Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Artur
Artur — Dünyada çox işlədilən ad və soyad. == Ədəbiyyatda == Kral Artur == Bu adı olan tanınmış insanlar == Artur Bleyk — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. Artur Braziliano Maya — Braziliya futbolçusu Artur Cefri — avstraliyalı şərqşünas Artur Con Robin Qorell Milner — hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış britaniyalı alim. Artur de Qobino — Fransız yazıçı və diplomat. Artur Dryuri — FİFA prezidenti Artur Henderson — İngiltərənin Xarici İşlər Naziri Artur Keli — İngilis riyaziyyatçısı Artur Klark — İngilis fantastı, yazıçı Artur Konan Doyl — ingilis yazıçı, Artur Kostler — Macarıstanlı jurnalist, araşdırmaçı yazar və tarixçi. Artur Qayton — Amerika fizioloqu Artur Leist — alman yazıçısı. Artur Lenk — İsrailin Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfiri Artur Lyuis —iqtisadçı. Artur Makdonald — Kanadalı astrofizik. Artur Mas — Kataloniya əyalətinin 129-cu prezidenti. Artur Miller — ABŞ dramaturqu.
Artuş
Artuş (e. ə. II əsr – e.ə. 63) — erməni əsilli İberiya çarı. I Artaksiasın oğlu idi. Hakimiyyət dövrü boyu Romalılarla müharibə etmişdi. Eramızdan əvvəl 65-ci ildə Qney Pompeyə qarşı Armazi qalasını itirdi. 9000 əsgər öldürüldü, 10000 nəfər isə qul edildi. 2 il sonra kral vəfat etdi.
Artur Balfur
Artur Ceyms Balfur (ing. Arthur James Balfour; 25 iyul 1848[…], Uittinqem[d], Şotlandiya, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 19 mart 1930[…], Uokinq[d], İngiltərə) — ingilis dövlət və siyasi xadimi, 1902-1905-ci illərdə Böyük Britaniyanın 50-ci Baş naziri. Birinci Dünya müharibəsi illərində (1916—19) xarici işlər naziri vəzifəsini, daha sonra lord sədr (1919—1922, 1925-1929) vəzifəsini tutmuşdur.
Artur Barseqyan
Artur Bennett
Artur Bennett (ing. Arthur Bennett; 1843[…] – 1929[…], London) — İngiltərə botaniki.
Artur Bleyk
Artur Bleyk (d. 26 yanvar 1872; Boston, Birləşmiş Ştatlar - ö. 22 oktyabr 1944) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında gümüş medal qazanıb. == Həyatı == Artur Bleyk 1872-ci ilin 26 yanvar günündə Birləşmiş Ştatların Massaçusets ştatının Boston şəhərində anadan olub. 1944-cü ilin 22 oktyabr tarixində isə ömrünün 72-ci yaşında vəfat edib. === Afina Olimpiadası === Artur Bleyk 1896-cı ildə Yunanıstanın Afina şəhərində baş tutan I Yay Olimpiya Oyunlarına qatıldı. 1500 metr məsafəyə qaçış yarışlarında mübarizə aparan Artur Bleyk 4 saat 33.8 saniyə nəticə ilə 2-ci yeri tutdu və I Yay Olimpiya Oyunlarının gümüş medalını qazandı. Artur Bleyk Afina Olimpiadasında həmdə marafon yarışlarında qüvvəsini sınadı. Amma Bleyk məsafəni sona gədər qət edə bilmədi.
Artur Bouli
Ser Artur Layon Bouli (ing. Arthur Lyon Bowley; 6 noyabr 1869, Bristol – 21 yanvar 1957, Surrey) — ingilis iqtisadçı və statistik, Bouli qanununun müəllifi, "Gövdə-yarpaq diaqramı"-nın banisi. == Bioqrafiyası == Bouli 1869-cu ildə Bristolda bir vali və müəllimə anadan olub; atası Ceyms Uilyam Layon Bouli 1870-ci ildə Bouli hələ gənc ikən vəfat etmişdir. Bouli orta təhsilini Londondakı Məsihin xəstəxanası dini internat məktəbində almışdır. 1891-ci ildə Kembric Universitetinin Triniti Kollecinə daxil olub bakalavr dərəcəsi bitirmişdir. 1893–1899-cu illərdə Lezerhendə Müq. Con məktəbində riyaziyyat müəllimliyi etdi. 1895-ci ildən London İqtisadiyyat Məktəbində dərs deməyə başladı və 1919-cu ildən 1936-cı ildə təqaüdə çıxana qədər London İqtisadiyyat Məktəbində statistika şöbəsinin ilk müdiri oldu. 1900-cü ildə riyaziyyat müəllimi və 1907-ci ildən Ridinqdə Universitet kollecində riyaziyyat və iqtisadiyyat professoru olaraq qəbul edildi. 1940–1944-cü illərdə Oxford Statistika İnstitutunun direktoru olmuşdur.
