Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Babayal
Babayal — Goranboy rayonu ərazisində dağ; Babayal — Mingəçevir su anbarından cənubda, Bozdağ silsiləsində zirvə.
Balavat
Balavat – qədimdə İmqur-Ellil adlı Aşşur şəhəri olmuşdur. Hal-hazırda İraq da Dəclə çayının sol sahilində kənddir. Balavatda üzərində III Salmanasarın e.ə.859–848 illərdəki hərbi yürüşləri təsvir olunmuş bürünc məbəd qapıları ("Balavat qapıları") tapılmışdır. == İstinadlar == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 113. ISBN 978-9952-441-07-9.
Bananal
Bananal (port. Ilha do Bananal) — çay yatağında yerləşən ada olaraq Araquaya çayının yatağında yerləşir. Adanın sahəsi 19 162 km²-dir. Ada 300 km uzunluğa, 160 km enə malikdir. Dünyada çay yatağında yerləşən ən böyük adadır (Marajo adası Amazon çayının deltasında yerləşsədə bir sahili Atlantik okeanın suları ilə yuyulur). Bananal adası inzibati cəhətdən Braziliyanın Tokantins ştatına daxildir. Adadan qərbdə Matu-Qrasu ştatı vardır. Adanın cənubu 1973-cü ildə hindu əraziləri qəbul edilmişdir (Terra Indígena Parque do Araguaia). Adanın şimalı isə Araquaya milli parkı yaradılmışdır. Ada çayın digər sahili ilə heç bir körpü vastəsi ilə birləşmir.
Basaral
Basaral — Balxaş gölünün cənub-qərbində yerləşən ada. Mınaral kəndindən 2,5 km aralıda qərarlaşır. İnzibati cəhətdən Jambıl vilayəti Moyumqum rayonu ərazisinə daxildir. Adanın uzunluğu 12 km, eni 8 km təşkil edir. Maksimal hünfürlüyü 393 metrdir. Sahilləri daşlı, sıldırımlıdır. Şimalı olduqca parçalıdır. Daş kömür dönəmində formalaşmışdır. Ərazisində bitən əsas bitkilər: Anabasis salsa, Xostək və s.
Buğavar
Buğavar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Meğri r-nunda) kənd adı. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. Buğa (erkək maral) sözündəndir.
Baqqal
Baqqal — pozulmadan saxlanılabiləcək yarı təzə və ya konservləşdirilmiş yemək maddələrini, müxtəlif təmizlik vəsaitlərini topdan ya da pərakəndə satan bir tacir.
Aqava
Aqava (lat. Agave) — aqavakimilər fəsiləsinə aid bitki cinsi. Gövdəsiz çoxillik bitki olub, qısa ağaclaşmış gövdəsi vardır. Latınca "Agave" adlanır. Ən çox Amerika və Meksikada geniş yayılmışdır. Öz vətənində bitki çox iridir (3 m). Aqavalar ömründə bir dəfə çiçəkləyir. Buna görə də monokarp bitki adlanırlar. Ömrünün 6–10-cu ilində aqavanın mərkəzi yarpaqlarının arasında çiçək oxu əmələ gəlir, inkişaf edərək 10–12 m hündürlüyə qalxır. Saplağın üzərində 4000-ə qədər çiçək olur.
Qaval
Qaval — Azərbaycanın ən qədim milli zərb alətidir. Birüzlü zərb alətləri qrupuna aiddir. Qaval membranlı zərb alətidir. Sağanağından metal halqalar asılır. Bu halqalar xüsusi səs effekti yaratmaq üçün lazım olur. Qaval ilkin formasını dövrümüzə qədər saxlayan yeganə musiqi alətidir. Birüzlü zərb alətləri qrupuna aiddir. Azərbaycan ərazisində çox geniş yayılmış bu alət barədə klassiklərin əsərlərində, miniatürlərdə kifayət qədər məlumat verilmişdir. Qaval, bəlkə də, yeganə alətdir ki, ilkin formasını dövrümüzə qədər saxlaya bilmişdir. Orta əsrlərdə, əsasən, saray musiqi məclislərində istifadə edilmişdir.
