Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ardahan
Ərdəhan — Türkiyənin Ərdəhan ilinin inzibati mərkəzi.
Artavan
Cul, Artavan — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km cənub-şərqdə, Arpaçayın sağ qolu olan Culçayın yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Tarixi mənbələrdə XIII əsrdən xatırlanır. Toponim çul türk etnonimi əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Artavan qoyulmuşdur.
Artupa
Artupa — Azərbaycan Respublikasının Astara rayonunun Səncərədi kənd inzibati ərazi dairasində kənd. Xəzər dənizindən bir qədər aralı, Lənkəran ovalığındadır. Oykonim art və upa (oba) sözlərindən düzəlib, "dağ aşırımında salınan oba, kənd" deməkdir. == Etimologiyası == Oykonim türk mənşəli art (arta) "dağ keçidi" və "upa" (oba) sözlərindəndir. == Mədəniyyəti == Kənddə orta məktəb, kitabxana, mədəniyyət evi, çayxana, məscid var. == Din == Kənddə Artupa kənd məscidi dini icması fəaliyyət göstərir. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 4 km şimal-qərbdə, Xəzər dənizindən 4 km, Ələt — Astara avtomobil yolundan 1,5 km aralı, Lənkəran ovalığındadir. == Tanınmış şəxslər == İsgəndər Quliyev (1938–2024) — Azərbaycan Milli Məclisinin II çağırış deputatı. Şücaət Rzayev (2001) — şair. === Şəhidləri === Yaqub Ağayev (1965–1994).
Arturas Jurauskas
Arturas Jurauskas (lit.
Arzuman küftəsi
Arzuman küftəsi — Azərbaycan mətbəxindən olan ət və toyuq yeməyi. Naxçıvan bölgəsi üçün karakterikdir. Yemək 8-10 nəfər üçün hazırlanır. == Hazırlanması və servis edilməsi == Bütöv toyuq təmizlənir və qaynayan suda yarımhazır olana kimi bişirilir. Şabalıd suda pörtülür, turş gavalı soyuq suda isladılır. Hazırlanmış şabalıd və gavalı üstü zəfəranlanmış toyuğun içərisinə doldurulur. Ət və baş soğan balta ilə xırdalanır (və yaətçəkən maşından keçirilir), ədviyatlar vurulub yaxşı yoğurulur. Hazır qiymə təmiz yuyulmuş və qaynadılmış tənzifin içərisinə 1,5-2 sm qalınlığında yayılır, qiymənin ortasına hazırlanmış toyuq qoyulur və tənzifin ucları bir yerdə düyünlənib, qiymə toyuğun hər yerini örtmək şərtilə ona girdə forma verilir. Bu zaman bir əllə tənzifın ucları bir-birinə çatdırılır, o biri əllə qiymə toyuğun cəmdəyinə sıxılır və axırda tənzifin ucları bərk bağlanır. Küftə, 5-6 litrlik qazanda sümüklərdən hazırlanmış bulyona salınıb bişirilir.
Arzuxan Əlizadə
Arzuxan Əlizadə (18 mart 1965, Bakı) — Azərbaycanlı ictimai-siyasi xadim, Milli Məclisinin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının V sədri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sabiq üzvü. == Həyatı == Arzuxan Baxşəli oğlu Əlizadə 18 mart 1965-ci ildə Bakı şəhərində anadan olub. 1981-ci ildə Bakı şəhəri 75 saylı orta məktəbi qızıl medalla bitirib.1981–1983 və 1985–1986-cı illərdə Bakı şəhəri, Razin qəsəbə sovetində hərbi inspektor vəzifəsində işləyib. 1983–1985-ci — ci illərdə Moskva yaxınlığında ordu sıralarında hərbi xidmətdə olub. 1986–1992-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində hüquqşünas ixtisası üzrə ali təhsil alıb. 1992–1993-cü illərdə Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyətində hüquqşünas, həmçinin şöbə müdiri vəzifəsini icra edib. 1993–1996-cı illərdə təsisçisi olduğu istehsalat kommersiya müəssisəsinə rəhbərlik etməklə biznes fəaliyyəti ilə məşğul olub. 1996–2000-ci illərdə Müstəqil Vəkillər Kollegiyasının üzvü olaraq vəkillik fəaliyyəti göstərib. 2001–2006-cı illərdə Azərbaycan Beynəlxalq Universitetinin "Dövlət hüququ" kafedrasının Baş müəllimi olaraq pedoqoji fəaliyyətlə məşğul olub. Eyni zamanda 2001–2005-ci illərdə AMEA Fəlsəfə və Hüquq İnstitutunun dissertantı olaraq "Fövqəladə vəziyyət şəraitində vətəndaşların Konstitusiya ilə müəyyən olunmuş hüquq və azadlıqları" mövzusunda namizədlik üzərində işləmişdir.
