Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Batalyon
Tabor (düşərgə və ya batalyon) — polkovnik-leytenant ya da mayorun rəhbərlik etdiyi, bölükdən böyük, alaydan kiçik hərbi-taktiki birləşmədir. Müasir orduların silahlarına görə tank taboru, piyada taboru, topçu taboru kimi əsas sinifləri vardır. Taborlar hava qüvvələrində "flot", artilleriya qüvvələrində isə "divizyon" adlanır. Topçu taboru üç ya da dörd topçu batareyası — topçu bölüyü olaraq tərtib edilir. Piyada taborları, iyirminci əsrdə bir qərargah bölüyü, bir atıcı bölüyü və bir ağır silah — tank, top — bölüyü olaraq təşkil edilmişdir. İndiki vaxtda da 800–900 əsgərdən ibarət olan taktika baxımdan əlverişli hərbi birlikdir. == Motaatıcı tabor == Əsas ünsürü motaatıcı silahlardan ibarət olan hərbi-taktiki tabor. 3 motaatıcı bölük Minaatan batareya Artilleriya batareya Yükdaşıyan avtomobil taqımı Tankəleyhinə taqım Qumbaraatan taqım Texniki-təminat taqımı Maddi-təminat taqımı Tibbi-yardım == Tank taboru == Əsas ünsürü tanklardan ibarət olan hərbi-taktiki tabor. 3 tank bölüyü Rabitə taqımı Texniki-təminat taqımı Maddi-təminat taqımı Tibbi-yardım == Rabitə taboru == Əsas ünsürü bağlı olduğu qərargah ilə digər bölmələrin ünsiyyətini təmin etməkdir. Tabor qərargahı Radio bölüyü Estafet bölüyü Təmir dəstəsi == Təmir taboru == Baxım təmir taboru, briqada tabeçiliyində hər cür çalışan maşın, təchizat və vasitələrin baxım və təmirini boynuna götürən texniki heyətləri saxlayan vahiddir.
Aleksey Batalov
Aleksey Vladimiroviç Batalov (rus. Алексей Владимирович Баталов; 20 noyabr, 1928–2017) — Rusiya aktyoru və rejissoru. == Həyatı == Aleksey Batalov 1928-ci il noyabrın 20-də Vladimir şəhərində, incəsənət xadimlərinin ailəsində dünyaya göz açıb. Atası Vladimir Batalov aktyor və rejissor, anası Nina Olşevskaya aktrisa idi. Alyoşanın 5 yaşı olanda anası atasından ayrılıb və yazıçı Viktor Ardovla ailə həyatı qurub. Onlar Moskvada yaşamağa başlayıblar. Ailələrinə tez-tez qonaq gələn isə anasının rəfiqəsi, məşhur şairə Anna Axmatova olub. Aleksey də uşaqlıqdan onunla dostlaşır, həyatda çox şeyləri ondan öyrənir, sevincini və kədərini onunla bölüşür. Anna Axmatovanı o qədər çox istəyib ki, hətta böyüyəndə onun portretini də çəkib. Gələcək həyat yoldaşı İra Rotova da onun uşaqlıq dostu olub, onlar bağ qonşusu idilər.
Apti Batalov
Apti Batalov (19 oktyabr 1956, Şatoy rayonu, Qroznı vilayəti[d]) — tanınmamış Çeçen İçkeriya Respublikasının hərbi lideri, ÇİR Silahlı Qüvvələrinin briqada general, İçkeriya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ÇİR Prezident Administrasiyasının rəhbəri. Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin Naurski batalyonunun komandiri. == Bioqrafiyası == Qroznı Neft İnstitutunu (qiyabi şöbə) bitirmişdir. 1994-cü ildə Çeçenistanın Naurski rayonu İşerskayat kənd polis şöbəsinin rəisi işləyir. Apti Batalov polis mayoru rütbəsinə qədər yüksəlmişdir. Birinci Çeçenistan müharibəsi zamanı Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin səhra komandiri olmuşdur. Naurski rayonunun müdafiəsinə cavabdeh olsa da, tapşırığın öhdəsindən gələ bilməmiş, rayon praktiki olaraq döyüşsüz alınmışdır. O həm də Naurski batalyonunun komandiri olmuşdur. Apti Batalov Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Aslan Masxadovun müavini olmuşdur. 1996-cı il dekabrın 3-dən 1997-ci ilin aprelinə qədər ÇİR Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olur.
