ACİZ

sif. [ ər. ]
1. Əlindən iş gəlməyən, bacarıqsız, zəif. Aciz uşaq. Aciz adam. O çox aciz adamdır.
– Bizim söhbətimizə gəldikdə, tələbə Əbdülhəsənzadə Xəlil, necə ki axırda məlum oldu, heç də aciz deyilmiş. C.Məmmədquluzadə.

// Nə edəcəyini bilməyən, çaşıb qalmış. Mən bu işdə acizəm.
[Hacı Kərim:] Mən ki zərgərəm, yövmiyyə xərcimdən ötrü acizəm. M.F.Axundzadə.

□ Aciz etmək – iqtidarsız etmək, bacarmaz hala gətirmək, son dərəcə zəif salmaq. Xəstəlik onu lap aciz edib.
Aciz qalmaq, aciz olmaq – bir iş görmək iqtidarından məhrum olmaq, bacarmamaq.
Olsun aləmlərə hökmün nafiz; Qalsın əmrində təbiət aciz. A.Səhhət.
Murovlar, pristavlar, naçalniklər, hətta qubernatorun özü onun [Əbdülkərimin] əlində aciz qalıb, öhdəsindən gələ bilmirdilər. Ə.Haqverdiyev.
[Yusif:] Bu zorbalıqda ayı mənim qamçımın qorxusundan hər cür oyun çıxarır, amma bu balacalıqda qızın əlində aciz qalmışam. S.S.Axundov.
Çox zaman qəşəng söz deməyi bacaran adamlar çətin hallarda qəhrəmanlıq göstərməkdən aciz olurlar. M.Hüseyn.

2. Cəsarətsiz, qətiyyətsiz, qorxaq. Aciz adam.
// İs. mənasında. [Heydər bəy:] Əlbəttə, acizləri həmişə tuturlar.
Malını alıb tənbih edirlər. M.F.Axundzadə.

// Yazıq, fağır, məzlum, əlsiz-ayaqsız.
[Fəxrəddin:] İlan insanları ehtiyatsızlığa sövq etmək üçün özünü aciz göstərir. M.S.Ordubadi.

Синонимы

  • ACİZ cəsarətsiz — qətiyyətsiz — qorxaq
  • ACİZ bacarıqsız — fərsiz — iqtidarsız
  • ACİZ aciz bax 1. zəif 1; 2. bacarıqsız

Антонимы

  • ACİZ ACİZ – BACARIQLI Mən ki zərgərəm, yövmiyyə xərcindən ötrü acizəm (M.F.Axundzadə); Güləbətin hələ evlərində olanda Səlim xanımın bacarıqlı bir dəllala
ACIYOVŞAN
ACİZANƏ
OBASTAN VİKİ
Molla Ələkbər Aciz
Molla Ələkbər Aciz (1836, Təbriz – 1899, Lənkəran, Lənkəran qəzası) — Azərbaycan şairi, Fövcül-füsəha ədəbi məclisinin üzvü. == Həyatı == Molla Ələkbər Aciz 1836-cı ildə Təbrizdə doğulmuşdur, burada mədrəsə təhsili almış və 1899-cu ildə Lənkəranda vəfat etmişdir. Tamamlanmamış divanı mövcuddur.
Məhəmməd Xəlifə Aciz
Məhəmməd Xəlifə Aciz Qırbulaqlı (?-?) — XIX əsr Azərbaycan şairi == Həyatı == Məhəmməd Xəlifə Aciz XIX əsrin birinci yarısında yaşayıb-yaratmış sənətkarlardandır. O, Sərabda anadan olmuşdur. Təvəllüd və ölüm tarixi məlum deyildir, 72 yaşında vəfat etdiyi güman edilir. Qacarlar dövründə yaşamış şair isə usta xəttat idi, dualar və saray üçün şeir və qəsidələr yazardı. == Yaradıcılığı == "Cənubi Azərbaycan ədəbiyyatı antologiyası", I cildi, 1981. Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005.

Значение слова в других словарях