abxaz
abxazca
OBASTAN VİKİ
Adıgey
Adıge Respublikası (rus. Республика Адыгея, adıq Адыгэ Республик) — Rusiya Federasiyasının Krasnodar diyarı ərazisində respublika. Şimali Qafqazda, Kuban və Laba çaylarının sol sahillərindədir. Cənub federal dairəsinə daxildir. Sahəsi 7.600 km²-dir. Əhalisi 447.000 nəfərdir. Onların 120.000 nəfəri adıgeylərdir. Paytaxtı Maykop şəhəridir. Yeddi rayonu, iki şəhəri (Maykop və Adıgeysk), beş şəhər tipli qəsəbəsi var. Respublikada neft və qaz çıxarılır.
Adıgey Respublikası
Adıge Respublikası (rus. Республика Адыгея, adıq Адыгэ Республик) — Rusiya Federasiyasının Krasnodar diyarı ərazisində respublika. Şimali Qafqazda, Kuban və Laba çaylarının sol sahillərindədir. Cənub federal dairəsinə daxildir. Sahəsi 7.600 km²-dir. Əhalisi 447.000 nəfərdir. Onların 120.000 nəfəri adıgeylərdir. Paytaxtı Maykop şəhəridir. Yeddi rayonu, iki şəhəri (Maykop və Adıgeysk), beş şəhər tipli qəsəbəsi var. Respublikada neft və qaz çıxarılır.
Adıgey dili
Aşağı Adıqca (КӀахыбзэ; КӀах Адыгэ псалъэ) — Abxaz-adıq dillərindən Adıq dilinin (Адыгэ псалъэ) bir dialektidir. Adıgey Respublikasında, Lazarev və Tuapse bölgələrində və Krasnodar vilayətində yayılmışdır. Şərqi Avropanın yerlisi Adıq dilinin digər əsas dialekti isə Yuxarı Adıqdır (Kabarda-çərkəz). Aşağı Adıq dialektindən 120 mindən artıq adam ünsiyyət vasitəsi kimi istifadə edir. Aşağı Adıq dili əsas ağızları arasında temirgoi, abadzex, bjeduq və şapsuq kimi boyların ağızları tapılar. Temirgoi, bu dilaketin ədəbi standartıdır. Ədəbi dil intensiv şəkildə inkişaf edir.
Adıgey tarixi
Adıge ərazisində ilk insan izləri Erkən Paleolit dövrünə aiddir. E.ə.I-ci minilliyin ortalarına aid yazılı abidələrdə adıqların əcdadları meotlar, sindlər, kerketlər və s. adlarla məlumdur. Hunların ardınca IV–IX əsrlərdə Şimali Qafqaz avarların, Bizansın, bulqarların və xəzərlərin hücumlarına məruz qalmışdı. VI əsrin sonlarından 630-cu ilə dək Adıge Göytürk xaqanlığının nəzarəti altında olmuşdur. Adıge Dneprboyu slavyanlar, Qafqaz xalqları və Yaxın Şərq ölkələri ilə ticarət aparırdı. XIII əsrin 2-ci yarısından XV əsrin 1-ci yarısınadək Qara dəniz sahillərində yerləşən Genuya şəhər-koloniyaları Adıgenın tarixi-mədəni inkişafında və ticarətində mühüm rolu olmuşdur. Əsasən çörək, meyvə, kürü, mis, mum, xəz və qul ixrac olunur, duz, parça, silah və bəzək əşyaları idxal edilirdi. XIII əsrdə Adıge Qızıl Ordaya tabe oldu. 16–18 əsrlərdə Osmanlı imperiyası və Krım xanlığının Adıge ilə müharibələri nəticəsində burada islam dini yayılmağa başlamışdı.