Katalon dili
Katalan dili — Hind-Avropa dillərinin roman dilləri qrupunun oksitan-roman yarımqrupuna aid olan dil.
Katalon kremi
Katalon kremi (kat. La Creme, isp. Crema catalana)-Müqəddəs Yusifin kremi hesab edilir.Katolik mətbəxinin milli desertidir. == Haqqında == Katalon kremini Fransızların kre-ybrule ilə bəzən oxşadırlar, belə ki, onu qaymaqda yox süddə hazırlayırlar. == Əsas komponentlər == Süd, yumartanın sarısı, şəkər tozu. Bəzən zövqə görə ədviyyatlarda qatılır. Soyuq halda hazırlanan kremin üzərinə şəkər tozu tökülür ki, yüksək temperaturda şəkər tozu xırcıldayan lay əmələ gətirsin. Bəzən nişasta və un da əlavə edilən reseptlər mövcuddur.
Yenilməz batalyon
Yenilməz batalyon — Qılman İlkinin "Qalada üsyan" romanı əsasında Hüseyn Seyidzadənin quruluş verdiyi eyniadlı film. == Məzmun == Filmdə çar hökuməti tərəfindən o vaxt ucqar hesab olunan Azərbaycanın kiçik şəhəri Zaqatalaya sürgün edilmiş "Potyomkin" zirehli gəmisinin üsyankar matrosları ilə yerli inqilabçıların Rusiya imperiyasına qarşı birgə mübarizəsindən danışılır. == Film haqqında == Film quruluşçu rəssam Rafiz İsmayılovun kinoda ilk işidir. Film aktyor Muxtar Avşarovun kinoda ilk işidir. Film yazıçı Qılman Musayevin Zaqatala qalasında saxlanılan matrosların inqilabi fəaliyyəti barədə "Qalada üsyan" romanı əsasında ekranlaşdırılmışdır. Filmdə Azərbaycan hərbi dairəsinin hissələri iştirak etmişlər. Film Şəkidə çəkilib. == Səhvlər == Motros Romanov Rozanın dükanına daxil olub oturanda eynək onun gözündədir. Bir kadr sonra onu göstərəndə eynək gözündə yoxdur. Növbəti kadrda isə o eynəyi gözlərinin üzərindən yenicə götürür.
Batalyon (film, 2016)
Batalyon tammetrajlı sənədli filmi rejissor Nizami Abbas tərəfindən 2016-cı ildə çəkilmişdir. "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film 1991-ci ildə yaranmış, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda qəhrəman döyüşlər aparmış əfsanəvi Tərtər Batalyonu haqqındadır. == Məzmun == Film 1991-ci ildə yaranmış, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda qəhrəman döyüşlər aparmış əfsanəvi Tərtər Batalyonu haqqındadır. Film batalyonun keçdiyi şərəfli döyüş yolundan bəhs edir. == Film haqqında == Filmin çəkilişləri Ağdərə rayonunun işğaldan azad olunmuş ərazilərində aparılmışdır.