Attutan (Meşkinşəhr)
Attutan (fars. ات توتان‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 15 nəfər yaşayır (6 ailə).
Aşıq Arzuman
Aşıq Arzuman (Arzuman Xıdır oğlu Əliyev; 23 iyul 1966, Daşkənd, Basarkeçər rayonu – 5 iyun 2010, Bakı) — azərbaycanlı aşıq. == Həyatı == Aşıq Arzuman 23 iyul 1966-cı ildə Göyçə mahalının Daşkənd kəndində dünyaya gəlmişdir. 1983-cü ildə Azərbaycan Neft Kimya İnstitutuna qəbul olunmuşdur. 1986-cı ildən 1988-ci ilə qədər hərbi xidmətdə olmuş və 1991-ci ildə Azərbaycan Neft Kimya İnstitutunu bitirmişdir. 1993–1994-cü illərdə Qarabağ Müharibəsinin iştirakçısı olmuşdur. Arzumanın aşıq sənətinə böyük həvəsi olduğundan özü bu sənəti öyrənmişdir. Ustad dərsi almasa da, o, saz çalmağı və ifa etməyi məharətlə bacarmışdır. Məlahətli səsə malik Aşıq Arzuman xeyli saz havalarını bilməklə yanaşı bir neçə dastan da bilirdi. Aşıq Arzuman 5 iyun 2010-cu ildə 44 yaşında Bakı şəhərində ürək dayanmasından vəfat etmiş və Bakıxanov qəsəbəsində dəfn olunmuşdur. == Mənbə == Araz Yaquboğlu.
Batuhan Karacakaya
Batuhan Karacakaya (5 fevral 1997, İstanbul) — Türkiyə TV serial aktyoru. İlk layihəsinə Beşinci Ölçü serialı ilə başladı və bu serialda qonaq aktyor kimi göründü. O, sosial şəbəkədə Bülent Ziyagil kimi tanınır. 2008–2010-cu illər arasında Aşk-ı Memnu serialında "Bülənt Ziyagil" rolunu oynayıb. Daha sonra Çarəsiz Evdarlar serialında "Mert" obrazını canlandırıb. Diriliş Ərtoğrul serialında "Dündar bəy" obrazını canlandırıb. 2021-ci ildə Acun Ilıcalı Survivor Məşhurlar-Könüllülər yarışmasına qatıldı və məşhurlar komandasında iştirak etdi və yarışmada 7-ci oldu. 2022-ci ildə yenidən Survivor 2022: All Star yarışmasına qatıldı və yarışmağa davam edir. 29 iyun 2022 tarixində Yarım Finalda 3-cü olmuşdur. 2023-cü ildə hərbi xidmətdə olmuşdur.
Saruhan Hünel
Saruhan Hünәl (türk. Saruhan Hünel; doğum 7 yanvar 1970, İstanbul, Türkiyə) — türk aktyoru. Saruhan Hünәl 7 yanvar 1970-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olub. Atası Arnavut, anası isə Bağdadan gəlmiş ərəbdir. Bir bacısı var. Sergin Akyazla evlidir.
Saruhan Hünәl
Saruhan Hünәl (türk. Saruhan Hünel; doğum 7 yanvar 1970, İstanbul, Türkiyə) — türk aktyoru. Saruhan Hünәl 7 yanvar 1970-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olub. Atası Arnavut, anası isə Bağdadan gəlmiş ərəbdir. Bir bacısı var. Sergin Akyazla evlidir.