Bahavar (Əbhər)
Biyavar (fars. بهاور‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 63 nəfər yaşayır (10 ailə).
Bhaqavat Gita
Bhaqavat Gita (Bhaqavadgita, və ya sadəcə «Gita»; sanskr. भगवद्‌ गीता, Bhagavad GītāIAST «Tanrının nəğməsi») — Mahabharatanın altıncı kitabının (Bhişmaparva, 23-40-cı fəsillər) bir hissəsi olan sanskrit dilində qədim hind dini və fəlsəfi fikir abidəsi.18 fəsil və 700 şeirdən ibarətdir. Hinduizm fəlsəfəsinin əsas mətnlərindən biridir.
Ramdas Aqarval
Ramdas Aqarval (17 Mart 1937 – 26 Yanvar 2017) — Bharatiya Canata Partiyasını (BCP) təmsil etmiş Hindistanlı siyasətçi. Aqarval Parlamentin yuxarı palatasında Rajya Sabhada Racəstanı Hindistan Parlamentində təmsil etmək üçün haqq əldə etmişdir.
Baqqal (dəqiqləşdirmə)
Baqqal
Baqqal (kənd)
Baqqal — Azərbaycan Respublikasının Şəki rayonunun Biləcik kənd inzibati ərazi dairəsində kənd. Kəndin əhalisi 528 nəfər təşkil edir ki, onun da 267 nəfəri kişi, 261 nəfəri isə qadındır. Baqqal kəndi Şəki rayon mərkəzindən şimal-qərbdə yerləşir. == Tarixi == 1910-cu il üçün Yelizavetpol quberniyasının xatirə kitabçasında Bakxal kəndində 40 ev və 202 nəfər "tatar-sünni" sakini göstərilib. 1915-ci il üçün Qafqaz təqvimi buraxılışında Nuxa qəzasında adı Bakxal (mənbədə belə adlanır) olan, 177 nəfər əhalisi olan kənd göstərilib. 1921-ci ildə Azərbaycan kənd təsərrüfatı siyahıyaalmasının nəticələrinə görə Baxkal kəndində 194 nəfər (45 təsərrüfat), əsasən azərbaycanlı türklər (yəni azərbaycanlılar) yaşayırdı. Əhalisinin 99 nəfəri kişi və 95 nəfəri qadın olub.
Baqqal (Şəki)
Baqqal — Azərbaycan Respublikasının Şəki rayonunun Biləcik kənd inzibati ərazi dairəsində kənd. Kəndin əhalisi 528 nəfər təşkil edir ki, onun da 267 nəfəri kişi, 261 nəfəri isə qadındır. Baqqal kəndi Şəki rayon mərkəzindən şimal-qərbdə yerləşir. == Tarixi == 1910-cu il üçün Yelizavetpol quberniyasının xatirə kitabçasında Bakxal kəndində 40 ev və 202 nəfər "tatar-sünni" sakini göstərilib. 1915-ci il üçün Qafqaz təqvimi buraxılışında Nuxa qəzasında adı Bakxal (mənbədə belə adlanır) olan, 177 nəfər əhalisi olan kənd göstərilib. 1921-ci ildə Azərbaycan kənd təsərrüfatı siyahıyaalmasının nəticələrinə görə Baxkal kəndində 194 nəfər (45 təsərrüfat), əsasən azərbaycanlı türklər (yəni azərbaycanlılar) yaşayırdı. Əhalisinin 99 nəfəri kişi və 95 nəfəri qadın olub.
