Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aseton
Aseton (dimetilketon, propanon-2, YUPAK: propan-2-on) [4] – üzvi maddədir, formulu CH3—C(O)—CH3, doymuş ketonların ən sadə nümayəndəsidir. Aseton adını latınca, asetum — sirkə, adından almışdır. Bu onunla əlaqədardır ki, əvvəllər asetonu asetatlardan alırdılar, asetondan isə sintetik buzlu sirtkə turşusunu alırdılar. 1848-ci ildə Alman tibb və kimya professoru Leopold Gmelin, Latın asetumundan da kök götürən köhnə Alman "Aketon" sözündən (keton, aseton) istifadə edərək, termini rəsmi istifadəyə verdi [5] [6]. == Kəşfi == Andreas Libavius – ilk dəfə asetonu kəşf etmişdir. Ketonların ən sadə və eyni zamanda ən vacib nümayəndəsi olan aseton ilk dəfə 1595-ci ildə alman kimyaçısı Andreas Libavius tərəfindən qurğuşun asetatın quru distillə edilməsi zamanı aşkar edilmişdir. Ancaq yalnız 1832-ci ildə Jean-Baptiste Dumas və Justus von Liebig onun təbiətini və kimyəvi tərkibini dəqiq təyin edə bildilər. 1914-cü ilə qədər aseton, demək olar ki, yalnız ağacın kokslaşmasından əldə edilirdi, lakin Birinci Dünya Müharibəsi illərində ona artan tələbat çox tez bir zaamanda yeni istehsal üsullarının yaradılmasına təkan verdi. == Fiziki xassələri == Aseton xarakterik kəskin qoxusu olan rəngsiz, yanıcı, axıcı, uçucu bir mayedir (n.ş.). Bütün nisbətlərdə su, dietil efiri, benzol, metanol, etanol, bir çox mürəkkəb efirlər və s.
Tracy Ashton
Treysi Eşton (ing. Tracy Ashton) — ABŞ aktrisasıdır.
Aston (kommuna)
Aston (fr. Aston) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Le-Kaban kantonuna daxildir. Kommunanın dairəsi — Fua. INSEE kodu — 09024. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 228 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 150 nəfər (15-64 yaş) arasında 117 nəfər iqtisadi fəal, 33 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 78.0%, 1999-cu ildə 75.3%) idi. Fəal olan 117 nəfərdən 103 nəfəri (58 kişi və 45 qadın), 14 nəfəri işsizdir (4 kişi və 10 qadın). 33 hərəkətsiz 10 nəfər arasında şagird və ya tələbə, 17 nəfər təqaüdçü, 6 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Aston Martin
Aston Martin Limited — nüfuzlu idman avtomobillərinin ingilis istehsalçısıdır. Markanın mənşəyi Lionel Martin və Robert Bamford qurub. Baş qərargah Heydon, Uorvikşir şəhərindədir. Şirkətin adı 1913-cü ildə Singer-10 yarışında qələbə qazanan Lionel Martinin yaradıcılarından biri olan Aston-Clinton adından götürülür. 1994-cü ildən başlayaraq, Ford Motor Company-in bir hissəsi olan Premyer Automotive Group-nun bir hissəsi idi, lakin 2006-cı ilin avqust ayında Ford Aston Martini satmağı planlaşdırdı. 2007-ci ilin ikinci rübündə Ford Motor şirkəti Aston Martin şirkətini, David Ricards tərəfindən uzun müddətdir pərəstişkar və Aston Martin avtomobillərinin kollektoru olan Prodrive şirkətinin idarə etdiyi investorlar konsorsiumuna satdı. Müqavilə 925 milyon dollar təşkil edib. 2012-ci ilin dekabrında "İnvestindustrial" özəl investisiya fondu şirkətin səhmlərinin 37,5% -nə qarşı 120 milyon funt sterlinq qoymuşdu. 2013-cü ildə Aston Martin, Almaniyanın Daimler AG şirkəti ilə strateji tərəfdaşlıq müqaviləsi imzaladı, müqavilə yeni V8 mühərrikinin birgə işlənməsini və yeni nəsil Aston Martin avtomobillərinin yaradılmasında yardım göstərməyi planlaşdırır. == Tarixi == === Yaradılması === Aston Martin 1913-cü ildə Lionel Martin və Robert Bamford tərəfindən yaradılmışdır.
