Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anarsia
Meyvə güvəsi (lat. Anarsia) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin çökəkqanadlılar fəsiləsinə aid heyvan cinsi.
Anarsia lineatella
Zolaqlı meyvə güvəsi (lat. Anarsia lineatella) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin çökəkqanadlılar fəsiləsinin meyvə güvəsi cinsinə aid heyvan növü. == Xarici quruluşu == Kəpənəyin qanadlarının açılmış halda ölçüsü 11–14 mm-dir. Ön qanadları açıq boz rəngdədir. Yumurtaları oval formada olub sarıdır. Yaşıl tırtılların uzunluğu 8–12 mm, oxlov formasında olub çəhrayı, pupun uzunluğu 6–7 mm olub, qəhvəyi-sarı rəngdədir. == Həyat tərzi == Zolaqlı meyvə güvəsi ikinci yaş tırtıl mərhələsində cavan zoğların qabığı altında qışlayır. Yazda, aprel ayının ikinci yarısında zərərvericinin ikinci nəslinin tırtılları qışlama yerlərindən çıxaraq, tumurcuq, çiçək və təzəcə açılmış yarpaqlarla qidalanırlar. Tırtılların inkişafı may ayının 15-dək çəkir. Puplaşma yetişmiş meyvələrin içərisində gedir.
Anarxiya
Başsızlıq və ya Anarxiya (q.yun. ἀναρχία — "hakimiyyətsizlik" nəzarət olunmayan; müstəqillik) – ayrı-ayrı adamların və ya qrupların rəhbərliyə, hökumətə tabe olmaması və bu zaman meydana çıxan qarışıqlıq.. Termin əvvəlcə liderin olmamasını nəzərdə tuturdu, ancaq 1840-cı ildə Pyer-Jozef Prudon bu termindən o dövrdəki yeni siyasi fəlsəfəyə - anarxizmə - traktatında «mülkiyyət nədir?». "Anarxiya" termini bir neçə fərqli mənaya malikdir: Dövlətin vətəndaşlığı olmayan bir cəmiyyət (anarxist ideal) ilə əvəz olunduğu hipotetik bir vəziyyət Kimi dövlət hakimiyyətinin olmaması İbtidai cəmiyyətdə sosial quruluş forması kimi dövlətin yaranmasından əvvəlki vəziyyətlər == Anarxiya və siyasi fəlsəfə == Alman filosofu İmmanuil Kant antropologiyada anarxiyaya praqmatik baxımdan "qanun və azadlıq olmadan azadlıq" kimi baxırdı. Beləliklə, Kantın fikrincə, anarxiya indiki vətəndaş statusuna çata bilməz, çünki güc olmadan bir qanun sadəcə “boş tövsiyə” olardı . "Əbədi sülhə doğru" əsərində anarxiyanın despotizmdən sonra "yaxşılığın başlanğıcları" ləğv edildiyi zaman, hər hansı bir kiçik qanuni tənzimləmənin heç kimdən yaxşı olmadığı, anarxiya mənasını verən dövlət varlığının ifrat mənfi bir forması olduğunu yazmışdır .
Ancathia
Ancathia (lat. Ancathia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Apargia
Külbaba (lat. Leontodon) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Dens-leonis Ség.
Anahit
Anahit və ya Anais (erm. Անահիտ) — erməni mifologiyasında bərəkət, sağlamlıq, zəka, təbiət və fahişəlik ilahəsi. Erkən dövrlərdə Anahit müharibə ilahəsi olmuşdur. E.ə. III əsrdən başlayaraq b.e. I əsrinə, yəni xristianlığın yayılmasına qədər bu ilahə Mitra ilə birlikdə Ermənistanın əsas tanrıçası olmuşdur ki, bir çox mütəxəssislər həmin dövrü Anahit məbədlərinin təsiri ilə fahişəliyin geniş yayılması dövrü kimi xarakterizə edirlər. Erməni müəllifləri Anahiti daha çox Afrodita və Artemida ilə müqayisə etsələr də, adları çəkilən iki ilahədən fərqli olaraq Anahit daha çox fahişəlik ilahəsi kimi şöhrət tapmış, onun şərəfinə Ermənistanın müxtəlif ərazilərində ucaldılan və yüzlərlə erməni qızlarının və gənc oğlanların saxlandığı məbədlər dünyanın müxtəlif ölkələrindən gələn kişilər tərəfindən ziyarət edilmişdir. Strabondan başlayaraq antik tarixçilərin əksəriyyəti Anahitin fahişəlik ilahəsi olması və onun şərəfinə inşa edilmiş məbədlər haqqında maraqlı məlumatlar verirlər. Ermənistanda əsas Anahit məbədləri Erez, Armavir və Artaşatda yerləşirdi. Sofen rayonu ərazisindəki dağlar isə Anahitin taxtı (Athor Anahta) hesab edilirdi.