Artur Lüis
Vilyam Artur Lüis (ing. William Arthur Lewis; 23 yanvar 1915[…], Kastris, Britaniyanın Küləkli adaları[d] – 15 iyun 1991[…], Brictaun) — Böyük Britaniya iqtisadçısı. 1979-cu ildə Teodor Şultsla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatı almışdır. == Həyatı == Artur Lüis 1915-ci ildə o dövrdə Böyük Britaniyanın müstəmləkəsi olan Sent-Lüsiyanın mərkəzi Kastrisdə anadan olub. İngiltərədə yerləşən London İqtisadiyyat məktəbindən 1937-ci ildə məzun olaraq diplom almışdır. Artur Lüis 1940-cı ildə doktorluq dərəcəsinə yüksəlmişdir. Artur Lüis əvvəlcə Mançester Universitetində müəllim olaraq işləmiş, sonralar isə yeni yaradılan Karib Universitetinə rektor olaraq təyin olunmuşdur. 1970-ci ildə Karib Dövlət Bankına direktor təyin olunmuşdur. 1963–1991-ci illərdə ABŞ-nin Prinston Universitetində professor olaraq işləmişdir. 15 iyun 1991-ci ildə Barbadosun Brictaun şəhərində ölmuşdür.
Artur Makdonald
Artur Makdonald (29 avqust 1943) — Kanadalı astrofizik. Makdonald Sadbari Neytrin Rəsədxana İnstitutu direktoru və Kinqstonda, Ontarioda olan Queen Universitetində parçacıq astrofizika sahəsində Gordon və Patricia Gray Kürsüsü başçısıdır. Yapon fizikaçı Takaaki Kacita ilə ortaq şəkildə 2015-ci ildə Nobel Fizika Mükafatına layiq görülmüşdür. == Həyatı == Makdonald 29 avqust 1943-cü ildə Sidneydə, Nova Skotiyada anadan olmuşdur. 1956-cı ildə Dalhaus Universitetinin fizika fakültəsini bitirib. 1969-cu ildə Kaliforniya Texnologiya İnstitutunda doktorluq dissertasiyasını tamamlamışdır. == Akademik karyerası == Makdonald Ottavanın şimal-qərbindəki Chalk River Nüvə laboratoriyasında 1970-ci ildən 1982-ci ildə qədər araşdırma vəzifəlisi olaraq çalışmışdır. 1982–1989 illəri arasında Prinston Universitetində professorluq etmişdir. Buradan ayrılıb Queens Universitetində Perimeter Institute for Theoretical Physics hissəsində idarə heyəti üzvü oldu və günümüzdə də işə davam etməkdədir. == Araşdırmaları == Fiziklər neytrinlərin kütləsinin olub-olmadığını bir müddətdir ki, araşdırmaqdadırlar.
Artur Mas
Artur Mas (kat. Artur Mas i Gavarró; 31 yanvar 1956, Barselona) — Kataloniya əyalətinin 129-cu prezidenti.
Artur Miller
Artur Miller (ing. Arthur Miller; 17 oktyabr 1915[…], Nyu-York, Nyu-York ştatı – 10 fevral 2005[…]) — ABŞ dramaturqu. == Həyatı == Amerika, ümumilikdə dünya dramaturgiyasının klassiki və əfsanəsi Artur Miller 1915-ci ilin 17 oktyabrında Nyu-Yorkda anadan olub. Millerin 1943–1999-cu illər, yəni yarım əsrdən artıq bir müddəti əhatə edən pyes yaradıcılığı onun XX əsr dünya dramaturgiyasındakı yerini müəyyən etdi. Və şübhəsiz ki, onun yeri birincilər sırasındadı. Millerin dramları Amerikanın və Avropanın ən nüfuzlu teatrlarında oynanılıb, ədəbi tənqidçilər və teatrşünaslar indi bu əsərləri XX əsrin sənət hadisəsi adlandırırlar. Teatr təbii ki, vizual sənətdi, amma Millerin pyesləri hardasa dramaturgiya ilə nəsrin vəhdətində, daha doğrusu, sərhədlərində yazılıb. Çünki dialoqlar obrazların daxili aləmin psixoloji vəziyyətini açmağa yönəlib. Artur Millerin pyesləri əsasən sosial yönümlü olsa da, ABŞ-dəki böyük depressiyadan bəhs etsə də, dramaturqun qəhrəmanları bu mövzunu bəşəri mövzu anlamı səviyyəsinə qaldıra bilirlər. Məşhur dramaturqun 1968-ci ildə yazılmış "Qiymət" pyesi illüziyalar və gerçəklər, həqiqət və yalan, yaxın adamların bir-birinə doğmalığı və yadlığı haqqındadır.