Bergmann xüsusi təyinatlı batalyon
Berqman — İkinci dünya müharibəsi zamanı Vermaxta tabe olan tabor. Tabor ermənilər, gürcülər və azərbaycanlılardan təşkil olunmuşdu. Tabor İkinci dünya müharibəsinin gedişində almanlara əsir düşən əsgərlərdən təşkil edilmişdi. Taborun əsası azərbaycanlı və erməni əsgərlədən ibarət idi. Sonderverband Bergmann 1941-ci ilin 14 noyabrında Aşağı Sileziyanın Vehrau kəndində yaradılmışdır. Sonralar tabor Vermaxta tabe olan Ahuverin tabeliyinə keçmişdir. Taborda az sayıda tatar əsgələri də vardı. 1942-ci ildə Fransada hitler tərəfdarı bir qrup qafqazlı döyüşcü, könüllü olaraq tabora qoşulmuşdur. Bergmann taboru Teodor Oberlanderin rəhbərlik etdiyi Bau-Lehr z.b. V 800 adlı hərbi birləşmənin tərkibinə qatılmışdır.
Yenilməz batalyon (film, 1965)
Yenilməz batalyon — Qılman İlkinin "Qalada üsyan" romanı əsasında Hüseyn Seyidzadənin quruluş verdiyi eyniadlı film. == Məzmun == Filmdə çar hökuməti tərəfindən o vaxt ucqar hesab olunan Azərbaycanın kiçik şəhəri Zaqatalaya sürgün edilmiş "Potyomkin" zirehli gəmisinin üsyankar matrosları ilə yerli inqilabçıların Rusiya imperiyasına qarşı birgə mübarizəsindən danışılır. == Film haqqında == Film quruluşçu rəssam Rafiz İsmayılovun kinoda ilk işidir. Film aktyor Muxtar Avşarovun kinoda ilk işidir. Film yazıçı Qılman Musayevin Zaqatala qalasında saxlanılan matrosların inqilabi fəaliyyəti barədə "Qalada üsyan" romanı əsasında ekranlaşdırılmışdır. Filmdə Azərbaycan hərbi dairəsinin hissələri iştirak etmişlər. Film Şəkidə çəkilib. == Səhvlər == Motros Romanov Rozanın dükanına daxil olub oturanda eynək onun gözündədir. Bir kadr sonra onu göstərəndə eynək gözündə yoxdur. Növbəti kadrda isə o eynəyi gözlərinin üzərindən yenicə götürür.
772 saylı Xüsusi Təyinatlı batalyon
772 saylı Xüsusi Təyinatlı batalyon — Birinci Qarabağ müharibəsində uğurlu əməliyyatları olan, lakin gizli saxlanılan xüsusi təyinatlı batalyon. == Yaradılması == 772 saylı batalyonun yaradılması təşəbbüsü 1992-ci il fevral ayında sadə zəvod fəhlələri olan Kazlov Vladimir və Malinov Vladimir tərəfindən irəli sürülmüşdür. Həmin ildə onlar televiziya vasitesi ilə xalqa müraciət etdilər. Çağrışlarına Bakıda yaşayan müxtəlif millətlərin nümayəndələri toplandı. Bunlar rus, ləzgi, talış, ukraynalı, tatar, yəhudi və azərbaycanlılar idi. Fevralın 25-nə qədər 125 nəfər toplanmışdı. Azərbaycanlılar arasında "əfqan" döyüşçüləri də çox idi. Onlar Əfqanıstanda xidmət keçmiş təcrübəli döyüşçülər idi. 772-ci hərbi hissə reyd dəstəsi formasında yaradılmışdı. Komanda mart ayının 17-si 128 nəfərlik tərkiblə Müdafiə Nazirliyi tərəfindən təsdiq edildi.
Yenilməz Batalyon (Teymurun Mahnısı) (mahnı)
Yenilməz Batalyon (Teymurun Mahnısı) - Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı. == Mahnı haqqında == Mahnının sözləri Qılman İlkinə, bəstə Cahangir Cahangirova, aranjemanı isə Qara Dərvişə aiddir.
