Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bant ordeni
Nəcabətli Bant ordeni (ing. The Most Noble Order of the Garter) — Böyük Britaniyanın ali cəngavər ordeni. Dünyada ən qədim mükafatlardan biri sayılır. 1348-ci ildə təsis olunmuşdur.
BANM
Bakı Ali Neft Məktəbi və ya qısaca: BANM — Azərbaycanda dövlət ali təhsil müəssisəsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxildir. == Haqqında == Azərbaycan ali təhsil orqanlari sırasına yeni daxil edilmiş Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı əsasında ARDNŞ-nin tərkibində yaradılmışdır. Bakı Ali Neft Məktəbinin tələbələri nəzəri bilikləri mənimsəməklə yanaşı ARDNŞ-nin müəssisə və təşkilatlarında peşə təlimi və istehsalat təcrübəsi də keçirlər. Bu məqsədlə BANM-in tədris infrastrukturu ən müasir təlim avadanlıqları ilə təchiz olunmuşdur. Hazırda BANM-in bakalavr səviyyəsində təhsil alan tələbələri Heriot-Vatt Universitetinin tədris proqramlarına uyğun təlim keçirlər. Birinci kurs tələbələri üçün "İngilis dili" və "Kompüter və İnformasiya Kommunikasiya Texnologiyaları" fənləri intensiv şəkildə və yüksək səviyyədə tədris olunur. == Maddi-texniki bazası == Bakı Ali Neft Məktəbi Bakı şəhərinin "Ağ Şəhər" adlanan hissəsində yerləşir. Bibiheybət ərazisində yerləşən yeni şəhərcik isə 2017-ci ildə tikilib istifadəyə verilmişdir. 7 hektar ərazisi olan kampusun tikintisinə 2012-ci ildə başlanılıb və tədris üçün tam hazır vəziyyətə gətirilib.
Baft
Baft— İranın Kirman ostanının şəhərlərindən və Baft şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 35,008 nəfər və 8,265 ailədən ibarət idi.
Banat
Banat — Çənub-Şərqi Avropada tarixi vilayət: şərqdə Transilvaniya Alp dağları, qərbdə Tisa çayı, şimalda Mureş çayı, cənubda Dunay çayı ilə sərhədlənir. Banat XII əsrdən Macar krallığının tərkibində olmuş, XVI əsrdə Osmanlı imperiyasının torpaqlarına qatılmışdır. Pojarevats sülh müqaviləsinə (1718) görə Habsburqların hakimiyyətinə keçmişdir. Kolonizasiya prosesləri nəticəsində formalaşan Banat əhalisinin çoxmillətli tərkibi rumınlar, serblər, xorvatlar, macarlar, slovaklar, almanlar və başqalarından ibarət idi. Trianon sülh müqaviləsinin (1920) şərtlərinə görə Rumıniya (şərq hissəsi) ilə Serblərin, Xorvatların və Slovenlərin krallığı (1929-cu ildən Yuqoslaviya: qərb hissəsi) arasında bölüşdürüldü. Hazırda Banat ərazisi Serbiya və Rumıniyanın tərkibindədir. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, III cild, Bakı, 2011, səh.157.
Bank
Bank (fr. Banque) — fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən maliyyə-kredit təşkilatı. Hüquqi status baxımından hüquqi şəxsdir. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə sərrafxana (صرافخانه) adlandırılmışdır. Bank – pul vəsaitlərinin toplanması, kreditlərin verilməsi, pulla hesablaşmaların həyata keçirilməsi, pulun emissiyası, müxtəlif qiymətli kağızların buraxılması və s. funksiyalarını yerinə yetirən iqtisadi təşkilatlardır. Bankların əsas vəzifəsi kreditorlardan borc alanlara, alıcılardan satıcılara pul vəsaitinin yönəldilməsində vasitəçilik etməkdir. Bank halidən əmanət qəbul edir və eyni zamanda kreditlər verərkən tələb olunan depozit yaradır. Kredit fəaliyyəti birbaşa bank tərəfindən və ya dolayısı ilə kapital bazarları vasitəsilə həyata keçirilə bilər. Banklar keçirdikləri əməliyyatların xarakterinə görə emissiya və kommersiya, verilən kreditlərin xarakterinə görə uzunmüddətli və qısamüddətli, mülkiyyətin xarakterinə görə əsasən dövlət, səhmdar, kooperativ, bələdiyyə və qarışıq banklara bölünürlər.