Artur Mkrtçyan
Artur Aslanoviç Mkrtçyan (erm. Արթուր Մկրտչյան, d.16 fevral 1959, Hadrut, DQMV, Azərbaycan SSR – ö.14 aprel 1992, Xankəndi, Azərbaycan) — Qarabağ müharibəsi zamanı Qarabağ ermənilərinin hərbi və siyasi liderlərindən biri. == Həyatı == Artur Mkrtçyan Dağlıq Qarabağın Hadrut qəsəbəsində 1959-cu ildə doğulub. 1981-ci ildə İrəvan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1982-ci ildə Moskvada Regionşunaslıq və Etnoqrafiya İnstitutunda aspirantura təhsilinə başlayıb. 1986-cı ildə İrəvana qayıdaraq orada Etnoqrafiya və Regionşunaslıq muzeyində işləyib. Daha sonra Qarabağa qayıdaraq Hadrut regionşünaslıq muzeyində işləyib. 1988-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi olub. Dağlıq Qarabağ Ali Sovetinin ilk çağırışdan deputatı seçilib. Qarabağ müharibəsi dövründə Dağlıq Qarabağ Respublikası Ali sovetinin sədri olub.
Artur Oneqqer
Artur Oneqqer (fr. aʁtyʁ ɔnɛɡɛːʁ; 10 mart 1892[…], Havr – 27 noyabr 1955[…], Paris) fransız mənşəli isveçrəli bəstəkardır. Həyatının böyük hissəsini Parisdə keçirib. Oneqqer Altılıq qrupunun bir üzvü idi. Fransız musiqisinə önəmli töhfələri olmuşdur. == Bioqrafiya == 10 mart 1892 tarixində, Fransanın Havr şəhərində anadan oldu. Anasının təşəbbüsü ilə musiqiyə yönəldi. 1910-cu ildə Sürix Konservatoriyasına girdi. 1911-ci ildə isə Paris Konservatoriyasında təhsil almağa başladı. Paris Konservatoriyasında olan Çarlz Uidordan bəstəkarlıq və orkestr rəhbərliyi dərsləri alaraq öz musiqi biliyini artırdı.
Artur Qarden
Sir Arthur Harden (12 oktyabr 1865[…], Mançester, Lankaşir[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 17 iyun 1940[…]) — London Kral Cəmiyyətinin üzvü, Britaniyalı biokimyaçı. O, 1929-cu ildə həmkarı Hans Karl ilə birlikdə şəkərin qıcqırması və fermentlər üzərinə tədqiqatlarına görə Kimya üzrə Nobel mükafatı ilə təltif olundu. == Bioqrafiyası == === Uşaqlıq illəri === Onun valideynləri Albert Tyas Harden və Eliza Makalister idi.O Tettenhall Kollecində təhsil almışdı, daha sonra 1882-ci ildə isə indiki Mançester Universiteti olan Ovens Kollecinə oldu və burdan 1885-ci ildə məzun oldu. === Tədqiqatları === Harden 1886-cı ildə Kimya üzrə Dalton təqaüdü qazandı və bir il müddətində Erlangendə Otto Fişer ilə çalışdı. Daha sonra, o, Mançesterə mühazirəçi kimi qayıtdı və burada o zaman yeni təsis olunmuş indiki Lister İnstitutu, keçmiş Britaniya Preventiv Tibb İnstitutuna kimyaçı kimi təyin olunana qədər qaldı və 1897-ci ildə Mançesteri tərk etdi. O 1902-ci ilin iyun ayında öz elmlər doktoru dərəcəsini Viktoriya Universitetində aldı. Beş il sonra, 1907-ci ildə Biokimya Departamentinin sədri təyin olundu və 1930-cu ildə təqaüdə çıxana qədər bu vəzifədə qaldı. Buna baxmayaraq, o, öz elmi işlərinin bu İnstitutda davam etdirdi. Harden, Mançester şəhərində karbon dioksid və xlorinə işığın təsirini araşdırdı və İnstituta daxil olarkən, bakteriya və alkolik qıcqırmanı araşdırma üsullarını göstərmişdir. O, qlükozanın yekun məhsullarını və maya hüceyrəsinin kimyəvi xassələrini araşdırmışdır və antiskorbutik və anti-nevrotic vitaminlər haqqında məqalələr yazmışdır.
