Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Atoll
Atoll – tropiklərdə yayılmış daxili laqunu ensiz həlqəvi rif əhəngdaşı tirəsi şəklində (mərcan səddi) qapayan mərcan adası. Atoll adətən sualtı vulkanın zirvəsi üzərində inkişaf edir. Tirənin xarici yamacı çox dik (45°-60°) olur. Həlqənin daxilində adətən ləpədöyən bənd və çimərlik, qumlu dayazlıq, sualtı platonu dövrələyən laqun yerləşir. Atoll su səthindən bir neçə m hündürlüyə qalxır. Eni müxtəlif olub, 90 km-ə çatır. Atoll mərcanların, karbonat-su yosunlarının, mamırabənzərlərin həyat fəaliyyəti nəticəsində yaranır. Sinonim: Həlqəvi rif. Mərcanların əsasını adətən sualtı vulkanların əsası təşkil edir. Atollun hündürlüyü 7 m-ə qədər, diametri isə bir neçə km-dən 90 km-ə qədər ola bilər.
Taka (atoll)
Taka atollu (marş. Tōkā tˠʌɡɑ͡ææ̯, ing. Toke, Taka) — Sakit okeanda 6 adaclqdan ibarəh olan atoll. Patak cərgəsinə daxildir. Adanın quru sahəsi 0,57 km², laqunla birlikdə isə 93,14 km² təşkil edir. == Tarixi == Ada 1816-cı ildə "Ryurik" gəmisində Otto Konsebunun rəhbərlik etdiyi rus ekspedisiyası zamanı kəşf edilir.
Kaafu atollu
Kaafu atollu (mald. މާލެ އަތޮޅު) — Maldiv adalarının inzibati vahididir. Ada Kaaşidu adası, Qaafaru mərcan adası, həmçinin Male mərcan adasından təşkil olunmuşdur. Öz növbəsində Male adası da Şimali Male və Cənubi Maledən təşkil olunub. Maldiv adalarının paytaxtı olan Male şəhəri coğrafi cəhətdən Şimali Male mərcan adasına daxildir. Ancaq Kaafu hissəsinə daxil olan inzibati vahid kimi götürülür. Kaafu atoll qrupunun paytaxtı Tulusdhoo hesab olunur. == İnzibati bölgüsü == Xaa Alifu, Xaa Daalu, Şaviyani, Noonu, Raa, Baa, Kaafu və s. adalar Maldiv adalarının müasir inzibati vahidlərinə mənimsənilmiş ərazi vahidləridir. Onlar mərcan adalarının atoll qruplarını əmələ gətirirlər.
Nukuoro atollu
Nukuoro — ekvatordan bir qədər şimalda, Mikroneziya Federativ Ştatlarının Ponpei ştatında yerləşən qum atollu. Təxminən 900 nəfər əhalisi var. Atol klassik halqaşəkilli formasındadı, ortasında diametri 6 kilometrə yaxın olan laqun yerləşir.Adada hava limanı yoxdur, ayda bir dəfə qeyri-müntəzəm olaraq sərnişin gəmisi gəlib gedir. Həmçinin buranın ibtidai məktəbi var.İnsanların Nukuoroda nə vaxt peyda olması məlum deyil, lakin miqrasiya çox güman ki XII əsrdə başlayıb və qeyri-bərabər yayılıb. Ağlagələn miqrasiya istiqaməti Tuvaludu. Avropalılar atollu 1806-ci ildə tapıblar: ispan dənizçi Xuan Batista Monteverdinin komandanlığı altında olan gəmidən görüblər.Əhalisi Polineziya dili olan Nukuoro dilində danışırlar, bundan başqa yaşlılar ponapey dilini də bilirlər. Taro və kopra yetişdirilməsi (əsasən atollun cənub-şərq hissəsində), maldarlıq və balıqçılıqla məşğul olurlar Sahilində qara istridyələrə rast gəlmək mümkündü, onlar mirvari istehsal edirlər. Atollda uşaqların ailədən ailəyə keçməsi çox yayılıb, belə ki, 1999-cu ildə edilən tədqiqatda müəyyən edilmişdir ki, uşaqların təxminən üçdə ikisi (61%) ögeydilər. 1965-ci ildə isə yaşlı əhalinin cəmi 2% -ı ömrümdə heç vaxt onlara doğma olmayan ailədə böyümüyüblər.2011-ci ildə BMT-nin yerli xalqların məsələləri üzrə Daimi forumunda Nukuoro rezidentlərin təmsilçisi Bestina Mencamin bildirdi ki, atol qlobal istiləşmənin səbəb olduğu sunamiyə görə daim təhlükədədi, və o, təkçə sığınacaqların yoxluğunu yox, həm də aclığa aparan münbit torpaqların dağıdılmasını nəzərdə tuturdu.
