Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alakay (İşembay)
Alakay (başq. Алаҡай, rus. Алакаево) — Başqırdıstan Respublikasının İşembay rayonunda yerləşən kənd. Kənd Skvorçixa kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (İşembay): 12 km, kənd sovetliyindən (Skvorçixa): 20 km. ən yaxın dəmiryol stansiyasından (Salavat stansiyası): 6 km.
Alakuas
Alakuas (Katalan dilində və rəsmi olaraq Alaquàs) Valensiya bölgəsinin, Valensiya əyalətində, Huerta Oeste rayonunun mərkəzi hissəsində yerləşən ispan şəhəridir. Valensiya paytaxt ərazisinə daxildir. 2014-cü ildə, Alakuasda (Milli Statistika İnstitutu) 29 964 nəfər əhali sayı qeydə alınmışdır. == Toponim == Alakuas adının mənşəyi ərəb dilində “tağlar”, “sıratağlar” الأقواس (al-aqūās) sözündən gəlir. Toponimin dəqiq olaraq hansı tağlara istinad etdiyi bilinməsə də, uzun müddət güman edilib ki, Manisesdən gələn su arxları və Torrente dərəsi üzərində inşa edilmiş körpü və tağlar nəzərdə tutulub. Daha az güman edilən üçüncü ehtimal isə qədim müsəlman qalasının tağlarına istinad edilməsidir. Xristian rekonkistasından müasir dövrə qədər yerin adı daha çox Alaquaz kimi istifadə edilib. == Fiziki coğrafiya == Valensiya bölgəsində (Huerta de Valencia) 42 m hündürlükdə yerləşir və 3.9 km² ərazini əhatə edir. Əyalətin paytaxtından 7 km qərbdə yerləşən Alakuas Qərb Rayonuna daxildir. Şəhərin yerləşdiyi ərazi qərbdən şərqə qədər uzanan bağların formasına görə müəyyən edilib və bu ərazilər ən qərb nöqtəsinə qədər Benaçer arxının suları ilə suvarılır.
Alqoday
Alqoday Tiflis quberniyasının Tianeti qəzasında çay adı. == Toponimkası == Alqoday - Tiflis quberniyasının Tianeti qəzasında çay adı. Axalsix qəzasında Azqüdə göl və çay adları ilə eynidir. Türk dillərində kuta "bataqlıq" sözündəndir.
Alabay
Mərkəzi Asiya çoban iti (Alabay) — güclü və atletik quruluşlu bir gözətçidir. İri sümüklərə və əzələli bir bədən quruluşuna malikdir. İri və güclü quruluşu ilə kobud bir görünüşü olan Alabay irqinin başı böyük ancaq bədəni ilə mütənasibdir. Qulaqları başın iki yanında yerləşmişdir və qısadır. İki təbəqəli olan tüklər qısa və sıxdır. Geniş şəkildə ağ, qara, boz, açıq qəhvə, qırmızı qəhvə rənglərdə xallıdır. == Xarakteri == Ağıllı, özündən əmin, hər istiqamətiylə balanslı, eyni zamanda, azadlığına düşkün və cəsur bir irqdir. Xaricilərə qarşı şübhəçi, qorxusuz və basqın bir xarakterə sahib olan Alabay yaxşı bir gözətçi və sürü itidir. Doğuşdan qoruma instinktinə malikdir və təcavüzkar deyil. Alabayın pis xüsusiyyəti isə torpağı qazmağı sevməsi və gecə hürməsidir.
Aladağ
Aladağ — Adana ilinin ilçəsi. Şərqində Kozan ilçəsi, cənubunda İmamoğlu ve Qaraisalı ilçələri, qərbində Pozantı ilçəsi və şimalında Niğdə ilə Kayseri illəri vardır. Ərazisi 1.347 km² olub əhalisi 2008-ci il əhalinin siyahıyaalınma məlumatına görə 18.249 nəfərdir.İlçənin inzibati mərkəzi Aladağ qəsəbəsidir. Əvvələr Karsantı adı ilə Qaraisalı ilçəsinə bağlı bir bucaq olan ilçə, 1987-ci ildə ilçə olmuşdur. İlçənin şimal hissəsində Tavr Dağlarının Aladağlar adı ilə tanın qismi mövcuddur. İlçə də adını bu dağlardan almaqdadır. İlçə coğrafi baxımdan dağlıq bir ərazidə olduğundan kənd təsərrüfatında məhsuldarlıq aşağıdır. İlçə, 6360 saylı qanunla Böyükşəhər ilçə bələdiyyəsi statusuna malik olmuş, 31 məhəlləsi vardır.Turizm baxımın ən məşhur yerləri; Akören Kilisəsi, Meydan Qalası, Ağacakisə Abidə Ağac, Simit Şəlaləsi, Eğner, Kapuzbaşı Şəlaləsi, Mazılıq Örən Qalası, Posyağbasan Qalası, Sandıqlı su ve Acı sudur. == Etimologiyası == Aladağın keçmiş adı Karaköy olub 1973-cü ildə Karsantı olaraq dəyişdirilmişdir. Bura 1987-ci ildə ilçə mərkəzi olduqda bugünkü adı verilmişdir.
Aladaş
Aladaş silsiləsi — Baş Qafqaz silsiləsinin cənub-şərq qolu. Aladaş dağı — Zəngilan rayonu ərazisində dağ; Aladaş dərəsi — Zəngilan rayonu ərazisində dərə.