Banə
Banə- İranın Kürdüstan ostanının şəhərlərindən və Banə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 69,635 nəfər və 15,857 ailədən ibarət idi.
Bayt
Bayt (ing. byte) — əsas informasiya vahidi olub 8 bitə bərabər hesab olunur. Rəqəmli informasiyanın saxlanması və emal olunması vahididir. Bir bayt 0-255 aralığında ikilik ədədləri kodlaşdıra bilir. Klaviaturadan daxil edilən hər hansı bir simvol ASCII kodlaşdırmasında kompüterin yaddaşında 1 bayt yer tutur.
Başt
Başt — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Başt şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,269 nəfər və 1,561 ailədən ibarət idi.
Bent
Bent — İranın Sistan və Bəlucistan ostanının Nikşəhr şəhristanının Bent bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,302 nəfər və 822 ailədən ibarət idi.
Kant
İmmanuel Kant (alm. Immanuel Kant‎, 22 aprel 1724[…], Köniqsberq, Prussiya – 12 fevral 1804[…], Köniqsberq, Şərqi Prussiya, Prussiya) — alman filosofu, neoklassik alman fəlsəfəsinin banisi, müasir Avropa fəlsəfə tarixinin ən nüfuzlu nümayəndələrindən, Qərbi Avropada İntibah dövrünün son böyük filosoflarından biri. Kant özünün transsendental idealizm doktrinasında iddia edirdi ki, məkan və zaman sadəcə olaraq təcrübəni təşkil edən "intuisiya formalarıdır" və buna görə də "özündə şeylər" mövcuddur. Onlar təcrübəyə töhfə versələr də, təcrübə obyektlərindən fərqlidirlər. Buradan belə nəticə çıxır ki, təcrübə obyektləri sadəcə olaraq "görünürlər" və şeylərin təbiəti özlüyündə bizim tərəfimizdən dərk olunmazdır. Filosof David Yumun yazılarındakı skeptisizmə qarşı durmaq üçün o, ən məşhur əsərlərindən biri olan "Təmiz idrakın tənqidi" (1781/87) əsərini yazdı. Burada o, sintetik aprior biliyin mümkün olub-olmaması sualına cavab vermək üçün öz təcrübə nəzəriyyəsini inkişaf etdirdi, bu da öz növbəsində metafizik tədqiqatın sərhədlərini müəyyən etməyə imkan verəcəkdi. Kant hesab edirdi ki, zəka həm də əxlaqın mənbəyidir və estetika mühakimə qabiliyyətindən yaranır. Kantın fikirləri müasir fəlsəfəyə, xüsusən qnoseologiya, etika, siyasi nəzəriyyə və postmodern estetika sahələrində böyük təsir göstərməkdə davam edir. O, ağıl və insan təcrübəsi arasındakı əlaqəni izah etməyə və ənənəvi fəlsəfənin, metafizikanın səhvləri hesab etdiyi şeylərdən kənara çıxmağa çalışdı.
Nant
Nant — ərazisinə görə Fransa-nın altıncı şəhəridir, inzibati mərkəzi Atlantik Luara departamenti və keçmiş Bretan hersoqluğunun paytaxtı olmuşdur. Əhalisi 2005-ci ildə 281 800 nəfər təşkil edib. == Coğrafi mövqe == Şəhər çoxlu kiçik çayların keçdiyi, Luara allüvial vadisində yerləşir. Şimala vadi qalxır, Bretan üçün tipik təpəli yerə keçərək, kiçik ağaclıqlarla örtülmüşdü. Cənuba bataqlıq ovalığı yerləşir. Qonşu şəhərlər və kəndlər: Buqene, Karkefu, La-Şapel-syur-Erdr, Orvo, Rzaya, Sen-Erblen, Sen-Sebasten—Luaraya, Sent-Lyus—Luaraya, Treter-i-Vertu.
