Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ajio
Asio
Qulaqlı bayquş (lat. Asio) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Alio Adamia
Alio Adamia (gürc. ალიო კონსტანტინეს ძე ადამია, 7 (20) may 1914, Batumi – 19 oktyabr 1980, Tbilisi) — gürcü sovet yazıçısı, şairi, jurnalisti və naşiri. == Bioqrafiyası == 7 may (20 may) 1914-cü ildə Rusiya İmperiyasının Kutaisi vilayətinin Ozurqeti mahalının Batum şəhərində (indiki Batumi) anadan olmuşdur. 1934 -cü ildə Tbilisi Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 1930-1936-cı illərdə Akhalgazrda Komunisti qəzetində çalışdı (ახალგაზრდა კომუნისტი, Rus Gənc Kommunist). 1940-cı ildə Bolşeviklərin Ümumittifaq Kommunist Partiyasına üzv oldu. 1942-1954-cü illərdə "Komunisti" qəzetində çalışıb. 1954-1963 — "Xelovneba" ədəbi-bədii nəşriyyatının direktoru (ხელოვნება, Rus İncəsənəti). 1963-1968 — "Merani" nəşriyyatında şöbə müdiri (მერანი). 1968-1980 — "Sabchota Sakartvelo" nəşriyyatının baş redaktoru (საბჭოთა საქართველო, Rus Sovet Gürcüstanı).
Asio otus
Adi qulaqlı bayquş (lat. Asio otus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin qulaqlı bayquş cinsinə aid heyvan növü.
Asio flammeus
Bataqlıq bayquşu (lat. Asio flammeus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin qulaqlı bayquş cinsinə aid heyvan növü.
Sara Jio
Sara Jio (ing. Sarah Jio; 18 fevral 1978, Beynbric-Aylend[d], Vaşinqton) — Amerikalı yazıçı, sentimental romanların müəllifidir. == Bioqrafiya == Sara Jio 18 fevral 1978-ci ildə Sietldə, Vaşinqtonda anadan olub. Uşaq ikən yazmağa başlayır və yerli qəzeti The Bremerton Sun üçün ilk köşəsin yazır. Daha sonra Jio Qərbi Vaşinqton Universitetində jurnalistika fakültəsinə daxil olur. Sara Jio karyerasına 2000-ci ildə The Silver Company-də hesab üzrə icraçı kimi başlamış və on il işlədiyi Seattle Pacific Universitetində redaktor olmuşdur. Eyni zamanda o, bir çox milli jurnal və qəzetlərdə səyahət, qidalanma, qida, sağlamlıq və psixologiyanı əhatə edən mövzularda məqalələr təqdim edən müstəqil yazıçı kimi çalışmışdır. 2010-cu ildə Sara Jio Penguin Random House ilə müqavilə bağlayır və o vaxtdan bu beynəlxalq nəşriyyat şirkəti bestselleri Böyürtkən qışı daxil olmaqla 11 roman nəşr edib. Onun romanları dünyanın 30-dan çox ölkəsində nəşr olunub və onlarla dilə tərcümə olunub. == Biblioqrafiya == 2011 — Mart ayında Bənövşələr (ing.
Aşio mis mədəni
Aşio mis mədəni (足尾銅山, Aşio Dozan) – Yaponiyanın Toçiqi prefekturasının Nikko şəhərində (keçmişdə Aşio qəsəbəsində) yerləşən fəaliyyətsiz mis mədəni. Mədən 1880-ci illərdə Yaponiyada baş verən ilk ətraf mühit çirklənməsinə səbəb olmasına, eləcə də, 1907-ci ildə mədənçilərin iştirakı baş vermiş qiyama görə tanınır. İkinci dünya müharibəsi illərində mədəndə işləməyə məcbur edilmiş bir çox müharibə əsiri ölmüşdür. Mədən 1973-cü ildə fəaliyyətini dayandırmışdır və hazırda burada muzey, eləcə də, attraksion fəaliyyət göstərir. 2008-ci ildə Aşio mis mədəni milli tarixi yer elan olunmuşdur. == Tarixi == Aşio mis mədəni 1550-ci ildə kəşf edilmiş, 1610-cu ildə Tokuqava hökuməti tərəfindən birbaşa idarə olunmağa başlamışdır. Mədəndən illik 1500 ton mis çıxarılırdı. Nikko Toşoqu məbədinin və Edoda yerləşən Zoco məbədinin tikintisində, eləcə də, Kaney Tsuho sikkələrinin hazırlanmasında Aşio mədənindən çıxarılmış misdən istifadə olunmuşdur.Mədəndə mis istehsalı azaldıqdan sonra Aşionun 44 mədənçisi hökumətdən mədəndə sikkə kəsmək üçün icazə istəmişdir. 1741-ci ildə Aşiko sikkəxanası ilk 6 ay ərzində minlərlə, növbəti beş ildə isə 20 milyondan çox Kaney Tsuho sikkəsi kəsmişdir. 1871-ci ildə mədən özəlləşdirilmişdir.