Rokas atolu
Rokas atolu (port. Atol das Rocas) — Atlantik okeanın ərazisində Braziliyaya məxsus Riu-Qrandi-du-Norti ştatı ərazisində, Natal şəhərindən 260 km şimal-şərqdə, Fernandu-di-Noronya arxipelaqından 145 km şimal-qərbdə yerləşir. == Coğrafiya == Atol vulkanik mənşəyə malikdir. Atlantik okeanın cənubunda yerləşən yeganə atoldur. Sahəsinə görə dünyanın ən böyük atollarından biridir. Atoll ovalvari formaya malik olub, 3,7 km uzunluğa, 2,5 km enə malikdir. Daxilində yerləşın laqunun 6 metr dərinliyi vardır. Sahəsi 7,1 km²-dir (laqun). Atolla daxil iki adanın sahəsi (Cemitério cənub-qərbdə, Farol Cay şimal-qərbdə) 0,36 km² təşkil edir. Farol Cay adasında ən hündür nöqtə 6 metrdir.
Abolla
Abolla (yunan dilində:ἀμβόλλα, latın dilində: abolla) - Qədim yunanlar və romalılar arasında geniş yayılan, mantiya tipli olub, çiyinə bərkidilən, rəngli yun parçadan hazırlanan qolsuz geyim. Sarı və ya qəhvəyi rəngdə olan abolladan daha çox istifadə olunurdu.. Sonralar abollanı "filosofların plaşı" adlandırmışlar.. == Qədim Romada == Abolla qədim romalıların istifadə etdikləri, dizlərə qədər uzanan ikiqatlı plaşdir. O, fibula adlandırılan metal sancağın köməyilə çiyinə bərkidilən, düzgün olmayan dördbucaqlı formasına malik geyim növüdür. Əvvəllər bu plaşdan yüksək vəzifəli hərbçilər, sonralar mülki əhali toqanın əvəzinə istifadə edirdilər. Saqum adlanan hərbi plaşdan fərqli olaraq abolla çox zərif parçadan hazırlanırdı. Paltarın nazikliyinə görə qədim Roma şairi Mark Valeri Marsial zarafatla oğrulara məsləhət görürdü ki, oöurluğa gedərkən abolla geyinməsinlər, çünki paltarın altından oğurladıqları əşyalar görünür. Qədim Roma şair və yazıçılarının faciə janrında yazdıqları əsərlərdə abollanı həm də "filosofların günahları" adlandırmışlar. .
Adolf
Adolf — kişi adı və təxəllüs. Adolf Hohenloh-İngelfingen - Prussiya zadəganı, hərbçi, siyasətçii. Adolf Andersen - alman şahmatçısı, Adolf Ledebur - alman metallurqu, Adolf Bastian - Alman etnoqrafı, səyyahı və filosofu, Adolf Disterverq -alman pedaqoqu, Adolf Eyxler - alman memarı, Adolf Qurviç - Alman riyaziyyatçısı, alim/ Adolf Pedan - Ukrayna rəssamı, rəssam-multiplikator. Adolf Hitler - 1933-1945-ci illərdə III Reyxin reyxs-kansleri və prezidenti (fürer). Adolf fon Bayer - Almaniyalı kimyaçı. Adolf Vindaus - Almaniya kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı Adolf Leo Oppenheym - ABŞ şərqşünası.