Abant
Haband — V-VII əsrlərdə Albaniyanın Arsak əyalətində mahal adı. Ermənicə yazılışda əvvəlinə "h" səsinin əlavəsi ilə "Habant" kimidir. Albaniya ərazisində erkən orta əsrlərdə iki Abant vardı. Biri Alazanın yuxarı axınında, onun Lonati çayı ilə birləşdiyi yerdə çay adı. E.ə. 65-ci ildə Roma ordusu ilə Alban ordusu arasında qanlı vuruşma bu çayın sahilində baş vermişdir. Gürcüstanın Telavi rayonununda olan bu çayın adı indi də qalmaqdadır — Abant adlanır. Digəri Yuxari Qarabagda. Axırıncı dəfə 1727-ci ilə aid mənbədə təxminən Gədəbəy rayonu Şamlıq kəndinin yaxınlığında Avan kimi çəkilir. Qədim türkmənşəli Aban tayfa adındandır.
Bat-bat
Batbat (lat. Hyoscyamus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == İkiillik, 30-80 sm hündürlükdə, yumşaq tüklü, vəzili, pis qoxulu, gövdəsi düz, budaqlı, bəzən sadə, düzdayanan, yuxarısı qövsvari əyilmiş, sıx yarpaqlanmış bitkidir. Yarpaqlarının uzunluğu 4-25 sm, eni 1,5-11 sm, aşağıda saplaqlı, uzunsov-yumurtavari, oyuqvari lələkvari dilimlidir, gövdə yarpaqları, gövdəyə sarılmış, yumurtavari və ya uzunsov, kənarları oyuqlu iri dişli, bəzən bütövdür. Çiçəkləri iri, oturaq, meyvəyanı kasacıqları 25–30 mm uzunluqda, zanbaqvari, bərk, dibi tüklü-yapışqanlıdır. Tac 25-45 mm uzunluqda, çirkli-açıq-sarı və ya çirklisarı, bənövşəyi damarcıqlarla örtülmüşdür. Toxumları 1-1,5 mm uzunluqda, böyrəkvari və ya yumru-böyrəkvari, boz-qonurdur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqların rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Ruderal yerlərdə, bəzən alaq kimi bostanlarda, bağlarda və əkinlərdə bitir. == Növləri == Ağ batbat (Hyoscyamus albus L.) Qızılı batbat (Hyoscyamus aureus L.) Hyoscyamus desertorum (Asch.
ANT
Ant
Bat
Bat (İngiltərə)
ATM (Bank)
ATM və ya Bankomat (ing. Automated Teller Machine) — ən asan anlamda müştərilərin bankın xidmətlərindən istifadə zamanı insansız çalışan elektromexanik vasitədir. Bankomat bank kartlarından istifadə edərək kart hesabından nağd pul vəsaitləri çıxarmağa, hesab barədə məlumat almağa, kommunal və digər xidmətlərin haqqını ödəmək üçün nağdsız hesablaşmalar aparmağa imkan verən aparatdır. Maşınlar, əsasən plastik kartlar və istifadəçi kodları (PİN) vasitəsilə işlədilir. Ekrana istifadəçini yönləndirməyə yarayan bir menyu gəlir. İstifadəçilər ATM xidmətlərindən özlərinə lazım olan mesaj və variantlar vasitəsilə faydalanırlar. İlk maşınlar sadəcə müəyyən miqdarda pul götürmək üçün istifadə olunurdusa indi daha da inkişaf edən texnologiya dövründə maşınların təqdim etdiyi xidmətlər daha da artmışdır. Son illərdə hesaba pul köçürmə, hesab durumları haqqında məlumat alma, maaş alma, daimi ödemələri aparma, hesabdan hesaba pul köçürmə, və s. əməliyyatlar aparılır. Çox şöbəli böyük banklar şöbələr üçün lazımlı bina və heyət xərclərini azaltmaq məqsədilə ATM-lərə maraq göstərirsə, daha kiçik bankların əksəriyyəti isə bazar paylarını, dolayısıyla gəlirlərini artırmaq üçün eyni xidməti göstərmək yolunu seçmişlər.
Abant (personaj)
Abant ( q.yun. Ἄβας) —qədim yunan mifologiyasındakı personaj. Abantların eponimi. Poseydon və Aetusanın oğlu. Qanifin atası, Kanfın babası. Xalkodonun atası. Nəvəsi Elefenor tərəfindən təsadüfən öldürülmüşdür.