Adıgey ədəbiyyatı
Adıgey ədəbiyyatı — adıge dilində yaradılmış ədəbi əsərlər kompleksi. == Tarixi == Adıgelərin xalq poeziyası (Nart dastanları, qəhrəmanlıq, əmək və mərasim nəğmələri) zəngindir. Adıge əlifbası Oktyabr inqilabından sonra yaranmışdır. Yazılı ədəbiyyat sovet dövründə inkişaf etmişdir. Adıge ədəbiyyatının banisi xalq şairi Suq Teuçej olmuşdur. Bədii nəsr Tembot Keraşevin adı ilə bağlıdır. Əhməd Xatkov, Sovet İttifaqı Qəhrəmanı Hüseyn Andruxayev və Murad Paranukun şeirlərində, Dmitri Kostanov, Əsgər Yevtıx, Yusif Tlusten və başqalarının hekayə, povest və romanlarında sosializm quruculuğu, xalqlar dostluğu mövzuları əsas yer tutur. == İstinadlar == == Əlavə ədəbiyyat == Ж. Ф. Бовикина, Дмитрий Кэстан, Адыгейский научно-исследовательский институт экономики, языка, литературы и истории. Вопросы истории адыгейской советской литературы. — Адыгейский науч.-иссл.
Vladimirovskoe (Adıgey)
Vladimirovskoe (adıq Владимировскэр) — Adıge Respublikasının Qiaqin rayonunda kənd. Kənd Kelermesskoe inzibati mərkəzinə tabedir. == Coğrafiyası == Qiaqin rayonunun cənub hissəsində, Ulka çayının sağ sahilində yerləşir. Kelermesskoe kənd yaşayış məntəqəsinin mərkəzindən 5 km cənub-şərqdə, rayon mərkəzi Qiaqin şəhərindən 15 km cənub-şərqdə və Maykop şəhərindən 23 km şimal-şərqdə yerləşir. Kəndin sahəsi 0,69 km2-dir ki, bu da kənd yaşayış məntəqəsi ərazisinin 0,51%-ni təşkil edir. Kənd Zəkuban maili düzənliyində, düzənlikdən dağətəyi zonaya keçiddə yerləşir. Kəndin orta hündürlüyü dəniz səviyyəsindən 208 metr yüksəklikdədir. Ərazinin relyefi cənub-qərbdən şimal-şərqə doğru meyilli olub və təpəli və dalğalı yüksəklikləri ilə diqqəti cəlb edir. Çay dərələri ilə ərazi kəsilib. Kənd ərazisində ən yüksək nöqtə dəniz səviyyəsindən 208 metrdir.
Abxaz dili
Abxaz dili – abxazların dili. Abxaz-adıq dillərindən biridir. Əsasən Abxaziya Muxtar Respublikasında (faktiki qondarma Abxaziya respublikası) geniş yayılmışdır. Təqribən 100 minə qədər adam bu dildə danışır. İki əsas dialektə bölünür: abjuy və bzıb. Hallanma yoxdur. Ədəbi dil kimi 1862-ci ildə rus qrafikası əsasında abxaz əlifbasının tərtibindən sonra başlamışdır. 1928-ci ildə latın qrafikasına, 1938-ci ildə gürcü qrafikasına, 1954-cü ildə isə rus qrafikasına keçmişdir.
Abxaz knyazlığı
Abxaziya knyazlığı (gürc. აფხაზეთის სამთავრო, apkhazetis samtavro) — Gürcüstan krallığında davam edən daxili qarışıqlıq içərisində meydana gələn feodal xarakterli qədim bir dövlətdir. Əvvəl Osmanlı sonra isə Rusiya imperiyasının vassalığını qəbul edib varlığını qorusa da, 1864-cü ildə Rusiya imperiyası tərəfindən Abxaziya knyazlığının varlığına son qoymuşdur.
Abxaz silsiləsi
Abxaz silsiləsi (abx. Аҧснытәи ашьхаӡқуа; gürc. აფხაზეთის ქედი, Apxazetiskedi) — de-yure olaraq Gürcüstan, de-fakto olaraq Abxaziya ərazisində, Qafqaz dağlarında silsilə. Bzıb silsiləsinin şərq davamıdır. Baş Qafqaz (yaxud Suayrıcı) silsiləsinə paralel uzanır. Uzunluğu 60 kilometr, hündürlüyü 3,156 metrədəkdir. Porfirit və şistlərdən ibarətdir. Yamacları aşağı hissədə meşələrlə, yuxarılarda alp çəmənlikləri ilə örtülüdür. Müasir buzlaqlar var.
