QADİR

[ər.] прил. 1. къудратлу, чӀехи къудратдин сагьиб тир; 2. алакьдай; къуват, гуж акакьдай; qadir olmaq алакьун, са затӀ ийидай гуж акакьун; 3. дин. Аллагь манада; // qadiri-mütləq Аллагь.
QADINLIQ
QADİRLİK
OBASTAN VİKİ
Qadir Dayan
Qadir Dayan (tam adı: Qadir Həkim oğlu Dayanov; başqırdca: Ҡадир Хәким улы Даянов; 4 fevral 1910, Qonşaq[d], Perm quberniyası[d] – 19 oktyabr 1975, Ufa, RSFSR, Başqırd MSSR, SSRİ) — Başqırd dramaturqu, yazıçısı və şairi. 1938-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü == Həyatı == Qadir Həkim oğlu Dayanov 4 fevral 1010-cu ildə Orenburq quberniyasının, Çelyabinsk qəzasının Kunaşak aulunda anadan olmuşdur. 1927-ci ildə orta məktəbi bitirmiş, Arğayaş şəhərində müəllim kurslarında təhsil almış, bir müddət pedoqoji fəaliyyətlə məşğul olmuş, məktəb direktoru vəzifəsində çalışmışdır. 1930-1933-cu illərdə K.A.Timiryazev adına Başqırdıstan Pedaqoji İnstitutunda təhsil almışdır. 1933-1935-ci illərdə Sterlitamaksk Pedaqoji Məktəbində müəllimlik etmişdir. 1936-1941-ci illərdə K.A.Timiryazev adına Başqırdıstan Pedaqoji İnstitutunda Başqırd dili və ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışmışdır. İkinci Dünya müharibəsində iştirak etmişdir. Müharibədən sonra Başqırdıstan Kitab Nəşriyyatında işləmiş və Başqırdıstan SSR Yazıçılar Birliyində məsləhətçi vəzifəsini tutmuşdur. === Vəfatı === 19 oktyabr 1975-ci ildə Başqırdıstanın paytaxtı Ufa şəhərində vəfat etmişdir. == Yaradıcılığı == Qadir Dayan 1929-cu ildə mətbuatda yayınlanan “Qızıl bayraq” (“Ҡыҙыл флаг”) şeiri ilə yaradıcılığa başlamışdır.
Qadir Heydərov
Qadir Qədirzadə
Hacı Qadir İbrahim oğlu Qədirzadə (20 may 1948, Cəhri, Naxçıvan rayonu – 8 mart 2018) — tarixçi-etnoqraf, tarix elmləri doktoru (2005). AMEA-nın müxbir üzvü (2007). == Həyatı == Azərbaycan Dövlət Pedoqoji İnstitutunun (indiki Azərbaycan Pedoqoji İnstitutu) Naxçıvan filalını bitirmiş (1971), Cəhridə müəllim işləmişdir (1971-75). AMEA-nın Regional Elm Mərkəzində (indiki AMEA-nın Naxçıvan Bölməsi) kiçik elmi işçi, arxeologiya, etnoqrafiya və folklor şöbəsinin (1979-86), Arxeologiya və Etnoqrafiya şöbəsinin (1987-92) müdiri, elmi işlər üzrə direktor müavini (1992-2002) işləmişdir. 2003-cü ildən 2018-ci ilə qədər AMEA Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini olub. Elmi fəaliyyətində ailə-məişət məsələləri, etnik tarix, etnik-mədəni münasibətlər, etnodemoqrafik proseslər, inanclar sistemi,türk xalqları arasında etnogenetik əlaqələrin öyrənilməsi əsas yer tutur. 150-dən çox elmi, elmi puplisistik məqalənin bir neçə kitabın müəllifidir. Əsərləri Moskvada, Ankarada, İstanbulda və digər yerlərdə dərc olunmuşdur. Beynəlxalq elmi məclislərdə məruzələr etmişdir. 8 mart 2018-ci ildə vəfat edib.