Arzuman körpüsü
Arzuman körpüsü — Zəngəzur mahalının Qarakilsə (02.03.1940-cı ildən — Sisian) rayonunun Dərəbas kəndində yerləşən və orta əsrlərə aid birtağlı daş körpüdür. == Haqqında == Dərəbas kəndi qədimdən Türk-Oğuz boylarının yurdu olmuşdur. Yazılı mənbələrdə adı 844-cü ildən çəkilən və ətrafı qədim qəbir və abidələrlə zəngin olan Dərəbas ("Dərə başı" anlamında) kəndinin adı və Arzuman körpüsünün adı türkcədir. Dərəbas kəndinə ilk ermənilər XIX əsrin əvvəllərində İrandan və Türkiyədən köçürülüb gətirilmişlər. == Toponimi == Dərəbaş kəndi yaxınlığından keçən dağ çayı üzərində yerləşən Arzuman körpüsü, adını onu tikdirən şəxsdən almışdır. Lakin həmin şəxsin kimliyi haqqında məlumat yoxdur. Körpünün tikilmə tarixi mənbələrdə orta əsrlərə aid edilir. Orta əsrlər memarlığının incəliklərini özündə əks etdirən bu körpü estetik görünüşü ilə fərqlənir. == Memarlıq xüsusiyyətləri == Arzuman körpüsündə istifadə olunan daşlar təbii formada olsa da, tağbəndə düzülən daşlar xüsusi səliqə ilə yonulmuşdur. Körpünün tağbəndini tamamlayan daş cərgəsi ümumi hörgü səviyyəsindən geri çəkilmiş, ikinci hörgü cərgəsi isə 5–6 sm önə çıxarılmışdır.
Ardahan ili
Ərdahan ili — Türkiyədə il. İnzibati cəhətdən Çıldır, Posof, Damal, Hanak, Ərdəhan və Gölə ilçələrindən ibarətdir. Çıldır ilçəsinin Məryəm kəndinin əhalisini azərbaycanlıların etnoqrafik qrupu olan tərəkəmələr, qarapapaqlar təşkil edir. Gölə ilçəsinin Yeni Dəmirqapı kəndinin əhalisini azərbaycanlıların etnoqrafik qrupu olan tərəkəmələr təşkil edir. Gölə ilçəsinin Uğurdaşı kəndinin əhalisini azərbaycanlıların etnoqrafik qrupu olan tərəkəmələr təşkil edir. Gölə ilçəsinin Karlıyazı kəndinin əhalisini kürdlər təşkil edir. == İstinadlar == == Xarici keçidlər == Dr. Yaşar Kalafat. "Çıldır ve Yakın Çevresinin Etnososyal Yapısı" (türk). Haber Açısı Portalı.
Andre Antuan
Andre Antuan (fr. André Antoine) — fransız rejissoru, aktyor və teatr nəzəriyyəçisi. == Yaradıcılığı == Parisdə “Azad teatr” (1887) və “Antuan teatrı” (1897) təşkil etmiş, 1906-14-cü illər də “Odeon” teatrının direktoru olmuşdur. E. Zolya, Qonkur qardaşları, L. N. Tolstoy, İ. S. Turgenev, H. İbsen və b.-nın əsərlərini tamaşaya qoymuşdur. Andre Antuan həyatın doğru-düzgün inikasına, obraz və hadisələrin, kütləvi səhnələrin bədiiliyinə, həyatiliyinə, eləcə də tərtibat və geyimin tamaşanın məzmununa uyğun olmasına çalışmış, melodram və meşşan dramaturgiyasının əleyhinə çıxmışdır. Bəzi tamaşalarında naturalizm meyilləri də olmuşdur. A. Antuan 1914-cü ildən teatr tənqidi və kino sahəsində fəaliyyət göstərmişdir.
Antuan Burdel
Emil Antuan Burdel (30.10.1861, Montoban – 1.10.1929, Le Vezine) — fransız heykəltəraşı. == Həyatı == Tuluzada (1876–84), Parisdəki zərif sənətlər məktəbində (1884–86) oxumuşdur; 1893–1908-ci illərdə O, Rodenin emalatxanasında assistent işləmişdir. 1884-cü ildən Paris salonu sərgilərinin iştirakçısı olmuşdur. Roden impressionizmini qəbul etməyən Burdel monumentallığa və incəsənətin sintezinə can atmış, antik klassikaya və arxaikaya əsaslanaraq relyef sənətini dirçəltmişdir. == Fəaliyyəti == “Ox atan Herakl” (tunc, 1909, Müasir Milli İncəsənət Muzeyi, Paris), gen. K.M. Alvearın tunc abidəsi (1913–23, Buenos-Ayres), “Fransa” heykəli (tunc, 1925, Paris), A. Mitskeviçin abidə si (tunc, 1909 –29, Paris), “Avtoportret” (maska, 1925), “Safo” (1924 –25; hər ikisi Burdel muzeyi, Paris) və s. əsərlərin müəllifidir. Görkəmli ictimai xadimlərin çoxsaylı portretlərini (100-ə yaxın) yaratmışdır: Lüdviq van Bethoven (tunc, 1887– 1929; 21 variant), A. Frans (tunc, 1919; hər ikisi Burdel muzeyi) və s. Arxaikləşən neoklassisizm ruhunda Yelisey Çölü Teatrının barelyeflərini hazırlamışdır (gips, 1912). Burdel həmçinin monumental rəngkar (Yelisey Çölü Teatrının freskaları, 1910–12) və qrafik (J. Klemanso və Q. Floberin kitablarına illüstrasiyalar) kimi də işləmişdir.