Abxaz ədəbiyyatı
Abxaz ədəbiyyatı — abxaz dilində ədəbiyyat. == Tarixi == Abxazların zəngin şifahi ədəbiyyatı var. Yazılı abxaz ədəbiyyatı isə gəncdir. İlk abxaz əlifba kitabı 1865-ci ildə nəşr olunmuşdur. 1892-ci ildə K. Maçavariani və Dmitri Qulianın "Abxaz əlifbası" çap edilmişdir. Bədii ədəbiyyat, əsasən, SSRİ hakimiyyəti illərində inkişafa başlamışdı. Abxaz sovet ədəbiyyatının banisi xalq şairi Dmitri Quliadır. Milli dramaturgiyanın yaranması Samson Çanbanın (1886–1937) adı ilə bağlıdır. Şairlərdən İ. Koqonia (!903-1928), K. Kvisinia, K. Aqumaa (1915–1950), L. Labaxua (1911–1938), Ş. Svijba, B. Şinkuba, nasirlərdən İ. Papaskiri, M. Lakerbay (1901–1965), V. Arqba (1921–1937), M. Xaşba, G. Qulia və başqalarının şeir, poema, povest və romanları abxaz ədəbiyyatında sosialist realizminin inkişafında rol oynamışdır. "Abxaz nağılları" (1960), D. Qulia və başqa abxaz yazıçılarının bir sıra əsəri Azərbaycan dilində nəşr edilmişdir.
Abxaz-adıge xalqları
Abxaz-adıge xalqları – Şimali Qafqazda , Cənubi Qafqazda, Yaxın Şərqdə və qismən dünyanın bir çox ölkələrində diasporalarında yaşayan və mənşəcə qohum olan xalqların – abxazlar, adıgelər, kabardalılar, şapsuqlar, abazinlər, ubıxlar və çərkəzlərin ümumi adı. Daha çox islam dini üstünlük təşkil edir. Az miqdarda pravoslavlar mövcud. Ateizm yetərincə geniş yayılmış. Abxaz-adıge xalqları Şimali Qafqazın ikinci böyük xalqlar qrupudur. == Ümumi məlumat == Abxaz-adıge dillərində danışırlar. Qədimdən Şimali Qafqazın cənub-qərbində, Kubanda və Qara dəniz sahillərində yaşamışlar. Abxaz-adıge xalqlarının etnogenezində skiflər, sarmatlar, alanlar və başqaları iştirak etmişlər. Kubanətrafı tayfalar antik müəlliflərin əsərlərində meotlar adı ilə qeyd olunmuşlar. Təqribən V–X əsrlərdə abxaz-adıge tayfaları ittifaqına zixlər başçılıq etdiyindən, bu ad ilə tanınmışlar.
Abxaz-adıq dilləri
Abxaz-adıq dilləri — Şimali Pontik və ya Şimali-qərb Qafqaz olaraq da bilinən dil ailəsi. Buraya Abxaz-abaza və Adıq (Çərkəz) dili daxildir. Adıq dilinin, Aşağı Adıqca və Kabarda çərkəz (Yuxarı Adıqca) olmaqla iki əsas dialekti tapılar. Adıqların Ubıx klanının şifahi Ubıx dialekti ise ölü dildir. Abxaz-adıq dilləri dil bilimciləri tərəfindən Hind-Avropa dilləri Avropaya yayılmamışdan öncə Şərqi Avropada danışılan dillərdən qaldığı qəbul edilir. Bu səbəbdən Abxaz-adıq dillərinin dünyada danışılan başqa heç bir dillə yaxından qohum olmayan qədim bir dil ailəsi olduğu düşünülür. Abxaz-adıq dillərində saitlər (vokalizm) yarımsistemi zəif inkişaf etmişdir. Samitlər (konsonantizm) yarımsitemi mürəkkəb və geniş inkişaf etmişdir. Bu dillərin fonoloji sistemi (2-3) sait və (80) samit fonemlərdən ibarətdir.
