Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bakxis
Bakxis (q.yun. Βάκχις) — yunan mifologiyasında personaj. O, Korinf çarı Primnisin oğlu qardaşı və davamçısıdır. Korinf çarı Bakxis Heraklın övladlarından idi, Aletin nəslindən gəlirdi. Onlar dorilərlə birlikdə Korinfi fəth etmiş, Korinf padşahlarını devirmiş və kral taxtına oturmuşdur. Qədim müəlliflər Bakxisin e.ə. 957-ci ildən 922-ci ilə qədər hakimiyyətdə olduğunu bildirir. Onun varisi öz oğlu II Agel olmuşdur.
Aksis
Aksis (lat. Axis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Aksis (fəqərə)
Aksis , Oxlu fəqərə (lat. axis) — onurğa sütununun II və eyni zamanda II boyun fəqərəsi. Digər boyun fəqərələrindən xüsusi qurluşuna görə fərqlənir ki, bu da onun atlas ilə oynaq əmələ gətirməsi ilə izah olunur. Cisminin diş çıxıntıya (lat. Dens axis) malik olması əmələ gətirdiyi atlant-aksis oynağından boyunun sağa və sola 90° bucaq altında dönməsinə, ümumiyyətlə hərlənmə hərəkətinə imkan verir.
Baksı Muzeyi
Baksı Muzeyi — Türkiyədə fəaliyyət göstərən muzeylərdən biri. == Haqqında == Kitabxana, konfrans, sərgi salonlarından ibarət 40 hektarlıq bir ərazidə yerləşir. 2005-ci ildə tanınmış Türk alimi, professor Hüsaməddin Koçanın təşəbbüsü ilə Baksı Mədəniyyət Vəqfi yaradılmışdır və uzun sürən çalışmalardan sonra məhz bu vəqfin bazası əsasında Baksı Muzeyi müstəqil olaraq 2010-cu ildə istifadəyə verilmişdir. Muzey bir sıra yerli və beynəlxalq mükafatlara layiq görülmüşdür.
Basis cranii
Kəllə əsası (lat. basis cranii) tam kəllənin aşağı hissəsi hesab olunur, və iki səthi vardır: xarici və daxili, buna görə də kəllənin xarici əsası — lat. basis cranii externa və kəllənin daxili əsası — lat. basis cranii interna ayırd edilir. Kəllənin beyin hissəsi süni xətt vasitəsilə iki şöbəyə bölünür: yuxarı hissə — kəllə qapağı — lat. calvaria və aşağı hissə — kəllə əsası — lat. basis cranii. Kəllənin xarici əsası üç şöbəyə bölünür: ın orta və arxa şöbə. Ön şöbə üz skleti sümükləri ilə örtülmüşdür; bu şöbəyə damaq və əng sümükləri müvafiqdir. === Kəllənin daxili əsası === Kəllənin daxili əsası — lat.
Proprioseiopsis basis
Proprioseiopsis basis (lat. Proprioseiopsis basis) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. Proprioseiopsis basis Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Ralf Bakşi
Ralf Bakşi (d. 29 oktyabr 1938) — Krımçak kökənli amerikalı film rejissoru. 1972-ci ildən 1994-cü ilə qədər beşini özünün yazdığı doqquz filmə rejissorluq etmişdir. Altı animasiya filmində kiçik səsləndirmələr ilə kameo etmişdir. Bakşi 1957 və 1968-ci illər arasında animasiya seriyalarında çalışmışdır. 1972-ci il tarixli "Fritz the Cat" ilə ilk dəfə rejissorluq etdi. "Fritz the Cat" Amerika Kino Filmləri Birliyindən "X sertifikatı" alan ilk animasiya filmi olmuşdur. Ardından Bakşi daha çox film istehsal edə bilmək üçün "Heavy Traffic", "Coonskin" ve "Hey Good Looking" adlı filmlərə rejissorluq etdi. Bakşi bundan əlavə, fantaziya janrındakı "Wizards", "Lord of Rings" və "Fire and Ice" adlı filmlərə rejissorluq etmişdir. Bakşinin son filmi Bred Pitt, Qabriel Bryne və Kim Basingerin oynadığı, 19922-ci ildə ekranlara gələn "Xəyal Dünyası"dır.
Adi aksis
Adi aksis (lat. Axis axis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin aksis cinsinə aid heyvan növü. Aksislər Himalay və Seylonun dağətəyi meşə zonalarında yaşayır. Bu marallara artıq tez-tez Hindistanda da rast gəlinir və onların sayı artmaqdadır. Ermənistan meşələrinə müvəffəqiyyətlə uyğunlaşdırılıb.