Antuan Jüsse
Antuan Loran de Jüsse (fr. Antoine-Laurent de Jussieu; 12 aprel 1748[…], Lion – 17 sentyabr 1836[…], Paris) — Fransız botaniki. Bitkilərin ilk təbii təsnifatının banisi (1789). Botanikaya fəsilə anlayışını daxil etmişdir.
Antuan Kurno
Antuan Ogüsten Kurno (fr. Antoine Augustin Cournot; 28 avqust 1801[…], Qre[d] – 31 mart 1877[…], Paris) — Fransa filosofu və riyaziyyatçısı. İqtisadi nəzəriyyənin inkişafında böyük töhfələri olmuşdur. == Həyatı == Antuan Ogüsten Kurno Yuxarı Sonada dünyaya gəlmişdir. 1821-ci ildə dövrünün nüfuzlu təhsil müəssisələrindən biri olan Paris Ali Normal Məktəbinə qəbul olur. Sanmoya görə, Sonralar Kurno riyaziyyat üzrə professor kimi uzun müddət fəaliyyət göstərir və Dijon Akademiyasının rektoru təyin edilir. 1877-ci ildə vəfat etmişdir. Ömrünün son illərində Kurno, demək olar ki, kor idi. == Fəaliyyəti == === İqtisadiyyat === Kurnonun əsas təhsili riyaziyyat üzrə olsa da, iqtisadi nəzəriyyəyə də öz töhfəsini vermişdir. Onun monopoliyalar və duopoliyalar haqqında nəzəriyyələri hələ də öz aktuallığını qoruyub saxlayır.
Antuan Lavuazye
Antuan Loran Lavuazye (26 avqust 1743[…], Paris, Fransa krallığı[…] – 8 may 1794[…], Konkord meydanı, Birinci Fransa Respublikası) — müasir kimyanın banisi. Antuan Lavuazye' (fr. Antoine Laurent de Lavoisier) – fransız kimyaçısı. 1743-cü ildə anadan olmuşdur.1774-cü ildə havanın tərkibini eksperimental yolla sübut etmiş və flogiston nəzəriyyəsinin yalan olduğunu əsaslandırmışdır. == Həyatı == Lavuazye zəngin bir burjua ailəsində doğulmuşdu. Atası Paris Parlamentinin nəzdində olan 400 vəkildən biri idi və oğlunun da vəkili olmasını istəyirdi, lakin Lavuazye üçün təbii elmlər daha maraqlı idi, belə ki, o eyni zamanda hüquq, riyaziyyat, astronomiya, botanika, mineralogiya, geologiya və kimya üzrə təhsil almışdı. == Təhsili == Lavuazye ilk təhsilini Mazarini Kollecində almış, sonra hüquq məktəbinə getmiş və 1764-cü ildə hüquq üzrə lisenziya almışdı. Lavuazye hüquq kursunda təhsil alaraq eyni zamanda o dövrdə Parisin ən yaxşı professorlarının rəhbərliyi altında təbii və dəqiq elmləri öyrənmişdir; riyaziyyat və astronomiyanı o , La Kailya adlı məşhur rahibin yanında, botanikanı Bernar de Jüssienin rəhbərliyi altında öyrənmiş, mineralogiya və geologiya kursunu Hettar, kimya kursunu isə Ruelin yanında keçmişdi. 1765-ci ildə Lavuazye Paris Elmlər Akademiyasının tapşırığı ilə yazdığı "Böyük şəhərin küçələrinin ən yaxşı şəkildə işıqlandırılması üsulu haqqında" adlı işini təqdim etmiş və 1766-cı ildə bu iş Akademiyanın qızıl medalına layiq görülmüşdü. 1763–1767-ci illərdə Lavuazye Fransanın mineraloji xəritəsinin tərtib edilməsində Hettara kömək etmək üçün onunla birlikdə bir neçə dəfə səyahətə çıxmışdı.