Amaday
[[Şəkil:Azərbaycan_ərazisində_tayfalar_(e.ə._VI-IV_əsrlər).jpg|link=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Az%C9%99rbaycan_%C9%99razisind%C9%99_tayfalar_(e.%C9%99._VI-IV_%C9%99srl%C9%99r).jpg%7Cthumb%7C[[Bütöv Azərbaycan|Azərbaycan]] ərazisində tayfalar (e.ə. VI-IV əsrlər)]] Amada və ya Amaday, Mannanın Assurilərə məğlubiyyətindən sonra Assuriya hücumuna qarşı dayanan ilk tayfalardan biriydi. == Tarixi == Müxtəlif tayfalar Manna torpaqlarında məskunlaşmışdılar və Amada qəbiləsinin şöhrəti düşmənə qarşı müstəqillik bayrağını qaldırmasıydı. Bunun nəticəsində, Assuriya padşahları tərəfindən Amada və Manna qəbilələri iki müstəqil dövlət olaraq tanındılar. Amada eyni zamanda böyük Midiya sülaləsinin banisi Deyokun doğulduğu yerdir.
Yodrak Salakcay
Yodrak Salakcay (tay ยอดรัก สลักใจ; 6 fevral 1956, Tafan Xin rayonu[d], Pxiçit[d] – 9 avqust 2008, Banqkok) – Tailand musiqiçisi.
Aladar Qereviç
Aladar Qereviç (mac. Aladár Gerevich; 16 mart 1910 – 14 may 1991, Budapeşt) — "bütün dövlərin ən yaxşı qılıncoynadanı" kimi tanınan macar qılıncoynadan. Altı olimpiya oyununda sablya üzrə qızıl medal almışdır. == Həyatı == Aladar Qereviç eyni yarışmanı altı dəfə qazanan yeganə idmançıdır. Müharibə onsuz bəlkə də yarışlarda göstərdiyi ən təsirli nəticəsinə mane ola bilmədi, 1932 və 1960-cı illərdə qızıl medallar qazandı. Bu yarışların arasında 28 il fərq olmasına baxmayaraq o, yarışlarda uğur qazanmağa davam edirdi. Bu ilk və son olimpiya oyunları arasında olan ən uzun müddət idi. Bu rekord 2012-ci ildə Yeni Zellandiyalı idmançı Mark Todd tərəfindən yenidən təkrarlandı.Qereviçin həyat yoldaşı Erna Boqen, oğlu Pal Qereviç və qayınatası Albert Boqen də olimpiya oyunlarında qılıncoynatma üzrə medallar qazanmışdılar.1960-cı ildə Romada keçirilən olimpiya oyunlarında iştirak etmək üçün seçim mərhələlərində Macarıstanın Olimpiya komitəsi Qereviçə yarışlara qoşulmaq üçün yaşlı olduğunu bildirdi. O, keçirilən yarışlarda bütün idmançıları məğlubiyyətə uğradaraq komitə üzvlərini susdurdu. 1960-cı ildə keçirilən olimpiya oyunlarının qılıncoynatma üzrə final mərhələsində ani bir hərəkətlə məğlub oldu.
Aladaş silsiləsi
Aladaş silsiləsi — Baş Qafqaz silsiləsinin cənub-şərq qolu. Azərbaycanın Abşeron və Şamaxı rayonları ərazisindədir. Dübrar (Kolanı) zirvəsi yaxınlığından başlayıb cənub-şərq istiqamətində Tudar çayının dərəsinədək uzanır (30 km.). Bəzi zirvələrinin hündürlüyü 1600 metrdən çoxdur. Yay otlaqları, biçənəklər və kolluqlar var.
Alakat faciəsi
Alakat faciəsi və ya Alakat üsyanı — 1929-1930-cu illərdə məcburi kollektivləşdirməyə qarşı çıxmaq istəyən kəndlilərin aldadılması nəticəsində baş vermiş faciə. Nəticədə 800 nəfər həbs olunmuş 42 nəfəri isə güllələnmişdir. == Tarixi arayış == 1929-cu ilin sonu 1930-cu ilin əvvəllərində Krımda gedən məcburi kollektivləşdirmə həm də krım tatar ənənələrini də məhv ediridi. "Qolçomaq" elan olunan Krım tatarları ölkənin şimal bölgələrinə sürgün edilirdilər. İnsanların sürgün edilməsi və məcburi kollektivləşdirmə insanların narazılığını artırırdı və bu yeni kəndli üsyanlarına səbəb olurdu. Bu üsyanlar öz adını Krımın cənub sahillərində yerləşən Alakat dərəsindən alıb. Üsyan qəddarlıqla yatırıldı və öz ardınca yeni repressiya dalğası da gətirdi. == Hadisələrin gedişatı == 1929-cu ilin ikinci yarısında XDİK Krımda Sovet İttifaqının düşmənlərini və etibarsız elementləri müəyyən etmək üçün əməliyyat keçirirdi. Onları müəyyən etmək üçün həm də provakasiya metodundan da istifadə olunurdu. Üsküt kəndində əslən Karasubazardan olan P.Popov adında biri yerli sakinləri məcburi kollektivləşdirməyə qarşı qalxmağa təhrik edir və kolxoza getmək istəməyən sakinlərin adlarını siyahıda qeyd edərək XDİK-a təqdim edir.
Bir alaydan olanlar (film, 1975)
Bir alaydan olanlar qısametrajlı sənədli televiziya filmi rejissor Oqtay Babazadə tərəfindən 1975-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film 416-cı Taqanroq diviziyasının bir alaydan olan döyüşçülərinə həsr edilmişdir. == Məzmun == Film 416-cı Taqanroq diviziyasının bir alaydan olan döyüşçülərinə həsr edilmişdir.