Badğis
Badğis vilayəti (fars. بادغیس‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Sahəsi 20.591 km², 2009-cu ilin əvvəlinə olan məlumata əsasən əhalisi 448.8 min nəfər, inzibati mərkəzi isə Qale-ye Nov şəhəridir. Əhalisinin 62%-ni taciklər, 28%-ni puştunlar, 5%-ni özbəklər, 3%-ni türkmənlər və 2%-ni bəluclar təşkil edir. == Rayonları == İnzibati cəhətdən vilayət 7 rayona bölünür.
Baksan
Baksan (şəhər) — Qafqazda şəhər.
Balsin
Balsin (fars. بالسين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Türkman bölgəsinin Tircayı kəndistanında, Türkman qəsəbəsindən 19 km şimal-şərqdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,323 nəfər yaşayır (328 ailə).
Banksia
Banksiya (lat. Banksia) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Banksia aculeata A.S.George Banksia aemula R.Br. Banksia aquilonia (A.S.George) A.S.George Banksia ashbyi Baker f. Banksia attenuata R.Br. Banksia audax C.A.Gardner Banksia baueri R.Br. Banksia baxteri R.Br. Banksia benthamiana C.A.Gardner Banksia blechnifolia F.Muell. Banksia brevidentata (A.S.George) K.R.Thiele Banksia brownii Baxter ex R.Br. Accepted Banksia burdettii Baker f. Banksia caleyi R.Br.
Başsız
Başsız (Eçmiədzin)
Boksit
Boksit (Al2O3 x nH3O) — Mineral. == Xassələri == Gizli kristalikdir. Torpaqvari aqreqatlarda, oolitlərdə və giləbənzər kütlələrdə rast gəlinir. Sərtliyi 3, xüsusi çəkisi 3,5-dir. Sarımtıl-boz və ağ rənglərdə rast gəlinir. Tutqun parıltıya malikdir. Qarışıqlarından asılı olaraq aşağıdakı növlərini göstərmək olar: dəmirli boksit- tərkibi 2%-ə qədər dəmir saxlayır; gilli boksit — tərkibi 2%-ə qədər SiO2 saxlayır. == Əhəmiyyəti == Alüminium hasil edilən əsas filizdir. == İxracı == 1980-ci ildə ilin əvvəli üçün inkişaf etmiş kapitalist ölkələrin və inkişaf etməkdə olan ölkələrin ümumi boksit ehtiyatı 21,8 mlrd t, o cümlədən müəyyən edilmiş ehtiyat 12,6 mlrd t, təşkil edilmişdir. 1979-cu ildə 71,9 mln t boksit filizi istehsal edilmişdir.
Bəxşiş
Bəxşiş (fars. بخشش‎) — çaypulu, ianə və Yaxın Şərq və Cənubi Asiyada siyasi korrupsiyanın və rüşvətin müəyyən formalarından biri.
MakSim
MakSim (əvvəlki adı Maxi-M; əsl adı - Marina Sergeevna Abrosimova (anası tərəfdən Maksimova); 10 iyun 1983, Kazan) bir rus müğənni, müəllif, ifaçı və musiqi prodüseridir. Müvəffəqiyyət müğənniyə 28 Mart 2006-cı ildə 1,5 milyon nüsxədən çox satılan "Трудный возраст" (Çətin yaş) albomunun çıxması ilə gəldi və 2007-ci ildə MakSim Rusiyada gəlir baxımından ən çox uğur qazanan müğənni oldu. MakSim iki dəfə - MTV Russian Music Awards və Muz-TV Mükafatlandırma mərasimində ən yaxşı ifaçı nominasiyasını qazandı. 2 fevral 2008-ci ildə "Московский комсомолец" (Moskvanın komomolitləri) və “Звуковая дорожка” (Soundtrack) qəzetlərinin illik mükafatlandırma mərasimində müğənni “İlin ən yaxşı ifaçısı” nominasiyasını qazandı. MakSim, 15 "Qızıl Qrammofon" mükafatının sahibidir. Müğənninin ikinci albomu - "Мой рай" (Mənim cənnətim) albomunun 1,3 milyondan çox nüsxəsi satıldı. Müğənninin satılan albomlarının məcmu tirajı altı milyon nüsxədən çoxdur. MakSim, 7 singli MDB ölkələrinin ümumi radio siyahısında ardıcıl olaraq birinci yeri tutan yeganə müğənnidir. 2008-ci ildə "Бегущая по волнам" (Dalğaların üstündə qaçmaq) filminə eyniadlı soundtrack yazdırdı. 2009-cu ilin dekabrında müğənninin qızıl statusu və iki platin aldığı üçüncü studiya albomu - "Одиночка" (Tənha) çıxdı.