Apollo
Apollo — İsveçrənin 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Timebelle qrupu "Apollo" mahnısı ilə İsveçrəni Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnı İsveçli bəstəkarlar Elias Noslin, Nikolas Qüntardt və Alessandra Qüntardt tərəfindən yazılmışdır.
Atilla
Attila və ya Atilla (bilinmir, Qafqaz – 453[…], Pannoniya) — türk-Hun dünyasının ən məşhur sərkərdələrindən biri. "Avropanın imperatoru" titulunu qazanmış Avropa Hun İmperiyası hökmdarı. Attilanın atası Muncuq xandır. Əmisi Rua, onu atası öldükdən sonra bozqırda tək başına yaşamağa çalışarkən tapıb və yanına gətirib. Eramızın 434-cü ilində taxta çıxan Attila, deyilənə görə, İdil (Volqaboyu) türkləri nəslindəndir. Müasirləri onun orta boylu, enli kürəkli, qara saçlı olduğunu yazır. Güclü natiqlik qabiliyyətinə malik olub. Sadə həyat tərzi sürən Attila qonaqpərvərliyi ilə də seçilib. Avropa qitəsinin üçdə ikisindən çoxuna hakim oldu və dövlətin sərhədlərini Asiyaya qədər genişləndirdi. Hökmdarlığı boyunca ordusu ilə Qərbi və Şərqi Roma (bax Bizans) imperiyalarını tez-tez istila edən Attila, Orta əsr salnamələrində qəddarlığı ilə xatırlanır.
Atollon
Atollon — "Ulduz müharibələri" kainatında uydurma planet. Atollon qalaktikanın xəritələnməmiş bölgəsində yerləşir. Planetin nəfəs ala bilinəcək atmosferi var, lakin isti iqlimi mövcuddur. Mərcan ağacları ilə örtülmüş qayalı səthi olan Atollonun quraq havasına baxmayaraq, planet səthinin dərinliklərində şirin su mənbəyinə malikdir. Planetdə Bendu adlı qüdrətli güc canlısı yaşayır. O, özünü gücün aydın və qaranlıq tərəfləri arasında tarazlıq kimi görür. Planet ilk dəfə "Üsyançılar" teleserialında nümayiş olunmuşdur. == İstinadlar == == Xarici keçidlər == Atollon — Vukipediya saytında.
Axill
Axilles — "İliada" poemasının baş qəhrəmanı, yunan ordusunun ən cəsur sərkərdəsi, yunanların qəhrəmanı. Homer İlliadasinin demək olarki baş qəhrəmanı Axillesdir. Axilles (əsli antik Yunan olan Ἀχιλλεύς Akhilleus; Fransızca Achille, oxunuşu Aşıl) ölümlü bir ata olan Peleus ilə bir tanrı olan Fetidanın oğulu olan yarı tanrı bir insandır. Yunan mifologiyasının ən əhəmiyyətli qəhrəmanlarından biridir. Troya müharibəsinin yunan qəhrəmanlarının başında gəlməkdə və Homerin İlliada mifoloji əsərində yunanlarin ən böyük döyüşçüsüdür. Anası Fetida oğulunu ölümsüzlük çayı Styxdə yuyarkən əlini suya dəydirməməsi nəsihət edildiyi üçün, onu sol topuğundan tutub suya batırmışdır. Yalnız oradan vurulsa öləcəyinə inanılır. Əfsanəyə görə, öləcəyini bildiyi halda Axilles Heleni geri gətürmək üçün başlayan və ən böyük döyüş qəbul edilən Troya müharibəsinə adının sonsuza qədər xatırlanması üçün qatılmış və Troyalı şahzadə Paris tərəfindən təsadüfən, sol dabanından zəhərli oxla vurularaq ölmüşdür. Buna görə ayaq dabanında iştirak edən vətərə "Axilles vətəri" adı verilmişdir. İlk böyük qədim Yunan şairi olan Homerosun, Troya müharibəsini izah edən İliada adlı əsərində hətta Axillesin məzarının yeri təsvir edilir.