Artur Qayton
Artur Qayton (ing. Arthur Guyton; 8 sentyabr 1919 – 3 aprel 2003, Missisipi ştatı) Mississippi Tibb Məktəbi Universitetinin Dekanı olmuş Amerika fizioloqu idi. == Həyatı == Artur Qayton 600-dən çox məqalənin, 40-dan çox kitabın müəllifidir. Elmi araşdırmalarına görə 80-dan cox mükafat alıb. Əsas elmi araşdırmaları ürək-damar sisteminin fizyologiyasina aiddir. Qayton, əsasən, Tibbi Fiziologiyanın Kitabı adlı əsəri ilə məşhurlaşıb. Kitab 15 dilə tərcümə edilib.
Artur Qriffit
Artur Cozef Qriffit (irl. Art Seosamh Ó Gríobhtha;31 mart 1871 – 12 avqust 1922) – İrlandiyalı siyasətçi, yazıçı, İrland milliyətçi partiyası Şinn Feynin qurucusu.
Artur Rasizadə
Artur Tahir oğlu Rasizadə (26 fevral 1935, Kirovabad) — Azərbaycan Respublikasının 6-cı Baş naziri; İslah-əmək Müəssisələrinin və İstintaq Təcridxanalarının İşinin Təkmilləşdirilməsi Sahəsində Kompleks Tədbirlərin Həyata Keçirilməsi üzrə Prezident yanında Komissiyanın sədri (11.02.1999 — h. h.) == Həyatı == Artur Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1952-ci ildə Lənkəran şəhər 4 №-li orta məktəbi bitirmişdir. Əslən Naxçıvan Muxtar Respublikasındandır. İş fəaliyyətinə 1957-ci ilə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması ETİ "AzİNMAŞ"-da mühəndis vəzifəsində başlamış, sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində işləmişdir. 1973–1975-ci illərdə "Azneftsənayemaş" birliyində baş mühəndis, 1975–1977-ci illərdə "İttifaqneftmaş" EİB rəisinin birinci müavini-baş mühəndis, 1977–1978-ci illərdə "AzİNMAŞ" Neft maşınqayırması ETİ-nin direktoru olmuşdur. 1978–1981-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini, 1981–1986-cı illərdə AKPMK-də maşınqayırma şöbəsinin müdiri, 1986–1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti Sədrinin birinci müavini (sonradan Azərbaycan Respublikası Baş nazirinin birinci müavini) vəzifələrində olmuşdur. 1992–1994-cü illərdə İqtisadi İslahatlar Fondunun məsləhətçisi, 1994-cü ildə "DEKA-B" şirkətində məsləhətçi, 1994–1996-cı illərdə İqtisadi Islahatlar Fondunda məsləhətçi vəzifəsində işləmişdir. 1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilmişdir. 1996-cı ilin may ayından Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, 1996–2003-cü illərdə Baş nazir, 2003-cü ilin avqust–noyabr aylarında Baş nazirin birinci müavini vəzifələrində işləmişdir. 2003-cü ilin noyabr ayından 21 aprel 2018-ci ilədək yenidən Azərbaycan Respublikasının Baş naziri olmuşdur.