Antuan Qallan
Antuan Qallan (fr. Antoine Galland, 4 aprel 1646[…], Paris – 17 fevral 1715[…], Paris) — fransız şərqşünas, antikvar, tərcüməçi, Avropada"Min bir gecə" əsərinin ilk tərcüməçisi kimi məşhurlaşmışdır. Qədim Yazılar Akademiyasının üzvü (1701), "Kollec d & Frans"da ərəb dili müəllimi (1709-cu ildən). == Həyatı == Fransız şərqşünası Antuan Qallan 1646-cı ildə Rollo şəhərində (Pikardiya vilayəti) sənətkar ailəsində anadan olmuş, 1715-ci ildə Parisdə vəfat etmişdir. Noyon və Parisdəki Plessi kollecində təhsil almışdır. "Kollec dö Frans"da Şərq dilləri sahəsində ixtisaslaşaraq, Konstantinopolda Fransa səfirliyində işləmişdir (1670). İki dəfə Ləvan şəhərinə elmi məzuniyyətə göndərilmişdir. Şərqdə işlədiyi müddətdə Şərq xalqlarının dilləri, adət və ənənələri, ədəbiyyatı ilə yaxından tanış olmuşdur. Çoxlu əlyazmaları, şəkilləri, mərmər əşyaları və qədim yazıları toplayıb öyrənmişdir. 1701-ci ildə o, Fransanın Qədim Yazılar Akademiyasının üzvü təyin olunmuşdur.
Antuan Qrizman
Antuan Qrizman (fr. Antoine Griezmann, [ɑ̃twan ɡʁjɛzman]; 21 mart 1991, Makon, Fransa) — fransalı peşəkar futbolçu. Fransa milli komandasının və İspaniyanın Atletiko Madrid klubunda çıxış edir. Qrizman dünyanın ən yaxşı oyunçularından biri hesab olunur və o, çox yönlü olması, oyun zəkası, hücum çıxışı və topdan kənar atributları ilə tanınır. Qrizman böyük klub karyerasına ilk mövsümündə Sequnda Divizionunu qazanaraq Real Sosyedadda başladı. 2014-cü ildə o, 30 milyon avroya o vaxtkı klub rekordu üçün Atletiko Madridə keçdi və UEFA Avropa Liqasısını, UEFA Superkubokunu, İspaniya Superkubokunu və La Liqanın Ən Yaxşı Oyunçusunu qazandı. O, 2016 və 2018-ci illərdə Ballon d'Or və ən yaxşı FIFA kişi oyunçusu mükafatına namizəd olub. 2019-cu ildə Qrizman 120 milyon avro dəyərində bir transferlə "Barselona"ya imza atarkən, bütün zamanların beşinci ən bahalı oyunçusu oldu. Orada o, 2021-ci ildə Atletiko Madridə qayıtmadan əvvəl Kopa del Reyi qazandı və sonra isə, klubun bütün zamanların ən çox qol vuran oyunçusu oldu. Beynəlxalq səviyyədə, Qrizman 2010-cu ildə 19 yaşadək futbolçular arasında Avropa Çempionatının qalibi oldu və 2014-cü anın 22 yaşında Fransa millisində debüt etdi; o vaxtdan bəri 120-dən çox oyun keçirərək, Fransanın beşinci ən çox oyun keçirən oyunçusu kimi sıralanır və 40-dan çox qol vurmaqla həm də ölkənin bütün zamanların ən çox qol vuran üçüncü oyunçusudur.
