi. Kinofılmdə əsas rolu Leonardo DiKaprio oynadı və bu performansına görə "BAFTA", "Oskar" və "ABŞ Kinoaktyorlar Gildiyası" kimi kinoakademiya mükafatlarının nominasiyasına layiq görüldü və "Qızıl Qlobus" mükafatının laureatı oldu. Ümumilikdə, Skorsezenin kinoəsəri BAFTA-nın on dörd nominasiya və dörd mükafatı, "Oskar"ın on bir nominasiya və beş mükafatı, "ABŞ Kinoaktyorlar Gildiyası"nın üç nominasiya və bir mükafatı və nəhayət "Qızıl Qlobus"un altı nominasiya və üç mükafatını qazandı. == Rollarda == == Hovard Hyuza verilmiş diaqnoz == DVD nəşrinə bonus olaraq filmin müəllif versiyasında Hovard Hyuzun obsesif-kompulsiv pozğunluq (OKP) diaqnozu haqqında qısa hekayə var. Hekayənin adı "The Affliction of Howard Hughes: Obsessive-Compulsive Disorder" / "Hovard Hyuzun xəstəliyi: obsesif-kompulsiv pozğunluq". Psixiatr Ceffri Şvarts "Aviator"un çəkilişində iştirak etmişdir. Hovard Hyuzun real həyatda həqiqətən də obsesif-kompulsiv pozğunluqdan əziyyət çəkib-çəkmədiyi tam olaraq bilinməsə də, Hyuz rolunu canlandıran Leonardo DiKaprio bu narahatlığın əlamətlərini inandırıcı şəkildə göstərdi.
Akinator
Akinator — 2007-ci ildə 2 fransız proqramçısı tərəfindən yaradılmış internet oyundu. Əvvəlcə ağlınızda bir nəfər (obraz , oyun personajı) tutursunuz. Akinator sizə ağlınızda tutduğunuz şəxs haqqında suallar verir. Siz o, suallara bəli, xeyr, bilmirəm, bəlkə, bəlkə yox cavabları verə bilərsiniz. Sizin verdiyiniz cavablara əsasən Akinator sizin ağlınızda tutduğunuz şəxsi tapır.
Avratom
Avropa Atom Enerjisi Birliyi (ing. European Atomic Energy Community) və ya qısaca Avratom — atom enerjisinin istehsalı və istifadəsi sahəsində birgə işlərin əlaqələndirilməsi və maliyyələşdirilməsi, atom sənayesinin ikişafı, nüvə energetikası sahəsində tədqiqatların aparılması, parçalanan materialların istifadəsi üzərində nəzarətin həyata keçirilməsi və s. üzrə Avropa dövlətləri təşkilatı. == Tarixi == 1957-ci ildə yaradılması haqqında sazişi Avropa İqtisadi Birliyinin 6 üzvü — Fransa, AFR, İtaliya, Niderland, Belçika və Lüksemburq imzalamışlar. Saziş 1958-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. 1957cü ildən Böyük Britaniya, İrlandiya və Danimarka Avratoma daxil olmuşlar. Onun rəsmi vəzifəsi nüvə sənayesi yaratmaq və inkişaf etdirməkdir. 1959-cu ilin yanvarında Avratomun üzvləri nüvə materiallarının ticarəti üzrə ümumi bazar yaratdılar. Bununla əlaqədar tədqiqat işləri aparmaq, texniki informasiyaları mübadilə etmək, kapital qoyuluşuna maraq oyatmaq, çox baha başa gələn müəssisələri qarşılıqlı surətdə tikmək, nüvə xammalı ilə təchizat, kapital və işçi qüvvəsinin sərbəst hərəkəti və s. nəzərdə tutulur.
Radiator
Radiator — İki mühit arasında istilik mübadiləsinə imkan verən cihazdır. Qızdırıcı radiator 1855-1857-ci illər arasında Sankt-Peterburqda yaşayan Prusyada anadan olmuş rus iş adamı Frans San Qalli tərəfindən icad edilmişdir.