Artur Rembo
Jan Nikolas Artür Rembo (fr. Arthur Rimbaud; 20 oktyabr 1854, Şarlevil Mezyer, Fransa — 10 noyabr 1891, Marsel, Fransa) — fransız şair, simvolizmin ədəbiyyatda ən böyük təmsilçilərindən biri. == Həyatı == Artür Rembo 20 oktyabr 1854-cü ildə Fransanın şimalındakı Ardennes bölgəsində yerləşən Şarlevil Mezyer qəsəbəsində, Burbon küçəsi 73 ünvanında doğulmuşdur. Atası Frederik dənizçi olmuşdur və anası Vitali ilə gənc yaşda ayrılmışdır. Vitali Roşe yaxınlığında yaşayan ferma sahibi varlı bir ailənin qızı idi. İlk doğulan uşağa atasının adı Frederik verilmişdir. İkinci uşaq olan Artür, anası ilə eyni adı daşıyan Vitali və 4-cü uşaq Rembonun həyatında vacib rol oynayan İzabeldir. Artür Rembo cəmi 37 il yaşayıb. Qısa həyatının çox hissəsini, kasıb, ac, küçələrdə soyuqdan üşüyən avara kimi keçirib. Rembo Fransadan piyada və tamamilə pulsuz İtaliyaya, Almaniyaya, Belçikaya səyahət edib, qarlı Alp dağlarını piyada aşıb.
Artur Rəsizadə
Artur Tahir oğlu Rasizadə (26 fevral 1935, Kirovabad) — Azərbaycan Respublikasının 6-cı Baş naziri; İslah-əmək Müəssisələrinin və İstintaq Təcridxanalarının İşinin Təkmilləşdirilməsi Sahəsində Kompleks Tədbirlərin Həyata Keçirilməsi üzrə Prezident yanında Komissiyanın sədri (11.02.1999 — h. h.) == Həyatı == Artur Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1952-ci ildə Lənkəran şəhər 4 №-li orta məktəbi bitirmişdir. Əslən Naxçıvan Muxtar Respublikasındandır. İş fəaliyyətinə 1957-ci ilə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması ETİ "AzİNMAŞ"-da mühəndis vəzifəsində başlamış, sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində işləmişdir. 1973–1975-ci illərdə "Azneftsənayemaş" birliyində baş mühəndis, 1975–1977-ci illərdə "İttifaqneftmaş" EİB rəisinin birinci müavini-baş mühəndis, 1977–1978-ci illərdə "AzİNMAŞ" Neft maşınqayırması ETİ-nin direktoru olmuşdur. 1978–1981-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini, 1981–1986-cı illərdə AKPMK-də maşınqayırma şöbəsinin müdiri, 1986–1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti Sədrinin birinci müavini (sonradan Azərbaycan Respublikası Baş nazirinin birinci müavini) vəzifələrində olmuşdur. 1992–1994-cü illərdə İqtisadi İslahatlar Fondunun məsləhətçisi, 1994-cü ildə "DEKA-B" şirkətində məsləhətçi, 1994–1996-cı illərdə İqtisadi Islahatlar Fondunda məsləhətçi vəzifəsində işləmişdir. 1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilmişdir. 1996-cı ilin may ayından Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, 1996–2003-cü illərdə Baş nazir, 2003-cü ilin avqust–noyabr aylarında Baş nazirin birinci müavini vəzifələrində işləmişdir. 2003-cü ilin noyabr ayından 21 aprel 2018-ci ilədək yenidən Azərbaycan Respublikasının Baş naziri olmuşdur.
Artur Taymazov
Artur Borisoviç Taymazov (rus. Артур Борисович Таймазов, özb. Artur Borisovich Taymazov, oset. Таймӕзты Барисы фырт Артур; 20 iyul 1979, Noqir, Şimali Osetiya MSSR) — Rusiya siyasi xadimi, Özbəkistan millisini təmsil etmiş osetiyalı sərbəst güləşçi. VII çağırış Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının deputatı, 18 sentyabr 2016-cı ildən Dövlət Dumasının Bədən Tərbiyəsi, İdman, Turizm və Gənclər Məsələləri Komitəsinin sədr müavini. 9 iyun 2021-ci il tarixindən Vahid Rusiya Partiyasının Şimali Osetiya regional bölməsinin katibi. 2004-cü il Olimpiya çempionu, 2000-ci il Olimpiya Oyunlarının gümüş mükafatçısı, ikiqat dünya çempionu (2003, 2006), ikiqat Asiya çempionu (2000, 2011), üçqat Asiya Oyunlarının çempionu (2002, 2006, 2010). == Həyatı == 20 iyul 1979-cu ildə Şimali Osetiyada, Vladiqafqazın şəhərətrafı qəsəbəsi Nogir kəndində anadan olub. Qardaşları ilə birlikdə ağır atletika və sərbəst güləşlə məşğul idi. Taymazovun sərbəst güləş üzrə ilk məşqçisi Apayev Xasan Vladimiroviç olmuşdur.