Frensis Aston
Frensis Aston(ing. Francis William Aston; 1 sentyabr 1877, Harborn — 20 noyabr 1945, Kembric) — İngiltərə kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1922). == Həyatı == Aston Frensis Vilyam (1877- 1945) Xorbornda (Birminhem yaxınlığında) anadan olmuş, İngilis fiziki və kimyaçısı, 1903- 1908- ci illərdə Birminhem Universitetində ingilis fiziki C. Poyntingin yanında fəaliyyət göstərmişdir. 1945- ci ildə Nəzəri və Tətbiqi Kimya Üzrə Beynəlxalq İttifaqın atom kütlələri komissiyasının sədri vəzifəsində işləmişdir. Radioaktiv olmayan elementlərin çoxlu sayda izotoplarını kəşf etdiyinə və tam ədədlər qaydasını yaratdığına görə 1922- ci ildə alim Nobel mükafatına layiq görülmüşdür. Frensis Aston 20 noyabr 1945-ci ildə vəfat edib.
Ken Aston
Kennet Corc Aston — ingilis müəllim, hərbçi və futbol hakimliyinin inkişafına bir sıra mühüm töhfələr (sarı və qırmızı kart sistemi daxil olmaqla) vermiş futbol hakimi. == Həyatı və karyerası == Ken Aston 1 sentyabr 1915-ci il tarixində İngiltərənin Esseks qraflığının Kolçester şəhərində dünyaya gəlib.
Aston Villa FK
Aston Villa FK (ing. Aston Villa FC) — İngiltərənin Birminhem şəhərini təmsil edən peşəkar futbol klubu. 1874-cü ildə qurulan klub, 1897-ci ildən bəri oyunları "Villa Park"da oynamaqdadır. 1888-ci ildə qurulan İngiltərə çempionatının qurucularından biri olmaqla yanaşı İngiltərə Premyer Liqasının qurucularından biridir. Keçmiş sahibi Duq Ellis tərəfindən 2006-cı ildə satışa çıxarılan klub ABŞ iş adamı Rendi Lerner tərəfindən alınmışdır. 2016-cı ilin iyunundan isə klubun sahibi çinli biznesmen Sya Jiantondur. İngiltərə Premyer Liqasını və İngiltərə kubokunu 7 dəfə qazanan "Aston Villa" İngiltərənin ən uğurlu klublarından biridir. 1982-ci ildə UEFA Çempionlar liqasını qazanaraq bu kuboku başı üzərinə qaldıran 5 ingilis klubundan biri olmuşdur. 5 dəfə İngiltərə Liqa kubokunu və 1 dəfə İngiltərə Super kubokunu da qazanan "Aston Villa" kuboklar baxımından İngiltərənin ən böyük 4-cü klubudur. "Aston Villa" Birminhem şəhərinin bir digər təmsilçisi olan "Birmingem Siti" klubu ilə daimi rəqabət içərisindədir və 1879-cu ildən bəri bu iki klub arasında oynananılan derbi "Birmingem derbisi" adlandırılır.