Amator
Amator və ya Həvəskar (fransızca: amateur) — Bir işi və ya peşəni həyatını qurmaq üçün və ya pul üçün deyil, zövq üçün işləyən həvəskar, bu işə maraqlı insanlar üçün istifadə olunan bir termindir. Bunun əksi “peşəkardır”. Həvəskarlar öz işlərində mütəxəssis deyillər, peşə olaraq da bu işi peşə olaraqda öyrənməmişlər. Bu söz həm də “təcrübəsiz” və “səriştəsiz” kimi sərt şəkildə istifadə olunur. Qədim fransız dilində “sevən, aşiq” mənasını verən “amateur” sözünün kökü 1784-cü ilə təsadüf edir. Fransız dilinə isə yenə latıncadan eyni mənaya gələn “amatorem” (nom.“amator”) sözündən girmişdir..
Avatar
Avatar aşağıdakı mənalarda işlənə bilər: Avatara — induizmdə müəyyən missiya ilə maddi dünyaya enmiş tanrının adı. == Filmlər == Avatar — 1916-cı il istehsalı olan italyan səssiz filmi. Avatar: Aanq haqqında əfsanə — Nickelodeon telekanalında nümayiş olunan cizgi serialı. Korra əfsanəsi — Nickelodeon telekanalında nümayiş olunan cizgi serialı. Avatar — 2009-cu il istehsalı olan ABŞ fantastika filmi.
Viktor
Viktor — kişi adı.
Aviation (mahnı)
"Aviation" – The Last Shadow Puppets qrupunun ikinci studiya albomu olan Everything You've Come to Expect-dən üçüncü sinql. 16 mart 2016-cı ildə Domino Records tərəfindən buraxılıb. == Mahnı klipi == Klipdə Törner və Keyn çimərlikdə çuxur qazırlar, onlar torpağı qazarkən bir kişi və gəlin paltarı geyinmiş qadın maşından düşüb onlara yaxınlaşır. Keyn birdən qayıdıb kişini öpür ki, bu da onların arasında dava olmasına səbəb olur. Bu vaxt qadın sahilə qaçır, Törner və Keyn isə kişinin adamları tərəfindən torpağa basdırılır. Klipin sonrası "Everything You've Come to Expect" mahnısında göstərilir. Video Malibudakı Point Dume-də çəkilib və rejissoru Saam Farahmanddır. Klip 16 mm ilə çəkilib, Chung Chung-hoon, videonun vizual keyfiyyətini təmin edərək, çəkilişlər üzrə rejissor vəzifəsini icra etdi.
Aviqdor Liberman
Aviqdor Liberman (ivr. ‏אביגדור ליברמן‏‎ 5 iyul 1958, Kişinyov) SSRİ-də anadan olmuş, əslən israilli siyasətçi. Hazırda İsrailin Müdafiə naziridir. O, 2009–2012 və 2013–2015-ci illər aralığında İsrail Xarici İşlər naziri vəzifəsində xidmət etmişdir. Bundan başqa, İsrail Baş Nazirinin müavini vəzifəsində də xidmət etmişdir. O, seçicilərinin əksəriyyəti keçmiş Sovet dövlətlərindən gələn immiqrantlar olan dünyəvi-milliyyətçi "Bizim ev-İsrail" partiyasının qurucusudur. 1990-cı illərdə bir milyona yaxın rusdilli immiqrantların İsrailə gəlməsindən sonra "Bizim ev-İsrail" partiyası koalisiya hökumətinin təşkil olunmasında əsas pay sahiblərindən biri olmuşdur. Liberman ilk dəfə 1999-cu ildə Knessetə üzv olmuş və bu vaxtdan etibarən hökumətdə bir neçə mühüm vəzifəni icra etmişdir. O, həmin vaxtdan indiyə qədər Milli İnfrastruktur naziri, Nəqliyyat naziri, Strateji İşlər naziri, Baş Nazirin müavini, Xarici İşlər naziri və Müdafiə naziri vəzifələrini uğurla icra etmişdir. == Həyatı == Liberman 5 iyul 1958-ci ildə SSRİ-də (indiki Moldova, Kişinyov) anadan olmuşdur.