Qadir İnanır
Kadir İnanır (15 aprel 1949, Fatsa, Ordu, Türkiyə) — məşhur Türkiyə kino və televiziya aktyoru, rejissor, ssenari müəllifi, "Yeşilçam " kinostudiyasının ciddi və yaraşıqlı aktyorlarından biri. Bədii rəhbər, prodüser, layihə rəhbəri və aparıcı. 192 filmdə rol almışdır. == Həyatı == Qadir İnanır, 15 aprel 1949-cu ildə Orduya bağlı Fatsa rayonunda Mehmet İnanır, Rukiye İnanır cütlüyünün oğlu olaraq doğulmuşdur. Kadir İnanır, böyük bir ailənin son uşağıdır. Onun özündən 14 nəfər böyük qardaş-bacısı var. O, müxtəlif məktəb yarışlarında da qabiliyyətlərini nümayiş etdirdi. Kadir İnanır, oxuduğu İstanbul Heydərpaşa Liseyini və Marmara Universitetinin, Ünsiyyət fakültəsi, Radio Televiziya hissəsini bitirdi. 1967-ci ildə Səs jurnalının təşkil etdiyi "Film Sənətçi Yarışı"nda finala qaldı. Bir sonrakı ildə (1968) təşkil edilən Gizlənpaç qəzetinin "Fotoroman Sənətçi Yarışı"nda da birinci oldu.
Qadir İsmayılzadə
Qadir İsmayıl oğlu İsmayılzadə (5 yanvar 1929, İrəvan – 24 noyabr 1998) — İmişli Rayon Komitəsinin birinci katibi. == Həyatı == Qadir İsmayılzadə 1929-cu il yanvar ayının 5-də İrəvan şəhərində anadan olmuş, 1949-cu ildə indiki N.Tusi adına APU-nun filologiya fakültəsini bitirərək təyinatla İmişli rayonuna göndərilmişdir. O, İmişli rayon xalq maarifi şöbəsinin müdiri vəzifəsinədək yüksəlmişdir. Qadir İsmayılzadə 1971-ci ildən partiya işinə göndərilmiş, İmişli Rayon Partiya Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Q.İsmayılzadə iki dəfə Qırmızı Əmək Bayrağı ordeni, iki dəfə "Şərəf nişanı" ordeni ilə, respublika Ali Sovetinin Fəxri Fərmanları ilə təltif olunmuşdur. İki çağırış Ali Sovetin deputatı seçilmişdir. XI çağırış Ali Sovetə 254 nömrəli Qaradonlu seçki dairəsindən deputat seçilmişdir. Qadir İsmayıl oğlu İsmayılzadə uzun sürən xəstəlikdən sonra 1998-ci il noyabr ayının 24-də vəfat etmişdir. İmişli rayon icra hakimiyyətinin başçısının 14 mart 2001-ci il tarixli 71 saylı Sərəncamı ilə rayonun mərkəzi küçələrindən birinə Qadir İsmayılzadənin adı verilmişdir.
Qalib Qadir
Qalib Əhmədov — publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1984), Azərbaycan Fəlsəfə Cəmiyyətinin üzvü (1986). "Dünyaya pəncərə" qəzetinin təsisçisi və baş redaktoru. == Həyatı == 1949-cu il iyunun 1-də Azərbaycanda Qəbələ rayonunun Sileyli kəndində anadan olmuşdur. Hacallı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinə daxil olmuş (1966), sonra təhsilini filologiya fakultəsində davam etdirmişdir (1967-1972). 2020-ci il iyunun 16-da vəfat etmişdir. == Karyerası == Əmək fəaliyyətinə Qəbələ rayonunda müəllim kimi başlamış, sonra Sumqayıtda 49 saylı orta texniki-peşə məktəbində tərbiyyəçi, müəllim, tədris hissə müdiri vəzifələrində işləmişdir (1973-1980). Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi ixtisası üzrə aspiranturaya daxil olmuşdur (1979). Azərbaycan Elmlər Akeademiyasının Fəlsəfə və Hüquq İnstitutunun dissertantı kimi ictimai şüur, ünsiyyət, siyasi mədəniyyət və digər problemlərə dair bir sıra elmi məqalələrlə çıxış etmişdir (1983-1987). "İflas: səbəblər və nəticələr" (1991) kitabında cari ictimai-siyasi hadisələr haqqında elmi araşdırmaları toplu halda nəşr olunmuşdur. "Təşviqatçı", "Dialoq" jurnallarında elmi-nəzəri şöbənin müdiri (1980-1990), "Azərbaycan kommunisti" və "Dirçəliş" jurnallarında ideologiya şöbəsinin müdiri, "Ayna" qəzetində tərcüməçi (1990-1993), Bakının Nərimanov rayonunda Əmək və Məşğulluq Mərkəzinin direktoru (1993-1995), "Xalq qəzeti", "Yeni Azərbaycan" qəzetlərində ədəbi işçi, şöbə müdiri, redaktor müavini (1996-1998) "Respublika" (2004-2006), "Azərbaycan" (2006-2008) qəzetlərində müxbir, bölgə müxbiri vəzifələrində işləmişdir.