Baqqal bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Baqqal dili
Baqqal dili (ukr. Бакальска коса, krımtat. Baqqal beli, Бакъал бели) — Krımın şimal-qərbində yerləşən dil. Dil ərazisi Baqqal dili lanşaft parkı mövcuddur. Park 2000-ci ildə təşkil edilmişdir. == Coğrafoya == Dil cənub-şərqdən şimal-qərbə istiqamətlənir. Qara dənizin Karkinit körfəzi akvatoriyasına daxildir. Baqqal gölü və Baqqal buxtası ilə əhatələnmişdir. Şimalında Pesçannıy burnu yerləşir. Burunda Baqqal adlı mayak yerləşir.
Hüseyn Baqqal
Hüseyn Baqqal — krım tatar rəqqas, baletmeyster, teatr rejissoru. Müasir krım tatar xoreoqrafiyasının banisi. 6 il sürgün həyatı yaşayıb. 1955-ci ildə bəraət qazanıb. == Həyatı == 22 aprel 1897-ci ildə Simferopolda ərzaq dükanı sahibinin ailəsində anadan olub. Ailə Tokal Cami məhəlləsində 32 nömrəli evdə yaşayırdı. 1923-cü ildən etibarən Simpferopolda yerləşən Krım tatar teatrında fəaliyyət göstərməyə başlayıb. Aktyorluq və rəqqaslıqla yanaşı həm də solo konsertlər də verirdi. 1927-ci ildə Frankfurt-Mayn şəhərində keçirilən Beynəlxalq İncəsənət Ustaları festivalının laureatı olub. Sonradan Krım tatar Teatrının baş xoreoqrafı seçilib.
Kaqava prefekturası
Kaqava prefekturası — Yaponiyanın Sikoku adasında prefektura. Ərazisi 1 876 kilometr kvadrat, əhslisi 997 000 nəfərdir. Mərkəzi Takamasu şəhəridir.
Saçi Kaqava
Saçi Kaqava — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Taro Kaqava
Taro Kaqava (9 avqust 1922 - 6 mart 1990) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Toyohiko Kaqava
Toyohiko Kaqava (賀川 豊彦, 10 iyul 1888[…], Kobe – 23 aprel 1960[…]) – yapon sosial islahatçı və evangelist. O, 1930-cu illərdə Qərb dünyası tərəfindən ən məşhur yapon protestant hesab olunurdu. Tanrı krallığı və Milyon ruhun xilası hərəkatlarında vacib rol oynamış, İkinci dünya müharibəsindən sonra isə Dünya federasiyası hərəkatında iştirak etmişdir. Pasifizm tərəfdarı olması, Yaponiyada yoxsullara göstərdiyi dəstəyi, dini və iqtisadi əsərlərinə görə ABŞ mediası onu "Yaponiyanın Qandisi", "Yaponiyanın Şveytseri" və "Yaponiyanın Müqəddəs Frensisi" adlandırırdı. Kaqava 1888-ci ildə Yaponiyanın Kobe şəhərində doğulmuşdur. Yeniyetmə ikən Cənubi presbiterian missionerlər Çarlz Loqan və Herri Mayers tərəfindən xristianlıqla tanış olmuşdur. Tokuşima prefekturasında orta məktəbdə oxuyarkən vəftiz olunmuşdur. İki il boyunca ABŞ-dakı Prinseton Dini Seminariyasında təhsil almış, 1917-ci ildə Yaponiyaya qayıtmışdır. Kaqava 21 yaşında ikən Kobe şəhərinin gecəqondularında yaşamağa, küçələrdə vəz verməyə başlamış, öz kvartalını evsizlər üçün sığınacağa çevirmişdir. Yoxsullar üçün məktəblər, xəstəxanalar, yetimxanalar qurmuşdur.