Abant gölü
Abant gölü — Türkiyədə, Qara dəniz regionunun qərb hissəsində şirinsulu göl. Boludan 34 kilometr (21 mil) cənub-qərbdə yerləşən gölün hündürlüyü 1,298 metr (4,259 ft) metr, səthi 1223 hektar, maksimum dərinliyi isə 15 metr (49 ft) qədərdir. 1,700 metr (5,600 ft) hündürlüyə qədər çatan dağlarla əhatə olunmuşdur. Göl artıq suyu şimal-qərb istiqamətində eyniadlı dərə vasitəsilə Bolu çayına axıdır. Abant gölünün gil-əhəngli yumşaq şistlər və serpantinlər arasında əmələ gəldiyinə inanılır, burada geniş çuxurlu dərə zirvəsi, ifrat yer yamacı ilə sürüşmə nəticəsində yaranan təbii bənd əsas dərəyə daxil olur. Ətrafdakı şam meşələri, təmiz suyu və içində yaşayan alabalıq ilə Abant gölü Türkiyənin ən məşhur turizm mərkəzlərindən biri hesab edilir.
Al Bano
Al Bano(Al Bano Karrizi) 20 may 1943) — məşhur İtalyan müğənnisi, aktyor və şərabçı. == Həyatı == Al Bano Karrizi 1943-cü ildə İtaliyada Puglia bölgəsinin Brindisi vilayətində çox kasıb italyan ailəsində doğulub. Anası evdar qadın Atası əkinçilik və maldarlıqla məşğul olurdu. Anası İolanda Ottino ona Albano adını verdi, çünki o, doğulduğu zaman, atası Carmelo Karrisi II Dünya müharibəsi dövründə Royal İtaliya Ordusu üçün Albaniya ilə döyüşürdü. Sonralar müğənni öz adından utanaraq onu iki hissəyə ayırır və Al Bano Karrizi olur. Albanonun digər qardaşı isə tanınmış pop musiqiçisi Franko Karrisdi. Al Bano müğənnilik fəaliyyətinə qədər ofisiant, aşpaz, koveyerdə fəhlə kimi işləyib. Al Bano ilk mahnısını 12 yaşında yazır, 16 yaşında isə müğənnilik karyerası üçün Milana gəlirO, 1965-ci ildə Adriano Çelentanonun təşkil etdiyi konkursda iştirak edənədək ofisiant, aşpaz, koveyerdə fəhlə kimi işləyir.1966-cı ildə müğənni olaraq, Delle Rose-de və televiziyada yayımlanan musiqi festivalında çıxış edir,1968-ci ildə "Pensando a te" qrupu ilə birlikdə İtalyan mahnısı olan "L'Estate" Disko musiqisi ilə birciliyi qazanır. O, "La siepe" və "Nel sole" kimi bir sıra böyük hitləri qeyd etdi. "Nel sole" 1967-ci ildə üç ay azadlıq dövründə İtaliyada 600 min nüsxə satdı və nəticədə 1 milyondan çox nüsxə və 1968-ci ilin iyulunda qızıl diskə layiq görülmüşdür.
Baft şəhristanı
Baft şəhristanı— İranın Kirman ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Baft şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 105,129 nəfər və 24,598 ailədən ibarət idi.
BanG Dream!
BanG Dream! (バンドリ, Bandori) — Bushiroad tərəfindən istehsal olunan bir musiqi media franşizi. == İstinadlar == == Xarici keçidlər == bang-dream.com — BanG Dream!