Absalon
Absalon və ya Aksel (dan. Absalon; 1128[…], Fenneslev[d] – 21 mart 1201[…], Soryo[d]) — Danimarka dövlət xadimi, kilsə və hərbi lideri. O, Lund arxiyepiskopu, kral V Knud dövründə Danimarkanın faktiki hökmdarı olmuşdur.Absalon Danimarkanın gələcək kralı I Böyük Valdemarın tərbiyə aldığı Vide nəcib ailəsində anadan olmuşdur. Absalon və Esbern onun qardaşları idi. İlahiyyat təhsili almış və Valdemar sayəsində Roskille şəhərinin yepiskopu, daha sonra isə Roskille yeparxiyasını saxlayaraq Lund arxiyepiskopu və Skone yepiskopu olmuşdur. == İstinadlar == == Xarici keçidlər == Аксель, архиепископ // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Biatlon
Biatlon (yun. άθλον — yarış, mübarizə) — 20 km məsafəyə təxminən hər 3–5 km-dən bir tüfəng 4 dəfə atəş açmaqla xizək yürüşüdür. == Ümumi məlumat == kompleks yarışlar; xizəklə sürüşərək tüfəngdən bir neçə hədəfə atəş açmaqdan ibarətdir. 1920-ci illərdə Skandinaviya ölkələrində, İsveçrə, Fransa və Avstriyada hərbi patrulların atəşaçma, qum baratullama və s.-dən ibarət xizək yarışları kimi yaranmışdır. 1924, 1928,1936, 1948 illər Qış Olimpiya Oyunlarında hərbi patrulların nümunəvi xizək yarışları nümayiş etdirilmişdir. Biatlonun müasir növü 1950-ci illərin əv vəllərində formalaşmış, Norveç, Rusiya, Finlandiya, İsveç, Polşa, Rumıniya və bir sıra digər ölkələrdə geniş yayılmışdır. 1948-ci ildə Beynəlxalq Müasir Beşnövçülük və Biatlon İttifaqı (UIPMB) təsis olunmuşdur. 1958-ci ildə kişilər arasında ilk dünya çempionatı keçirilmiş, 1960-cı ildən isə Qış Olimpiya Oyunlarının proqramına daxil edilmişdir. 1978-ci ildə Biatlon idman növündə dəyişikliklər edilmişdir: hərbi döyüş tüfəngləri kiçikçaplı tüfənglərlə əvəz edilmiş, hədəflərədək məsafə 150 m-dən 50 m-ədək qısaldılmış, xüsusi Biatlon trasları və tamaşaçı tribunaları olan atəşaçma meydançaları tikilmişdir. 1984-cü ildə qadınlar arasında ilk dünya çempionatı keçirilmiş, 1992-ci ildə Olimpiya Oyunlarının proqramına daxil edilmişdir.
Kataloq
Kataloq (yunanca: κατάλογος (katalogos) – siyahı) — tapılmasını asanlaşdırmaq məqsədilə müəyyən bir növbəyə salınmaqla tərtiblənmiş əşyaların (kitabların, əlyazmaların, şəkillərin, muzey eksponatlarının, malların və s.-nin) siyahısıdır; həmin siyahının nəşr olunduğu bəzən şəkilli olan məlumat kitabıdır. Kataloq sözü digər mənalarda da işlənə bilər: faylları saxlamaq üçün sərt diskdə ayrıca sahə: eyni tipli faylların bir kataloqda saxlanması onların sonradan tapılmasını asanlaşdırır; əməliyyat sistemində faylların yerləşmə yerini təyin etmək üçün istifadə olunan sistemli siyahı; bir qayda olaraq, oxucuların düzgün istiqamət seçməsi üçün girişin, başlıqların olduğu çoxrəngli, çoxsəhifəli nəşr; predmetlərin sistemləşdirilmiş siyahısını əks etdirən normativ istehsalat, soraq və ya reklam nəşri; kataloqda malların siyahısı, hətta malların fotoşəkilləri və xarakteristikaları ilə bərabər bəzi mal qrupları öz əksini tapır; kitabxanada mövcud olan sənədlərin biblioqrafik informasiyalarını əks etdirən, məzmununu açan və lazımi sənədlərin kitabsaxlayıcıdan axtarılıb tapılmasına imkan verən sadə informasiya