Dassault Aviation
Dassault Aviation SA, Fransa mərkəzli bir aviasiya və müdafiə sənayesi şirkətidir. Şirkət 1929-cu ildə Marcel Dassault tərəfindən qurulub və Dassault Qrupun bir hissəsidir. Şirkətin mərkəzi Parisdə yerləşir.
Erigeron aviatorum
Erigeron aviatorum (lat. Erigeron aviatorum) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Netscape Navigator
Netscape Navigator – Netscape Communications, Inc. şirkətinin işləyib hazırladığı tanınmış veb-brauzer. İlk versiyası 1994-cü ildə buraxılıb. Havayı yayılan bu proqram Netscape şirkətinə ucuz başa gəlməsə də, burada əsas məqsəd Internet provayderlərinin diqqətini Netscape Web Server proqram təminatına cəlb etmək idi. 1998-ci ildə Netscape Navigator brauzerlər savaşında Microsoft Explorer brauzerinə uduzduqdan sonra AOL şirkətinə satılıb. 2008-ci ildə AOL bu brauzerin dəstəklənməsini dayandırıb. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Variator ötürməsi
Variator ötürməsi — ötürmə ədədini səlis dəyişmək üçün istifadə olunan ayrıca aqreqat və ya maşınlara quraşdırlmış düyüm. Variator onun işləməsini təminedən bir və ya bir neçə pilləsiz ötürmədən ibarətdir. Onun əsas xassəsi tənzimləmə diapazonu, yəni ən böyük ötürmə ədədinin ən kiçiyə nisbəti ilə ifadə olunur (adətən 3-6, bəzi hallarda 10-12). Variatorlar müxtəlif iş şəraitlərində maşının optimal işləməsinə xidmət edir. Məsələn, metalkəsən dəzgahda diametri dəyişən pəstahın müxtəlif sahələrində əlverişli kəsmə sürətini təmin etmək mümkündür. Bundan əlavə variatorlara avtomobil, tekstil maşın və mexanizmlərində, kağız, kimya sənayesində, nəqliyyatda rast gəlinir. Ən geniş yayılmış növü elektrik mühəriki ilə işlədilən pazlı qayış ötürməsidir. Sürətin pilləsiz ötürmə sistemi kimi variatorların tətbiqi avtomatlaşdırılmış texniki vasitələrdə daha böyük rol oynayır. Şəkildə qayış ötürməsi ilə işləyən variator təsvir olunmuşdur. Variator pazformalı qayışla əlaqələndirilmiş aparıcı və aparan qasnaqlardan ibarətdir.
Noqayev Viktor
Noqayev Viktor Antonoviç- 1911 -ci il noyabr ayının 15-də Şimali Osetiya Muxtar Respublikasının Vladiqafqaz şəhərində anadan olmuşdur.1948-ci ildə Bakı Şəhər Sovetinin, 1952-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. Noqayev Viktor Antonoviç 1911 -ci il noyabr ayının 15-də Şimali Osetiya Muxtar Respublikasının Vladiqafqaz şəhərində anadan olmuşdur. Viktor Antonoviç orta məktəbin 7-ci sinfini bitirdikdən sonra, 1931-ci ildə Dəmiryol politexnikumunu bitirərək birinci dərəcəli texnik- mexanik ixtisasına yiyələnmiş və işləməyə Moskva şəhərinə göndərilmişdir. Burada o, Vaqontormoiqayırma Elmi-Tədqiqat İnstitutunda avtotormozlan sınayan texnik vəzifəsin¬də işləmişdir. İnstitutda işlədiyi müddətdə 10 ay səfərbər¬lik tədbiri üzrə Petropavlovsk-Kamçatka ma¬gistralının tikintisində işləməyə göndərilmişdir. Tikintidə işlədiyi müddətdə ardıcıl olaraq maşi¬nist köməkçisi, parovoz maşinisti, parovozların təmiri üzrə instruktor vəzifələrində çalışmışdır. 