GATÖL
Patolli
Patolli və ya patole – Amerika qitəsində məlum olan ən qədim stolüstü oyun. Strategiya və bəxtə əsaslanır. Əsasən zadəganlar tərəfindən oynanılmışdır. Konkistadorlar bildirmişdilər ki, Montezuma sarayında zadəganların patolli oyunlarına baxmaqdan böyük zövq alırdı. Patolli və onun variantları Kolumböncəsi Mezoamerikası mədəniyyətində geniş şəkildə oynanılırdı. Tolteklər (750-1000), Çiçen-İtsa sakinləri (1100-1300), asteklər (1168-1521) və digər Mezoamerika xalqları bu oyunu oynamışdırlar. Qədim mayalar da patollinin bir versiyasını oynayırdılar. == Haqqında == Patolli bəxtə əsaslanan müharibə və yarış oyunudur. Patolli oyunu həm də qumar oyunu sayılır. Oyunçular oyuna başlamazdan öncə qızıl, yemək, evlərini, ailələrini, hətta azadlıqlarını da mərcə qoyurdular.
STOVL
Short Take off Vertical Landing ya da STOVL, İngilis dilində olan “Qısa qalxma şaquli enmə” sözlərinin baş hərflərindən formalaşmış qısaltmadır. Ümumilikdə VTOL adı ilə adlandırılan sistemin (Şaquli enmə-qalxma) F-35 təyyarəsinin bəzi uçağının modellərində istifadə ediləcək xüsusiyyətinin başqa adıdır.
Troll
Troll — German-skandinav mifologiyasında personaj. Qərb, xüsusilə Danimarka mifologiyasında dağlarda və bataqlıqlarda yaşayan, insan əti ilə qidalanan məxluq. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
ATEL
Azərbaycan toponimlərinin ensiklopedik lüğəti — İkicildlik Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Lüğətdə 12 minə yaxın coğrafi adın izahı verilmişdir. Lüğətin tərtibində Azərbaycanın görkəmli dilçi, tarixçi və toponimist alimlərinin tədqiqatları nəzərə alınmışdır.
ATLS
ATLS (ing. Advanced Trauma Life Support) “Ağır travmalarda həyata dəstək” — travma nəticəsində zərər çəkmişlərə yardım göstərmək üçün həkimlərə keçirilən təhsil təlim kursları. Proqram amerikan cərrahlıq kolleci tərəfindən tərtib edilmişdir. Orta tibb personalları və paramediklər üçün də analoji kurslar mövcuddur. Kurslar 60-dan çox ölkədə keçirilməkdədir. ABŞ xaricində bu kurslar “Ağır travmalı xəstələrə təcili yardım ” (ing. Early Management of Severe Trauma (EMST)) adlanır. Kursların məqsədi travmalı xəstələrə vahid yanaşma alqoritmini təsis etməkdir. Əvvəlcədən bir həkim və bir tibb personalının iştirakı ilə düşünülmüş şərti fövqaladə vəziyyətin yaradılması 2014 cü ildən tətbiq edilməkdədir. Əsas məqsəd etaplı şəkildə tibbi yardımın göstərilməsi və həyat üçün təhlükəni aşkar etməkdir.
Amol
Amül, Amul və ya Amol — İran İslam Respublikasının Mazandaran ostanının şəhərlərindən və Amül şəhristanının mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 197,470 nəfər və 55,183 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və Mazandaran dilində danışırlar.
Atom
Atom (yunanca ἄτομος (ὕλη) átomos (hýle) - "bölünməz") — kimyəvi elementin, bu elementə aid xüsusiyyətlərini saxlayan ən kiçik zərrəciyi. Elmin inkişaf tarixi boyunca müxtəlif atom modelləri təklif olunmuşdur. İlk dəfə olaraq e.ə. V əsrdə Demokrit abstrakt şəkildə atom haqqında fikir söyləmişdir. Atom kimyəvi yolla bölünmür. Kimyəvi elementin xassələrini özündə saxlayan ən kiçik hissəcikdir. "+" yüklü nüvədən və "-" yüklü elektrondan təşkil olunmuş elektroneytral hissəcikdir. == Atom modelləri == Atom modelləri izolə olunmuş atomların quruluşunu əks etdirir. === Demokrit- Levkipp modeli === Demokrit hesab edirdi ki, istənilən əşyanın xarakteri – onun kütləsi, forması və s. onun atomlarınn xassələri ilə təyin olunur.
