Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cəbəl-Barkal
Cəbəl-Barkal ( ərəb. جبل بركل‎) — Xartumdan təxminən 400 km şimalda, Sudanın Şimal əyalətindəki Kərimə şəhərində, Nil çayının böyük əyilməsində, Nubiya adlanan bölgədə yerləşən olduqca kiçik bir dağ. Dağın 98 m hündürlüyü, düz bir zirvəsi var və yəqin ki, ticarətçilər tərəfindən Mərkəzi Afrika, Ərəbistan və Misir arasındakı vacib marşrutda böyük çayı keçməyin asan olduğu nöqtə olaraq istifadə edilmişdir. 2003-cü ildə dağ, tarixi Napata şəhəri ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmidşir. Ərazidə Cəbəl-Barkal muzeyi yerləşir. Cəbəl-Barkal piramidaları Nubiya piramidaları nümunələridən biridir. == Məbədlər == Cəbəl-Barkal ətrafındakı dağıntılara ilk dəfə 1820-ci illərdə Avropa tədqiqatçıları tərəfindən izah edilən ən az 13 məbəd və 3 saray daxildir. 1862-ci ildə Üçüncü Aralıq dövrünə aid beş kitabə Misirli bir zabit tərəfindən bərpa edilərək Qahirə Muzeyinə aparıldı. 1916-cı ildə ərazidə Harvard Universiteti və Boston İncəsənət Muzeyinin ortaq ekspedisiyası tərəfindən Corc Reysnerin rəhbərlik etdiyi elmi arxeoloji qazıntılar aparıldı. 1970-ci illərdən sonra Serqio Donadoninin rəhbərliyi altında Roma Sapienza Universitetinin komandası, 1980-ci illərdə isə Timoti Kendallın rəhbərliyi altında Boston Muzeyindən başqa bir komanda araşdırmaları davam etdirdi.