Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Adıgeya
Adıge Respublikası (rus. Республика Адыгея, adıq Адыгэ Республик) — Rusiya Federasiyasının Krasnodar diyarı ərazisində respublika. Şimali Qafqazda, Kuban və Laba çaylarının sol sahillərindədir. Cənub federal dairəsinə daxildir. Sahəsi 7.600 km²-dir. Əhalisi 447.000 nəfərdir. Onların 120.000 nəfəri adıgeylərdir. Paytaxtı Maykop şəhəridir. Yeddi rayonu, iki şəhəri (Maykop və Adıgeysk), beş şəhər tipli qəsəbəsi var. Respublikada neft və qaz çıxarılır.
Adıgeysk
Adıgeysk (adıgeycə, rus. Адыгейск) – Rusiyada bir şəhərdir.
Adıgey
Adıge Respublikası (rus. Республика Адыгея, adıq Адыгэ Республик) — Rusiya Federasiyasının Krasnodar diyarı ərazisində respublika. Şimali Qafqazda, Kuban və Laba çaylarının sol sahillərindədir. Cənub federal dairəsinə daxildir. Sahəsi 7.600 km²-dir. Əhalisi 447.000 nəfərdir. Onların 120.000 nəfəri adıgeylərdir. Paytaxtı Maykop şəhəridir. Yeddi rayonu, iki şəhəri (Maykop və Adıgeysk), beş şəhər tipli qəsəbəsi var. Respublikada neft və qaz çıxarılır.
Adıgey Respublikası
Adıge Respublikası (rus. Республика Адыгея, adıq Адыгэ Республик) — Rusiya Federasiyasının Krasnodar diyarı ərazisində respublika. Şimali Qafqazda, Kuban və Laba çaylarının sol sahillərindədir. Cənub federal dairəsinə daxildir. Sahəsi 7.600 km²-dir. Əhalisi 447.000 nəfərdir. Onların 120.000 nəfəri adıgeylərdir. Paytaxtı Maykop şəhəridir. Yeddi rayonu, iki şəhəri (Maykop və Adıgeysk), beş şəhər tipli qəsəbəsi var. Respublikada neft və qaz çıxarılır.
Adıgey dili
Aşağı Adıqca (КӀахыбзэ; КӀах Адыгэ псалъэ) — Abxaz-adıq dillərindən Adıq dilinin (Адыгэ псалъэ) bir dialektidir. Adıgey Respublikasında, Lazarev və Tuapse bölgələrində və Krasnodar vilayətində yayılmışdır. Şərqi Avropanın yerlisi Adıq dilinin digər əsas dialekti isə Yuxarı Adıqdır (Kabarda-çərkəz). Aşağı Adıq dialektindən 120 mindən artıq adam ünsiyyət vasitəsi kimi istifadə edir. Aşağı Adıq dili əsas ağızları arasında temirgoi, abadzex, bjeduq və şapsuq kimi boyların ağızları tapılar. Temirgoi, bu dilaketin ədəbi standartıdır. Ədəbi dil intensiv şəkildə inkişaf edir.
Adıgey tarixi
Adıge ərazisində ilk insan izləri Erkən Paleolit dövrünə aiddir. E.ə.I-ci minilliyin ortalarına aid yazılı abidələrdə adıqların əcdadları meotlar, sindlər, kerketlər və s. adlarla məlumdur. Hunların ardınca IV–IX əsrlərdə Şimali Qafqaz avarların, Bizansın, bulqarların və xəzərlərin hücumlarına məruz qalmışdı. VI əsrin sonlarından 630-cu ilə dək Adıge Göytürk xaqanlığının nəzarəti altında olmuşdur. Adıge Dneprboyu slavyanlar, Qafqaz xalqları və Yaxın Şərq ölkələri ilə ticarət aparırdı. XIII əsrin 2-ci yarısından XV əsrin 1-ci yarısınadək Qara dəniz sahillərində yerləşən Genuya şəhər-koloniyaları Adıgenın tarixi-mədəni inkişafında və ticarətində mühüm rolu olmuşdur. Əsasən çörək, meyvə, kürü, mis, mum, xəz və qul ixrac olunur, duz, parça, silah və bəzək əşyaları idxal edilirdi. XIII əsrdə Adıge Qızıl Ordaya tabe oldu. 16–18 əsrlərdə Osmanlı imperiyası və Krım xanlığının Adıge ilə müharibələri nəticəsində burada islam dini yayılmağa başlamışdı.