Bana monastrı
Bana monastırı (gürcücə: ბანა) – Türkiyənin Ərzurum ilinin Şənqaya ilçəsinə bağl Penek kəndində olan monastırdır. Monastır əsas kilsə, kiçik kilsə, keşişlər üçün kilsə, qayaya oyulmuş hücrələr və başqa tinintilərdən ibarətdir. Bana monastırı Tao bölgəsinin yepiskopluq mərkəzlərindən biri olmuşdur. Bir fikrə görə, zamanla yepiskopluq ləğv edilmiş və sadəcə monastırın fəaliyyəti davam etmişdir. == Bana Kafedralı == Monastırın əsas kilsəsi olan Bana kilsəsi və ya Bana Kafedralı əsas fikirlərə görə, VII əsrdə inşa edilmişdir. XI əsrə aid qaynağa görə, kafedral 881-923-cü illər arasında gürcü kralı IV Adarnase tərəfindən qüvvələri, tetrakonkhos struktur olaraq yenidən inşa edilmişdir. Bu tarixdən etibarən, gürcü Baqrationi sülaləsi tərəfindən Osmanlı dövrünə qədər kraliyyət kafedralı olaraq istifadə edilmişdir. XVI əsrdə öblgəni ələ keçirən Osmanlı bu qədim kafedralı Krım müharibəsi dövründə Osmanlı ordusu üçün qalaya çevirmişdir. 1877-1878 Osmanlı-Rus müharibəsi zamanında kompleksin böyük hissəsi dağılmışdır. Divar rəsmlərinin izlərində rast gəlinən kafedralın bir kitabəsinin olduğu, bu müharibə zamanı burada qərərgah quran rus ordusundan olan bi rgeneralın bu kitabəni apardığı deyilməkdədir.
Bana monastırı
Bana monastırı (gürcücə: ბანა) – Türkiyənin Ərzurum ilinin Şənqaya ilçəsinə bağl Penek kəndində olan monastırdır. Monastır əsas kilsə, kiçik kilsə, keşişlər üçün kilsə, qayaya oyulmuş hücrələr və başqa tinintilərdən ibarətdir. Bana monastırı Tao bölgəsinin yepiskopluq mərkəzlərindən biri olmuşdur. Bir fikrə görə, zamanla yepiskopluq ləğv edilmiş və sadəcə monastırın fəaliyyəti davam etmişdir. == Bana Kafedralı == Monastırın əsas kilsəsi olan Bana kilsəsi və ya Bana Kafedralı əsas fikirlərə görə, VII əsrdə inşa edilmişdir. XI əsrə aid qaynağa görə, kafedral 881-923-cü illər arasında gürcü kralı IV Adarnase tərəfindən qüvvələri, tetrakonkhos struktur olaraq yenidən inşa edilmişdir. Bu tarixdən etibarən, gürcü Baqrationi sülaləsi tərəfindən Osmanlı dövrünə qədər kraliyyət kafedralı olaraq istifadə edilmişdir. XVI əsrdə öblgəni ələ keçirən Osmanlı bu qədim kafedralı Krım müharibəsi dövründə Osmanlı ordusu üçün qalaya çevirmişdir. 1877-1878 Osmanlı-Rus müharibəsi zamanında kompleksin böyük hissəsi dağılmışdır. Divar rəsmlərinin izlərində rast gəlinən kafedralın bir kitabəsinin olduğu, bu müharibə zamanı burada qərərgah quran rus ordusundan olan bi rgeneralın bu kitabəni apardığı deyilməkdədir.
Bank Avrasiya
Bank Avrasiya (ASC) Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2007-ci il tarixli 251 saylı "Bank fəaliyyətinin həyata keçirilməsi barədə bank lisenziyası" əsasında fəaliyyətə başlamışdır. Bank Avrasiya ASC aşağıda sadalanan təşkilatlara və sistemlərə üzvdür: Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (dekabr, 2007); XÖHKS - Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (yanvar, 2008); Sahibkarlığa Kömək Milli Fondu (fevral, 2008); Bakı Banklararası Valyuta Birjası (iyun, 2008); SWIFT - Beynəlxalq Banklararası İnformasiyaların Ötürülməsi və Ödənişlər Sistemi (iyun, 2008); AZIPS - Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (iyul, 2008); "MasterCard İnternational"beynəlxalq ödəniş sistemi (avqust, 2008); Azərbaycan Banklar Assosiasiyası (fevral, 2009); Azərbaycan İpoteka Fondu (may, 2009).
Bank BTB
Bank BTB — Azərbaycanda fəaliyyət göstərən kommersiya bankı. == Bank haqqında == Bank "BTB" ASC 2010-cu ildə təsis edilmiş və 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərməkdədir. Bank hüquqi və fiziki şəxslərə geniş çeşidli bank məhsulları xidməti təklif edir. Bank öz fəaliyyətində müştəri məmnuniyyəti, rahat xidmət, sadə həllər və çeviş yanaşma missiyalarına əsaslanır.