Aton
Aton Qədim Misirin Qədim dövrünə aid günəş tanrısı. Qədim Misirdə XVIII sülalənin hakimiyyəti dövründə sonradan özünü Exnaton adlandırmış firon IV Amenhotep tərəfindən hər şeyin başlağıcı kimi tək tanrı günəş tanrısı kimi tanılaraq qəbul edilmiş və ona e.ə. XIV əsrdə təxminən 20 il müddətinə Qədim Misirdə sitayiş edilmişdir. "Tanrı uludur, birdir, təkdir. Ondan başqası yoxdur. Odur hər varlığı Yaradan. Bir ruhdur Tanrı, görünməyən bir ruh. Ta əzəldən var idi Tanrı. Heç bir şey yox ikən O vardı. Hər şeyi O yaratdı.
CTOL
CTOL (ing. Conventional Take-Off and Landing), Ənənəvi enmə-qalxma sözlərinin qısaldılmış formasıdır. Sərnişin təyyarəsi kimi normal hava texnikaları enmə-qalxma meydanından istifadə edərək enmə-qalxma həyata keçirirlər.Ənənəvi enmə-qalxma sisteminə alternativ olan bir sistem də, Şaquli şəkildə enmə-qalxma hesab olunur. Dəniz təyyarələri enmə-qalxma meydanının əvəzinə sudan istifadə edirlər.
Etol
Etol ( q.yun. Αἰτωλός) — yunan mifologiyasında personaj. O, Endimionun dəniz pərisindən olan oğludur. Başqa bir versiyaya görə, Etol Zevsin ilə Protogeneyanın, ya da Oyneyin oğludur.Etol Pronoyanın həyat yoldaşıdır. Onun oğulları Plevron və Kalidondur. == İstinadlar == == Əlavə ədəbiyyat == Роберт Грейвс.
Amaurornis akool
Qonur kiçik sufərəsi (lat. Amaurornis akool) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin kiçik sufərəsi cinsinə aid heyvan növü.
Ansi Aqolli
Ansi Aqolli (11 oktyabr 1982, Tirana) — albaniyalı futbolçu. "Nyu York Kosmos" futbol klubunun oyunçusudur. Albaniya millisinın kapitanı olmuşdur. Hazırda ABŞ-də peşəkar futbolçu və futbol məktəbi sahibi kimi fəaliyət göstərir. Futbolçu "sol cinah müdafiəçisi" mövqeyində oynayır. == Klub karyerası == === Tirana === Aqolli karyerasına ölkəsinin Tirana klubunda başladı.Aqolli 5 il peşəkar şəkildə bu klubda oynadı.Bu müddətdə 2 dəfə Albaniya Superliqasının, 2 dəfə Albaniya Kubokunun, 3 dəfə Albaniya Superkubokunun çempionu oldu. === Neuxatel Ksamaks === İki il Tiranada keçirdikdən sonra Aqolli 2005-ci ilin iyul ayında İsveçrə klubu Ksamaksa transfer olundu. Aqolli 32 oyunda 4 qol vurdu. === Lyusern === Yeni mövsümdə Aqolli İsveçrə klubu Lyusernə transfer olundu.Lakin burada işlər yaxşı olmadı. Aqolli 2007-ci ilin yanvar ayında Finlandiya klubu VPS-a transfer olundu.
Antonino Natoli
Antonino Natoli (d. 26 iyun 1857, Palermo — 20 iyul 1919) — ərəb əsilli Fransa bankiri, olduğu Natoli ailəsinin sərvətini idarə edir. == Həyatı == Antonino Natoli bir iş adamları investorlar, xeyriyyəçi, brauzer um banqueiro Frances, aşağı de familias Reais de Fransa. Təsisçi təhlükəsiz bank From Imperio etmək Family Natoli ən uğurlu sülaləsi biri kimi tanınır, | tarix Orta əsr Avropa kapitalist. Natoli 14 oktyabr, 1917-ci Roma İtaliya Crown Sərəncamı cavalier etdi.