1933-cü ildə Viktor Antonoviç Qroznı şəhərindəki Neft institutuna daxil olub, 1938-ci ildə oranı bitirərək, neft-mədən mühəndisi ixtisası alır və institututda saxlanılaraq, neft-mədən yataqlarının işlənməsi və istismarı kafedrasında laboratoriya müdiri təyin edilir.: 1939-cu ildə Viktor Noqayev «Əzizbəyov- neft» trestinin dəvəti ilə Bakıya gəlir və trestin 1—ci və 3-cü mədənlərində neftçıxarma ustası, 4-cü mədəndə mədən müdirinin müavini, trestin fontan-kompressor istismarı üzrə böyük mühəndisi, neftin nəqli sexinin direktoru, qaz idarəsinin baş mühəndisi, quyularm tədqiqi üzrə trestin böyük müfəttişi vəzifələrində işləyir. 1943-1946-cı illərdə «Artyomneft» trestində neftçıxarma ustası, mədən müdirinin müavini, mədən müdiri, 1946-1947-ci illərdə trestin baş mühəndisi, 1947-1949-cu illərdə trestin rəisi, 1949-1950-ci illərdə «Azərdənizneft» Birliyinin baş mühəndisi, 1950-1955-ci illərdə «Gürganneft» trestinin (indiki Neft Daşları NQÇİ) rəisi işləmişdir. Viktor Antonoviç «Gürganneft» trestinə rəhbərlik etdiyi müddətdə dirəklər üzərində unikal dəniz şəhəri yaradılmağa başlandı. 1 saylı yaşayış qəsəbəsi, qəsəbədə 16 ədəd ikimərtəbəli yataqxana binaları, gücü 540 Kvt olan 10 ədəd dizel-elektrik stansiyası, qazanxana, hamam, mağazalar, on kilometrlərlə estakadalar, meydançalar, «Neft Daşları» yatağının neft-qaz horizontlannm sınaq-istismar işləri, dəniz suyunu mexaniki qarışıqlardan təmizləyən qurğular, xüsusi injeksiya quyularından laylara dəniz suyunun vurulması, hava-kompressor və qaz-kompressor stansiyası, üzən barjda yerləşdirilmiş hər birinin gücü 750 Kvt olan dizel-elektrostansiya, böyükqabaritli blok- özüllərin tikilməsi, Neft Daşlarmdan neftlə dolu ilk tankerin sahilə göndərilməsi, özüllərdən küt (topa) halında maili istiqamətli neft quyularmın qazılması, 1 və 2 saylı əmtəə çənləri parkı, gəmi yanalma körpüsünün qurulması və s.
Silven Viltor
Silven Viltor (fr. Sylvain Wiltord, 10 may 1974, Nyoyi-syur-Marn, Sena-Sen-Deni, Fransa) — Hücumçu mövqeyində oynamış olan keçmiş Fransa futbolçusu. Hücumçu "Bordo", "Olimpik Marsel", "Arsenal" və Fransa millisindəki çıxışları ilə məşhurdur. 11 iyun 2012 tarixində futbol karyerasını bitirdiyini açıqlamışdır. Vikianbarda Silven Viltor ilə əlaqəli mediafayllar var.
Viktor Avdyuşko
Viktor Antonoviç Avdyuşko (rus. Виктор Антонович Авдю́шко; 11 yanvar 1925, Moskva – 19 noyabr 1975, Moskva) — SSRİ teatr və kino aktyoru. RSFSR xalq artisti (1974) 1949-cu ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu (Yuli Rayzmanın emalatxanası) bitirmişdir. O, 1948-ci ildə "Gənc qvardiya" filmində kinoda debüt etmişdir. 1957-ci ildə "Sıx düyün" ("Paşa həyata girir") filmində Pavel Mansurov rolunu oynamışdır. Avdyuşkonun ən böyük işi "Gələnlərə sülh" filmindəki əsgər Yamşçikov roludur (1961). Aktyor xüsusilə zahiri sərt, təmkinli, cəsarətli, lakin xeyirxah və müdrik insanların rollarında uğurla çıxış etmişdir (starşina Şesternev, "Dirilər və ölülər", 1964; Qriqori Şiligin, "Fəhlə kəndi", 1966; Marşal Konyev, "Azadlıq əsgərləri", 1977). O, həm də komediya rollarını oynamışdır (dalğıc Mişa, "Otuz üç", 1966). Ümumilikdə aktyor 60-dan çox film rolunu oynamışdır.