Sara Jio (yazıçı)
Sara Jio (ing. Sarah Jio; 18 fevral 1978, Beynbric-Aylend[d], Vaşinqton) — Amerikalı yazıçı, sentimental romanların müəllifidir. == Bioqrafiya == Sara Jio 18 fevral 1978-ci ildə Sietldə, Vaşinqtonda anadan olub. Uşaq ikən yazmağa başlayır və yerli qəzeti The Bremerton Sun üçün ilk köşəsin yazır. Daha sonra Jio Qərbi Vaşinqton Universitetində jurnalistika fakültəsinə daxil olur. Sara Jio karyerasına 2000-ci ildə The Silver Company-də hesab üzrə icraçı kimi başlamış və on il işlədiyi Seattle Pacific Universitetində redaktor olmuşdur. Eyni zamanda o, bir çox milli jurnal və qəzetlərdə səyahət, qidalanma, qida, sağlamlıq və psixologiyanı əhatə edən mövzularda məqalələr təqdim edən müstəqil yazıçı kimi çalışmışdır. 2010-cu ildə Sara Jio Penguin Random House ilə müqavilə bağlayır və o vaxtdan bu beynəlxalq nəşriyyat şirkəti bestselleri Böyürtkən qışı daxil olmaqla 11 roman nəşr edib. Onun romanları dünyanın 30-dan çox ölkəsində nəşr olunub və onlarla dilə tərcümə olunub. == Biblioqrafiya == 2011 — Mart ayında Bənövşələr (ing.
Aşio mis mədəni qiyamı
Aşio mis mədəni qiyamı (足尾暴動事件, Aşio bodo ciken) – 1907-ci ilin fevralında Yaponiyanın Toçiqi prefekturasında yerləşən Aşio mis mədənində baş vermiş iğtişaş. Daha yaxşı iş şəraiti tələb edən mədənçilər qiyam qaldıraraq mədən tikililərinə böyük zərər vurmuşdurlar. == Tarixi == 1906-cı ildə Naqaoka Tsuruzo və Minami Sukematsunun başçılığı altında 600 mədənçi Yaponiya Mədənçilər Birliyinin Aşio şöbəsini yaratmışdır. Onlar daha yaxşı iş şəraiti və maaşların 60% artırılmasını tələb etməyə başlamışdırlar.Mədənçilərin tələbləri qarşılanmadığı üçün 4 fevral 1907-ci ildə Aşio mis mədənində qiyam başlamışdır. Mədənçilər telefon xətlərini kəsmiş, mühafizə qüllərinə və digər şirkət binalarına hücum etmişdirlər, lakin polislər onları dayandıra bilmişdirlər. 6 fevralda mədənçilər əsas mühafizə qülləsini dinamitlə partlatmış və 130 tikilini yandırmışdırlar. Qiyam zamanı sadəcə bir nəfər – sərxoş qiyamçı ölmüşdür.Yaponiya hökuməti mədəndə hərbi vəziyyət elan etmiş və 7 fevralda qiyamı yatırmaq üçün 3 hərbi birlik göndərmişdir. 628 mədənçi saxlanılmış, 182 mədənçi qiyam başlatmaqla ittiham olunmuş və 82 mədənçiyə həbs cəzası verilmişdir. == Nəticəsi == Qiyamdan sonra şirkət islahatlar aparmış və mədənçilərin maaşını 20% artırmışdır. Mədənçilər daha çox müstəqillik əldə etmişdirlər.