axtarışı sistemi; maşın informasiya daşıyıcılarında göstəriciləri, istinadları və verilənlər ünvanları olan cədvəl; verilənlər yığımının yerləşməsini göstərən və əməliyyat sistemi tərəfindən idarə edilən kataloq. == E-kataloq == Hazırda qlobal səviyyədə İKT nin inkişafı əsasən veb texnologiyaların, o cümlədən internet servisinin dinamik inkişafı mövcud xidmətlərin elektron variantının hazırlanmasına səbəb olmuşdur. Elektron ticarət, elektron kommersiya, elektron təhsil və s. O cümlədən bildiyimiz fiziki kataloqları da indi elektron kataloqlar əvəzləməkdədir. Kitabxanalar, şirkətlər və s. qurumlar kütləvi şəkildə e-Kataloq servisindən istifadə etməkdədirlər. Dünya məkənında olduğu kimi Azərbaycan da elektron kataloq anlayışı inkişaf etməkdə və nəticə etibarı ilə müvafiq internet resurslar hazırlanmaqdadır. Növbəti linklər bu resursların bəziləri və ən populyarlarıdır. == Xarici keçidlər == Baku Info Arxivləşdirilib 2019-08-31 at the Wayback MachineKataloq.net Arxivləşdirilib 2009-01-06 at the Wayback MachineDirectory.Az Arxivləşdirilib 2016-12-12 at the Wayback MachineAzərbaycan Biznes Bələdçisi Arxivləşdirilib 2011-01-28 at the Wayback Machine == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Etalon
Etalon (fr. etalon) — müəyyən edilmiş qayda ilə təsdiq edilmiş, yenidən istehsal və saxlanması üçün istifadə edilən fiziki ölçü vahidi == Haqqında == 1)meyar, müəyyən edilmiş ölçü vahidinin dəqiq nümunəsi;2) məcazi mənada: hər hansı bir şey üçün ölçü nümunəsi, müqayisə üçün nümunə, əyar;3) ölçü vahidlərinin elm və texnikanın səviyyəsinə müvafiq böyük dəqiqliklə əks etdirilməsinə, saxlanılmasına və verilməsinə xidmət edən ölçü nümunəsi və ya ölçü cihazı. Məsələn, metrin etalonu. Milli etalon — ölkə daxilində istifadə üçün rəsmi qəbul edilmiş etalon. Beynəlxalq etalon — beynəlxalq razılaşma nəticəsində qəbul edilmiş etalon. == Həmçinin bax == Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Alber Aftalon
Alber Aftalon (fr. Albert Aftalion; 21 oktyabr 1874, Ruse – 6 dekabr 1956, Cenevrə) — əslən Bolqarıstandan olan fransız iqtisadçı, Paris Universitetinin professoru, 1909-cu ildə ilk dəfə makroiqtisadiyyatda akselerator terminini yaratmışdır. == Bioqrafiyası == 21 oktyabr 1874-cü ildə Bolqarıstanın Ruse şəhərində Sephard mənşəli bir Yəhudi ailəsində anadan olub. Ailə 1876-cı ildə Fransaya, Nensiyə köçdü. 1898-ci ildə Paris Universitetində hüquq doktoru və 1899-cu ildə iqtisadiyyat doktoru dərəcəsini almışdır. 1900–1922-ci illərdə Lill Universitetində, 1922–1934-cü illərdə Paris Universitetinin Statistika kafedrasında professor və 1934–1940-cı illərdə Paris Universitetində Siyasi İqtisadiyyat kafedrasının professoru kimi dərs demişdir. 1940–1944-cü illərdə Yəhudi statusuna görə universitetdəki işindən müvəqqəti təxirə salındı ​​və bu dəfə Tuluzada keçirmişdir. Sorbonna bərpa edildikdən sonra və 1944–1950-ci illərdə 1950-ci ildə təqaüdə çıxana qədər çalışmışdır. 1950–1951 — Fransa İqtisadi Elmlər Birliyinin ilk prezidenti olmuşdur. == Elmə töhfələri == 1909-cu ilin fevral-aprel ayları arasında Siyasi iqtisadiyyat jurnalında (fr.