Ernest Seton-Tompson
== Əsərləri ==
Abşeron
Abşeron rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Xırdalan şəhəridir. == Tarixi == Abşeron rayonu 4 yanvar 1963-cü ildə təşkil olunmuşdur. Abşeron rayonu ötən illər ərzində Bakı və Sumqayıt şəhərlərinin inzibati ərazilərindəki kolxoz və sovxozlara, quşçuluq sənayesinə, aqrar sahəyə xidmət edən idarə və müəssisələrə, kənd tikinti və meliorasiya təşkilatlarına, aqrar istiqamətli elmi-tədqiqat institut və laboratoriyalarına yüksək ixtisaslı rəhbərliyi təmin etmək məqsədilə yaranmışdı. O həmçinin hər iki sənaye mərkəzinin kənd təsərrüfatı məhsullarına ehtiyacının daha dolğun ödənilməsinə xidmət etmək vəzifəsini həyata keçirmişdir. == Tarixi abidələr == Rayon ərazisində mövcud qəsəbə və kəndlərdə hələ XIV–XVII əsrlərdə tarixi abidələr, məscid, ovdan və karxanalar mövcuddur. Rayonun əsas tarixi abidələri aşağıdakılardır: Xırdalanda — Məşədi İmambaxış hamamı və Hacı Həsən ovdanı (1904); Novxanıda — XVII əsrə aid Şah Sultan Hüseyn məscidi; Masazırda — XV əsrə aid "Xan bağı" türbəsi; Məmmədlidə — "Yanar dağ", XVIII əsrə aid ovdan və Ağ məscid; Qobuda — 700 il əvvəl xalçaçılıq yaranmışdır; Qobuda — 1882-ci ilə aid olan "Hacı Abdulla hamamı; Hökməlidə — XIX əsrə aid Əlimurad hamamı və xalçaçılıq; Fatmayıda — XVII əsrə aid Hacı Heybət məscidi, XIX əsrə aid Məhəmməd Həsən hamamı və XIX əsrə aid Əlibattı məscidi; Digahda — XVII əsrə aid Cümə məscidi və tunc dövrünə aid Kurqan gölü; Sarayda — Köhnə Saraydakı qədim hamam binası; == Etimologiya == Sözün etimologiyası ilə müxtəlif fikirlər mövcuddur. Bəzi tədqiqatçılar "Abşeron" sözünün fars dilində — ab (su) və şoran (duzlu) sözündən əmələ gəldiyini bildirirlər. Mənası "Şor su" deməkdir. Bir çox alimlərin fikrincə isə "Abşeron" oğuz boylarından biri olan avşar və yaxud əfşar tayfa adı ilə bağlıdır.
Apemon
Dəlibəng (lat. Datura) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. == Haqqında == Dəlibəng - Qaragilə fəsiləsinə aid olan birillik bitkidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, yumurtavari formadadır. Meyvəsi tikanlı qutu formasında olub şara oxşayır, toxumu qara-qonur qəhvəyi rəngdə olub böyrəyə bənzəyir. Dəlbəng başlı-başına buraxılmış, çürümüş torpaq və peyinlə zəngin olan torpaqda, bağça və bostanda bitir. Tərkibində atropin, hiostiamin skopalamin alkaloidləri vardır. Bitkinin bütün hissələri, xüsusilə meyvələri daha kəskin zəhərlidir. Körpə heyvanlar üçün təhlükəlidir.
AzeCON
AzeCON və ya Azərbaycan Anime Konvensiyası – 2014-2019-cu illərdə Azərbaycanda təşkil olunmuş illik anime konvensiyası. Azərbaycanda ilk və tək anime konvensiyası idi. Konvensiyada kospley aparıcı yer tuturdu. Məqsəd anime, manqa/komiks və müasir Yaponiya mədəniyyətinin bütün tərəfdarlarını bir yerə toplamaq olmuşdur. İndiyə qədər yeddi AzeCON tədbiri keçirilmişdir. 2022-ci ildə ləğv olunduğu açıqlanıb. Əvvəlcə hər il yay və qış mövsümləri olmaqla iki dəfə keçirilməsi nəzərdə tutulsa da, daha sonra ildə bir dəfə keçirilməyə başlamışdır. Əsas tədbirlə yanaşı hər ilin oktyabrında növbədənkənar Hellovin tədbiri də təşkil olunurdu. Anime konvensiyada təqdim olunan əyləncələr: karaoke, just dance, xəzinə ovu, səhnə şousu, yapon şirniyyatlarının satıldığı anime cafe, kompüter oyunları, maraqlı stendlər, kospley yarışması, fotosessiya və s. Kospley yarışması iki nominasiyada keçirilirdi: individual və komanda.
Aşkelon
Aşkelon(ivr. ‏אַשְׁקְלוֹן‏‎) və ya Əsqəlan (ərəb. عسقلان‎) —İsrailin Aralıq dənizi sahilində yerləşən şəhəri. Bəzi azərbaycandilli mənbələrdə Əsqalan da adlandırılır. == Tarixi == Yafanın 60 km. cənub-qərbində olan Askalan Tövratda Aşkelon adıyla keçir. Helenistik, Roma və xristianlıq dövrlərində dini və ticari həyatda önəmli bir yerə sahib olan Fələstinin öndə gələn şəhərlərindən biri idi. “Suriyanın gəlini” (Sponsa Syrine, Arusüş-Şam) ləqəbiylə məşhur olan Askalan müsəlmanların ən son fəth etdikləri Fələstin şəhərlərindəndir. peyğəmbər də Askalanı “iki gəlindən biri” (digəri Qəzzə) olaraq vəsf edirdi (bax. Müsnəd, III, 225).
