Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alces alces
Sığın (lat. Alces alces) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin sığınkimilər cinsinə aid heyvan növü. Fəsiləyə daxil olan ən iri növ hesab olunur. Erkəyinin bədəninin uzunluğu 3 metrdək, süysününün hündürlüyü 2,3 metrədək, kütləsi 570 kq-dək olur. Dişisi erkəkdən nisbətən kiçikdir. Ayaqları uzun, dırnaqları ensiz və itidir. Başı uzun, burnu donqar, ətli üst dodaqı sallaqdır. Quyruqu qısadır. Erkayinin kürəşəkilli buynuzu var. Dişisi buynuzsuzdur.
Abano
Abano — Tiflis quberniyasının Telavi qəzasında çay adı. == Toponimkası == Abano- Tiflis quberniyasının Telavi qəzasında çay adı. Antik mənbələrdə Abant. Albanların e.ə.66-cı ildə Roma ordusu ilə döyüşü bu çayın kənarında olmuşdur. 1590-cı ildə İrəvan əyalətinin Karbi nahiyəsində Avan, İrəvan əyalətinin Dərələyəz nahiyəsində Abana, Batum əyalətinin Artvin dairəsində Avana kənd adları ilə mənşəcə eynidir. Qafan toponimi də bu sıraya aiddir. Abano qədim türk mənşəli Aban tayfasının adındandır. Abano - Çava rayonunda kənd adı. Abano - Kareli rayonunda kənd adı.
Alana
Alana — nazlı, armud və s.-dən hazırlanan çərəz. Əsasən, Azərbaycanın Naxçıvan bölgəsinin Ordubad rayonu ərazisində geniş yayılmışdır. == Hazırlanması == Onu, adətən, şaftalının nazlı növündən və armudun əndiryani və şəkəri növündən hazırlayırlar. Alananı hazırlamaq üçün ilk əvvəl lazım olan meyvələr dərilir. Meyvənin qabığı soyulub 5-6 gün günəş şüası altında qurudulduqdan sonra saplaq tərəfdən dairəvi kəsilir və içərisi oyulur. Yenidən gün düşən yerə bir gün saxladıqdan sonra hazırlanmış içlik meyvənin içərisinə doldurulur. İçliyi hazırlamaq üçün cəviz ləpəsini iri gözlü ət maşınında çəkərək 1:1 nisbətində şəkər tozu əlavə edilir. Alananın tamı daha yaxşı olsun deyə ona 1-2 çimdik vanil əlavə edirlər. Elə ki, içlik qurudulmuş meyvənin içərisinə dolduruldu, onda əvvəlcədən hazırlanmış xırda meyvə qapaqlarını alananın yuxarı hissəsinə qoyaraq sap keçirilmiş təbənə ilə deşərək sapa düzülür. Təxminən 20-30 alana bir sapa düzülərək düyünlənir və üzərinə tənzif keçirilərək münasib bir yerdən asılır.
Aland
Aland adaları (isv. Åland — Oland) və ya Ahvenanmaa fin Ahvenanmaa) — Finlandiyaya aid muxtar vilayət. Aland adaları Baltik dənizində yerləşən 8 000 adadan ibarət arxipelaqdır. Bu adaların əhalisi lap qədimdən İsveç dilində danışıb və 1808-ci ilədək İsveç krallığının tərkibinə daxil olub. 1808-1809-cu illər savaşının yekunlarına görə İsveç Finlandiyanı və Aland adalarını Rusiyaya verməyə məcbur olub, Sonuncu isə 1856-cı il Aland müharibəsində (Krım müharibəsinin bir hissəsi) məğlub olandan sonra Aland adalarını hərbsizləşdirilmiş zona kimi tanımaq zorunda qalıb. XX əsrin əvvəllərində ümumxalq səsverməsi keçirilib və Norveç dinc yolla İsveçdən ayrılıb. 1917-ci ildə Rusiya Finlandiyanın müstəqilliyini tanıyıb. Bu zaman Aland adalarının İsveç əhalisi öz qədim vətənləri olan İsveçlə birləşmək arzusunda bulunub. İsveç kralına adaların bütün yaşlı əhalisinin imzaladığı xahişnamə təqdim olunub. 1917-ci ilin dekabrında Finlandiya Aland əhalisinin arzusu əleyhinə gedərək onların öz müqəddəratlarını təyinetmə şərtlərini onunla razılaşdırmağı təklif edib.