Viktor Osimhen
Viktor Osimhen (29 dekabr 1998, Laqos, Laqos ştatı) — Nigeriyalı futbolçu. İtaliyanın "Napoli" və Nigeriya milli komandasının hücumçusu. Nigeriyada anadan olan Osimhen peşəkar karyerasına 2017-ci ildə Almaniyanın "VfL Volfsburq" klubunda başlayıb. Klubda bir yarım mövsüm keçirdikdən sonra o, 2018–19-cu illərdə icarə əsasında Belçikanın "Şarlerua" komandasına keçir. 2019-cu ildə Fransanın "Lill" komandasına keçir. 2020-ci ildə Osimhen İtaliyanın "Napoli" klubuna rekord məbləğə, 70 milyon avroya transfer olur. 2021–22 mövsümündə A Seriyasının Ən Yaxşı Gənc Oyunçusu mükafatını qazanır. Osimhen Nigeriyanın qazandığı 2015-ci ildə keçirilmiş "FIFA U-17 Dünya Kuboku"nda Qızıl buts mükafatını qazanır. O, 2017-ci ilin iyununda Nigeriya millisində debüt edir və 2019 Afrika Millətlər Kubokunda iştirak edib.
Viktor Dubınin
Viktor Petroviç Dubınin (rus. Ви́ктор Петро́вич Дубы́нин; 1 fevral 1943, Martyuş[d], Sverdlovsk vilayəti – 22 noyabr 1992, Moskva) — Sovet və Rusiya hərbi xadimi. Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının 1-ci rəisi - Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini (1992-ci ilin may - noyabr), 40-cı Ordunun komandanı (1986-1987), Ordu generalı (1992). Rusiya Federasiyasının Qəhrəmanı (11 noyabr 2003, ölümündən sonra). Viktor Dubınin 1 fevral 1943-cü ildə Sverdlovsk vilayətinin Kamenski rayonunun Martyuş kəndində anadan olub. Hazırda Martyuş kəndi Sverdlovsk vilayətinin Kamenski şəhər rayonunun bir hissəsidir. Valideynlərinin ailəsi 1937-ci ildə məskunlaşmaq üçün oraya sürgün edilib. 1946-cı ildə və ya 1948-ci ildə onlar Kurqan vilayətinin Qalkinski rayonunun Riqa kənd sovetinin (indiki Kurqan vilayətinin Şumixinski bələdiyyə dairəsinin bir hissəsidir) doğma Bolşaya Riqa kəndinə qayıda bildilər. 1951-ci ildən kənddəki köhnə məktəbdə təhsil alıb. Böyük Riqa kəndində 9 sinfi bitirib, sonra məktəb səkkizillik təhsilə keçirilib.
Viktor Petrov
Viktor Platonoviç Petrov (ukr. Віктор Платонович Петров; təxəllüsləri V. Domontoviç (ukr. В. Домонтович) və Viktor Ber (ukr. Віктор Бер); 10 (22) oktyabr 1894, Dnepr – 8 iyun 1969, Kiyev —Ukrayna və SSRİ yazıçısı, filosofu, sosial antropoloqu, ədəbiyyatşünası, arxeoloqu, filoloqu, etnoqrafı, tarixçisi və kulturoloqu. O, Valerian Pidmogilnı ilə birlikdə Ukrayna intellektual roman janrının, eləcə də romanlaşdırılmış bioqrafiyanın yaradıcılarından biri hesab olunur. Petrov indiki dövrdə yazıçı kimi xatırlansa da, sağlığında o, ilk növbədə alim olmuşdur. O, arxeologiya, antropologiya, tarix, fəlsəfə və ədəbiyyat üzrə məqalələr yazmışdır. Petrov eyni zamanda, 1930-cu illərin sonlarından sovet kəşfiyyatçısı olmuşdur. Viktor Platonoviç Petrov 10 oktyabr 1894-cü ildə Rusiya imperiyasının Yekaterinoslav şəhərində (indiki Ukraynanın Dnepr şəhəri) kahin ailəsində anadan olmuşdur. Onun uşaqlığı Odessada keçmişdir.