Ksenon
Ksenon (Xe) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 54-cü element. Ksenon havanın daimi komponentləri arasında ən nadiridir. Həmin qrupun elementi olan arqonun hər 100000 atomuna bir ksenon atomu düşür. Amma Yer atmosferi o qədər böyükdür ki, onun tərkibində 2 milyard ton ksenon var. Ksenonun 9 stabil nuklidləri var. Yalnız qalayın nuklidləri bir ədəd çox olub 10-dur. Uran minerallarında ksenonun 133Xe və 135Xe əlavə nuklidləri var. Havadan ksenonun alınması böyük əmək və enerji məsrəfi ilə əlaqədardır. O, yalnız qızıldan 2.5 dəfə ucuz və 25 dəfə gümüşdən baha başa gəlir. Ksenon 1898-ci ildə ingilis kimyaçılar, Vilyam Ramzay və Moris Travers tərəfindən kəşf olunmuşdur və kəşf olunduqdan keçən birinci 64 ildə onu təsirsiz qaz hesab etmişlər (VIIIA qrupun dörd daha yüngül elementlərinə oxşar olaraq).
Weston
Riçard Uetson (ing. Richard Weston; 1733[…], Lester – 20 oktyabr 1806) — Böyük Britaniya botaniki. == Elmi fəaliyyəti == Riçard Ueston toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi taksonlar === Riçard Uetson aşağıdakı taksonları təsnif etmişdir: == Əsərləri == Riçard Uetson aşağıdakı əsərlərin müəllifidir: Tracts on Practical Agriculture and Gardening, 1769. Botanicus Universalis et Hortulanus — 4 volumes 1770–1777. Flora Anglicana… — 2 parts 1775 and 1780. The Gardener's and Planter's Calendar, 1773, 2nd ed. 1778. The Gentleman's and Lady's Gardener, 1774. The Gardener's Pocket Calendar, 1774.
Askion
Askion (yun. Άσκιο) — Yunanıstanda dağ silsəsi. Ən yüksək zirvəsi dəniz səviyyəsindən 2,110 m hündürlükdə olan Sinyatsikon dağıdır.
ASEAN
Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası, ASEAN (Association of Southeast Asian Nations) - 8 avqust 1967-ci ildə Vyetnam müharibəsindən qaynaqlanan kommunist genişləməyə qarşı olaraq Filippin, Malayziya, Tayland, İndoneziya və Sinqapur arasında qurulan beynəlxalq təşkilat. O vaxtdan bəri,8 Yanvar 1984-cü ildə Bruney Darussalam , 28 iyul 1995-ci ildə Vyetnam, 23 iyul 1997-ci ildə Laos və Myanma və 30 aprel 1999-cu ilda Kamboca. və Şərqi Timor 11 noyabr 2022-ci il təşkilata daxil olmuşdur. 2005-ci ildə təşkilatın ümumi daxili nəticəsinin cəmi təxminən 884 milyard dollar idi. İldə 4%lшk bir böyümə nisbəti tutulmuşdur. 2006da GSYH 1,066 trilyona yüksəlmişdir. 2010-cu ildə, onun kombinə nominal ÜDM-ini 1,8 trilyon ABŞ dollarına çatıb. 4,46 milyon kvadrat kilometrə yayılan ASEAN bölgəsinin ümumi əhalisi tqəribən 600 milyon nəfərdir. ASEAN təşkilatının prioritet hədəfləri arasında bölgə ölkələrinin iqtisadi böyüməsinə təkan qazandırılması, ictimai və mədəni inkişaf, bölgədə sülh və sabitliyin təmin edilməsi yerləşir. 2003-ci ildə ASEAN liderlərinin ASEAN'ın 3 hissəni əhatə etməsinin lazım olduğu qərarı ilə ASEAN Təhlükəsizlik Birliyi, ASEAN İqtisadi Birliyi və ASEAN Cəmiyyət və Mədəniyyət Birliyi yaradıldı.