Arabo batalyonu
Arabo könüllü dəstəsi (erm. Արաբո կամավորական ջոկատ, latın qraf. Arabo kamavorakan jokat) və ya Arabo batalyonu — Qarabağ müharibəsində əsasən Ermənistan erməniləri və xaricdən gələn ermənilərdən təşkil olunmuş millətçi paramilitarist qruplaşma. == Adı == Dəstənin adı ilk vaxtlar “Qaregin Njde” olub. Lakin, digər erməni dəstələri daxilində “Qaregin Njde” adlı dəstələrin ortaya çıxması, dəstənin adının “Arabo” adı ilə əvəzlənməsinə səbəb olub. "Arabo" XIX əsrdə Osmanlıya qarşı qiyam edən və sonda kürd dəstələri tərəfindən öldürülən Stepanos Mixitaryan adlı şəxsin təxəllüsü olub. == Tarixi == Dəstə 1989-cu ildə Livan, Fələstin, Suriya və Fransadan gəlmiş erməni millətçilərinin, həmçinin Sovet İttifaqı Silahlı Qüvvələrində xidmət keçmiş təcrübəli döyüşçülərin iştirakı ilə İrəvanda yaradılıb. Dəstəni yaratmazdan öncə, Manvel Yeğiazaryan bir neçə şəxslə birgə bir neçə dəfə Gorus, Cermuk və Naxçıvan sərhədləri ətrafına, o cümlədən digər ərazilərə gedərək ümumi kəşfiyyat aparıb. Nəticədə, 4 oktyabr 1989-cu ildə Manvel Kerri Xaçik, Hayk və Civan adlı şəxslərlə birlikdə, Yeğeqnadzor rayonunun Xaçik kəndində yerləşən sərhədə yaxın hissələrə gedərək çadırlar qurub və burada Arabo dəstəsinin ilkin prinsiplərini müəyyənləşdirib. Tədricən yeni üzvlərin Məlik, Roman və Samvel adlı şəxslərin qatılması ilə dəstə daha da genişlənməyə başlayır.
Bacalan dili
Bacəlan dili (Bacəlani), — İran və İraqda danışılan dildir.Şimal qərb iran dillərinin Zaza-Gorani qrupuna aiddir.
Balaton gölü
Balaton gölü— Macarıstanın Transdanubian regionunda yerləşən şirin sulu göldür. Mərkəzi Avropanın ən böyük gölü olmaqla yanaşı, regionun əsas turizm mərkəzlərindən hesab edilir. Gölü su axını ilə əsasən Zala çayı təmin edir və göldən yalnız Şio çayı başlanğıc götürür. Düzənlik cənub sahilləri kurort şəhərləri kimi tanındığı halda, şimal sahillərinin dağlıq regionları tarixi və əsas şərabçılıq regionları kimi tanınır. Balıqçılıq yaxşı inkişaf edib. Göl gəmiçiliyə yararlıdır. == Adı == Göl Macar dilində sadəcə olaraq Balaton kimi məlumdur. Adın yaranmasına çox güman ki, Slavyanca "palçıq" və ya "bataqlıq" mənasını verən blato sözü təsir göstərib (sloven. Blatno jezero, slovak. Blatenské jazero).
Katalan Respublikası
Katalan Respublikası (1641) — Katalan Respublikası (1931) — Katalan Respublikası (2017) — 27 oktyabr 2017-ci ildə müstəqillyini elan edən və cənub-qərbi avropada yerləşən tanınmamış dövlət.