Aşio mis mədəni çirklənməsi
Aşio mis mədəni çirklənməsi (足尾鉱毒事件, Aşio kodoku ciken) – Yaponiya tarixində baş vermiş ilk ekoloji fəlakət. XIX əsrin ikinci yarısında Toçiqi prefekturasında yerləşən Aşio mis mədənində aparılan intensiv işlər ətraf mühitə və yerli sakinlərin sağlamlığına böyük ziyan vurmuşdur. == Tarixi == 1877-ci ildə Aşio mis mədəninin yeni sahibi Furukava İçibey yeni mis damarları kəşf etmiş və yeni texnologiyalardan istifadə edərək mədəndə intensiv mis hasilatına start vermişdir. Mədəndə aparılan intensiv əməliyyatlar nəticəsində zəhərli tullantılar yaxınlıqda axan Vatarase və Tone çaylarına atılmağa başlamışdır. Mədənə aid olan tüstü bacalarından ayrılan toksinlər ağacların ölməsinə səbəb olmuş və meşələrin məhvinə səbəb olmuşdur. Mədən odun ehtiyacını qarşılamaq üçün özü də ağacları qırmağa başlamış, meşələrin məhv olması nəticəsində daşqınlar başlamışdır. 1890-cı ildən etibarən daşqınlar Kanto düzənliyinin şimalında yerləşən 50.000 akr ərazini çirkləndirmiş və 500 mindən çox insanın həyatını təhlükə altına salmışdır.Mədənin səbəb olduğu tullantılar çayların balıqçılıq sənayesinə də ziyan vurmuşdur. Çaylarda yaşayan balıqlar ölməyə, balıqları yeyən şəxslər isə xəstələnməyə başlamışdır. Tezliklə bu çaylarda tutulan balıqların satılmasına qadağa qoyulmuşdur. 1880-ci illərin sonuna qədər bu çayların su canlıları tamamilə məhv olmuşdur.
ADİN
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi — Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycanın daxili işlər naziri Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Prezidenti tərəfindən təyin edilir və vəzifədən azad edilir. Hal-hazırkı daxili işlər naziri Vilayət Eyvazovdur. == Tarixi == Daxili İşlər Nazirliyi ilk olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin nəzdində yaradılmışdır. Polis qüvvələrinə cavabdeh olan bir dövlət orqanı olduğu üçün Azərbaycanın dövlət quruculuğunda mühüm rol oynamışdır. Lakin 28 aprel 1920-ci ildə Azərbaycan Sovet hakimiyyətinin altına düşəndən sonra SSRİ Daxili İşlər Nazirliyinin səlahiyyətinə verildi. 18 oktyabr 1991-ci ildə nazirlik yenidən Azərbaycanın tabeliyinə verildi. Birinci Qarabağ müharibəsi zamanı polis işçilərinin 60-ı Azərbaycanın Milli Qəhrəmanı adını aldı, onlardan 86-sı Azərbaycan Bayrağı, 247-si isə digər medal və ordenlər ilə təltif olundu. 1992-ci ildə Azərbaycan Beynəlxalq Cinayət Polis Təşkilatına (İnterpol) üzv oldu və 24 noyabr 1992-ci ildə Daxili İşlər Nazirliyinin tərkibində İnterpolun Milli Mərkəzi Bürosu yaradıldı. 30 iyun 2004-cü ildə DİN xidmətləri üzərində korporativ nəzarəti həyata keçirmək, Azərbaycan polisinin xidməti ilə uyğun olmayan işlərin qarşısının alınması, korrupsiya məmurlarının ifşası üçün Daxili Təhlükəsizlik Departamenti yaradıldı.
ADİP
Azərbaycan Demokratik İstiqlal Partiyası
ADİU
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU/UNEC) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən biri. == Tarixi == === SSRİ dövrü === Azərbaycanda ali təhsilli iqtisadçı kadrların hazırlanmasına keçən əsrin 20-ci illərindən başlanmışdır. Belə ki, ilkin olaraq Azərbaycan İnqilab Komitəsi tərəfındən yaradılan Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi olmuşdur. 1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin İctimai Elmlər fakültəsində İqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır. Azərbaycan Dövlət İqtisad Universiteti rəsmi şəkildə 1930-cu ildə yaradılıb. Müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir. 1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarı Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutu təsis edilib. Ali məktəb Azərbaycan Ticarət Kooperasiya İnstitutu adı ilə 1933-cü ilədək mövcud olub. 1933-cü il yanvarın 2-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Ticarət Kooperasiya İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb.