Aiton
Vilyam Ayton (ing. William Aiton, 1731[…], Hamilton – 2 fevral 1793, Riçmond[d], Böyük London) — şotland botaniki və bağçısı. == Əsərləri == Hortus Kewensis (3 cilddə, London, 1789) == Ədəbiyyat == Taylor, George. Aiton, William. // Dictionary of Scientific Biography 1. New York: Charles Scribner's Sons. 1970, 88–89. ISBN 0-684-10114-9. Aiton William (1731–1793) (ing.) Dictionary of National Biography, 1885–1900, Volume 01 == İstinadlar == International Plant Name Index.
Anton
Anton — rus kişi adı. Anton Arenski — Anton Rubenşteyn — Anton Denikin — Anton Purseladze — Anton Yelçin — ABŞ aktyoru.
Apton
Apton (Kvebek)
Beton
Beton (frans. béton) — təbii daşın tikintidə yaratdığı çətinlikləri aradan qaldırmaq üçün istifadə olunan süni daş material. Beton səmərəli şəkildə seçilmiş, əsaslı qarışdırılmış və sıxlaşdırılmış tərkibli hər hansı bir mineral yapışdırıcı, doldurucu, su və bəzən xüsusi əlavələrdən ibarət qarışığın bərkiməsi nəticəsində yaranır. Bərkiməsindən öncə bu komponentlərin qarışığı beton qarışığı adlanır. Bu qarışıq müxtəlif tərkiblərə bölünür. Su və yapışdırıcı beton tərkibində əsas və aktiv maddələrdir. Onların kimyəvi qarşılıqlı təsiri nəticəsində yapışqan xəmir konsistensiyalı (sement xəmiri, sement südü) yeni birləşmə yaranır. Həmin birləşmə xırda və iri doldurucunun dənələrini nazik layla bürüyür. Bir müddət keçdikdən sonra dənələri sıxlaşdıraraq bu birləşmə bərkiyir və beləliklə beton qarışığı möhkəm monolit daşa — betona çevrilir. Doldurucular (qum, ələnti, qırmadaş, çınqıl və s.) betonun tərkibinin 80–85%-dək təşkil edir və sıxılmanın qarşısını alaraq betonun möhkəm skeletini yaradır.
ARETN
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi — Azərbaycan Respublikasının elm və təhsil sahəsində fəaliyyət göstərən dövlət qurumu. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarix == Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib. 1940-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Əmək Ehtiyatları İdarəsi yaradılıb və texniki-peşə təhsili müəssisələri həmin idarənin tabeliyinə daxil edilib. Hökumətin qərarı ilə həmin idarə əsasında 1959-cu ildə yaradılan Dövlət Texniki Peşə Təhsili Komitəsi 1988-ci ilədək fəaliyyət göstərib. Eyni zamanda Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə 1959-cu ildə Ali və Orta İxtisas Təhsili Komitəsi (1964-cü ildə Ali və Orta İxtisas Təhsili Nazirliyinə çevrilib) yaradılıb. Respublikanın ali və orta ixtisas məktəbləri bu qurumun tabeliyinə verilib və Ali və Orta İxtisas Təhsili Nazirliyi 1988-ci ilədək fəaliyyət göstərib. Ümumiyyətlə, 1959-cu ildən 1988-ci ilədək Azərbaycanda təhsillə bağlı 2 nazirlik və bir komitə (Xalq Maarifi Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət Texniki Peşə Təhsili Komitəsi) fəaliyyət göstərib.