Katalan atlası
Katalan atlası(kat. Atles català,Orta əsrlər dövründə (1375-ci ildə hazırlanmış və yazılmış) ən mühüm Katalan xəritəsi. Bu atlas Majorkan kartoqrafik məktəbi tərəfindən istehsal edilib və Kreskes Abraham (Cresques Abraham) (həmçinin "Abraham Kreskes" (Abraham Cresques) kimi tanınan),özünü dünyanın xəritələr habelə kompaslar ustası , kimi təsvir edən bir yəhudi kitab aydınladıcına aid edilir. V Kral Çarlz dövründən bəri Fransa kral kitabxanası (indi Fransa Milli Kitabxanası)nda olmuşdur.
Katalan böhranı
Katalan böhranı kimi də bilinən 2017-2018 İspaniya Konstitusiya böhranı — İspan mərkəzi hökuməti və Katalan regional hökuməti arasında mövcud olan siyasi qarşıdurma. == Arxaplan == Katalan müstəqilliyinin dəstəklənmənin artmasının səbəbi İspaniya Konstitusiya Məhkəməsinin 2010-cu ildəki qərarı ilə əlaqədərdir. Belə ki, bu qərarla 2006-cı ildə regional hökumətə verilmiş bir sıra səlahiyyətlər ləğv edilmişdir. Müstəqillik tərəfdarlarının artması 2015-ci ildəki regional seçkilərdə Katalan Parlamanetində müstəqillik tərəfdarı olan partiyaların çoxluq əldə etməsi ilə nəticələndi və Karles Puçdemon Kataloniyanın Prezidenti seçildi. Yeni Prezident Kataloniyanın müstəqilliyi ilə əlaqədar referendum keçirməyi və nəticələrinin qəti olacağını vəd edirdi. 2017-ci ilin iyul ayında referendumun həmin ilin oktyabr ayının 1-ində keçiriləcəyi elan edildi. İspan hökuməti belə bir referendumun ölkənin Konstitusiyasına zidd olduğunu bildirərək nəticələri tanımayacağını bildirdi. == Böhranın başlanğıcı == Senytabr ayında Katalan Parlamenti “Kataloniyanın öz müqəddəratını təyin etmə referendumu haqqında” qanun qəbul etdi. Buna cavab olaraq İspaniya Baş Naziri - Mariano Raxoy Konstitusiya Məhkəməsinə qanunun ləğv olunması məqsədi ilə müraciət etdi. Konstitusiya Məhkəməsi müstəqillik barəsində olan qanun və referendumu ləğv etsə də, Katalan hökuməti nə ispan mərkəzi hakimiyyətinin nə də ki məhkəmələrin qərarlarını icra etməyəcəyini bəyan etdi.
Katalan dili
Katalan dili — Hind-Avropa dillərinin roman dilləri qrupunun oksitan-roman yarımqrupuna aid olan dil.
Katalin Mençinqer
Katalin Mençinqer (d. 17 yanvar 1989) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Katalin Mençinqer, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu.
Katalin Novak
Katalin Novak (mac. Veresné Novák Katalin Éva; 6 sentyabr 1977, Seqed) — Macarıstan siyasətçisi və dövlət xadimi, 10 mart 2022-ci ildə Macarıstanın prezidenti. Katalin Novak Fides partiyasının, 2018-ci ildən Macarıstan Milli Assambleyasının üzvüdür. Keçmişdə — Ailə və Gənclər Məsələləri üzrə Dövlət Katibi (2014–2020), Ailə İşləri üzrə Nazir (2020–2021) olmuşdur. Fəxri Legion Ordeninin Cəngavəri (2019), Polşa Respublikasına xidmətlərinə görə ordeninin komandiri (2019) kimi fəxri adlara sahibdir. == Bioqrafiya == 6 sentyabr 1977-ci ildə Macarıstan Xalq Respublikasının Seqed şəhərində anadan olmuşdur. 1996–2001-ci illərdə Korvina Universitetinin İqtisadiyyat fakültəsində oxumuş, iqtisadiyyat üzrə bakalavr dərəcəsi almışdır. 2001–2004-cü illərdə Seqed Universitetinin Hüquq fakültəsində və Paris West-Nanterre-la-Defence Universitetində hüquq təhsili alıb. O, həmçinin Parisdə Siyasi Araşdırmalar İnstitutunda təhsilini davam etdirir. 2001–2003-cü illərdə Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində çalışır.