Adıgey ədəbiyyatı
Adıgey ədəbiyyatı — adıge dilində yaradılmış ədəbi əsərlər kompleksi. Adıgelərin xalq poeziyası (Nart dastanları, qəhrəmanlıq, əmək və mərasim nəğmələri) zəngindir. Adıge əlifbası Oktyabr inqilabından sonra yaranmışdır. Yazılı ədəbiyyat sovet dövründə inkişaf etmişdir. Adıge ədəbiyyatının banisi xalq şairi Suq Teuçej olmuşdur. Bədii nəsr Tembot Keraşevin adı ilə bağlıdır. Əhməd Xatkov, Sovet İttifaqı Qəhrəmanı Hüseyn Andruxayev və Murad Paranukun şeirlərində, Dmitri Kostanov, Əsgər Yevtıx, Yusif Tlusten və başqalarının hekayə, povest və romanlarında sosializm quruculuğu, xalqlar dostluğu mövzuları əsas yer tutur. Ж. Ф. Бовикина, Дмитрий Кэстан, Адыгейский научно-исследовательский институт экономики, языка, литературы и истории. Вопросы истории адыгейской советской литературы. — Адыгейский науч.-иссл.
Vladimirovskoe (Adıgey)
Vladimirovskoe (adıq Владимировскэр) — Adıge Respublikasının Qiaqin rayonunda kənd. Kənd Kelermesskoe inzibati mərkəzinə tabedir. Qiaqin rayonunun cənub hissəsində, Ulka çayının sağ sahilində yerləşir. Kelermesskoe kənd yaşayış məntəqəsinin mərkəzindən 5 km cənub-şərqdə, rayon mərkəzi Qiaqin şəhərindən 15 km cənub-şərqdə və Maykop şəhərindən 23 km şimal-şərqdə yerləşir. Kəndin sahəsi 0,69 km2-dir ki, bu da kənd yaşayış məntəqəsi ərazisinin 0,51%-ni təşkil edir. Kənd Zəkuban maili düzənliyində, düzənlikdən dağətəyi zonaya keçiddə yerləşir. Kəndin orta hündürlüyü dəniz səviyyəsindən 208 metr yüksəklikdədir. Ərazinin relyefi cənub-qərbdən şimal-şərqə doğru meyilli olub və təpəli və dalğalı yüksəklikləri ilə diqqəti cəlb edir. Çay dərələri ilə ərazi kəsilib. Kənd ərazisində ən yüksək nöqtə dəniz səviyyəsindən 208 metrdir.
Adıgeysk şəhər dairəsi
Adıgeysk şəhər dairəsi (adıq Джаджэ район) — Rusiya Federasiyası, Adıgey Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Adıgeysk şəhəridir. Adıgey Respublikasının şimal-qərb hissəsində, Krasnodar su anbarının cənub sahilində yerləşir. Qərb, şimal və şərqdən şəhər dairəsi Teuçejsk rayonunun torpaqları ilə əhatə olunur. Güneydə Krasnodar diyarının Qoryaçı Klyuç şəhər dairəsi ilə həmsərhəddir. Şəhər dairəsinin sahəsi 32.40 km²-dir. Vahid bələdiyyə olaraq Adıgeysk şəhərinə dörd şəhərdaxili dairə daxildir - Adıgeysk şəhərinin şərq və qərb dairələri, həmçinin Qatlukay kəndi və Psekups ferması. Respublikanın düzənlik zonasında yerləşir. Nisbi yüksəkliklərdə kəskin dəyişiklik olmadan ərazi əsasən düzdür. Şəhər dairəsinin cənub-qərbinə, dağlar tədricən yüksəlməyə başlayır.
Abxaz-adıqey dilləri
Abxaz-adıq dilləri — Şimali Pontik və ya Şimali-qərb Qafqaz olaraq da bilinən dil ailəsi. Buraya Abxaz-abaza və Adıq (Çərkəz) dili daxildir. Adıq dilinin, Aşağı Adıqca və Kabarda çərkəz (Yuxarı Adıqca) olmaqla iki əsas dialekti tapılar. Adıqların Ubıx klanının şifahi Ubıx dialekti ise ölü dildir. Abxaz-adıq dilləri dil bilimciləri tərəfindən Hind-Avropa dilləri Avropaya yayılmamışdan öncə Şərqi Avropada danışılan dillərdən qaldığı qəbul edilir. Bu səbəbdən Abxaz-adıq dillərinin dünyada danışılan başqa heç bir dillə yaxından qohum olmayan qədim bir dil ailəsi olduğu düşünülür. Abxaz-adıq dillərində saitlər (vokalizm) yarımsistemi zəif inkişaf etmişdir. Samitlər (konsonantizm) yarımsitemi mürəkkəb və geniş inkişaf etmişdir. Bu dillərin fonoloji sistemi (2-3) sait və (80) samit fonemlərdən ibarətdir.