AHİK
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 5–6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqlarının qurultayında təsis edilmişdir. Həmkarlar ittifaqları üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin təmsil və müdafiə edən Naxçıvan Muxtar Respublikasının və 26 Sahə həmkarlar ittifaqı birliklərinin könüllü ittifaqıdır. AHİK 17430 həmkarlar ittifaqı təşkilatını və təqribən 1600000 həmkarlar ittifaqı üzvünü əhatə edir. 24 fevral 1994-cü ildə "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. == AHİK-in orqanları == Qurultay Məclis-hər üzv təşkilatdan 5 nəfər təmsil olunur. İcraiyyə Komitəsi- hər üzv təşkilatdan 1 nəfər təmsil olunur. AHİK-in sədri: Mehbalıyev Səttar Suliddin oğlu "Ülfət" qəzeti-AHİK-in mətbu orqanı AHİK 2000-ci ildən Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının üzvüdür. AHİK sədri Səttar Mehbalıyev 2014-cü ilin may ayından BHİK-in vitse-prezidenti, 2015-ci ilin dekabr ayından isə BHİK-in Pan Avropa Regional Şurasının vitse-prezidentidir. AHİK 1992-ci ildən hökumət və işəgötürənlər birlikləri ilə birgə Beynəlxalq Əmək Təşkilatında təmsil olunur. 1998-ci ildə I Qurultayı, 2003-cü ildə II Qurultayı, 2008-ci ildə III Qurultayı, 2013-cü ildə IV Qurultayı keçirilib.
Abjit
Abjit — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Abjit Balakən rayonunun Qaysa inzibati ərazi vahidində kənd. Qoyuntəpə dağının ətəyindədir. Yaşayış məntəqəsi ikinci dünya müharibəsindən sonra yaradılmışdır. Kəndin adı eyni adlı çayın adından alınmışdır. 2014-cü il məlumatına görə bu kənddə heç kim yaşamır.
Acin
Acin (Həmədan) — İranın Həmədan ostanının Əsədabad şəhristanında şəhər.
Adajio
Adajio (it. Adagio, "adaco" — asta, sakit) — sakit musiqi tempi, əsas musiqi hərəkətlərinin daha becid forması, bu ən asta temp olan Largodan bir qədər cəld, andantedən isə ləngdir. Georq Fridrix Hendel zəmanəsinin musiqisində adajio larqodan ləng hesab edilirdi. Baletdə adajio — rəqsin sakit musiqi tempi ilə müşayət olunan asta hissəsidir.
Adil
Adil — kişi adı və təxəllüs.
Adır
Adır — Fərqanə vadisini əhatə edən təpəli-uvallı dağətəyi sahələr. Nisbi hündürlüyü 100–400 metrdir. Dik yamaclı və çoxşaxəli yarğanlarla kəsilmişdir. Efemer bitkili yarımsəhra və səhra landşaftı var. == İstinadlar == == Əlavə ədəbiyyat == Adır // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
Ahıl
Qocalıq — orqanizmin nəslin davam etdirilməsi qabiliyyətini itirməsindən ölümə qədər olan insan həyatı dövrü.
Aioi
Aioi (yap. 相生市) — Yaponiyanın Hyöqo prefekturasında yerləşən şəhər.
Aqil
Aqil — Kişi adı.