Artur Tüdor
Artur Tüdor (20 sentyabr 1486, Uinçester – 2 aprel 1502[…]) — İngiltərə kralı VII Henrinin və Yorklu Elizabetin ilk övladıdır. İngiltərə taxtının varisi olsa da, atasından öncə vəfat etmişdir. == Uşaqlıq illəri == Artur Tüdor İngiltərənin Tüdor sülaləsindən olan ilk kralı VII Henrinin ilk övladı olaraq 20 sentyabr 1486 tarixində Londonda dünyaya gəldi. Anası Yorklu Elizabetin və atası VII Henrinin 7 övladı olsa da, sonradan bunların üçü uşaq yaşda vəfat etmiş, geriyə Artur Tüdor, Marqarita Tüdor, VIII Henri və Mariya Tüdor qalmışdır. Erkən dünyaya gəldiyi üçün ömrü boyu xəstəliklərlə məşğul olmuşdur. Vəftiz mərasimində "Knight of Bath" (Bath cəngavəri) titulu almışdır. 3 yaşında ikən Uels şahzadəsi, 5 yaşında ikən "Knight of the Garter" (Garter cəngavəri) titullarını aldı. == Evliliyi == Kral II Ferdinand və Kraliça İzabellanın qızı olan Araqonlu Ketrinlə uşaq yaşlarında nişanlanmışdı. Bu nikahla əslində iki dövlət arasındakı münasibətlər düzəldilməli idi. Ancaq Ketrinin ailəsi bu nikahı istəmirdi.
Artur Vanetsyan
Artur Qaqikoviç Vanetsyan (erm. Արթուր Գագիկի Վանեցյան, 8 dekabr 1979, İrəvan) — Ermənistan dövlət siyasi xadimi, general-mayor, 10 may 2018-ci il tarixindən 16 sentyabr 2019-cu il tarixinədək Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru, 22 sentyabr 2018-ci ildən Ermənistan Futbol Federasiyasının prezidenti. == Həyatı == 8 dekabr 1979-cu ildə İrəvanda anadan olmuşdur. 1995-ci ildə Yerevanda 2 nömrəli orta məktəbi bitirib. 1997–1999-cu illərdə Ermənistan Silahlı Qüvvələrində xidmət edib. 1999-cu ildə Ermənistan Kənd Təsərrüfatı Akademiyasını, 2003-cü ildə Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunu (qiyabi) bitirmişdir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir. 2000-ci ilin dekabr ayında Ermənistanın milli təhlükəsizlik orqanlarında vəzifə səlahiyyətinə daxil olmuşdur. 2002-da Rusiya FTX Akademiyasında yenidən hazırlıq keçdi. 2015-ci ildə Ermənistan prezidentinin fərmanı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmiş, həmçinin Milli Təhlükəsizlik Şurasının və Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən dəfələrlə mükafatlandırılmışdır.
Artur Veyli
Artur David Veyli (ing. Arthur David Waley; 19 avqust 1889[…] – 27 iyun 1966[…]) – ingilis tərcüməçi və şərqşünas. Klassik Çin və Yaponiya ədəbiyyatını tərcümə edərək Qərb oxucuları ilə tanış etməsinə görə tanınır. O, həm çin, həm də yapon dilindən tərcümələr etmişdir. == Həyatı == Artur Veyli 1889-cu ildə yəhudi əsilli ailədə doğulmuşdur. Əsl soyadı Şlos olsa da, Birinci dünya müharibəsi zamanı düşmən kimi ayrı-seçkilik yaşamamaq üçün soyadını dəyişdirib. Reqbi məktəbində (1903-06) təhsil aldıqdan sonra Kembric Kral Kollecinə (1907-10) daxil olub. Lakin görmə qabiiliyyəti zəif olduğu üçün məzun olmadan təhsili tamamlaya bilməyib. Çin və yapon dilləri üzrə öz-özünə təhsil verdikdən sonra Britaniya muzeyində köməkçi kimi işləməyə və tərcüməçiliklə məşğul olmağa başlayıb. Veyli heç vaxt ştatlı universitet vəzifəsini qəbul etməyib və həyatı boyunca Asiyaya səyahət etmədən imtina edib.