Refiyik Qadir
Refiyik Qadir (1879, Konstansa – 20 dekabr 1929, Dobriç[d], Rumıniya Krallığı) — Krım tatarı əsilli Rumıniya ordusunun zabiti. Refiyik çox tanınmış xalq müğənnisi olan Qədriyyə Nurmambetin atası olan Əhmət Nurmambetin dayısıdır. Əhməd Nurmambet də həmçinin, rumın ordusunda vuruşmuşdur. == Həyatı == Refiyik 1878-ci ildə o dövrkü adı ilə Konstansada anadan olmuşdur. Konstansada türk ibtidai məktəbində təhsil aldıqdan sonra İaşidəki hərbi orta məktəbə qatılmışdır. Hərbi təhsilini tamamladıqdan sonra leytenant rütbəsi ilə hərbi karyerasına başlamış və polkovnik rütbəsinə qədər yüksəlmişdir. Rütbəsinin qaldırılmasının əsas səbəblərində biri Birinci Dünya müharibəsindəki əldə etdiyi uğurlarıdır. Refiyik Birinci Dünya müharibəsində döyüşmüş və əsir düşmüşdür. Müharibə bitdikdən sonra azad edilmiş və Kişinyovda, Çernivtsidəki qarnizonlarda xidmət etmişdir. Daha sonra Dobrucaya geri dönmüş və qarnizonu Bazargicdə yerləşən Qırxıncı "Kalugareni" Piyada Alayının komandanı olmuşdur.
Əl-Qadir
Əl-Qadir (ər. القادر) — Allahın adlarından biri.
Abdul Qadir Keyta
Abdul Qadir Keyta (fr. Abdul Kader Keïta; 6 avqust 1981[…], Abican) — cinah hücumçusu mövqeyində çıxış etmiş Kot-d'İvuar futbolçusu. 2000-ci ildən 2012-ci ilə qədər Kot-d'İvuar millisində çıxış edirdi. == Klub karyerası == "Popito" ləqəbli Keyta karyerasına yerli "Afrika Sport" klubunda başladı, daha sonra "Etual dü Sahel" klubuna keçdi. BƏƏ-nin "Əl-Əyn" və Qətərin "Əl-Sədd" klublarında çıxış etdikdən sonra 2005-ci ildə Fransanın Liqa 1 çempionatında çıxış edən "Lill" klubu ilə müqavilə imzaladı. === "Leon" === 31 may 2007-ci ildə "Olimpik Lion"un sədri Jan Mişel Ola klubun həm Keyta, həm də onun komanda yoldaşı Matyo Bodmer üçün təklif göndərdiyini açıqladı. 16 iyun 2007-ci ildə "Lion" hər iki oyunçunun keçidi ilə bağlı açıqlama verdi, Keytanın transfer dəyəri 18 milyon avro təşkil etdi. Klubda keçirdiyi 2 mövsüm ərzində bütün yarışlarda 52 oyuna 5 qol vura bilmişdir. === "Qalatasaray" === 2 iyul 2009-cu ildə "Qalatasaray" Keytanın türk klubuna qatıldığını və 8,5 milyon avroluq üç illik müqavilə imzaladığını rəsmən elan etdi. O, "Qalatasaray" forması ilə ilk qolunu Avropa Liqasının təsnifat mərhələsində "Makkabi Netaniya" klubuna qarşı oyunda (5-ci dəqiqədə) vurdu.