Makvis
Makvis (fr. Magius) – həmişəyaşıl sərtyarpaqlı və tikanlı kolların və alçaqboylu ağacların (mərsin, ardıc və s.) cəngəlliyi. Aralıq dənizi ölkələrində aşağı dağ qurşağında sıx cəngəlliklər əmələ gətirir. Makvisə əsasən, tikanlı kollar daxildir: əksəriyyəti efiryağlı və kəskin qoxulu olur. Makvisin analoqları Avstraliyada skreb, Şimali Amerikada çapparal adlanır.
Vaksin
Peyvənd və ya Vaksin (fr. Vacca) — orqanizmin xəstəliklərə qarşı immun müqavimətini qüvvətləndirən bioloji maddə. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar, onların ifraz etdiyi bəzi antigen xassəli maddələrdir. Vaksin həmçinin gen mühəndisliyi ilə də alına bilir. İmmun sistemi bu maddələri antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır (humoral immunitet). Yaxud da hüceyrə immuniteti ilə, yəni T limfositlər vasitəsilə məhv edir. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından ən effektli və iqtisadı cəhətdən ən əlverişli üsul vaksinasiyadır. Əsas prinsipini müəyyən infeksion törədiciyə qarşı spesifik immun cavabın yaranması təşkil edir. Bu proses isə aktiv immunizasiya adlanır. Belə spesifik əks cisimlər hazır şəkildə heyvanlardan və ya donor insanlardan alınıb orqanizmə yeridilməsi passiv immunizasiyadır.
Yaksik
Yaksisk (xanqıl: 약식) və ya yakpap (xanqıl: 약밥) - koreya mətbəxinə məxsus şirniyyatdır. Şirniyyata qoz, şabalıd və s. əlavə edilir. Şirniyatın tərkibinə bal, şəkər, dad verici vanil, yağ, sous və xurmada əlavə edilir. Ənənəvi olaraq yaksik "çonvol-deborm" (xanqıl: 정월대보름) bir yerdə serviz edilir. Bu şirniyyat əsasən yeni ildə, toylarda, ad günlərində və xüsusi ziyafətlərdə təqdim olunur. Yaksikin hərfi mənası "dərmanlı düyü" və ya "dərmanlı qida" deməkdir. Tərkibində bal olduğu üçün Cosone onu "yak" yəni dərman adlandırırdı. Balın şərabla qarışıq yakçu' (약주), qaynadılmış düyü ilə bal yakkva (약과) adlanır. Digər növləri yakpan (약반), kkulban (kkulbap 꿀밥) və milbap (milbap хангыль: 밀반)-dır.
Baknin
Baknin (vyet. Bắc Ninh) — Vyetnamın şimal-şərqində şəhər, Baknin vilayətinin paytaxtı. 1884-cü ilin martında Baknin Fransa ordusu ilə Qara Bayraq Ordusu arasında döyüşün yerinə çevrilmişdi. Şəhər Fransa qoşunları tərəfindən alınmışdı, bundan sonra vilayətin müstəmləkə administrasiyasının siyasi, iqtisadi və mədəni mərkəzi olmuşdu. Baknin 1904-cü ildə dəmir yolu ilə bağlanmışdı. 2006-cı ilin yanvarında Baknin şəhəri vilayət hökuməti şəhəri statusuna yüksəlmişdir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 12 metrdir. Ölkənin paytaxtı Hanoy şəhərindən 31 km şimalda yerləşir.
Massis
Masis və ya Massis bu mənaları ifadə edə bilər: Masis (ad) Massis (soyad) Masis dağı — Türkiyədə yerləşən, ermənilərin Masis olaraq adlandırdığı Ağrı dağı. Masis (Ermənistan) — Ermənistanın Ararat mərzində yerləşən şəhər. Masis rayonu — Ermənistanda mövcud olmuş və hazırda ləğv olunmuş Zəngibasar rayonunun sonradan dəyişdirilmiş adı. Masis (kənd) — Ermənistanın Ararat mərzində yerləşən kənd. Massis (qəzet) — Los-Ancelesdə yaradılan, hazırda Kaliforniyanın Pasadena şəhərində erməni və ingilis dillərində nəşr olunan həftəlik erməni qəzeti.