Viktor Rappoport
Viktor Romanoviç Rappoport (Rappaport) (rus. Виктор Романович Раппопорт (Раппапорт); 1889, Sankt-Peterburq – 2 iyul 1943, Bakı) — sovet teatr rejissoru, dramaturq, pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943). Viktor Romanoviç Rappoport 1889-cu ildə Sankt-Peterburqda anadan olmuşdur. 1910-cu ildə Sankt-Peterburq İmperator Universitetini bitirmiş və həmin ildən "Teatr və incəsənət" jurnalında işləmişdir. Teatr fəaliyyətinə 1912-ci ildə Sankt-Peterburq Troitski Teatrında başlamış və 1913–1914 mövsümündə teatrın bədii rəhbəri olmuşdur. 1915-ci ildən çar ordusunda hərbi xidmət keçərək bədii kollektivin üzvü olmuşdur. 1917-ci ilin oktyabrından Kote Marcanişvilinin rəhbərlik etdiyi Troitski Teatrında fəaliyyətini davam etdirmiş, 1918-ci ildən Petroqrad Dram Aktyorları İttifaqı Teatrının (keçmiş Suvorin Teatrı) baş rejissoru olmuşdur. Böyük Dram Teatrında və Leninqrad opera və dram teatrlarında tamaşalar səhnələşdirmişdir. Viktor Rappoport 1922–1926-cı illərdə Aleksandr Teatrında çalışmış, 1924-cü ildən həmin teatrın studiyasında pedaqoji fəaliyyət göstərmişdir. 1926-cı ildən Leninqrad Opera və Balet Teatrının rejissoru, 1927-ci ildən isə baş rejissoru olmuşdur.
Viktor ungerniyası
Viktor ungerniyası (lat. Ungernia victoris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin ungerniya cinsinə aid bitki növü. Çoxillik soğanaqlı bitkidir. Soğanağı iri, uzunluğu 7–11 sm, yumurtaşəkilli, diametri 7–12 sm, açılan, tünd-qəhvəyi və ya qaramtıl-qonur rəngli, pulcuqlu olub, boyuncuğunun uzunluğu 17 sm-ə bərabərdir. Soğanağın dib tərəfi yaxşı inkişaf etmiş, sarımtıl-çəhrayı rəngli, şirəli olmaqla, yalançı əlavə kökləri vardır. Yarpaqları ikisıralı, şirəli, hamar, xətti, zirvəsi küt, uzunluğu 20–40 sm, eni isə 1–4 sm-ə bərabərdir. Bu bitki fevralın sonunda inkişafa başlayaraq, aprelin ortalarına kimi maksimal inkişaf edir. Mayın sonundan iyunun sonuna qədər inkişafı zəifləyir və quruyur. İnkişaf etmiş çiçəkqruplarının uzunluğu 12–30 sm olub, bircərgəli çətirşəkilli qına malikdir. Çiçəkqrupları 2–11 ədəd, düz qıfabənzər, sarımtıl-çəhrayı və ya yasəmən çiçəklərinə bənzəyir.
Viktor Corbenadze
Viktor Corbenadze (gürc. ვიქტორ ჯორბენაძე; 28 iyul 1924, Tiflis, Gürcüstan SSR, SSRİ – 1999, Tbilisi) — Tiflisdəki Nikah sarayının memarlarından biri. Dostları arasında "Butsa" kimi tanınan Corbenadze 28 iyul 1925-ci ildə Xarkovda anadan olub, atası Nikoloz Corbenadze isə Qırmızı Orduda xidmət edib. 1928-ci ildə Samtrediaya köçən Corbenadzenin anası Lübov Sanadze ölkənin aparıcı mama həkimlərindən biri olub. Anasının statusu Corbenadzeyə musiqi və xarici dillər üzrə fərdi repetitorlardan təhsil ala bilmək imkanını verib. O, 1940-1946-cı illərdə Tbilisidə Gürcüstan Texniki Universitetində memarlıq fakültəsində təhsil alıb. Təhsilini başa vurduqdan sonra, 1952-1956-cı illərdə Moskvada Dövlət Layihə İnstitutuna ("Qiproqor") daxil olmazdan əvvəl (1946-1952) o, Samtredia Kənd Təsərrüfatı Nazirliyinin layihə-tikinti şöbəsində işləmiş və stalinist memar Mixail Parusnikovun şagirdi olmuşdur. Corbenadzenin həyatı boyu Tiflis mədəniyyət səhnəsinin böyük simaları ilə, o cümlədən Nato Vaçnadze, Yuri Meçitov və Sergey Paracanovla sıx əlaqələri olub. O, heç vaxt evlənməyib. Onun Paracanovla (1973-cü ildə həbs olunub) olan yaxın dostluğu onlar haqqında müxtəlif şayiələrin yayılmasına səbəb olub.