Antuan Riqodo
Antuan Pocer Riqodo (fransiz dilində: Antoine Roger Rigaudeau; 17 dekabr 1971-ci ildə anadan olmuşdur) ― peşəkar fransız basketbol oyunçusu. 2015-ci ildə FİBA şərəf zalı siyahısına daxil edilmişdir.. == Peşəkarlıq karyerası == Antuan Riqodo Fransanın Şole (basketbol klubu) (1987—1995), PO-Ortez (basketbol klubu) (1995—1997), Virtus (basketbol klubu, Bolonya) (1997—2003), Dallas Maveriks (basketbol klubu, ABŞ) (2003), Valensiya (basketbol klubu, İspaniya) (2003—2005) komandalarında çıxış etmişdir. O, 1997-1998-ci il və 2000-2001-ci il mövsümlərində Virtus (basketbol klubu, Bolonya) komandasının tərkibində Avroliqa çempionu olmuşdur. Antuan Riqodo, həmçinin 2002-2003-cü il mövsümündə Dallas Maveriks komandasının tərkibində Milli Basketbol Assosiasiyasında NBA-da çıxış etmişdir. == Fransa yığması == 2001-ci ildə hələ basketbol üzrə Avropa çempionatına qədər Antuan Riqodo Basketbol üzrə kişilərdən ibarət Fransa yığma komandasının tərkibində 127 oyun keçirdikdən sonra beynəlxalq basketbol oyunlarından uzaqlaşmışdır, lakin 2005-ci ildə o, basketbol üzrə Avropa çempionatına qayıtmağı qərara almış, bürüc medal qazanmış, turnir qurtardıqdan sonra yenidən idmandan getmişdir. == Məşqçilik fəaliyyəti == Antuan Riqodo 2015-ci ildən Paris-Levallua basketbol komandasının məşqçisidir.
Antuan Vatto
Antuan Vatto(fr. Jean Antoine Watteau; 10 oktyabr 1684[…], Valansyen, Eno qraflığı, Fransa krallığı – 18 iyul 1721[…], Nojan-sür-Marn, Fransa krallığı) — fransız boyakarı. == Həyatı == Fransız rəngkarlığının görkəmli nümayəndələrindən biri də Antuan Vattodur (1684–1721). O, öz dövründəki real həyatı təsvir etmişdir. Yaradıcılığındakı gözəllik, zəriflik rokoko sənətkarlığının əsas istiqamətini təşkil edirdi.
Artupa bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Antuan Kombuare
Antoine Kombouare (16 noyabr 1963, Numea) — Fransız futbol mütəxəssisi. 16 fevral 1963 tarixində Fransanın Nouméa şəhərində anadan olmuşdur. Futbol karyerasında 1982-ci ildə PSJ FK klubu ilə başlayan Kombouare, müxtəlif klublarda futbol oynayıb və 1994-cü ildə futbol karyerasını sonlandırıb. Məşqçilik karyerasına isə 1998-ci ildə başlayan Kombouare, ilk olaraq PSJ FK-da köməkçi məşqçi kimi işləyib və sonra baş məşqçi təyin olunub. Daha sonra başqa klublarda da məşqçi kimi çalışan Kombouare, son illərdə Fransa və yurtdışındakı klublarda çalışıb. Hazırda Kombouare, Fransa 1-ci Divizionunda yerləşən Nant klubunun baş məşqçisi və idarə heyətinin bir üzvüdür. Antuan Kombouare futbolçu karyerası ərzində bir çox uğurlara imza atıb. Futbolçu karyerası ərzində Fransa Liqa 1 komandalarından olan Nant FK və PSJ FK kimi komandalarda çıxış edib. O, PSJ-də oynayarkən komandanın kapitanı olub. Məşqçilik karyerasında o, 2009–2011-ci illər arasında PSJ-ni çalışdıraraq Fransa Liqa 1 çempionluğunu qazanıb.
Hakkı Saruhan Oluç
Hakkı Saruhan Oluç (14 yanvar 1958, İstanbul) — mühəndis və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Hakkı Saruhan Oluç 14 yanvar 1958-ci ildə İstanbulda anadan olub. Almaniyanın RWTH Aaxen Universitetindən məzun olub. Uzun illər qəzetlərdə, jurnallarda və nəşrlərdə çalışıb. Azadlıq və Dayanışma Partiyasının qurucularından olub və sədr müavini vəzifəsində təmsil olunub. Xalqların Konqresinin (HDK), YSP və HDP-nin da qurucularından olub. Bir müddət HDP həmsədrinin müavini vəzifəsində də çalışıb. Siyasi fəaliyyəti ərzində ÖDP, EDP, HDP və DEM üzvü olub. İyun 2015-ci ildə İstanbul ilindən, 2018 və 2023-cü illərdə isə Antalya ilindən Türkiyə Böyük Millət Məclisinin 25, 27 və 28-ci çağırışlarının deputatı seçilib. 27-ci çağırışda HDP TBMM qrupunun sədr müavini, 28-ci çağırışda isə TBMM Plan və Büdcə Komissiyasının üzvü və DEM Partiyası TBMM qrupunun sədr müavini vəzifələrində təmsil olunub.