Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
AUKUS
AUKUS — 15 sentyabr 2021-ci ildə Avstraliya, İngiltərə və ABŞ arasında imzalanan üçtərəfli təhlükəsizlik paktı. Pakta əsasən, ABŞ və İngiltərə, Avstraliyanın nüvə enerjisi ilə işləyən sualtı gəmilərinin hazırlanmasında və yerləşdirilməsində Qərbin Sakit okean bölgəsindəki hərbi varlığının artmasına kömək etməyi qəbul edirlər. Avstraliyanın baş naziri Skot Morison, İngiltərənin baş naziri Boris Conson və ABŞ prezidenti Co Baydenin birgə açıqlamasında başqa bir ölkənin adı çəkilməsə də, Ağ Evdəki anonim mənbələr bunun Çinin Hind-Sakit okean bölgəsindəki təsirinə qarşı çıxmaq üçün hazırlandığını iddia edir. Ancaq İngiltərənin baş naziri Boris Conson daha sonra parlamentdə çıxış edərək, bu addımın Çinə qarşı məqsədli olmadığını söylədi. 17 sentyabr 2021-ci ildə Fransa, Avstraliya və ABŞ-dakı səfirlərini geri çağırdı, Fransa xarici işlər naziri Jan-İv Le Drian, Avstraliya-Fransa sualtı gəmi müqaviləsinin ləğv edilməsi səbəbiylə müqaviləni "arxadan bıçaqlanma" adlandırdı. Fransanın reaksiyasını Hind-Sakit okeanı regionundakı bir neçə Fransız ərazisi və bu bölgədəki vətəndaşlarına qarşı gələcək geosiyasi təhdidlər qorxusu səbəbiylə daxili təhlükəsizlik problemləri ilə daha geniş izah etmək olar.
Aykun
Avun
Avun — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Avun kəndi Çay Üzü kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Urakəran kəndi mərkəz olmaqla Urakəran kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi adını ərazidəki eyniadlı çaydan almışdır. Toponim yerli əhalinin dilində Ovun kimi tələffüz edilir. Tədqiqatçıların bir qisminə görə, hidronim talış dilindəki ov (su) sözündən və həm məkan, həm də cəmlik bildirən -on şəkilçisindən ibarət olub, "sulu yer" deməkdir. Tədqiqatçıların digər qismi isə bu toponimi "ov, ovlaq" kimi izah edir. Əslində türk dillərində avun "sakitləşdirən, təsəlli verən, ovudan", "ram olan, sakitləşən" deməkdir. Deməli, Avun hidronimini "sakit çay" kimi qəbul etmək daha məqsədəuyğundur. Toponimikada Amur çayının adı da eyni məna ilə açıqlanır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Viləşçayın sahilində, dağətəyi ərazidə yerləşir.
Akuku Danger
Akuku Danger — 130 dəfə evlənən və 210 uşağı olan keniyalı == Həyatı == Danger ilk dəfə 1939-cu ildə ailə qurub. 130 dəfə evlənən mərhum 30 dəfə boşanıb. Bu rəqəmlərlə həm də "Ginnesin rekordlar kitabı"na düşən Danger sonuncu dəfə 1997-ci ildə 79 yaşında 18 yaşlı bir qızla evlənib. Övladlarından yalnız 40-ın məxsus olduqları Luo qəbiləsinin qanunları ilə qeydə alınıb. Digər uşaqların adları isə heç bir yerdə qeyd olunmayıb. 1970-ci ildə onun tikdirdiyi 2 orta məktəbdə yalnız öz uşaqları təhsil alırdı. Evlənməkdən doymayan Danger Akuku ölməmişdən bir gün əvvəl nəvələrini başına yığaraq onlara cavanlığından danışıb: "Həmişə cavan və gülərüz olmuşam, heç bir qadın mənim cazibəm qarşısında cavabsız qala bilmirdi. Həmişə istədiyimi ağılla etmişəm, ona görə də xoşbəxtəm". 130 dəfə evlənən və 210 uşağı olan Akuku Danger 2010-cu ildə 92 yaşında dünyasını dəyişib.
Vukan Nemaniç
Vukan Nemaniç (serb. Вукан Немањић; təq. 1165, Raşka dövləti – təq. 1207) — 1196-cı ildən Duklya və Dalmatsiya kralı; 1202-2104-cü illərdə Raşkanın (Serbiyanın) böyük jupanı; 1204-1208-ci illərdə Zeta knyazı. Nemaniçlər sülaləsinə mənsub idi. Vukan Raşkanın böyük jupanı (hökmdarının) Stefan Nemanyanın oğlu idi, 1195-ci ildə ata Vukanı Duklyanın jupanı təyin etdi. Vukanın sahib olduğu ərazilərə Zeta, Travuniya, Toplitsa və Hvsno daxil idi. 1199-cu ildən sonra Vukan Roma papası və Macarıstan krallığı ilə siyasi əlaqələr qurmağa başladı. Vukan danışıqlarını Antivariya arxiyepiskopu I İvanın vasitəsilə həyata keçirirdi. Onun məqsədi Papadan Serbiya üzərində hüququ əldə etmək idi.
Akun adası
Akun (aleut. Akungan, ing. Akun Island) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Alyasaka ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Umnak adasından şimalda yerləşir. Əhalisi yoxdur. == Tarix == Bu ad 1830-cu ildə Veniaminov və Fyodor Litke tərəfindən verilmiş, hidroqraf Tebenkov 1852-ci ildə bu adı xəritəyə qeyd etmişdir. 1928-ci il mayın 22-də axşam saatlarında adanın sahillərində "Folklend ulduzu" yelkənli gəmisi qəzaya uğramışdır. Gəmi duman içində sahil daşlarına çırpəımışdır. Ertəsi gün sahil mühafizə gəmisi "Hayda" və "Kedr" mayak xidmət gəmisi qəzada zərərçəkənlərə yardım etmək üçün köməyə gəlir.
Ceyms Kukun üçüncü dünya səyahəti
Ceyms Kukun üçüncü dünya səyahəti 1776-1780-ci illərdə baş tutdu və Kral Cəmiyyətinin tövsiyəsi ilə Britaniya hökuməti tərəfindən təşkil edildi. Onun məqsədi şimal-qərb keçidini tapmaq idi. Ceyms Kuk Şimali Amerikanın Sakit okean sahillərinə çatdı, qitənin qərb sahilinin xəritəsini çəkdi və Berinq boğazından keçdi. Lakin buz onun həm şərqə, həm də qərbə üzməsinə mane olurdu. Gəmilər Sakit Okeana qayıtdılar və qış üçün Havay adalarına çatdılar. Yerlilərlə atışma oldu və 14 fevral 1779-cu ildə Kuk atışmada öldürüldü. Ekspedisiyanın komandanlığını şimal-qərb keçidini tapmağa cəhd edən Çarlz Klerk öz üzərinə götürdü. Ölümündən sonra ekspedisiyaya Con Qor rəhbərlik edirdi. Gəmilər 1780-ci ilin oktyabrında İngiltərəyə qayıtdı. Orada onlar təmkinli qəbulla qarşılaşdılar.