Şinci Kaqava
Şinci Kaqava (yap. 香川 真司 Kaqawa Şinci [kagawa ɕindʑi̥]; doğum 17 mart 1989) — peşəkar Yaponiya futbolçusudur. Almaniyanın "Borussiya Dortmund" klubunun və Yaponiya milli futbol komandasının heyətində çıxış edir. Kaqava peşəkar futbolçu karyerasına 2010-cu ildə "Borussiya Dortmund"a qoşulmazdan əvvəl vətənində "Serezo Osaka"da başlayıb. İki il "Dortmund"un heyətində çıxış etdikdən sonra "Mançester Yunayted" ilə dörd illik müqavilə bağlayıb. İki il keçdikdən sonra yenidən "Borussiya"ya qayıdıb. Hücumameyilli yarımmüdafiəçi mövqeyində oynayan Kaqava "meydanı görmə, texnika, hərəkət və ötürmə" bacarıqları ilə məşhurdur. 29 noyabr 2012-ci ildə Kaqava Asiya Futbol Konfederasiyasının Beynəlxalq İlin Futbolçusu mükafatını qazanıb. Kaqava futbola beş yaşında başlayıb. 1994-cü ildən 1999-cu ilə kimi "Marino Futbol Klubu"nda 1999-2001-ci illərdə "Kobe NK Futbol Klubu"nda və 2001-ci ildən 2005-ci ilə kimi "FK Miyaqi Barselona"da oynayıb.
Baqqal (dağ)
Baqqal – Şəki rayonu ərazisində dağ. 1917, 1933, 1961-ci illərdə rayonun ərazisində Baqqal adlı kənd qeydə alınmışdır. Dağın adı kəndin adından törəmişdir. Yaşayış məntəqəsinin əsl adı "Baqqallı"dır. Yerli əhalinin verdiyi məlumata görə, kəndin ilk sakinləri həmin rayonun Cunut kəndindən çıxmış baqqal ailələrindən ibarət olmuşdur. Baqqal peşə adıdır, ərzaq malları satan adamlara deyilir. Rusiyanın Çelyabinsk vilayətində Bakal; Başqırdıstanda Bakallı; Krımda Bakal, Bakal Kayat, Bakal-Tatar, Bakkal-Su və sair coğrafi adlarını olması onu göstərir ki, bu, etnotoponimdir.
Bandar Seri Begavan
Bandar Seri Begavan, (malay dili: بندر سري بڬاوان ; ˌbanda səˌri bəˈɡawan ) – Bruneyin paytaxtı və ən böyük şəhəri. == Tarixi == Bruney çayı yanında yaşayış məskəninin tarixi VII əsrə gedib çıxır. 1970-ci ilə qədər şəhər Bruney adı daşıyırdı . 1920-ci ildə şəhər rəsmi şəkildə şəhər və ingilis torpaqlarının mərkəzi statusunu aldı. 5 oktyabr 1970-ci ildə şəhər əvvəlki sultan Ömər Əli Sayfudinin şərəfinə Bandar Seri Begavan adını aldı. Malay dilindən tərcümədə "Əlahəzrət şəhəri" deməkdir . == Coğrafiya == Bandar Seri Begavan Malay arxipelaqının Kalimantan adasında, Bruney çayının şimal sahilində yerləşir.
Bandar Səri Bəgavan
Bandar Seri Begavan, (malay dili: بندر سري بڬاوان ; ˌbanda səˌri bəˈɡawan ) – Bruneyin paytaxtı və ən böyük şəhəri. == Tarixi == Bruney çayı yanında yaşayış məskəninin tarixi VII əsrə gedib çıxır. 1970-ci ilə qədər şəhər Bruney adı daşıyırdı . 1920-ci ildə şəhər rəsmi şəkildə şəhər və ingilis torpaqlarının mərkəzi statusunu aldı. 5 oktyabr 1970-ci ildə şəhər əvvəlki sultan Ömər Əli Sayfudinin şərəfinə Bandar Seri Begavan adını aldı. Malay dilindən tərcümədə "Əlahəzrət şəhəri" deməkdir . == Coğrafiya == Bandar Seri Begavan Malay arxipelaqının Kalimantan adasında, Bruney çayının şimal sahilində yerləşir.