Alando
Alando (fr. Alando, kors. Alandu) — Fransanın Korsika regionunda yerləşən kommuna. Kommuna departamenti — Yuxarı Korsika. Qolo-Morozalya kantonuna daxildir. Kommunanın dairəsi — Korte. Kommunanın INSEE kodu — 2B005. == Əhalisi == 2008-ci ildə kommunanın əhalisi 27 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli yaşda olan 158 nəfərdən (15–64 yaş) 99-u iqtisadi fəal, 59-u qeyri-fəal (fəaliyyət göstəricisi 62,7%, 1999-cu ildə 52,5%) olmuşdur. Fəaliyyətdə olan 99 nəfərdən 85 nəfəri işləyir (63 kişi və 22 qadın), 14 nəfər isə işsiz (6 kişi və 8 qadın).
Albino
Albino (it. Albino) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Bergamo əyalətində yerləşir. Əhalisinin sayı 17 322 nəfər (2004-cü ildə), əhalinin sıxlığı 522 nəfər / km²-dir. Sahəsi 31.32 km² ərazini əhatə edir. Poçt kodu — 24021. Telefon kodu — 00035. Şəhərin himayədarları Briudalı müqəddəs Yuliyan və Saint Albino hesab edilir. Onların şərəfinə 9 yanvarda bayram keçirilir. Şəhərdə Albinoleffe futbol klubu yerləşir.
Alcea
Gülxətmi (lat. Alcea) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi.
Alcedo
Balıqçıl (lat. Alcedo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin balıqçıllar fəsiləsinə aid heyvan cinsi.
Aleko
Moskviç-2141 — Moskviç markasının yeni adı olaraq 1986-cı ildə bazara çıxan Rus avtomobilidir. İstehsalı 1988 və 2000 illəri arasında davam etmişdir. Bu anda müflisləşmiş vəziyyətdədir.
Almon
Almon (kommuna)
Alund
Alund — korundun süni növ müxtəlifliyi; yüksək keyfiyyətli boksitlərin və ya digər gil-torpaqla (alüminium 4-oksid) zəngin süxurların elektrik qaynağı yolu ilə əriməsi nəticəsində alınır. Təbii korundlardan bir sıra üstünlükləri (iridənəliyi, təmizliyi və b.) ilə fərqlənən alund, abraziv material kimi geniş istifadə olunur. Alund həmçinin yüksək odadavamlı (2000° C-dək) və turşuyadavamlı məmulatların (kərpic, tiql və b.) hazırlanmasında istifadə olunur. Sinonim: Elektrokorund. == Mənbə == Мала гірнича енциклопедія : у 3 т. / за ред. В. С. Білецького. — Д. : Донбас, 2004. — Т. 1 : А — К. — 640 с. — ISBN 966-7804-14-3.
Aluni
Aluni— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Lurdigan şəhristanının Xanmirzə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,297 nəfər və 481 ailədən ibarət idi.
Ameno
Ameno – Eric Levinin Era musiqi layihəsi adından çıxardığı debüt albomu olan Era albomundan olan ilk rəsmi sinql. Sinql arada bir il fərqlə üç ölkədə satışa çıxarılmışdır. Mahnıya həmçinin klip də çəkilmişdir. Mahnının musiqisi Eric Leviyə məxsusdur, mahnı uydurma dildə - psevdo-latın dilində yazılmışdır. Yəni, sözlər fonetik cəhətdən latın dilinə bənzəyir, lakin əslində heç bir məna kəsb etmir.
Falco
Qızılquş (lat. Falco) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Kalço
Kalço:
Alces
Alces (lat. Alces) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Alina
Alina — qadın adı. Alina Zahitova — rusiyalı fiqurçu. Alina Şapoçnikov — Polşa heykəltaraşı və yəhudi mənşəli qrafikçi. Alina Trepina — Azərbaycanı təmsil edən bədii gimnast. Alina Tumiloviç — Belarusu təmsil edən bədii gimnast. Alina Makarenko — Rusiyanı təmsil edən bədii gimnast. Alina Gözəlova — Azərbaycanı təsmil edən bədii gimnast. Alina Abdullayeva — Azərbaycan rejissoru. Alina Puqaç — İsraili təmsil edən qadın badmintonçu. Alina Kabayeva — Rusiyanın əməkdar idman ustası Alina Orlova — Litvalı müğənni.