Andria
Andriya (it. Andria) — İtaliyanın cənubunda şəhər. Apuliya vilayətinin Bari əyalətindədir. Mənbələrdə adı ilk dəfə 915-ci ildə çəkilmişdir. 1041-ci ildə Andriya normanlar tərəfindən işğal edildikdən sonra "Andre" adlı qala-şəhərə çevrilmiş, 13-cü əsrdə Müqəddəs Roma imperiyasının imperatoru Fridrix II Ştaufenin iqamətgahı olmuşdur. Şəhərdə 10–17-ci əsrlərə aid çox sayda memarlıq abidələri qorunub saxlanılmışdır. Şəhər 1799-ci ildə Fransa ordusunun dağıdıcı hücumlarına məruz qalmışdır. Yüngül və yeyinti sənayesi müəssisələri var.
Anarxiya (təşkilat)
Anarxiya — XX əsrdə Bakıda fəaliyyət göstərmiş ən iri anarxist təşkilat. == Quruluşu və mahiyyəti == 1905-ci ildə Hnçak partiyasının keçmiş üzvü S.Kalaşyants tərəfindən yaradılmışdı. 1905-ci ildə erməni-daşnakların azərbaycanlılara qarşı törətdikləri qırğından sonra anarxistlərin təsiri xeyli gücləndi. Bu zaman vəzifəli şəxslərə və sənayeçilərə qarşı terror aktları geniş hal aldı ki, bu da anarxistlərin fəaliyyəti üçün əlverişli şərait yaratdı. Anarxistlərin başlıca prinsipi onların insan azadlığına zidd saydıqları hər hansı dövlət hakimiyyətinin məhv edilməsi idi. Əsası hələ Mixail Bakunin və Pyotr Kropotkin tərəfindən qoyulmuş anarxist təsəvvürlərə görə, Rusiyada xalqın iradəsi ilə anarxizm ideyalarına əsaslanan inqilab labüddür. Sonra isə dövlətçiliyin xarabalıqları üzərində kollektiv əməyə və mülkiyyətə əsaslanan azad şəhər və kənd icmaları yaradılmalıdır. O dövr anarxistlərinin fəaliyyətində iki əsas cərəyan özünü göstərirdi - Kropotkinin ardıcılları anarxist-kommunistlər və həmkarlar təşkilatlarında işləyən anarxist-sindikalistlər. Bakı anarxistlərinin sosial tərkibinin xüsusiyyəti onda idi ki, onların sıralarına fəhlələrdən başqa, sonralar xeyli sayda sinfi simasını itirmiş ünsürlər də qoşulmuşdu. Təşkilata bir neçə sosial-demokrat və "Hnçak" partiyasının üzvləri də daxil olmuşdu.
Ancathia igniaria
Apargia aurea
Crepis aurea (lat. Crepis aurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === == Yarımnövləri == Crepis aurea subsp. aurea Crepis aurea subsp. glabrescens (Caruel) Arcang. Crepis aurea subsp.
Serinus canaria
Serinus canaria (lat. Serinus canaria) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vüroklar fəsiləsinin serinus cinsinə aid heyvan növü.