Aqil Qasimov Qadir
Aqil Qadir oğlu Qasımov (24 dekabr 1973, Zeynəddin, Naxçıvan rayonu) — Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində "Dendrologiya Bağı" publik hüquqi şəxs, Bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi şöbəsinin, şöbə müdiri. == Həyatı == Aqil Qadir oğlu Qasımov 24 dekabr 1973-cü ildə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Babək rayon Zəynəddin kəndində ziyalı ailəsində anadan olmuşdur. 1981–1991-ci illərdə həmin kəndin S. Nadirli adına tam orta məktəbini oxumuşdur. 1991–1996-cı illərdə akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin Kənd təsərrüfatı fakültəsinin aqronom ixtisasına daxil olmuş və alim-aqronom ixtisasını bitirmişdir. 1996–2001-ci illərdə Babək rayon Kərimbəyli kəndinin şərab zavodunda mikrobioloq vəzifəsində işləmişdir. 2001–2003-cü illərdə Naxçıvan meyvəçilik sort-sınaq məntəqəsində baş məsləhətçi aqronom işləmişdir. 2003–2016-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Bioresurslar İnstitunun Zooloji tədqiqatlar şöbəsinin onurğasızlar laboratoriyasında böyük elmi işçi vəzifəsində çalişmışdır. 2004–2009-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitunun disertantı olmuş, "Naxçıvan Muxtar Respublikasında çəyirdəkli meyvə ağaclarına zərərverən cücülər və onların entomofaqları" mövzusunda müdafiə etdiyi üçün ona Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. 2013-ü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən entomologiya ixtisası üzrə dosent elmi adına layiq görülmüşdür. 1.
Hacı Qadir Qədirzadə
Hacı Qadir İbrahim oğlu Qədirzadə (20 may 1948, Cəhri, Naxçıvan rayonu – 8 mart 2018) — tarixçi-etnoqraf, tarix elmləri doktoru (2005). AMEA-nın müxbir üzvü (2007). == Həyatı == Azərbaycan Dövlət Pedoqoji İnstitutunun (indiki Azərbaycan Pedoqoji İnstitutu) Naxçıvan filalını bitirmiş (1971), Cəhridə müəllim işləmişdir (1971-75). AMEA-nın Regional Elm Mərkəzində (indiki AMEA-nın Naxçıvan Bölməsi) kiçik elmi işçi, arxeologiya, etnoqrafiya və folklor şöbəsinin (1979-86), Arxeologiya və Etnoqrafiya şöbəsinin (1987-92) müdiri, elmi işlər üzrə direktor müavini (1992-2002) işləmişdir. 2003-cü ildən 2018-ci ilə qədər AMEA Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini olub. Elmi fəaliyyətində ailə-məişət məsələləri, etnik tarix, etnik-mədəni münasibətlər, etnodemoqrafik proseslər, inanclar sistemi,türk xalqları arasında etnogenetik əlaqələrin öyrənilməsi əsas yer tutur. 150-dən çox elmi, elmi puplisistik məqalənin bir neçə kitabın müəllifidir. Əsərləri Moskvada, Ankarada, İstanbulda və digər yerlərdə dərc olunmuşdur. Beynəlxalq elmi məclislərdə məruzələr etmişdir. 8 mart 2018-ci ildə vəfat edib.
Yusif Qadir xan
Yusif Qadir xan (X əsr – 1032) — 1026-cı ildə Qaraxanilər dövlətinin taxtına oturan Qaraxani hökmdarı və Harun Buğra xanın oğlu. Tam olaraq nə zaman doğulduğu bilinmir. 1032-ci ildə Qaşqarda ölmüşdür. Yusif Qadir xan taxta çıxandan sonra hakimiyyət üstə gedən müharibələr bitdi, amma vəfatından sonra oğulları və əmisi oğlu Nəsr bin Əli xanın oğulları arasında gedən müharibələr dövləti ikiyə Qərbi Qaraxanlılar dövləti və Şərqi Qaraxanlılar dövlətinə böldü.
Qadirabad
Qadirabad (şəhər) —
Qadirabad (Bukan)
Qadirabad (fars. قادراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 118 nəfər yaşayır (20 ailə).
Qadirabad (Qərbi Azərbaycan ostanı)
Qadirabad (fars. قادراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 228 nəfər yaşayır (29 ailə).
Qadirabad (şəhər)
Qadirabad — İranın Fars ostanının Xürrəmbid şəhristanının Məşhəd Morğab bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,095 nəfər və 3,375 ailədən ibarət idi.
Qadirabad (Əsədabad)
Qadirabad (fars. قادرآباد‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 359 nəfər yaşayır (111 ailə).