Katalin Sili
Katalin Sili (mac. Szili Katalin 13 may 1956) — 2002-2009-cu illərdə Macarıstan Milli Məclisinin sədri. Macarıstanlı siyasətçi Yana Pannoniya adına Peç Universitetini bitirdikdən sonra ekologiya və siyasətlə məşğul olur. 1994-cü ildən hakimiyyətdə təmsil olunur. 1994-1998-ci illərdə Ətraf Mühitin Mühafizəsi və Su Nazirliyinin siyasi katibi işləyir. 2009-cu ildə Katalin Sili Peç merinə namizəd olmaq üçün parlament sədri vəzifəsindən istefa etdir, ancaq seçkilərdə Zsolta Paveyə uduzur. 14 sentyabr 2009-cu ildə Bela Katona parlamentin yeni sədri seçilir. == Siyasi karyerası == Yanus Pannoniya Universitetindən bir dərəcə aldıqdan sonra, insan ekologiyası və politologiya ixtisası üzrə məzun olur. 1994-cü ildən 2014-cü ilə qədər qanunvericilik sahəsində çalışır. 1994-1998-ci illərdə Ekologiya və Su Nazirliyinin siyasi katibi olur.
Konstantin Bataşov
Konstantin Nikolayeviç Bataşov (18 (31) yanvar 1918, Tiflis, Zaqafqaziya Komissarlığı – 19 dekabr 1991, Moskva) — Azərbaycan-sovet balet artisti, pedaqoq, Azərbaycan SSR xalq artisti (1958), "Stalin" mükafatı laureatı (1952). == Həyatı == Konstantin Bataşov 18 yanvar (31 yanvar) 1918-ci ildə Tiflis şəhərində doğulub. Rəqs sənətinə marağı Gürcüstanda göstərib. İbtidai siniflərdə oxuyarkən ailəsi ilə Bakıya köçüb və 1939-cu ildə buradakı Xoreoqrafiya məktəbini bitirib. 1935-ci ildən 1989-cu ilədək Azərbaycan Dövlət Opera və Balet Teatrı işləyib.Konstantin Bataşov pedaqoji fəaliyyətlə də məşğul olmuş, 1939-cu ildən Bakı Xoreoqrafiya Məktəbində dərs demişdir. O, Vladimir Pletnyovun, Çimnaz Babayevanın, Tamilla Şirəliyevanın müəllimi olub.Azərbaycanın ilk peşəkar balet artistlərindən biri hesab olunan Konstantin Bataşov 1990-cı ildə Moskvaya köçüb və 19 dekabr 1991-ci ildə orada vəfat edib. == Yaradıcılığı == Leo Delibin "Lakme", Cahangir Cahangirovun "Azad", Müslüm Maqomayevin "Şah İsmayıl" operalarında rəqslərin quruluşçusu olub. Nikolay Rimski-Korsakovun "İspan kapriççiosu" xoreoqrafik süitasının, "Şəhrizad" simfonik poemasının, Həsən Rzayevin "Elementlər" əsərinin əsasında birpərdəli balet tamaşalarını hazırlamışdır. O, "Odissey" (Qolubov), "Şəhrizad" və "Humay" (Nəriman Məmmədov) baletlərinin libretto müəllifi olmuşdur.Konstantin Bataşov ilk Azərbaycan baletlərində əsas partiyaların ifaçısı olmuşdur.
Mataflon-Qranj
Mataflon-Qranj (fr. Matafelon-Granges) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Pataqon tinamusu
Pataqon tinamusu (lat. Tinamotis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinə aid heyvan cinsi.