Alaria alata
Alaria alata (lat. Alaria alata) — chromista aləminin yastı qurdlar tipinin trematodlar sinfinin diplostomida dəstəsinin diplostomatidae fəsiləsinin alaria cinsinə aid heyvan növü. == Növün xarakterik morfoloji əlamətləri == Bədənin uzunluğu 2,2 – 6,0 mm, maksimal eni 1,26 – 1,66 mm-dir. Ağız sormacının diametri 0,054 – 0,160 mm-dir. Ağız sormacının yanlarında qulağabənzər iki çıxıntı yerləşir. Farinksin uzunluğu 0,110 – 0,150 mm-dir. Bağırsaq farinksin bilavasitə ardınca başlanır. Qarın sormacının diametri 0,086 – 0,149 mm olub, baş hissədən 0,34 – 0,70 mm məsafədə yerləşir. Udlağın uzunluğu 0,110 – 0,150 mm, eni 0,086 – 0,100 mm-dir. Qida borusu yoxdur.
Anahit məbədi
Anahit məbədi — Göygöl rayonunun Çaykənd kəndi ərazisində yerləşən məbəd. Dəqiq tikilmə tarixi bəlli olmasa da, tikiliş üslubuna görə xristianlığın erkən dövrünə aid edilir. Anahit məbədi XVI əsrdə bərpa edilib. Çay daşı və qum qarışığından inşa edilən məbədin tikintisində mismardan istifdə olunmayıb. Məbəddə növbəti təmir SSRİ dövründə aparılıb. Məbəd binasının bir neçə yerində alban xaçı və alban əlifbası ilə oxunması hələ də mümkün olmayan yazılar həkk olunub. Roma tarixçisi Dion Kassinin verdiyi məlumata görə Pompey Qafqaz Albaniyasına yürüşü zamanı Kür çayı yaxınlığında yerləşən Müqəddəs Anahit məbədi yaxınlığında düşərgə salmışdı. Bu məlumat onu təsdiq edir ki, Anahit məbədi xristianlıqdan əvvəl Ay ilahəsi olan Anahitə (Roma panteonunda qarşılığı Selena) sitayiş edən Qafqaz albanlarının məbədi olmuş, xristianlığın qəbulundan sonra xristian məbədi kimi dəyişdirilərək istifadə edilmişdir.
Anahit Avanesyan
Anahit Avanesyan (21 mart 1981, İrəvan; erm. Անահիտ Ավանեսյան) — Ermənistan hüquqşünası və dövlət xadimi, hazırkı Ermənistanın səhiyyə naziri. O, əvvəllər Ermənistan Xarici İşlər Nazirliyində və əczaçılıq sənayesində hüquqşünas kimi fəaliyyət göstərmişdir. == Həyatı == Anahit Avanesyan 21 mart 1981-ci ildə anadan olmuşdur. O, 1997-ci ildə İrəvan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur, oradan 2003-cü ildə mülki hüquq üzrə M.Sc. əldə etmişdir. Avanesyan təhsilini Ermənistan Amerika Universitetində davam etdirərək hüquq üzrə magistr proqramını bitirmişdir. O, 2002–2004-cü illərdə Liderliyin İnkişafı Mərkəzinin liderlik proqramlarında və Cənubi Qafqaz Gənc Qadın Liderlik proqramında iştirak etmişdir. == Karyerası == Avanesyan peşəkar karyerasına 2000-ci ildə Xarici İşlər Nazirliyində və Fövqəladə Hallar Nazirliyinin Dövlət Ehtiyatı Agentliyində hüquqşünas vəzifəsində başlamışdır. O, 2005-ci ildən 2015-ci ilə qədər "Demokratiya Bu gün" QHT-nin hüquqşünası olmuşdur.
Anarın anları (film, 2008)
Anarla üz-üzə (film, 1989)
Anarla üz-üzə filmi rejissorlar Ramiz Həsənoğlu və Rəis İsmayılov tərəfindən 1989-ci ildə çəkilmişdir. Film "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film yazıçı, şair, tərcüməçi, ssenarist Anarın həyat və yaradıcılığına həsr olunub. == Məzmun == Film yazıçı, şair, tərcüməçi, ssenarist Anarın həyat və yaradıcılığına həsr olunub.