Qadiriyyə
Qədiriyyə (fars. قادریه‎) — sufi yönümlü islam təriqəti == Yaranması == Əbdülqadir Geylani (v.562/1166) tərəfindən qurulmuşdur. Əbdülqadir Geylani, Xəzər dənizinin şimali qərbində Gilan əyalətinə bağlı Neyf kəndindəndir. Nəslinin Əliyə dayandığı rəvayət edilir. Təhsilini dövrün elm və irfan mərkəzi olan Bağdadda almışdı. Hədis, fiqh və ədəbiyyat kimi elmlərin arxasınca Əbul-Xeyr Məhəmməd ibn Müslim əd-Dəbbas (v.525/1131) vasitəsilə təsəvvüf yoluna girdi və şeyxinin yeznəsi oldu. Bir müddət təfsir, hədis, fiqh və qiraət elmlərindən dərs dedi. Ancaq daha sonra mədrəsədəki tədris vəzifəsindən ayrılaraq inzivaya çəkildi. Rəvayətə görə, 25 ilə qədər Bağdad və Kərh xarabalıqlarında riyazət və inziva həyatı yaşadı. Nəhayət Əbu Səid Mübarək tərəfindən ona şeyxlik xirqəsi geyindirildi və xalqın arasına qarışaraq irşad xidmətinə başladı.
Qadirli
Qadirli (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Xaraba-i Qadirli (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Qadirli (Meşkinşəhr)
Qadirli (fars. قادرلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 115 nəfər yaşayır (27 ailə).
Xaraba-i Qadirli (Meşkinşəhr)
Xaraba-i Qadirli (fars. خرابه قادرلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 16 nəfər yaşayır (5 ailə).
Zakir Qadiri Uqan
Zakir Qadiri Uqan (tatar. Закир Хәлим улы Кадыйри; 1878, Simbirsk quberniyası[d] – 1954, Ankara) — tatar əsilli antropoloq, tarixçi və yazıçı. İbn Haldunun Müqəddimə adlı əsəri ilə Quran təfsirçisi Təbərinin Tərixul-Ümum və Mülük adlı əsərini türkcəyə tərcüməsi ilə tanınır. == Həyatı == Zakir Qadiri Uqan əslər tatardır. Samara vilayətinin Berende bölgəsinin Osta Kandal (Abdullovo) kəndində 1878-ci ildə doğulmuşdur. Təhsilinə kəndində başlayıb, Simbir şəhərindəki Vəli Həzrət və Şakir Axund mədrəsələrində davam etmişdir. 16 yaşında Buxaraya gedib 5 il islam fəlsəfəsi və hikmət təhsili almışdır. Ardıyca İstanbula gedib Yaqub Mustafa adı ilə Darül-Fünün İlhaiyyat fakültəsinə qəbul olmuşdur. Hakimiyyət əleyhinə düşüncələri olduğu üçün təqib edildi və Hicaza qaçdı. Şeyx İshaq əl-Hindidən təfsir və hədis, Ədibül Hicaz Mehmed Əli Əfəndidən ərəb ədəbiyyatı dərsləri aldı.
Hər şeyə qadirlik
Hər şeyə qadirlik (ing. Omnipotence) — qeyri-məhdud, tükənməz və ağlasığmaz bir qüvvə, başqa sözlə, sərhədsiz imkanlara malik olan bir qüvvədir. Monoteist dinlər, ümumiyyətlə, hər şeyə qadirliyi yalnız Tanrıya aid edirlər. Əksər Qərb monoteist dinlərinin fəlsəfəsində hər şeyə qadirlik hər şeyi bilmə, hər yerdə mövcud olma və mərhəmət kimi ilahi atributlardan biridir. == "Hər şeyə qadirlik" sözünün mənaları == Fərqli inanclı, hətta eyni inanclı insanlar arasında hər şeyə qadirlik termini bu xassənin təbiəti haqqında müxtəlif fikirləri ifadə etmək üçün istifadə olunur. Ən ümumi olanlar bunlardır: Tanrı hər şeyi edə bilər, yəni "Tanrı X-ı edə bilərmi?" sualının cavabı X nə olursa olsun həmişə "bəli"dir. Lakin bu, bəzi ziddiyyətlərə, məsələn, daş paradoksuna gətirib çıxarır, ona görə də bu mövqe müasir ilahiyyatçılar tərəfindən dəstəklənmir. Tanrı daxilən məntiqi ziddiyyətlər ehtiva etməyən hər şeyi etməyə qadirdir. Tanrı öz istədiyi hər şeyi edə bilər . Tanrı öz daxili mahiyyətinə zidd olmayan hər şeyi edə bilər (məsələn, Tanrının həmişə həqiqəti danışdığı güman edilirsə, deməli o, yalan danışa bilməz).

Значение слова в других словарях