Abxaz-adıqey dilləri
Abxaz-adıq dilləri — Şimali Pontik və ya Şimali-qərb Qafqaz olaraq da bilinən dil ailəsi. Buraya Abxaz-abaza və Adıq (Çərkəz) dili daxildir. Adıq dilinin, Aşağı Adıqca və Kabarda çərkəz (Yuxarı Adıqca) olmaqla iki əsas dialekti tapılar. Adıqların Ubıx klanının şifahi Ubıx dialekti ise ölü dildir. Abxaz-adıq dilləri dil bilimciləri tərəfindən Hind-Avropa dilləri Avropaya yayılmamışdan öncə Şərqi Avropada danışılan dillərdən qaldığı qəbul edilir. Bu səbəbdən Abxaz-adıq dillərinin dünyada danışılan başqa heç bir dillə yaxından qohum olmayan qədim bir dil ailəsi olduğu düşünülür. Abxaz-adıq dillərində saitlər (vokalizm) yarımsistemi zəif inkişaf etmişdir. Samitlər (konsonantizm) yarımsitemi mürəkkəb və geniş inkişaf etmişdir. Bu dillərin fonoloji sistemi (2-3) sait və (80) samit fonemlərdən ibarətdir.
Abxaz Dövlət Muzeyi
Abxaz Dövlət Muzeyi (abx. Аҧсуа ҳәынҭқарратә музеи) — Abxaziyanın Suxumi şəhərindəki tarixi muzey. Muzeyin iki filialı var - Abxaziyanın Gulrıpş və Qudauta bölgələrində. == Ekspozisiya == Muzeyin fəaliyyət göstərdiyi uzun tarixi ərzində o, çoxlu sayda dəyərlərli eksponatlar toplamağa nail olub. Onun anbarlarında 100 mindən çox əşya saxlanılır-bunlar keramika, metal, parça, yazılı sənədlər və s. hazırlanmış unikal əşyalardır. Bu gün muzeyin fondlarında təkcə abxaz xalqının deyil, həmçini Qafqazın digər xalqlarının, Qədim Misirin, Yunanıstanın, Romanın, Bizansın, Sasani İranının tarix və mədəniyyət abidələri, Oktyabr İnqilabının sənədləri, abxaz xalqının İkinci Dünya müharibəsində iştirakından bəhs edən materiallar var. Exspozisiyada nümayiş etdirilən eksponatların bir çoxu təkcə respublikada deyil,həm də dünyada böyük əhəmiyyətə malikdir. Bunlara aşağıdakılar daxildir:keçmiş Sovet İttifaqının ən qədimlərindən biri, məşhur Acheulean Yashtukh saytı;Soyuq mağaranın (sümük zıpkınlar kolleksiyası) mezolit inventarı, mağara ayının ön qolundan olan "rəis heyəti". Eramızdan əvvəl 3-cü minilliyin sonlarına aid dolmenlərin metal mədəniyyətinin materialları da böyük əhəmiyyət kəsb edir.
Abxaz Mehmed Paşa
Abaza paşa və ya Abaza Mehmed Paşa (21 yanvar 1576, Konstantinopol – 23 avqust 1634, Konstantinopol) — 1624–1628-ci illərdə Cəlali üsyanının lideri olan Osmanlı dövlət adamı. Abxaz Mehmed Paşa özünə məxsus geyimi ilə dövründə fərqlənmiş, hətta bəzi mənbələrə görə Osmanlı sultanları belə onun geyiminə istinad etmişdir. == İlk illəri == Əslən abxazdır. İlk işi Hələb hakimi Canpoladoğlu Əli Paşanın xəzinədarlığı oldu. Canpoladoğlu ailəsi Hələbin idarəsində olan köklü ailələrdən biri idi. Əmisi Hüseyn Paşanın edam edilməsindən sonra üsyan qaldıran Canpoladoğlu Əli Paşanın üsyanında yer aldı. 1607-ci ildə baş verən döyüşdə Canpoladoğlunun ordusunda iştirak etdi ancaq ordu məğlub olduqdan sonra Osmanlı ordusuna əsir düşdü. Həmin illərdə yeniçəri ağası olan Xəlil Paşa sülhü təmin etmiş və beləliklə, Abxaz Mehmed Xəlil Paşanın xidmətinə girmişdir. Xəlil Paşa kaptan-ı dərya təyin edildiyi illərdə Abxaz Mehmed Paşa da dərya bəyi olaraq seçildi. Ard-arda silahdarlıq, Hələb və Mərəş hakimi oldu.