Abşeron istehkamları
Abşeron istehkamları — Orta Əsrlərə aid müdafiə -fortifikasia qurğuları. == Yaranma tarixi == XI–XIII -cü əsrlərdə Şirvanşahların möhkəmlənməsi ilə Abşeron yarımadasının ərazisində böyük inşaat işləri aparılır. O dövrün qurğuları arasında bürclər və qəsrlər xüsusi yer tutur — onlar, ara müharibələrdə feodalların etibarlı sığınacağı, həm də xarici işğalçılardan müdafiə funksiyasını yerinə yetirirdilər. Xüsusi ilə kəskin olaraq bu məsələ XII-ci əsrdə rusların dənizdən hucumu zamanı qalxdı. == Strateji təyinatı == Rusların Azərbaycana və Xəzər hövzəsi ölkələrinə sonuncu böyük hucumu 1174-cü ildə şirvanşah I Axsitan İbn Mənüçöhrün dövründə baş vermişdi. Bu hucumda ruslarla birlikdə alanlar və qıpçaqlar da iştirak etmişdir. Ruslar 73 gəmi ilə Ruinas adasına yaxınlaşdılar, və lövbər salaraq Kür çayı ilə Lənbərana doğru qalxdılar. Eyni zamanda qıpçaqlar və alanlar Dərbəndi tutaraq, cənuba hərəkət etdilər və Şabran istehkamını tutdular. Ruslarla həlledici döyüş Bakı yaxınlığında dənizdə baş verdi. Bundan sonra ruslar Şirvandan qovuldular, onları donanması isə məhv edildi.
Abşeron kanalı
Abşeron kanalı — Abşeron yarımadasında suvarma kanalı. Samur-Abşeron kanalının davamı olaraq Ceyranbatan su anbarında başlayaraq Gürgan qəsəbəsi ərazisində Xəzərə tökülür. Kanalın uzunluğu 72 km təşkil edir. Təsərrüfat daxili hissələrdə su borulardan istifadə etməklə ötürülür. Su magistral kanaldan və onun açıq qollarından nasoslar vastəsi ilə təsərüfat daxili şəbəkəyə vurulur. Basqılı boru kəmərinin ümumi uzunluğu 1056 km, açıq qolarının uzunluğu isə 37 km-dir. Abşeron yarımadasında şəhər ətrafı kənd təsərrüfatının inkişafında və yaşıllıqların artırılmasında böyük əhəmiyyəti vardır.
Abşeron körfəzi
Abşeron körfəzi — Abşeron yarımadasının şərqində mövqe tutur. Körfəzdə Abşeron arxipelaqının adaları yerləşir. Bunlardan Pirallahı, Çilov, Böyük Tava, Kiçik Tava, Tava altı, Yal, Dardanel, Koltiş, Urunus və Qu (ada) adını çəkmək olar. 1944 ildə Pirallahı Abşeron yarımdasından ayıran Abşeron boğazıda "Damba" tipli körpü çəkilir. Bundan sonra körfəz rəsmən iki yerə: "Cənubi və Şimali Abşeron körfəzinə" bölünür. Körfəzlər adını isə eyni adlı yarımadadan götürmüşdür. Şimali Abşeron körfəzinin sahəsi 24 km², Cənubi Abşeron körfəzinin sahəsi isə iki dəfə kiçikdir. Körfəzdə orta dərinlik 3,4 m, maksimal dərinlik isə 11 - 12 metrdir. Yayda suyunun orta temperaturu 24 °C, qışda isə 3-5 °C təşkil edir. Körfəz inzibati cəhətdən Pirallahı rayonu ərazisinə daxildir.
Abşeron mayakı
Abşeron mayakı — Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədi ilə sahil yaxınlığında inşa olunan hündür mərtəbəli tikili. Azərbaycandakı yerli mayaklardan ən irisidir. == Tarixi == 1859-cu ildə Pirallahı adası ilə üzbəüz dağda tikilmişdir. Mayak 23 oktyabr 1860-cı ildə istifadəyə verilmişdir. == Texniki göstəriciləri == === Quruluşu === Mayak 25 metrlik, lövbərlər şəklində pəncərələr və tağlı giriş ilə orijinal konstruksiyalı daş qüllədən ibarətdir. Tikilinin zirvəsinə 102 pilləli dolanbac pilləkan aparır. === İşıqlandırılması === İstifadəyə verildiyi vaxtdan etibarən işığın 38 km uzaqlıqdan görünməsinə malik olmuş, gəmilərin materik və Pirallahı adası arasındakı Abşeron boğazına təhlükəsiz daxil olmasını təmin etmişdir. 1912-ci ilə qədər mayak kerosin lampası ilə işıqlandırılırdı. 1912-ci ildən mayakın işıqlandırılması kerosin-kürə qurğusu, 1956-cı ildən isə elektrikləşmə ilə əvəz edilmişdir. Hal-hazırda mayakın işıqlandırılmasını 500 vt-lıq elektrik lampası və xüsusi linzalar təmin edir.