Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alces alces
Sığın (lat. Alces alces) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin sığınkimilər cinsinə aid heyvan növü. Fəsiləyə daxil olan ən iri növ hesab olunur. Erkəyinin bədəninin uzunluğu 3 metrdək, süysününün hündürlüyü 2,3 metrədək, kütləsi 570 kq-dək olur. Dişisi erkəkdən nisbətən kiçikdir. Ayaqları uzun, dırnaqları ensiz və itidir. Başı uzun, burnu donqar, ətli üst dodaqı sallaqdır. Quyruqu qısadır. Erkayinin kürəşəkilli buynuzu var. Dişisi buynuzsuzdur.
Abano
Abano — Tiflis quberniyasının Telavi qəzasında çay adı. == Toponimkası == Abano- Tiflis quberniyasının Telavi qəzasında çay adı. Antik mənbələrdə Abant. Albanların e.ə.66-cı ildə Roma ordusu ilə döyüşü bu çayın kənarında olmuşdur. 1590-cı ildə İrəvan əyalətinin Karbi nahiyəsində Avan, İrəvan əyalətinin Dərələyəz nahiyəsində Abana, Batum əyalətinin Artvin dairəsində Avana kənd adları ilə mənşəcə eynidir. Qafan toponimi də bu sıraya aiddir. Abano qədim türk mənşəli Aban tayfasının adındandır. Abano — Çava rayonunda kənd adı. Abano — Kareli rayonunda kənd adı.
Alana
Alana — nazlı, armud və s.-dən hazırlanan çərəz. Əsasən, Azərbaycanın Naxçıvan bölgəsinin Ordubad rayonu ərazisində geniş yayılmışdır. == Hazırlanması == Onu, adətən, şaftalının nazlı növündən və armudun əndiryani və şəkəri növündən hazırlayırlar. Alananı hazırlamaq üçün ilk əvvəl lazım olan meyvələr dərilir. Meyvənin qabığı soyulub 5-6 gün günəş şüası altında qurudulduqdan sonra saplaq tərəfdən dairəvi kəsilir və içərisi oyulur. Yenidən gün düşən yerə bir gün saxladıqdan sonra hazırlanmış içlik meyvənin içərisinə doldurulur. İçliyi hazırlamaq üçün cəviz ləpəsini iri gözlü ət maşınında çəkərək 1:1 nisbətində şəkər tozu əlavə edilir. Alananın tamı daha yaxşı olsun deyə ona 1-2 çimdik vanil əlavə edirlər. Elə ki, içlik qurudulmuş meyvənin içərisinə dolduruldu, onda əvvəlcədən hazırlanmış xırda meyvə qapaqlarını alananın yuxarı hissəsinə qoyaraq sap keçirilmiş təbənə ilə deşərək sapa düzülür. Təxminən 20-30 alana bir sapa düzülərək düyünlənir və üzərinə tənzif keçirilərək münasib bir yerdən asılır.
Aland
Aland adaları (isv. Åland — Oland) və ya Ahvenanmaa fin Ahvenanmaa) — Finlandiyaya aid muxtar vilayət. Aland adaları Baltik dənizində yerləşən 8 000 adadan ibarət arxipelaqdır. Bu adaların əhalisi lap qədimdən İsveç dilində danışıb və 1808-ci ilədək İsveç krallığının tərkibinə daxil olub. 1808-1809-cu illər savaşının yekunlarına görə İsveç Finlandiyanı və Aland adalarını Rusiyaya verməyə məcbur olub, Sonuncu isə 1856-cı il Aland müharibəsində (Krım müharibəsinin bir hissəsi) məğlub olandan sonra Aland adalarını hərbsizləşdirilmiş zona kimi tanımaq zorunda qalıb. XX əsrin əvvəllərində ümumxalq səsverməsi keçirilib və Norveç dinc yolla İsveçdən ayrılıb. 1917-ci ildə Rusiya Finlandiyanın müstəqilliyini tanıyıb. Bu zaman Aland adalarının İsveç əhalisi öz qədim vətənləri olan İsveçlə birləşmək arzusunda bulunub. İsveç kralına adaların bütün yaşlı əhalisinin imzaladığı xahişnamə təqdim olunub. 1917-ci ilin dekabrında Finlandiya Aland əhalisinin arzusu əleyhinə gedərək onların öz müqəddəratlarını təyinetmə şərtlərini onunla razılaşdırmağı təklif edib.