Gürcü-abxaz münaqişəsi
Gürcü-abxaz münaqişəsi - faktiki olaraq müstəqil, qismən tanınmış respublika olan Abxaziyadakı gürcülər və abxazlar arasındakı etnik qarşıdurmanı əhatə edir. Geniş mənada isə, gürcü-abxaz münaqişəsini Sovet İttifaqının 1991-ci ildə dağılması ilə 20-ci əsrin sonlarında şiddətlənmiş, Qafqaz bölgəsindəki geosiyasi qarşıdurmanın bir hissəsi kimi görmək olar. Bu münaqişə postsovet məkanının ən qanlı münaqişələrindən biri kimi bu gün də həll olunmamış qalır. Gürcüstan hökuməti bir neçə dəfə Abxaziyaya əsaslı muxtariyyət təklif etmişdir. Ancaq həm Abxaz hökuməti, həm də Abxaziyadakı müxalifət Gürcüstanla hər cür birləşmədən imtina edir. Abxazlar öz müstəqilliklərini Gürcüstandakı azadlıq müharibəsinin nəticəsi kimi qiymətləndirir, gürcülər isə inanırlar ki, tarixən Abxaziya həmişə Gürcüstanın bir hissəsini təşkil etmişdir. Gürcülər müharibədən əvvəl, 1989-cu ildəki 45.7% çoxluq ilə Abxaziyada ən böyük etnik qrup sayılsalar da, 2014-cü ilə qədər Gürcüstanın müstəqil qalmağını istəyən gürcülərin böyük əksəriyyəti Abxaziyanı tərk etdi. Bir çoxları Eduard Şevardnadze hökumətini (1992-2003-cü illərdə) nəticəsi olmayan hərbi əməliyyatlara başlamaqda, müharibə və müharibədən sonrakı diplomatiyanın düzgün idarə etməməkdə ittiham edirlər. Müharibə dövründə abxaz seperatçılar 250.000-ə qədər etnik gürcünün qovulmasına və 4000-dən 15000-ə qədər adamın öldürülməsinə səbəb olan etnik təmizləmə kampaniyasını həyata keçirmişdilər. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Lissabon, Budapeşt və İstanbul konvensiyaları BMT Baş Məclisinin GA / 10708 qətnaməsində də qeyd edilmiş gürcülərin etnik təmizlənməsini rəsmi olaraq tanımışdı.
Körpülülərin kürəkəni Abxaz Siyavuş Paşa
Körpülülərin kürəkəni Abxaz Siyavuş Paşa (ö. 2 mart 1688) — II Süleyman dövründə ümumilikdə 5 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Sədrəzəm Körpülü Mehmed Paşanın kölələrindən olub, əslən abxazdır. Bir müddət onun xidmətində olmuş, ardından qızı Ayşə Xatunla evlənmişdir. Bu səbəblə bir çox mənbələrdə Körpülü kürəkəni olaraq anılır. Sədrəzəmin vəfatından sonra sədarətə gətirilən oğlu Fazil Əhməd Paşaya kəndxuda oldu. Onun sədarəti dövründə 1663-cü ildən etibarən çıxılan Uyvar, Krit və Kamaniçe səfərlərində iştirak etmişdir. Sədrəzəm Əhməd Paşanın 1676-cı ildə vəfatının ardından həccə gedən riqabdar ağanın yerinə vəkillik etdi və ertəsi il özü də hacı oldu. Mərzifonlu Mustafa Paşanın 1678-ci ildə çıxdığı Çehrin səfəri əsnasında ikinci miraxur olduğu bilinir. Ancaq sədrəzəmin istəyilə bütün saray vəzifələrindən azad oldu və iqta sahibi hərbçi olaraq səfərə qatıldı.
бонса́й вста́виться напрока́зничать оппортунисти́ческий пара́дность растасо́вывать киносеа́нс ополови́нивать похоха́тывать факти́ческий dehort dissuade drain well exhaustion forwards-area interbred leap-day unremarkable Vatican City winecup англоман асфальтовый бекон каменобоец признаваться