Alan
Alan — ad. Bu adı olan tanınmış şəxslər Alan Corc Lafley — Procter & Gamble şirkətinin indiki rəhbəri. Alan Arkin — amerika kinoaktyoru."Oskar" mükafatına layiq görülüb. Alan Türinq — ingilis riyaziyyatçısı, məntiqçi və kriptoqrafı. Yaşayış məntəqələri Alan (Kürdüstan) — Alan (Sərab) — Alaniya — Müasir Rusiya federasiyası ərazisində yerləşən qədim vilayətlərdən birinin adı.
Alça
Alça (lat. Prunus cerasifera) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Azərbaycanın meşələri cır alça ilə boldur. Bundan başqa o rayonların çoxunda becərilir. Azərbaycanda ilboyu cır alça böyük həcmdə yığılır. Meyvəsi qidada tər və quru şəkildə itsifadə olunur. Həmçinin mürəbbə, cem istehsalında və konservləşdirilmədə istifadə edilir. Bundan əlavə, Azərbaycanda alça "lavaşı" hazırlamaq geniş yayılıb. Bunun üçün alçanın əti məcməilərə yayılaraq günəşdə qurudulur. Alça lavaşı qida ilə yeyilir.
Abano-Terme
Abano-Terme — İtaliyada Venesiya əyalətinin Padua bölgəsində balneoloji bir kurort şəhərciyi. Paduadan 8 km cənub-qərbdə yerləşir. Əhalisi — 19,2 min nəfər. (2007). Sahəsi 21 km². 10 avqustda yad olunan Müqəddəs Lavrentiy kommunanın himayədarı sayılır. == Tarixi == Abano termlərindən Klavdiy Klavdianın əsərində bəhs olunur. Romalılar burada Aponium (Aqua-Patavinorum) yaşayış məskənini qurdular . Ostqotlar kralı Theodorixin bir məktubunda termlərin təsviri yer alır. Termlər VI əsrdə lombardlar tərəfindən məhv edilmişdir və 12-ci əsrdə Abano Bagni muxtar bir kommunaya çevrildiyi zaman bərpa edildi.
Akira Amano
Akira Amano (天野 明, Amano Akira, d. 1973) – "Reborn!" şonen manqa seriyasına görə tanınan qadın manqaka. "Reborn!" manqasının ilk versiyaları seynen manqası jurnallarında nəşr olunurdu. 2003-cü ilin sonunda manqanın qısa hekayəsi "Weekly Shōnen Jump" jurnalında nəşr olunmuşdur. Qısa hekayənin uğurundan sonra seriya 2004-cü ilin ortalarında jurnalda nəşr olunmağa başlamışdır. Manqa əsasında anime, 5 ranobe, video oyunlar istehsal olunmuşdur. Nikkei Entertainment ən uğurlu manqakalar siyahısında Akiranı 12-ci yerdə göstərmişdir. == İşləri == Shōnen Spin Neppuu Yakyuu Densetsu Picchan Petit Petit Rabbit (ぷちぷちラビィ, Puchi Puchi Rabii) (2000, Bessatsu Young Magazine və Young Magazine jurnallarında nəşr olunub) Monkey Business Bakuhatsu HAWK!! Reborn!
Alamo müharibəsi
Alamo döyüşü (ing. Battle of the Alamo; isp. Batalla de El Álamo) — 1836-cı ilin 23 fevral - 6 mart tarixləri ərzində Texas Respublikası ilə Meksika arasında baş vermiş müharibə. Alamo müharibəsi Texas İstiqlal müharibəsinin önəmli döyüşlərindən biri hesab olunur. 13 gün davam edən döyüşlər Meksika ordusunun qələbəsi ilə başa çatmışdır. Meksikanın səkkizinci prezidenti Antonio Lopez de Santa Anna komandanlığındakı Meksika ordusu 13 günlük mühasirədən sonra San Antonio de Bokser (indiki San-Antonio) yaxınlığında yerləşən Alamo qalasına qarşı hücuma keçmişdir. Hücum zamanı iki nəfərdən başqa, qalada müdafiə olunan bütün texaslılar qətlə yetirildi. İstiqlaliyyət tərəfdarlarının xüsusi amansızlıq ilə öldürülməsi bir çox texaslının Meksikaya qarşı hərəkata qoşulmağa vadar etdi. Bir ay sonra baş vermiş San-Xasinto müharibəsi ilə Meksika ordusu məğlub edildi və bununlada Texasın Meksikadan olan asıllığına son qoyuldu. Texaslılar Meksika ordusundan müdafiə olunmaq üçün könüllü birliklərindən təşkil olunmuş Alamo qarnizonunu yaratdılar.