Alando
Alando (fr. Alando, kors. Alandu) — Fransanın Korsika regionunda yerləşən kommuna. Kommuna departamenti — Yuxarı Korsika. Qolo-Morozalya kantonuna daxildir. Kommunanın dairəsi — Korte. Kommunanın INSEE kodu — 2B005. == Əhalisi == 2008-ci ildə kommunanın əhalisi 27 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli yaşda olan 158 nəfərdən (15–64 yaş) 99-u iqtisadi fəal, 59-u qeyri-fəal (fəaliyyət göstəricisi 62,7%, 1999-cu ildə 52,5%) olmuşdur. Fəaliyyətdə olan 99 nəfərdən 85 nəfəri işləyir (63 kişi və 22 qadın), 14 nəfər isə işsiz (6 kişi və 8 qadın).
Albino
Albino (it. Albino) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Bergamo əyalətində yerləşir. Əhalisinin sayı 17 322 nəfər (2004-cü ildə), əhalinin sıxlığı 522 nəfər / km²-dir. Sahəsi 31.32 km² ərazini əhatə edir. Poçt kodu — 24021. Telefon kodu — 00035. Şəhərin himayədarları Briudalı müqəddəs Yuliyan və Saint Albino hesab edilir. Onların şərəfinə 9 yanvarda bayram keçirilir. Şəhərdə Albinoleffe futbol klubu yerləşir.
Alcea
Gülxətmi (lat. Alcea) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi.
Alcedo
Balıqçıl (lat. Alcedo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin balıqçıllar fəsiləsinə aid heyvan cinsi.
Aleko
Moskviç-2141 — Moskviç markasının yeni adı olaraq 1986-cı ildə bazara çıxan Rus avtomobilidir. İstehsalı 1988 və 2000 illəri arasında davam etmişdir. Bu anda müflisləşmiş vəziyyətdədir.
Almon
Almon (kommuna)
Alund
Alund — korundun süni növ müxtəlifliyi; yüksək keyfiyyətli boksitlərin və ya digər gil-torpaqla (alüminium 4-oksid) zəngin süxurların elektrik qaynağı yolu ilə əriməsi nəticəsində alınır. Təbii korundlardan bir sıra üstünlükləri (iridənəliyi, təmizliyi və b.) ilə fərqlənən alund, abraziv material kimi geniş istifadə olunur. Alund həmçinin yüksək odadavamlı (2000° C-dək) və turşuyadavamlı məmulatların (kərpic, tiql və b.) hazırlanmasında istifadə olunur. Sinonim: Elektrokorund. == Mənbə == Мала гірнича енциклопедія : у 3 т. / за ред. В. С. Білецького. — Д. : Донбас, 2004. — Т. 1 : А — К. — 640 с. — ISBN 966-7804-14-3.
Aluni
Aluni— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Lurdigan şəhristanının Xanmirzə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,297 nəfər və 481 ailədən ibarət idi.
Ameno
Ameno – Eric Levinin Era musiqi layihəsi adından çıxardığı debüt albomu olan Era albomundan olan ilk rəsmi sinql. Sinql arada bir il fərqlə üç ölkədə satışa çıxarılmışdır. Mahnıya həmçinin klip də çəkilmişdir. Mahnının musiqisi Eric Leviyə məxsusdur, mahnı uydurma dildə - psevdo-latın dilində yazılmışdır. Yəni, sözlər fonetik cəhətdən latın dilinə bənzəyir, lakin əslində heç bir məna kəsb etmir.