Açıq
Açıq sistemlər — ətraf mühitlə daimi əlaqə ilə xarakterizə olunur. Bu cür sistem özü özünü təmin edən deyil (əslində bu cür sistemlərin mövcudluğu mümkün deyil) və kənardan da-xil olan enerji, material və informasiyadan asılıdır. Bununla belə, açıq sistem ətraf mühitdə baş verən dəyişikliklərə uy-ğunlaşa bilər və bunu öz fəaliyyətini davam etdirmək üçün etməlidir. Açıq sistemlər istifadəçinin dünyagörüşünə görə dəyişilir. Birlikdə işlənəbilərlik və daşınabilərlik xüsusiyyətləri olan və ya müəllif hüquqlarından asılı olan müstəqil sistemlər mənasını verir. Sistemlərin iki tipi mövcuddur: qapalı və açıq sistemlər. Qapalı sistem sərt, müəyyən edilmiş sərhədlərə malikdir və onun fəaliyyəti ətraf mühitdən nisbətən asılı deyil. Qapalı sistemin tipik misalı saatdır. Termini əsasən, xüsusilə o vaxt istifadə daha bazarda yer edinmiş mainframe'lerinde və minicomputers fərqli olaraq, Unix əsasında sistemi təsvir etmək üçün, erkən 1980-ci illərdə təbliğ edilmişdir. Older mövcud sistemi fərqli olaraq, Unix sistemlərinin, yeni nəsil standart proqramlaşdırma interfeys və periferik qarşılıqlı nümayiş; avadanlıq və proqram təminatı üçüncü tərəf inkişafı təşviq edilmiş, belə Amdahl və Hitachi kimi şirkətlər məhkəmə gedən gördüm ki, vaxt norması, bir əhəmiyyətli gediş sistemləri və IBM mainframe'lerinde uyğun olduğunu periferikler satmaq hüququ.
Ağin
Ağin — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ağin (Ani) rayonunda kənd. == Tarixi == Gümrü şəhərindən 22–23 km cənub-qərbdə, Arpaçayın üstündə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Ağit kimi, Qafqazın 5 verstlik xəritəsində Ağin formasında qeyd edilmişdir. Toponim qədim türk dilində «uca, hündür, böyük» mənasında işlənən ağ sözü ilə qədim türk dilində «daxma, koma, mağara» mənasında işlənən in sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.X.1961-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ani qoyulmuşdur. == Əhalisi == Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. XIX əsrin əvvəllərində azərbaycanlılar tarixi torpaqlarından qovulmuş, 1829-30 - cu illərdə Türkiyənin Muş, Alaşkert, Basin vilayətlərindən, 1877-78-cı illərdə Qarsdan ermənilər köçürülüb burada yerləşdirilmişdir.
Ağıl
Ağıl və ya zəka — doğru ilə yanlışı ayırd etmə, hər hansı bir mövzuda fikir yürütmə və münasibət bildirmə qabiliyyətidinə deyilir. Məntiq də ağlın əsas hissəsidir. İnsan yaşa dolduqca ağlı da inkişaf edir. Dərrakə isə bir hadisəni dərk etməyi, qavramağı mühakimə etməyi və açıqlamağı təmin edir. Ümumiyyətlə, 12 yaşa qədər sürətlə inkişaf edən dərrakə qabiliyyəti 20 yaşa qədər davam edir və sonra sabit qalır. Dərrakə insanın hər vəziyyətdə qabiliyyətini üzə çıxartmaya da bilər. Məsələn, gözəl şeir yazan adam bəsit riyazi məsələni həll etməkdə çətinlik çəkir. Çünki dərrakə özünü psixoloji hadisələr, idrak, yadda saxlama qabiliyyəti, meyillər və s. ilə əlaqədar fərqli şəkildə göstərir. Ağıl hisslər, emosional proseslər, anlayış, yaddaş, istəklər, fərdi xüsusiyyətlər və motivlər, həmçinin şüursuzluqla müəyyən edilir.
Ağız
Ağız İnsan orqanlarından biri. == Anatomik xüsusiyyətləri == Ağız boşluğunun sərhədləri: Üstdə : Damaq (Paltum) olur. Palatum, iki qisimdir; Qabaqda Sərt damaq (palatum vəziyyət) arxada yumşaq damaq (paltum molle) olur.Sərt damaq, maksillanın alt parçası olub ağız boşluğunu burun boşluğundan ayırar. Yumşaq damaq, os palatini (palatinal sümük) tərəfindən yaradılan zəif ağız mukozasıdır. Kiçik dil (uvula palatina) yumşaq damağın arxa kənarından arxaya doğru sallanar. Qabaqda: Dodaqlar (labia toris) olur. Dodaqlar, üst dodaq (labyum superior) və alt dodaq (labium inferior) olmaq üzrə iki dənədir. Dodaqların çevrələdiği yarığa "ağız yarığı (rima oris) deyilir.Altda: Ağız döşəməsi olur. Ağız döşəməsi, dilin ekstrinsik əzələləri, submandibular və sublingual tüpürcək bezlərini ehtiva edər. Mandibula nın corpusu isə ağız döşəməsini ətraflar.