Alamo qalası
Alamo qalası (ing. Alamo Mission in San Antonio) — Amerika Birləşmiş Ştatlarının Texas ştatının San-Antonio şəhəri yaxınlığında yerləşən qala kompleksi. Qala 2015-ci ildə UNESCO tərəfindən Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir. Alamo qalası Texas İstiqlal müharibəsi zamanı 1836-cı ilin 23 fevral — 6 mart tarixləri aralığında baş vermiş eyni adlı müharibə ilə məşhurdur. 13 gün davam edən Alamo müharibəsi nəticəsində Texas Respublikasının tərəfdarları olan texaslılar Meksika ordu tərəfindən məğlub edilmişdir.
Aland konvensiyası
Aland konvensiyası - Aland adalarının statusunun müəyyən edilməsi ilə bağlı 1921-ci ildə onlarla dövlət tərəfindən qəbul edilmiş və Millətlər Cəmiyyəti tərəfindən təsdiq edilmiş müqavilə. == Tarixi == Aland konvensiyasının şərtlərinə uyğun olaraq Aland adaları tamamilə silahsızlaşdırılmış zona elan olunurdu: onun ərazisində heç bir hərbi birləşmə saxlanıla və heç bir hərbi istinadgahlar inşa edilə bilməzdi. İsveç dilinin və mədəniyyətinin saxlanması haqqında Əsasnaməyə əsasən Aland adalarında yaşayan gənclər hərni xidmətə cəlb edilə bilməzlər. 1939-1940-cı illərdə baş vermiş Sovet-fin müharibəsinin başa çatması ilə bağlı SSRİ ilə Finlandiya arasında Aland adaları haqqında razılaşmaya dair müqavilədə Aland konvensiyasının bir çox şərtləri təkrar olunurdu. Lakin demilitarizasiya haqqında yeni müqavilə az sonra SSRİ ilə Finlandiya arasında başlanmış müharibə nəticəsində pozuldu. İkinci dünya müharibəsindən sonra Aland adalarının demilitarizasiyası ilə bağlı statusu 1947-ci il Paris sülh müqavilələri ilə təsdiq olundu və bu günədək qüvvədədir.
Aland müharibəsi
Aland müharibəsi (fin Oolannin sota, isv. Åländska kriget) — 1854–1856-cı illərdə Rusiya imperiyası ilə Fransa və İngiltərə arasında Krım müharibəsi zamanı Finlandiya böyük hersoqluğu sahillərində Britaniya–Fransa dəniz qüvvələrinin hərbi və mülki obyektlərə qarşı əməliyyatları. Finlandiya tarixşünaslığında istifadə edilir. Müharibə Alanddakı Bomarsund döyüşünün şərəfinə adlandırılmışdır. Rumıniya cəbhəsində irəliləyən Rusiya imperiyası 4 oktyabr 1853-cü ildə Osmanlı imperiyasını müharibə elan etməyə təhrik etmiş, İngiltərə və Fransa osmanlıları dəstəkləmək qərarına gəlmişdi. Aland müharibəsinin məqsədi Rusiyanın kommunikasiya yollarını və xarici ticarətini kəsmək, onu sülhə məcbur etmək və İsveçi Rusiyaya qarşı müharibəyə cəlb etmək idi. == İstinadlar == == Əlavə ədəbiyyat == Eero Auvinen: Krimin sota, Venäjä ja suomalaiset. Turun yliopisto, 2015. (in Finnish) Raoul Johnson & Ilkka Malmberg: Kauhia Oolannin sota – Krimin sota Suomessa 1854–1855. John Nurmisen säätiö, 2013.