Falco
Qızılquş (lat. Falco) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Kalço
Kalço:
Alces
Şimal Sığını (lat. Alces) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Alina
Alina — qadın adı. Alina Zahitova — rusiyalı fiqurçu. Alina Şapoçnikov — Polşa heykəltaraşı və yəhudi mənşəli qrafikçi. Alina Trepina — Azərbaycanı təmsil edən bədii gimnast. Alina Tumiloviç — Belarusu təmsil edən bədii gimnast. Alina Makarenko — Rusiyanı təmsil edən bədii gimnast. Alina Gözəlova — Azərbaycanı təsmil edən bədii gimnast. Alina Abdullayeva — Azərbaycan rejissoru. Alina Puqaç — İsraili təmsil edən qadın badmintonçu. Alina Kabayeva — Rusiyanın əməkdar idman ustası Alina Orlova — Litvalı müğənni.
Alan
Alan — ad. Bu adı olan tanınmış şəxslər Alan Corc Lafley — Procter & Gamble şirkətinin indiki rəhbəri. Alan Arkin — amerika kinoaktyoru."Oskar" mükafatına layiq görülüb. Alan Türinq — ingilis riyaziyyatçısı, məntiqçi və kriptoqrafı. Yaşayış məntəqələri Alan (Kürdüstan) — Alan (Sərab) — Alaniya — Müasir Rusiya federasiyası ərazisində yerləşən qədim vilayətlərdən birinin adı.
Eden Alene
Eden Alene (ivr. ‏עדן אלנה‏‎; 7 may 2000, Qüds, İsrail) — Efiopiya əsilli ailədə doğulan yəhudi müğənni. İsraili 2021 Avroviziya Mahnı Müsabiqəsində Set Me Free mahnısı ilə təmsil etmişdir.
Elano Blumer
Elano Blumer (14 iyun 1981) — Braziliya məşqçisi və hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış etmiş keçmiş futbolçusu.
Falco rufigularis
Yarasa qızılquş (lat. Falco rufigularis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Falco rupicoloides
Böyük qızılquş (lat. Falco rupicoloides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Kalço (Kommuna)
Kalço (it. Calcio) — İtaliyada kommuna. Lombardiya regionunda, Berqamo əyalətində yerləşir. Sahəsi 16 km² ərazini tutur. Poçt kodu 24054. Telefon kodu 0363. Kommunanın himayədarı mayın 4-də və 5-də qeyd olunan San Qottharddır.
Korason Akino
Mariya Korason "Kori" Koxuanqo-Akino (isp. María Corazón Cojuangco-Aquino; 25 yanvar 1933[…] – 1 avqust 2009[…]) — 1986–1992-ci illərdə Filippin prezidenti. == Həyatı == Korason Akino Tarlak vilayətində qarışıq mənşəli zəngin bir ailənin tərkibində (Filippin, Çin və İspan dili) altı uşaqdan biri idi. Kori Aquino Xose Kojuanqo və Demetria Sumulonqun 6-cı övladı olan Korazonun həm ata, həm də ana tərəfi zəngin və ünlü ailələr idi. Kojuanqlar iri mülkədarlar, Sumulonqlar isə Filippin Konqresində (hər iki palatada) yüksək səlahiyyətə malik idilər. O da bacıları kimi, öncə Manilada Müqəddəs Sxolastika Kollecində, müharibədən öncə isə alman rahibələri tərəfindən idarə olunan katolik məktəbində təhsil almışdı. Öz bacı-qardaşlarından fərqli olaraq, Korazon çox sadə idi. Bacısı Terenin məktəbli formasını geyinməyi çox sevən balaca Korazonun sevimli fənni riyaziyyat idi. Məktəbi fərqlənmə ilə bitirsə də yaponların Manilanı işğal etməsi nəticəsində təhsilini yarımçıq qoymalı oldu. İkinci Dünya Müharibəsindən sonra isə atası onu bacı və qardaşları ilə birlikdə ABŞ-yə göndərdi.
Laura Alonso
Laura Alonso Padin, (2.1.1976, Qalisiya, İspaniya) — opera müğənnisi (soprano).