Viktor Onisko
Viktor Onisko (ukr. Віктор Онисько ; 17 dekabr 1982, Kiyev – 30 dekabr 2022) — ukraynalı film redaktoru və Rusiya-Ukrayna müharibəsində iştirak edən Ukrayna Silahlı Qüvvələrinin hərbçisi. Viktor Onisko Ukraynanın məşhur kino redaktoru olub. O, təkcə Ukraynada deyil, həm də Avropa və ABŞ-da tanınan 20-dən çox Ukrayna filmi və serialı üzərində işləyib. Bunlara "Sevastopol uğrunda döyüş" (2015), "Leninin süqutu" (2017), "U311 Çerkassı" (2019), "Soyuqqanlılıq" (2019) və "Yüksələn şahin” (2019) daxildir. "Leninin süqutu" İvan Frankonun tarixi romanı əsasında çəkilib. Martın 4-də Onisko hərbi komissarlığa gəlib. O, müharibədə "Tarantino" kod adını daşıyırdı. O, Xerson, Donetsk və Luqansk vilayətləri ərazisində hərbi əməliyyatlarda iştirak edib. O, 30 dekabr 2022-ci ildə döyüş tapşırığını yerinə yetirərkən həlak olub.
Viktor Ryabokon
Viktor Ryabokon (rus. Виктор Рябоконь; 1895, Rusiya imperiyası – 27 aprel 1938, Kommunarka poliqonu[d], Moskva vilayəti) — sovet futbol hakimi. Ümumittifaq kateqoriyalı hakim olmuşdur. 1937-ci il oktyabrın 21-də əksinqilabi faşist təşkilatında və terrorda iştirakda ittiham edilərək həbs edilib. 27 aprel 1938-ci ildə məhkum edilmiş və edam edilmişdir. 1957-ci ildə bəraət almışdır. "A" sinfində baş hakim kimi 6 oyunda hakimlik edib (1936–1937). 1936-cı il SSRİ kubokunun yarımfinalında (Tbilisi "Dinamo"su ilə "Qırmızı Bayraqlı Qluxovo" (5:1) matçında, Uruqvay və Finlandiya işçi komandaları arasında 1928-ci il Ümumittifaq Spartakiadasının 1/4 final oyununda və 1934-cü ildə SSRİ və Türkiyə yığmaları arasında keçirilən oyunda hakimlik edib.
Viktor Ambroz
Viktor Ambroz (ing. Victor R. Ambros; 1 dekabr 1953) — Amerika Birləşmiş Ştatlarından olan molekulyar bioloq və mikroorqanizmin ilk kəşfçisi. “2024-cü ildə mikro RNT-nin kəşfinə və onun transkripsiyadan sonrakı gen tənzimləməsindəki roluna görə Fiziologiya və Tibb üzrə Nobel mükafatçısı. (Qari Ravkan ilə birgə) == Həyatı == 1 dekabr 1953-cü ildə Hannoverdə (Nyu-Hempşir əyalətində) anadan olub. O, Qari Ravkanla birlikdə 2024-cü ildə Fiziologiya və Tibb üzrə Nobel Mükafatını qazanıb. O, həmçinin Genetika üzrə Qruber Mükafatı, Luiza Qross Horovitz Mükafatı, Benjamin Franklin Medalı, Həyat Elmləri üzrə Brictrow Mükafatı, Qardiner Mükafatı, Tibb üzrə Volf Mükafatı və sonda Fiziologiya və Tibb üzrə Nobel Mükafatı kimi mükafatlara layiq görülüb.