Aksiz
Aksiz — kütləvi istehlak mallarının bəzilərinə (duz, qənd, kibrit, tütün, spirtl i içkilər və s.), xidmətlərə (kommunal, nəql. və s.), həmçinin zinət əşyalarına (zərgərlik məmulatı) və mineral xammala onların qiymətlərinə daxil edilməklə qoyulan dolayı vergi növü. Aksiz vergisi yüksəkrentabelli məhsul istehsalından əldə olunan mənfəəti büdcə gəlirinə əlavə etmək məqsədilə qoyulur. Aksiz dərəcələri hökumət tərəfindən təsdiqlənir və bütün ölkə ərazisində vahid qaydada tətbiq olunur. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 246.
Apsis
Apsis (yunanca “qövs”, “yay” mənasını verir) — əsasən xristianlığın dini ziyarətgahları olan kilsələrin mehrab otağını əhatə edən yarımdairəvi və ya çoxbucaqlı, nadir hallarda düzbucaqlı bir bina elementidir. Apsislər qədim bazilikalarda memarlıq elementləri kimi geniş istifadə edilmişdir. Apsislər binanın fasadında xaricdən bükülmüş bir quruluşda ola bilərlər və ya düzbucaqlı planlı divarlarda və ya binanın içərisində sarılmış vəziyyətdə ola bilər. Apsisin damı daha çox yarı günbəz şəklindədir, lakin düz damlı apsislərin olması da mümkündür. Əsasən kilsələrin yan neflərdən, yan şapellərindən və ya apsislərindən açılan kiçik apsislərə memarlıqda apsidiol deyilir. Apsislər, Yunan və Qədim Roma memarlığında dini və mülki memarlıqda yayılmış bir elementdir. Divar nişləri binanın bir hissəsini qədim memarlıqda vurğulamaq üçün istifadə edilmişdir. Nişlər bəzək məqsədləri üçün və ya heykəlləri, abidələri ucaltmaq üçün istifadə edilmişdir. Roma imperiyası dövründə tikilmiş bazilikalarda apsisin sonunda çox vaxt bir imperator heykəli olurdu. Bu səbəbdən apsislər qədim dövr memarlığında nişlərin davamı kimi qəbul edilə bilər.
Balış
Yastıq və ya balış — içərisi quş və ya başqa heyvan tükləri ilə doldurulmuş torba şəkilli yataq dəstidir. Çox vaxt yastıqlardan divanaların üstündə dekorativ məqsədlə də istifadə edirlər. Boyun arxasında qoyulmuş diyircək də yastıq hesab olunur. El arasında ona balış da deyirlər.
Bakir
Bakirəlik – heç vaxt cinsi əlaqədə olmayan insanın vəziyyəti. Bakirə termini əvvəlcə yalnız cinsi cəhətdən təcrübəsiz qadınlara aid edilmiş, lakin ənənəvi, müasir və etik anlayışlarda tapıldığı kimi bir sıra tərifləri əhatə etmək üçün inkişaf etmişdir. Heteroseksual fərdlər bakirəliyin itirilməsinin yalnız penis-vaginal penetrasiya yolu ilə baş verdiyini hesab edə bilər və ya hesab etməyə bilər, digər cinsi oriyentasiyalı insanlar isə bakirəliyini itirmə təriflərinə tez-tez oral seks, anal seks və ya qarşılıqlı masturbasiya daxildir. Bu hala xüsusi dəyər və əhəmiyyət verən, əsasən subay qadınlara münasibətdə şəxsi təmizlik, şərəf və dəyər anlayışları ilə əlaqəli mədəni və dini ənənələr var. İffət kimi, bakirəlik anlayışı da ənənəvi olaraq cinsi əlaqədən çəkinməyi əhatə edir. Bakirəlik anlayışı adətən əxlaqi və ya dini məsələləri əhatə edir və sosial status və şəxsiyyətlərarası münasibətlər baxımından nəticələri ola bilər. Baxmayaraq ki, bakirəlik sosial təsirlərə malikdir və keçmişdə bəzi cəmiyyətlərdə əhəmiyyətli hüquqi təsirlərə malik olsa da, bu gün əksər cəmiyyətlərdə bunun heç bir hüquqi nəticəsi yoxdur. Bakirəliyin sosial nəticələri hələ də bir çox cəmiyyətlərdə qalmaqdadır və fərdin sosial agentliyinə müxtəlif təsirlər göstərə bilər. Bakirəlik anlayışı yalnız müəyyən sosial, mədəni və ya əxlaqi kontekstdə əhəmiyyət kəsb edir. Hanne Blankın fikrincə, "bakirəlik heç bir məlum bioloji imperativi əks etdirmir və sübut edilə bilən təkamül üstünlükləri vermir".