Artur Voloşin
Artur Vladimiroviç Voloşin (24 iyun 1973, İliç – 24 oktyabr 1995, Xaraçoy[d], Çeçenistan) — Amur vilayətinin Daxili İşlər İdarəçiliyi yanında Xüsusi Təyinatlı milis dəstəsində sürücü-milis, milis baş çavuşu. Rusiya Federasiyası Qəhrəmanı (ölümündən sonra). == Həyatı == 1973-cü il iyun ayının 24-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının İlyiçovsk (indiki Şərur şəhəri) qəsəbəsində anadan olmuşdur. Milliyyətcə rusdur. Bir neçə ildən sonra ailəsi Amur vilayətinə köçmüşdür. 1979-cu ildən 1989-cu ilə qədər Kozmodemyanski orta məktəbində təhsil almışdır. 1990-cı ildə Voloşin Tambovski hərbi komissarlığı tərəfindən Rayçixinski məktəbində Ordu, Aviasiya və Donanmanın birgə fəaliyyət könüllü cəmiyyəti məktəbində təhsil almağa göndərilmiş, orada sürücü peşəsinə yiyələnmiş daha sonra bir müddət Ümumittifaq Elmi tədqiqat İnstitutunun Təcrübi-istehsalat təsərrüfatında mexanik işləmişdir. 1991-ci il iyul ayının 8-də SSRİ Silahlı Qüvvələrinə çağırılmış, Primorski diyarında təcili xidmətə cəlb edilmiş və avtomobil batalyonunda bölməyə komandanlıq etmişdir. 1993-cü ilin mayında "kiçik çavuş" rütbəsi ilə tərxis olmuşdur. 1993-cü ilin oktyabrında Amur vilayətinin Daxili İşlər İdarəçiliyi yanında Xüsusi Milis dəstələrinin daxili işlər orqanında milis-sürücü xidmətinə cəlb edilmişdir.
Artur Xenderson
Artur Henderson (13 sentyabr 1863, Qlazqo, Şotlandiya — 20 oktyabr 1935, London, İngiltərə, Britaniya) — İşçi Partiyasını təşkilatlandıran başlıca siyasət adamlarından biri olmuşdur. 1929 iyun-1931 avqust arasında Xarici İşlər Naziri olmuş, 1934-cü ildə Nobel sülh mükafatını almışdır. == Həyatı == Robert Stephensonun Newcastle upon Tynedakı(Northumberland) parovoz təsislərində çuğunəridən olan Henderson, Çuğunəridənlər İttifaqının Newcastle şöbə katibi oldu.Darlington,Durham və Newcastle bələdiyyə yığıncaqlarında Liberal Partiya üzvü olaraq vəzifə aldı.1903də Darlington icra numayəndəsi seçildi. Eyni ilin sonunda Durhamdakı Bernard Castle`dən İşci Partiyasının nazizədi olaraq Avam Kamrasına girdi. Beləcə ilk dəfə həm İşci Partiyası üzvü həm Mühavizəkarların, həm də Liberalların namizədliyi qarşısında seçimlərdə müvəffəqiyyət təmin edirdi. Henderson Natiq olmaqla bərabər 1914, 1921–23 və 1925–27də Avam Kamrasında Partiyasının qabaqcıl idarəçiləri arasına girdi.1908–1910 və 1914–1917 vaxtlarənda İşci Partiyasına umumi başcılıq edən Henderson,1911dən 1934-ə qədər Partiya katibəliyi vəzifəsini icra etdi. Henderson, Avam Kamarasındaki İşci Partiyalı namizədlərin əksəriyyəti ilə birlikdə Birləşmiş Krallıqın birinci dünya müharibəsindəki mövqeyini dəstələdi. Beləcə o sırada İşçi Partiyasındaki sülhsevər azlığın öndəri Ramsey MaCDonalddan partiyanın parlament qrup başcılığını götürdü. Müharibə vaxtlarında Herbert Henry Asquith`in koalisyalı hökuməti vaxtlarında(May1915-Dekabr1916) əvvəl təhsil heyətə başçısı, daha sonra da dövlət mühasibi və işçi problemləri mövzusunda ümumi məsləhətçi olaraq vəzifəyə alındı. Asquithin yerinə David Lloyd George keçincə yeni başçını dəstəkləyən Herson, beş nəfərlik müharibə kabinetində kürsüsüz başcı oldu.1917nin yazında Rusiyaya getdi.